Elm və Təhsil Nazirliyi niyə rüşvəxor direktorların qarşısını ala bilmir? .....                     “Həkimlər dedi ki, 2 il ömrü qalıb” .....                     Pekin Trampın vədinə inanmır .....                     Paşinyanın QARIN AĞRISI... .....                     Pezeşkianın ən zəif bəndi: Zərif niyə istefa verib? .....                     10 ildən artıq evli olanlar daha çox boşanır: .....                     Paşinyanın yeni məkrli planı: Nəyə nail olmaq istəyir? .....                     Ermənistan Azərbaycana qarşı hər zaman ərazi iddiası ilə çıxış edib .....                     Anar Həsənovu Naxçıvanda kim söz sahibinə çevirmişdi? .....                     Agentliyə 320 milyonluq mal-qara satan şirkətin nə saytı, nə də sosial media hesabı var .....                     İran danışıqlardan imtina etdi .....                     Taleh Qaraşovun məhkəməyə çağırılması ilə bağlı təkrar bildiriş göndəriləcək .....                     Gənc şairin ölüm təhlükəsi aradan qalxıb .....                     Azərbaycanda töhmət alan yüksək vəzifəli məmurlar .....                     Mülklərimi 10 milyona satıb, pulu bitkoində itirdim .....                     Elşad Həsənova yeni müavin təyin olundu .....                     İlin əvvəlindən ölkə ərazisində qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb .....                     Ermənistan siyasi elitasının “qorxulu günləri” başladı: .....                     Rusiya ABŞ və İran arasındakı fikir ayrılıqlarının həllinə kömək etməyə hazırdır .....                     Bakıdakı ermənilər Paşinyanı belə satdı .....                     Prezidentin şiddətli töhmət verdiyi məmur kimdir? .....                     Paşinyan Azərbaycanı düz yoldan çətin relyef olan əraziyə yönləndirmək istəyir .....                     Prezident Mülki Məcəlləyə üzərində həbs olan əmlakla bağlı əlavəni təsdiqləyib .....                     Prezident İlham Əliyev Fuad Nağıyevə şiddətli töhmət elan edib .....                     Başçının qəbuluna düşmək olmur... .....                     Böyük biabırçılıq və ya siyasi dəllalın şousu .....                     Naxçıvan icra başçısına I müavin təyin edilib .....                     Qadın həmcinsini evinə gətirdi, kişilərlə görüşdürdü: “Mənə qadağa qoymuşdu” .....                     14 yaşlı qız “Askar” hoteldə münasibətdə olduğu şəxs tərəfindən şantaj edilib .....                     “Azərkosmos”a müvəqqəti rəhbərlik Dunay Bədirxanova həvalə edilib .....                     Avropanın ən böyük təhsil proqramı Azərbaycanda fəaliyyətini dayandırıb .....                     Fərid Əhmədov Fikrət Məmmədovun qərarını ləğv etdi .....                     İran həbsxanasından qurtulan tələbəmiz .....                     “Təkcə mən yox, digər sənətçilər də Mehriban Ələkbərzadədən narazıdır, sadəcə özlərini arxa planda saxlayırlar” .....                     Sənəd qəbulunun başa çatmasına az qalır .....                     “Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi .....                     “AzTeleKom”un daha bir bahalı tenderi ləğv edildi .....                     “Gəncə Şərab -2” səhmdarlarını yığıncağa çağırır, .....                     Ukrayna ABŞ-sız da mübarizəni davam etdirə bilər,amma... .....                     Abşeron RİH-ə qadağa qoyuldu .....                 

“Elə bilirlər ki, istənilən nağılı danışmaq olar”
Tarix: 17-07-2014, 09:57 | Çap et
“Elə bilirlər ki, istənilən nağılı danışmaq olar”
AXC-nin yubileyinin qeyd olunduğu ərəfədə AXCP sədri Əli Kərimlinin ruporu kimi fəaliyyət göstərən “Azadlıq” qəzetində “xatirə”ləri dərc olunub. Əsası Əbülfəz Elçibəy tərəfindən qoyulan, sonra isə parçalanmaya məruz qalan qurumun yaradılmasının növbəti ilində Ə.Kərimli yenə də özünə əl qataraq AXC-nin fəaliyyətindəki “misilsiz” xidmətlərindən danışıb. Klassik cəbhəçilərin Elçibəyə xəyanətdə ittiham etdiyi Ə.Kərimli xislətinə sadiq qalaraq cəbhə hakimiyyətinin etdiklərini öz adına çıxıb, öndər “zəhmətkeş”in özü olduğunu vurğulamağa çalışıb. Təbii ki, onun dedikləri ciddi qəbul olunmayıb və partiya sədri növbəti dəfə özünü lağ obyektinə çevirib. AXC dövrünü yaşamış, baş verənlərə canlı şahid olmuş şəxslər onu özünü həmin dövrün lideri kimi təqdim etməsinə, hər şeyi öz adına çıxmaq mərəzindən qurtula bilmədiyinə görə qınadılar.
Bu mövzuda fikirlərini bizimlə bölüşən millət vəkili Aydın Mirzəzadə dedi ki, yazını oxuyarkən oradakı şişirtmələrə görə təəssüf hissi keçirib: “Hamı bilir ki, o komanda çox təcrübəsiz idi. Ona görə də onlar tarixdə ölkənin inkişafı ilə bağlı heç bir strateji planı olmayan, bir-birinin ardınca həm daxili, həm də xarici siyasətdə məğlubiyyətə uğrayan iqtidar kimi qalıblar. Həmin dövr Azərbaycan vətəndaşlarının yaddaşına “itirilmiş imkanlar dövrü” kimi yazılıb. Təəssüf ki, o dövrkü iqtidar nümayəndələri vahid komandan ətrafında birləşə bilmədilər. Heç normal ordu da qurmadılar. Bunun nəticəsində ölkəmiz cəbhə xəttində böyük məğlubiyyətlərə düçar oldu. Azərbaycan üçün təkcə siyasi deyil, iqtisadi tərəfdən də bir şey edə bilmədilər. Onlar planlı, nizamlı fəaliyyət göstərmirdilər. Hətta hakimiyyətlərinin son dövründə ən zəruri ərzaq mallarının qıtlığı yaranmışdı. Bilirsiniz ki, o zaman insanlar çörək növbəsində dururdular. Ona görə də millətdə iqtidara qarşı böyük inamsızlıq əhval-ruhiyyəsi formalaşmışdı”.
A.Mirzəzadə qeyd etdi ki, AXC dövrü təkcə daxili siyasətdəki uğursuzluqları ilə yadda qalmayıb: “İqtidar xarici siyasətdə də böyük uğursuzluğa uğramışdı. Qonşu dövlətlərlə, Azərbaycana strateji müttəfiq ölkələrlə düşmənçilik münasibətləri yaratmışdılar. Ona görə də həmin dövlətlər beynəlxalq aləmdə Azərbaycana dəstək olmaqdan imtina etdilər. Məlumdur ki, iqtidarın daxilində də parçalanma var idi və hakimiyyət nümayəndələri açıq şəkildə biri-birini müəyyən məsələlərdə ittiham edirdilər. Onların fəaliyyətləri sonda vətəndaş müharibəsi həddinə gəlib çıxdı. Yazıdan da gördüyünüz kimi, Əli Kərimli bu məqaləsini müstəqillik dövründə anadan olmuş və bu gün elə də çox yaşı olmayan gənc nəsil üçün nəzərdə tutub. O hesab edir ki, gənclərimiz öz tarixlərindən xəbərsizdirlər və onlara istənilən nağılı danışmaq olar. Düşünürəm ki, Azərbaycanın həmin dövrdəki uğursuzluqlarına məsuliyyət daşıyan şəxslərdən biri məhz Əli Kərimli özüdür. Bu gün Azərbaycanın uğurları göz qabağındadır. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra seçdiyi düzgün yol nəticəsində ölkəmiz böyük uğurlara imza atıb. Qeyd etməliyəm ki, Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Əli Kərimli və onun komanda üzvləri Sürət Hüseynov tərəfindən Bakının mərkəzi meydanında dar ağacından asılmaq təhlükəsindən xilas olub. Sürət Hüseynov bunu açıq şəkildə elan etmişdi. Əli Kərimlinin indiki dövrdə, demokratiyanın inkişaf etdiyi ölkədə, özünün nəzarəti altında olan mətbuat orqanında belə çıxış etməsi normaldır. Hesab edirəm ki, bu cür, yalana söykənən fikirlərlə geniş auditoriyaya təsir etmək mümkün deyil”.
Millət vəkilinin fikrincə, Əli Kərimli o dövrdə görülən işləri adına çıxırsa, elə birdəfəlik həmin müddətdə ölkəyə prezidentlik etdiyini elan eləsin: “Əli Kərimli etiraf etsin ki, o zaman prezident özü olub, Əbülfəz Elçibəy yox. Bu məqam bayaq dediyim fikri bir daha təsdiq edir ki, həmin dövrdə iqtidarda olanlar bir-birilərini vurmağa çalışırdılar. Yüksək vəzifədə olanların hamısı, o cümlədən, Əli Kərimli Əbülfəz Elçibəyi nəzarət altında saxlamağa, öz siyasətini yürütməyə çalışırdı. Aydın məsələdir ki, bu gün o şəxslərin hər biri özünü qəhrəman kimi təqdim etməyə çalışacaq, olanları başqa formada təqdim edəcək. Əminəm ki, xalqımız bir dəfə onların hakimiyyətini gördüyünə görə bir daha öz taleyini həmin komandanın əlinə verməyəcək”.

Vəhdət Partiyasının sədri Tahir Kərimli qeyd etdi ki, birillik hakimiyyəti iyirmi bir illik hakimiyyətlə müqayisə etmək doğru deyil: “Həmin dövrün böyük təhlilə ehtiyacı var və bir səhifəlik yazı ilə bitən məsələ deyil. Hamı bilir ki, o dövr Əli Kərimlinin dediyi kimi ideal olmayıb. O, yazısında Kəlbəcər və Qarabağ məsələsində Türkiyənin iştirakını vurğulayır. Qeyd edir ki, guya buna onlar nail olublar. Amma məlumdur ki, Türkiyə bütün məsələlərdə bizə yardım edir. Onlar təkcə AXC dövründə deyil, bütün müstəqillik tariximizdə bizimlə olublar. Türkiyənin bizə yardım etdiyi kimi, Azərbaycan da hər zaman onlara köməyini əsirgəməyib. Belə bir sual verə bilərlər ki, Türkiyə o zaman həmsədr dövlət idimi? Xeyr. Türkiyə heç vaxt həmsədr dövlət olmayıb. Sadəcə olaraq, ATƏT-in Minsk qrupunun 11 üzvündən biri olub və yaxın dövlət kimi bizə yardım etməyə çalışıb. Əli Kərimli yazısında məhkəmələrlə bağlı məqamlara da toxunub. Doğrudur, o zaman müstəqil məhkəmə hakimiyyəti formalaşması üçün işlər görülürdü. Məhkəmə quruculuğu, onların müstəqil hakimiyyəti üçün, hakim statusu və s haqda qanun qəbul edilmişdi. Bəs nə üçün gizlədilir ki, həmin qanunlara prezident qol çəkməmişdi”.
T.Kərimli nəzərə çatdırdı ki, o dövrkü iqtidardan hər zaman təzyiq görüb: “Mən xaricdə olanda Milli Məclisə qanun təqdim edilmiş və o rədd olunmuşdu. Ondan sonra mən əlimdə istefa ərizəmlə parlamentdə çıxış etdim. Dedim ki, ya bu qanun qəbul olunacaq, ya da belə hakimiyyətin Ali Məhkəməsinin sədri işləməyəcəyəm. Bir məsələni də deyim. O vaxt Lenin muzeyi ləğv olunmuşdu və prezidentin fərmanı ilə ədalət evi kimi ədliyyə orqanlarına verilmişdi. Sual yaranır – onu icra etməyə kim qoymadı? Həmin vaxtlarda «Azadlıq» qəzetinin özündə əleyhimizə yazılar verildi. Mənim rüşvətxorluğun qarşısının alınması üçün etdiyim təklifə lağ edirdilər. O vaxtı demişdim ki, hakimlərin rüşvət almaması üçün əmək haqqını 100 dollar civarında vermək lazımdır. Buna görə qəzet mənə gülür, haqqımda onlarla iftira yazırdı”.
Müsahibimiz bildirdi ki, o dövrdə Əli Kərimlinin iddia etdiyi kimi şəffaflıq olmayıb: “Məhkəmənin qərarlarını icra etmirdilər. Nazirlərin özbaşınalıqları da göz qabağında idi. Ay Əli Kərimli, sən müxalifətsən və hazırkı hakimiyyəti tənqid edə bilərsən. Buyur, sağlam şəkildə tənqidlərini söylə. Bunun əvəzində durub o dövrü, özünü ideallaşdırmağa ehtiyac yoxdur. Bütün məsələlərdə obyektiv olmaq lazımdır. İnsan gərək öz səhvlərini deməyi bacarsın. Barəndə təriflər deməklə iş bitmir, yanlışlarınızı da yazmağı bacar. Belə obyektivsinizsə, o dövrü təkcə tərifləməyin, harada səhv etdiyinizi də yazın. Özünün edə bilmədiyini başqasından tələb etmək nə dərəcədə düzgündür?”
Partiya sədri staus-məqalədə hakimiyyətin ideallaşdırılması cəhdinə təəssüfləndiyini dedi: “Orada qeyd olunur ki, Azərbaycan hərbi qüvvələri Rusiya ordusunu ölkə ərazisindən çıxara bilib, amma digər dövlətlər bunu bacarmayıb. Bu, düzgün mülahizə deyil. Necə olur daha böyük dövlətlər edə bilmir, amma balaca Azərbaycan Rusiya qoşunlarına təzyiq edir və onu ərazisindən çıxarmağa müvəffəq olur? Heç kim bu sualı onlara vermir. Rus hökuməti getməsəydi, onu ölkədən çıxarmaqmı olardı? Bu məsələdə Azərbaycan hakimiyyətinin rolunu şişirtmək lazım deyil. Çünki Rusiya beynəlxalq danışıqlar nəticəsində Azərbaycan ərazisindən çıxdı. Özləri getməsəydilər, bizim onları çıxarmağa heç cür gücümüz çatmayacaqdı. Bu məqamı ona görə deyirəm ki, tənqidlərin obyektiv olmağına tərəfdar adamam”.
\\ kaspi.az \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elm və Təhsil Nazirliyi niyə rüşvəxor direktorların qarşısını ala bilmir? - AÇIQLAMA
Bu gün, 18:04
“Həkimlər dedi ki, 2 il ömrü qalıb” - Namiq Qaraçuxurlu
Bu gün, 18:02
Pekin Trampın vədinə inanmır - Görünəni odur ki...
Bu gün, 17:59
Paşinyanın QARIN AĞRISI... - NƏDİR?
Bu gün, 17:58
Pezeşkianın ən zəif bəndi: Zərif niyə istefa verib? - “Kommersant”
Bu gün, 17:55
10 ildən artıq evli olanlar daha çox boşanır: - "Dözüb oturmaq erası bitdi..."
Bu gün, 17:49
Paşinyanın yeni məkrli planı: Nəyə nail olmaq istəyir? - İNCƏLƏMƏ
Bu gün, 17:47
Ermənistan Azərbaycana qarşı hər zaman ərazi iddiası ilə çıxış edib - Simonyan yalan danışır
Bu gün, 17:41
Anar Həsənovu Naxçıvanda kim söz sahibinə çevirmişdi? - VİDEO
Bu gün, 17:30
Agentliyə 320 milyonluq mal-qara satan şirkətin nə saytı, nə də sosial media hesabı var - TƏFƏRRÜAT
Bu gün, 17:27
İran danışıqlardan imtina etdi – “Rüsvay olmaq istəmirik”
Bu gün, 17:23
Taleh Qaraşovun məhkəməyə çağırılması ilə bağlı təkrar bildiriş göndəriləcək - DETALLAR
Bu gün, 17:22
Gənc şairin ölüm təhlükəsi aradan qalxıb - ŞÜKÜR...
Bu gün, 17:15
Azərbaycanda töhmət alan yüksək vəzifəli məmurlar - SİYAHI
Bu gün, 17:13
Mülklərimi 10 milyona satıb, pulu bitkoində itirdim - Emin
Bu gün, 17:09
Elşad Həsənova yeni müavin təyin olundu - BUNDAN SONRA...
Bu gün, 17:06
İlin əvvəlindən ölkə ərazisində qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb - VİDEO
Bu gün, 17:05
Ermənistan siyasi elitasının “qorxulu günləri” başladı: - Araik dəhşətli hərbi cinayətləri ifşa edir
Bu gün, 17:02
Rusiya ABŞ və İran arasındakı fikir ayrılıqlarının həllinə kömək etməyə hazırdır - Peskov
Bu gün, 16:59
Bakıdakı ermənilər Paşinyanı belə satdı – Azərbaycanın xəbəri olsaydı…
Bu gün, 16:16
Prezidentin şiddətli töhmət verdiyi məmur kimdir? - DOSYE
Bu gün, 16:14
Paşinyan Azərbaycanı düz yoldan çətin relyef olan əraziyə yönləndirmək istəyir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 16:13
Prezident Mülki Məcəlləyə üzərində həbs olan əmlakla bağlı əlavəni təsdiqləyib
Bu gün, 16:09
Prezident İlham Əliyev Fuad Nağıyevə şiddətli töhmət elan edib - SƏRƏNCAM
Bu gün, 16:04
Başçının qəbuluna düşmək olmur... - "Bunun 100 günü də bitib..."
Bu gün, 16:01
Böyük biabırçılıq və ya siyasi dəllalın şousu - NƏ BAŞ VERİR?
Bu gün, 15:56
Naxçıvan icra başçısına I müavin təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:54
Qadın həmcinsini evinə gətirdi, kişilərlə görüşdürdü: “Mənə qadağa qoymuşdu” - TƏFƏRRÜAT
Bu gün, 15:52
14 yaşlı qız “Askar” hoteldə münasibətdə olduğu şəxs tərəfindən şantaj edilib - AÇIQLAMA, TƏFƏRRÜAT
Bu gün, 15:32
“Azərkosmos”a müvəqqəti rəhbərlik Dunay Bədirxanova həvalə edilib - BUNDAN SONRA...
Bu gün, 15:25
Avropanın ən böyük təhsil proqramı Azərbaycanda fəaliyyətini dayandırıb - İLGİNC...
Bu gün, 15:24
Fərid Əhmədov Fikrət Məmmədovun qərarını ləğv etdi - DETALLAR
Bu gün, 15:17
İran həbsxanasından qurtulan tələbəmiz Almaniyaya GETDİ
Bu gün, 15:16
“Təkcə mən yox, digər sənətçilər də Mehriban Ələkbərzadədən narazıdır, sadəcə özlərini arxa planda saxlayırlar” - QALMAQAL
Bu gün, 15:13
Sənəd qəbulunun başa çatmasına az qalır - Abituriyentlərin DİQQƏTİNƏ
Bu gün, 15:09
“Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi - FOTO
Bu gün, 15:04
“AzTeleKom”un daha bir bahalı tenderi ləğv edildi
Bu gün, 14:02
“Gəncə Şərab -2” səhmdarlarını yığıncağa çağırır, mənfəətini bölüşdürəcək
Bu gün, 13:58
Ukrayna ABŞ-sız da mübarizəni davam etdirə bilər,amma... - Zərdüşt Əlizadə BELƏ DEYİR...
Bu gün, 13:07
Abşeron RİH-ə qadağa qoyuldu
Bu gün, 13:05
Tramp dediyini etdi... Çin cavab hazırlayır
Bu gün, 13:03
"Sevgilim yaşca məndən böyükdür"
Bu gün, 12:57
Azərbaycanda 16 illik inşaat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 12:55
Parkdakı bu güllələnmə hadisəsinin təfərrüatı bilindi: BAŞINDAN BİR GÜLLƏ - VİDEO
Bu gün, 12:51
Aİ Ermənistana yeni tranş ayırmağa hazırlaşdığını təsdiqləyib - AÇIQLAMA
Bu gün, 12:46
Suriyanın parçalanması niyə İran və digərləri üçün təhlükəlidir?
Bu gün, 12:39
Polis Nizami rayonunda evdən oğurluq edən şəxsi saxlayıb - FOTO, VİDEO
Bu gün, 12:36
Naxçıvan: Konstitusiyaya dəyişikliklər ictimaiyyətə nə vaxt açıqlanacaq? - GƏLİŞMƏ
Bu gün, 12:33
Veysəloğlu Şirkətlər Qrupu ilə Bakı Ali Neft Məktəbi arasında Anlaşma Memorandumu imzalanıb - FOTO
Bu gün, 12:28
Nazirlik Əli Həsənovun ailə üzvlərinə bağlı şirkətlə daha bir müqavilə imzaladı - DETALLAR
Bu gün, 12:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru