Azərbaycan Türk Ocağı "Qənirə Paşayeva mükafatı" təsis etdi .....                     Hakimlərin fotoları və tərcümeyi-halı niyə gizli saxlanılır? .....                     "Mən yaşıla vurğunam..." .....                     "Avropa ölkələri Ukraynaya təhlükəsizlik zəmanəti verə bilməz" .....                     Sabiq deputat nazirin geyiminə "ilişdi" .....                     Ağ Ev Rusiyaya qarşı sanksiyaların mümkün ləğvini öyrənir .....                     İcra başçısının oğlu lüks avtomobillərinin və bahalı nömrələrinin olması faktını təsdiqlədi .....                     Bu gün od çərşənbəsidir .....                     Putinin Rusiyaya xəyanəti: Ukraynanı ABŞ-a “təslim etdi” .....                     Müəllimlərə 8 Martda niyə hədiyyə almayaq ki?! .....                     "Mənim və Aysel xanım üçün bu addımı atmaq çətin idi" .....                     Simonyanın hər kəsdən üzr istəməsinin səbəbi .....                     Müharibədə sensasion detal: türk qoşunları bura girə bilər .....                     Səs yazısı yayılan direktor işdən çıxarıldı .....                     İrəliləyiş olmayacaq: .....                     Bakının tələbi, erməni cəmiyyətinin xilas yolu .....                     Banklar daha dollar almır: Nə baş verir? .....                     Səsyazısı yayılan direktor ləğv olunmuş universitetin MƏZUNUDUR .....                     Trampın Rusiya-Ukrayna məsələsində iki çıxış yolu qalıb .....                     Məktəblərə “cəza yağışı” gəlir: .....                     Bakıda qardan sonra əksər yollar dağıldı: Yoxsa bu boyda sərvət HARDAN İDİ Kİ?.. .....                     Qadınlar Razi Nurullayevin cavabını verdilər: .....                     Ukrayna torpaqlarını Rusiyaya verməyən yeganə prezidentəm .....                     Bu həftə DƏYİŞİKLİK GÖZLƏNİLİR .....                     Ukrayna uğrunda QARIŞ SAVAŞI... .....                     Azərbaycan GUAM Parlament Assambleyasına sədrliyi Gürcüstana təhvil verib .....                     ABŞ Azərbaycanın maraqlarına xələl gətirəcək addım atmayacaq .....                     Təhsilə pul yatırmağın qaranlıq tərəfi .....                     Mədəniyyət Nazirliyi BƏƏ şirkətindən 3 adda kitab alır .....                     Ermənistan-Azərbaycan danışıqlarında niyə fasilə yaranıb? .....                     Polis marketlərdən 50 min manat dəyərində oğurluq edən şəxsləri saxladı .....                     Prezident vəd vermişdi... .....                     İcra başçısının müavini məhkəməyə gəlmədi, iclas təxirə salındı .....                     Alçaldılmış və təhqir edilmiş .....                     Yaxın beş ildə Azərbaycanın büdcəsi profisitli olacaq .....                     Ləğv olunmuş Azərbaycan Sənaye Korporasiyası xalis mənfəətdən .....                     Nazir ona vəzifə verdi .....                     Şirvanda erməni siqaretləri satan şəxs həbs edilib .....                     Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılır .....                     "Veysəloğlu"nun "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı motivasiya tədbirində şirkətin uğurları və yeni istiqamətlər müzakirə olundu .....                 

Yaqub Məmmədov: “Bizim müxalifətimiz bu gündədir...” – MÜSAHİBƏ
Tarix: 14-11-2014, 11:19 | Çap et
Yaqub Məmmədov: “Bizim müxalifətimiz bu gündədir...”
Azərbaycan Ali Sovetinin sabiq sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Yaqub Məmmədovun Publika.az-a müsahibəsi:

– Yaqub bəy, hazırda nə işlə məşğulsunuz?

– Elmi-pedaqoji fəaliyyətlə məşğulam, professoram. Universitetdə müəllim kimi çalışıram.


– Niyə mətbuatda görünmürsünüz?

– Bəzən arada olur ki, tanış-dost jurnalistlər məndən gündəmə uyğun müsahibə alırlar. Ancaq indi aktiv siyasi fəallıq yoxdur. Ona görə də mətbuatda görünmürəm.


– Son vaxtlar Müsavat partiyası daxilində baş verən prosesləri izləyirsiniz?

– Ümumiyyətlə, Müsavat, AXCP və digər müxalifət partiyaları, adətən, seçki ərəfəsi bir qədər fəallaşır. Hətta bəzi partiyalarda parçalanma və ya birləşmə prosesi gedir. İndi Müsavat daxilində də gedən proseslər yeni hal deyil. Bir məsələni də qeyd edim ki, indi Azərbaycanda fəaliyyət göstərən bütün müxalif siyasi partiyalarının rəhbərləri vaxtilə Azərbaycan Xalq Cəbhəsinin köynəyindən çıxmış şəxslərdir. Gah birləşirlər, gah da ayrılırlar. Ötən il Milli Şura yaradılanda bu partiyaların bəziləri bir yerə toplandı. İndi də dalaşıb ayrılıblar. Bizim müxalifətimiz bu gündədir.


– Milli Şurada yer almağı düşünmüsüz?

– Vaxtilə mənə Milli Şuradan təklif oldu. Ancaq imtina etdim. Milli Şuradan mənə təklif çox ciddi idi. Ancaq onlara qoşulmadım.


– Təklif konkret kim tərəfindən idi?

– Konkret ad çəkməyə ehtiyac görmürəm. Milli Şuranı yaradan və təsis edən şəxslər tərəfindən mənə təklif göndərilmişdi. Milli Şuranı və Ziyalılar Forumunu yaradan şəxslər məni hər iki quruma üzv olmağa dəvət etmişdilər. Ancaq mən bunların heç birinə getmədim. Çünki mən praqmatik adamam. Mən əvvəlcədən də bu təşkilatların uğurlu fəaliyyətinin olacağına inanmadım. İnanmadığım və gözləmədiyim bir təşkilatda mənim nə işim ola bilər? Hazırda da heç bir siyasi partiyanın üzvü deyiləm.


– Bəs YAP-a üzv olmaq istəyərsiniz?

– Vaxtında Yeni Azərbaycan Partiyasının yaranmasında mənim də böyük köməyim olub. 1992-1993-cü illərdə YAP-ı yaradanlarla normal münasibətim olub, onlara kömək də etmişəm. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəlməmişdən öncə mənimlə görüşüb. Bundan sonra da bizim bir neçə dəfə görüşümüz olur. Heydər Əliyev prezident seçiləndən sonra bizim görüşümüz mümkün olmadı. Sonradan tale elə gətirir ki, mən bu proseslərdən uzaqlaşdım. Vaxtilə mənim hakimiyyətə dəstəyim olub. İndi də hər zaman hakimiyyətin yaxşı işlərini təqdir edirəm. Yəni, mən nə bu hakimiyyətə, nə də müxalifətə müxalifəm.

– Dediniz ki, YAP-ın yaradılmasında əməyiniz olub. Bəs nə üçün siz “91-lər”dən olmadınız?

– Tibb sahəsində çalışan adamların əksəriyyətinin “91-lər”ə imza atması mənim təkidimlə olub. O vaxt mənə Baş Prokurorluq tərəfindən xəbərdarlıq olunmuşdu ki, siyasi fəaliyyətlə məşğul olmayım. Guya o zaman mənim siyasi fəaliyyətlə məşğul olmağım ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirə bilərdi. Hətta prokurorluq bununla bağlı mənə rəsmi şəkildə xəbərdarlıq da etmişdi. Çünki o proseslərdə əvvəlcə mən də iştirak edirdim. Sonra prokurorluq xəbərdarlıq etdi və mən də bu işlərdən kənara çəkilməyə məcbur oldum. Ona görə də o zaman “91-lər”in siyahısına düşmədim.


– Hökumətə rəhbərlik etdiyiniz dövrdə Xalq Cəbhəsi tərəfindən sizə qarşı hansı təzyiqlər olurdu?

– Rəhbərliyim dövründə çalışırdım ki, hökumət üzvləri müxalifət və iqtidar arasında bölünsün. İki güc strukturuna – daxili işlər və müdafiə nazirləri vəzifələrinə müxalifətdən adamları təyin etdim. O vaxtı Rəhim Qazıyevi müdafiə naziri, Tahir Əliyevi isə daxili işlər naziri qoydum. Müxalifətdə təmsil olunan digər şəxslərə də yüksək vəzifələr təklif etdim. O zaman mən müxalifətə koalisiya hökuməti yaratmaq üçün rəsmi şəkildə müraciət də etmişdim. Bu istiqamətdə danışıqlar getdi, protokol imzalandı. Müxalifətə digər nazir vəzifələri də təklif etdim. Ancaq vəzifələr bölüşdürülən zaman müxalifətdə olan şəxslər buna razı olmadı. O zaman müxalifətdə olan Əbülfəz Elçibəy, İsa Qəmbər və digərləri mənə elə şərtlər irəli sürdü ki, bu şərtlərə razı olmaq, dövləti onlara verib getməyə bərabər idi. İndiki müxalifət partiyasının lideri Əli Kərimli o vaxtı hələ tanınmırdı, üzdə yox idi. O vaxtı biz Xalq Cəbhəsinin rəhbərliyində təmsil olunan Əbülfəz Elçibəy, İsa Qəmbər, İsgəndər Həmidov, Tofiq Qasımov və digər bu kimi şəxslərlə danışıqlar aparırdıq. Mən o vaxtı koalisiya hökumətinin qurulması üçün Həsən Həsənova tapşırıq vermişdim. O vaxtı Xalq Cəbhəsi rəhbərliyi ilə danışıqları bilavasitə Həsən Həsənov aparırdı. Ancaq müxalifət bizimlə razılığa gəlmədi və qərar belə oldu ki, prezident seçkilərinə gedilsin. Seçkiyə qədər də ölkədə sabitlik pozuldu, Şuşanın işğalı baş verdi, daha sonra Ayaz Mütəllibovun hakimiyyətə yenidən qayıdışı oldu və buna qarşı Xalq Cəbhəsi Ali Sovetin binasını tutdu və hakimiyyəti devirdi, 18 may sessiyası çağırıldı və sairə.


- Ayaz Mütəllibov öz müsahibələrində bildirir ki, o vaxt ölkədə demokratik mühit yaratmaq istəsə də, Xalq Cəbhəsi hakimiyyəti ona imkan vermədi və sairə. Doğrudanmı, bu, belə idi?

- Ayaz Mütəllibovun fikirlərində həqiqət var. Müxalifət hər gün mitinq, aksiya keçirirdi. Xalq Cəbhəsindən olan deputatlar Ali Sovetin binasında radikal çıxışlar edirdilər. Hakimiyyəti iflic vəziyyətinə salmışdılar. O zaman müxalifətin hakimiyyətə qarşı gücü və təzyiqi küçə və meydanlar idi.


– Bəs Ayaz Mütəllibov hakimiyyətdən getməsəydi, nə baş verə bilərdi?

– Sözsüz ki, Ayaz Mütəllibov getməsəydi, o vaxt, bəlkə də, ölkədəki proseslər başqa cür gedərdi. Onun istefa verməsi ölkədə hakimiyyətsizlik yaratdı. Mən də Ali Məclisin sədri seçiləndən sonra prezidentin səlahiyyətlərini icra etdim. Mən prezident səlahiyyətlərini icra edəndən sonra Xalq Cəbhəsi Ayaz Mütəllibova qarşı apardığı mübarizəni mənə qarşı da aparmağa başladı. Onlar qarşılarına məqsəd qoymuşdu ki, birdəfəlik hakimiyyətə gəlsinlər. Buna da nail oldular, hakimiyyətə gəldilər.


– Əbülfəz Elçibəylə münasibətləriniz necə idi?

– Elçibəylə mənim münasibətlərim hər zaman yaxşı olub. Mən universitetdə işləyən zamanda da, vəzifədə olanda da onunla normal münasibətdə olmuşuq. Ancaq Əbülfəz Elçibəy hakimiyyətə gələndən sonra münasibətlərimiz kəsildi. Sonra Elçibəy Kələkidən qayıdandan sonra onun öz təşəbbüsü ilə biz bir neçə dəfə görüşdük və ölkədəki vəziyyətlə bağlı fikir mübadiləsi apardıq. O zaman da mən ona yol verdiyi nöqsanları deyirdim, normal söhbət aparırdıq və s. Ancaq Əbülfəz Elçibəy müstəqil qərar qəbul edə bilmirdi. Onun komandası var idi və ətrafında olan insanlar bir yerdə qərar qəbul edirdi. Hətta, bunu Əbülfəz Elçibəy özü də mənə etiraf edirdi. Ancaq mən hər zaman o fikirdə olmuşam ki, Əbülfəz Elçibəy özü müstəqil siyasət yürütsəydi, o zaman bəlkə də aqibəti o cür olmazdı.


– Vaxtilə vəzifəyə təyin etdiyiniz şəxslərlə indi münasibətləriniz var?

– Heç biri ilə əlaqəm yoxdur. Mən vaxtilə çox adamı vəzifəyə qoymuşam. Həmin adamlardan indi də vəzifədə olanları var. Ancaq heç birindən nə hörmət gördüm, nə də əlaqə saxlamadılar. Vaxtilə müdafiə naziri təyin etdiyim Rəhim Qazıyevi həbsxanadan çıxandan sonra hələ görməmişəm. Tahir Əliyev də özünü pis apardığı üçün əlaqəmi kəsmişəm. Bundan əlavə, İsgəndər Həmidovun, Vahid Əhmədovun, Məmməd İsmayıl, Abbas Abbasovun və digər şəxslərin vəzifəyə təyin olunması ilə bağlı sərəncamlara mən imza atmışam. İndi bu adamların heç biri ilə əlaqəm yoxdur. O vaxt “Əlincə” adlı cəmiyyət var idi. Murtuz Ələsgərov, Hacıbala Abutalıbov, Əli Nağıyev, Xalid Əlimirzəyev və digər şəxslər bu təşkilatda yer alırdılar. O vaxt bu şəxslər yaş senzinin aradan qaldırılması ilə bağlı aksiya təşkil etmişdilər. Mən də prezidentin kabinetində bu şəxsləri o zaman qəbul edib görüşdüm. Əli Nağıyevi də o zamandan tanımışam. Mən vəzifədən gedəndən sonra da Əli Nağıyevlə tez-tez görüşlərimiz olub. O, tez-tez yanıma gedib-gəlirdi.


– Azərbaycandakı son ictimai-siyasi prosesləri necə qiymətləndirirsiz?

– İndiki vəziyyəti çox müsbət qiymətləndirirəm. İndi bizim xarici siyasətimiz çox ağıllı və düşünülmüş siyasətdir. Doğrudur, ölkənin daxili siyasətində bizim bəyənmədiyimiz məqamlar da var. Ancaq bütövlükdə Azərbaycanın xarici siyasəti çox düzgün qurulub. Mən bunu dəstəkləyirəm. Yəni, bizim vəziyyətimiz elədir ki, Azərbaycan bir tərəfə istiqamət almamalıdır. Bizim həm İran, həm Rusiya, həm də Qərblə münasibətlərimiz olmalıdır. Ona görə də indi Azərbaycanın xarici siyasəti balanslaşdırılmış və çox ağıllı düşünülmüş siyasətdir.


– Ukrayna Krımı itirdi. Bəzi siyasi şərhçilər Krım və Qarabağ məsələlərini eyniləşdirir. Sizin bu məsələyə münasibətiniz necədir?

– Krım və Qarabağ məsələləri ayrı-ayrı məsələlərdir. Ukraynanın Rusiya ilə münasibətlərində problemin yaranmasını Qərb çoxdan arzu edirdi. Hələ uzun illərdən bəri Qərbin bütün səyləri ondan ibarət idi ki, Ukraynanı Rusiyadan ayırsınlar. Qərb buna müəyyən mənada nail olub. Ancaq bunun sonu necə qurtaracaq, bu heç kəsə məlum deyil. Azərbaycanın problemi ilə Ukraynanın problemini eyniləşdirmək doğru deyil.


– Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Avrasiya İttifaqı yaradıldı. Bu ittifaqa üzv olmaq üçün Azərbaycana da təklif göndərilmişdi. Bu ittifaqın perspektivinə nə qədər inanırsınız?

– Doğrudur, belə bir ittifaq yaradılıb. Ancaq heç kəs məcburi şəkildə təkid etmir ki, Azərbaycan bu ittifaqa qoşulsun. Çünki bilirlər ki, Azərbaycanın mövqeyi və vəziyyəti necədir. Azərbaycan həm Avropa, həm də Avrasiya ittifaqları ilə normal münasibət saxlayır. Qarabağ münaqişəsi həll olunmayana qədər Azərbaycan Avrasiya İttifaqına qoşula bilməz. Bu gün Rusiyadan Azərbaycana bununla bağlı hər hansı təzyiq və ya tələb də görünmür. Çünki Azərbaycan Ermənistan ilə müharibə şəraitində yaşayır. Ona görə də bizim bu ittifaqa qoşulmağımız indiki halda mümkün deyil.


– Son prosesləri nəzərə alsaq, indiki halda Qarabağ münaqişəsinin həlli ilə bağlı nikbin fikirlər söyləmək olar?

– Bu çox mürəkkəb sualdır. İndi heç kəs bu suala dəqiq cavab verə bilməz. Ola bilər ki, yaxın gələcəkdə Qarabağ ətrafı bir neçə rayonun geri qaytarılması barədə razılıq əldə olunsun. Ancaq Qarabağ münaqişəsinin həlli prosesi yəqin ki, xeyli vaxt çəkəcək.


– Bu gün İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfərə gəlib (müsahibə 2 gün öncə götürülüb – red.). Bu səfəri necə dəyərləndirirsiniz?

– İran prezidentinin Bakıya səfəri çox müsbət xarakter daşıyır. İranın indiki prezidenti Azərbaycan prezidenti ilə çox yaxşı əlaqələr yaradıb. Münasibətlərin bu qədər yaxşılaşması həm dövlətimizə, həm də xalqımıza faydalıdır. Bu, həm də milli maraqlar naminə uyğundur.


– Hər hansı biznes fəaliyyətiniz var?

– Tam əminliklə söyləyirəm, nəinki mənim, heç övladlarımın da biznesi və yaxud əmək haqqından başqa heç bir yerdən bir qəpik də gəlirimiz yoxdur. Ümumiyyətlə, biznes sahəsində heç bir səriştəm yoxdur. Övladlarımın da hamısı elmlə məşğul olur. Onların arasında fəlsəfə və elmlər doktoru olanı da var.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Türk Ocağı "Qənirə Paşayeva mükafatı" təsis etdi - AÇIQLAMA
Bu gün, 00:57
Hakimlərin fotoları və tərcümeyi-halı niyə gizli saxlanılır? - ARAŞDIRMA
Bu gün, 00:54
"Mən yaşıla vurğunam..." - FOTO
Bu gün, 00:50
"Avropa ölkələri Ukraynaya təhlükəsizlik zəmanəti verə bilməz" - Starmer
Bu gün, 00:33
Sabiq deputat nazirin geyiminə "ilişdi" - "Ayıbdır…"
Bu gün, 00:31
Ağ Ev Rusiyaya qarşı sanksiyaların mümkün ləğvini öyrənir - KİV
Bu gün, 00:23
İcra başçısının oğlu lüks avtomobillərinin və bahalı nömrələrinin olması faktını təsdiqlədi - İLGİNC
Bu gün, 00:22
Bu gün od çərşənbəsidir
Bu gün, 00:10
Putinin Rusiyaya xəyanəti: Ukraynanı ABŞ-a “təslim etdi” - FAKT BUDUR!
Bu gün, 00:04
Müəllimlərə 8 Martda niyə hədiyyə almayaq ki?! – Qurunun oduna yananlar
Bu gün, 00:00
"Mənim və Aysel xanım üçün bu addımı atmaq çətin idi"
Dünən, 23:58
Simonyanın hər kəsdən üzr istəməsinin səbəbi – Sui-qəsd olacaq?
Dünən, 23:56
Müharibədə sensasion detal: türk qoşunları bura girə bilər – General
Dünən, 21:22
Səs yazısı yayılan direktor işdən çıxarıldı - rəsmi
Dünən, 21:18
İrəliləyiş olmayacaq: - Aİ-nin Ermənistana ehtiyacı yoxdur!
Dünən, 19:02
Bakının tələbi, erməni cəmiyyətinin xilas yolu – Yeni Konstitusiya
Dünən, 19:00
Banklar daha dollar almır: Nə baş verir? - AKTUAL
Dünən, 18:58
Səsyazısı yayılan direktor ləğv olunmuş universitetin MƏZUNUDUR - "Kimin əlindən su içdiyi bəlli"...
Dünən, 18:20
Trampın Rusiya-Ukrayna məsələsində iki çıxış yolu qalıb - Azad İsazadə ŞƏRH EDİR
Dünən, 18:17
Məktəblərə “cəza yağışı” gəlir: - Müəllim və şagirdlər üçün çətin dövr
Dünən, 18:11
Bakıda qardan sonra əksər yollar dağıldı: Yoxsa bu boyda sərvət HARDAN İDİ Kİ?.. - İLGİNC FAKT
Dünən, 18:07
Qadınlar Razi Nurullayevin cavabını verdilər: - "Nə aliment alırlar ki, sərbəst də yaşasınlar?"
Dünən, 18:01
Ukrayna torpaqlarını Rusiyaya verməyən yeganə prezidentəm - Tramp
Dünən, 17:58
Bu həftə DƏYİŞİKLİK GÖZLƏNİLİR - İDDİA
Dünən, 17:56
Ukrayna uğrunda QARIŞ SAVAŞI... - İNCƏLƏMƏ
Dünən, 17:49
Azərbaycan GUAM Parlament Assambleyasına sədrliyi Gürcüstana təhvil verib
Dünən, 17:42
ABŞ Azərbaycanın maraqlarına xələl gətirəcək addım atmayacaq - Ermənistanın xəyalları "suya düşdü"
Dünən, 17:40
Təhsilə pul yatırmağın qaranlıq tərəfi – Gənclər harada səhv edir?
Dünən, 17:36
Mədəniyyət Nazirliyi BƏƏ şirkətindən 3 adda kitab alır – 36 min ödəyəcək
Dünən, 17:30
Ermənistan-Azərbaycan danışıqlarında niyə fasilə yaranıb? - Geosiyasi qeyri-müəyyənlik...
Dünən, 16:10
Polis marketlərdən 50 min manat dəyərində oğurluq edən şəxsləri saxladı - FOTO, VİDEO
Dünən, 16:06
Prezident vəd vermişdi... - NƏ OLACAQ?..
Dünən, 16:04
İcra başçısının müavini məhkəməyə gəlmədi, iclas təxirə salındı - DETALLAR
Dünən, 16:02
Alçaldılmış və təhqir edilmiş – O, Ağ Evə niyə çağırıldı?
Dünən, 15:58
Yaxın beş ildə Azərbaycanın büdcəsi profisitli olacaq - Dünya Bankı
Dünən, 15:53
Ləğv olunmuş Azərbaycan Sənaye Korporasiyası xalis mənfəətdən - ZƏRƏRƏ KEÇİB
Dünən, 15:50
Nazir ona vəzifə verdi - FOTO
Dünən, 15:46
Şirvanda erməni siqaretləri satan şəxs həbs edilib - İkinci əməlidir
Dünən, 15:42
Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılır
Dünən, 15:26
"Veysəloğlu"nun "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı motivasiya tədbirində şirkətin uğurları və yeni istiqamətlər müzakirə olundu - FOTO
Dünən, 15:17
Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti - MƏQALƏ
Dünən, 15:11
Qadın ülviyyətin, zərifliyin, gözəlliyin rəmzidir - İsrafil Kərimovun yazısı
Dünən, 15:09
Azərbaycanda gələn ildən közərmə lampalarına qadağa qoyulacaq, nazir müavini səbəbi açıqlayıb
Dünən, 15:04
Rafiq Vəliyev Mədəniyyət Nazirliyinin pullarının 30 faizini öz layihəsinə xərcləyib - ARAŞDIRMA
Dünən, 14:02
MİDA-nın 620 minlik tenderi ləğv edildi
Dünən, 14:00
“Qoca qitə” çarə axtarışında: - ruslar gəlir, amerikalılar gedir
Dünən, 13:58
Sahil Babayevin yerinə keçən nazir nələri dəyişəcək? – Rəy
Dünən, 13:10
Məhkəmə qalmaqallı "Laser Beauty Estetik Klinika" ilə bağlı qərar verdi - DETALLAR
Dünən, 13:06
Türkiyədə inflayasiya səviyyəsi 39%-ə düşdü – Dünyada 6-cı yerdədir
Dünən, 13:04
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nə sədr əvəzi təyin edilib - FOTO
Dünən, 12:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru