"İsa Qəmbər yenidən Müsavatın başqanlığına gətirilməlidir" - Rəsul Quliyev
Tarix: 15-12-2014, 10:13 | Çap et
 “Müsavat qədim partiyadır, ofisləri var, rayonlarda bir iki üzvləri mövcuddur. Heç kimin qəbul etmədiyi kölgə başqanlığa görə niyə bu partiyanın axırına çıxırlar?” “İsa Qəmbərdə “bəlkə də qaytardılar” fantaziyası çox güclüdür. O hələ də “yenə bir dəfə quş uçurulacaq , o da gəlib onun başına qonacaq” yuxusundan ayıla bilmir.” “Keçirdikləri mitinq bir daha göstərdi ki, artıq Musavat Partiyası yoxdur”. Eks-spiker Rəsul Quliyev Müsavatın bu günkü mitinqinə münasibətini açıqlayıb. Onun xüsusi olaraq Moderator.az üçün qələmə aldığı yazını təqdim edirik: “Əgər yadınızdadırsa Musavat partiyasının liderləri qurultay keçirməmək üçün 4 il camaatı ələ saldılar. 1000 nəfərin iştirak edəcəyi qurultayına yer verilmədiyini, çünki hökumətin super güc olan Musavatdan qorxduğunu demək, olar ki, həmişə gündəlikdə saxladılar. Hətta arada Saakaşvilidən Tiflisdə qurultay keçirməyə yer istədilər. Əgər bu təlxəklik deyilsə, nədir? Çünki 1000 nəfəri Tiflisə aparmaq, heç olmazsa bir gün hoteldə saxlamaq və bir dəfə yemək vermək Bakının istənilən sarayından azı 5 dəfə baha başa gələrdi. Musavatın özünün qurultay keçirmək istəməməsi hamıya gün kimi aydın idi. Buna baxmayaraq onlar yalanlarını davam etdirirdilər. Nə səbəbdən? Birincisi, keçmiş başqanda “bəlkə də qaytardılar” fantaziyası çox güclüdür. O hələ də “yenə bir dəfə quş uçurulacaq, o da gəlib onun başına qonacaq” yuxusundan ayıla bilmir. Bu işin 2013-cü il prezident seçkisində baş verəcəyinə inandığı üçün hökmən başqan postunu saxlamaq istədi. Quş uçurulanda orada olmaq üçün... İkincisi, öz yerinə kölgəsini qoymağa vaxt tələb olunurdu. Və nəhayət, qurultaylarını keçirməyi qərara aldılar. Söz verilmiş 1000 nümayəndənin əvəzinə 800 nəfərlik zala 450 musavatçı toplaya bildilər. Daha doğrusu, saxtakarlıqla seçilmiş 450 adamı nümayəndə seçə bildilər və “kölgə”ni başqan etdilər. O vaxtdan etibarən kölgə əsl başqanın arxasınca sürünür. Əsl müsavatçılar kölgəni qəbul etmir və edə də bilməzlər. Keçirdikləri mitinq bir daha göstərdi ki, artıq Musavat Partiyası yoxdur. Qurultaya topladıqlarından 2 dəfə az adamı, yarım ay bundan əvvəl elan etdikləri mitinqə toplaya bilən partiyanın iddiası nə ola bilər? Yeni başqan belə mitinqin təşkilinin səbəbkarı kimi məgər istefa verməməlidirmi? Xalq Cəbhəsi Partiyasından azı 3 dəfə az insanları mitinqinə çıxaran və cəmi 45 dəqiqə mitinq keçirən (Xalq Cəbhəsi heç olmazsa 1saat 30 dəqiqə camaatı meydanda saxlaya bilirdi) bir partiyanın özünü müxalifət adlandırmağa haqqı varmı? Əgər unutmamısınzsa mən Xalq Cəbhəsinin belə azsaylı mitinqlər keçirməsini “karikatura” adlandırmışdım. Belə mitinqlərin keçrilməsinin rejimi gücləndirdiyini qeyd etmişdim. Musavatın bu mitinqini heç “karikatura” belə adlandırmaq mümkün deyil. Onların ümidi hökümətin mitinqə iczə verməyəcəklərinə idi. Ancaq hökumətdə oturanların ən zəif kiçik vəzifəli məmuru belə yeni başqandan qat-qat güclü intellektə malikdir. Hökumətdə Musavatın axırına çıxmaq arzusu var idi, əgər partiya özü özünün axırına çıxmaq qərarına gəlibsə necə onun qarşısını almağa cəhd edə bilərdi? Mənim Müsavatın liderləri ilə heç bir fərdi münasibətim yoxdur və olmayıb. Ancaq hər halda qədim partiyadır, ofisləri var, rayonlarda bir iki üzvləri mövcuddur. Heç kimin qəbul etmədiyi kölgə başqanlığa görə niyə bu partiyanın axırına çıxırlar? Bu vəziyyətdən çıxış yolu axtarsınlar. Qurultayın qərarlarını ləğv etsinlər, kompromis variant kimi keçmiş başqan yenidən bir illiyə müvəqqəti öz postunda əyləşsin və bir il ərzində normal demokratik seçki keçirsinlər. İndiki başqanın nəinki başqan, heç onun müavini olmaq potensialı yoxdur”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan Türk Ocağı "Qənirə Paşayeva mükafatı" təsis etdi - AÇIQLAMA
Bu gün, 00:57 |
|
|
|
• Hakimlərin fotoları və tərcümeyi-halı niyə gizli saxlanılır? - ARAŞDIRMA
Bu gün, 00:54 |
|
|
|
• "Mən yaşıla vurğunam..." - FOTO
Bu gün, 00:50 |
|
|
|
• "Avropa ölkələri Ukraynaya təhlükəsizlik zəmanəti verə bilməz" - Starmer
Bu gün, 00:33 |
|
|
|
• Sabiq deputat nazirin geyiminə "ilişdi" - "Ayıbdır…"
Bu gün, 00:31 |
|
|
|
• Ağ Ev Rusiyaya qarşı sanksiyaların mümkün ləğvini öyrənir - KİV
Bu gün, 00:23 |
|
|
|
• İcra başçısının oğlu lüks avtomobillərinin və bahalı nömrələrinin olması faktını təsdiqlədi - İLGİNC
Bu gün, 00:22 |
|
|
|
• Bu gün od çərşənbəsidir
Bu gün, 00:10 |
|
|
|
• Putinin Rusiyaya xəyanəti: Ukraynanı ABŞ-a “təslim etdi” - FAKT BUDUR!
Bu gün, 00:04 |
|
|
|
• Müəllimlərə 8 Martda niyə hədiyyə almayaq ki?! – Qurunun oduna yananlar
Bu gün, 00:00 |
|
|
|
• "Mənim və Aysel xanım üçün bu addımı atmaq çətin idi"
Dünən, 23:58 |
|
|
|
• Simonyanın hər kəsdən üzr istəməsinin səbəbi – Sui-qəsd olacaq?
Dünən, 23:56 |
|
|
|
• Müharibədə sensasion detal: türk qoşunları bura girə bilər – General
Dünən, 21:22 |
|
|
|
• Səs yazısı yayılan direktor işdən çıxarıldı - rəsmi
Dünən, 21:18 |
|
|
|
• İrəliləyiş olmayacaq: - Aİ-nin Ermənistana ehtiyacı yoxdur!
Dünən, 19:02 |
|
|
|
• Bakının tələbi, erməni cəmiyyətinin xilas yolu – Yeni Konstitusiya
Dünən, 19:00 |
|
|
|
• Banklar daha dollar almır: Nə baş verir? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Səsyazısı yayılan direktor ləğv olunmuş universitetin MƏZUNUDUR - "Kimin əlindən su içdiyi bəlli"...
Dünən, 18:20 |
|
|
|
• Trampın Rusiya-Ukrayna məsələsində iki çıxış yolu qalıb - Azad İsazadə ŞƏRH EDİR
Dünən, 18:17 |
|
|
|
• Məktəblərə “cəza yağışı” gəlir: - Müəllim və şagirdlər üçün çətin dövr
Dünən, 18:11 |
|
|
|
• Bakıda qardan sonra əksər yollar dağıldı: Yoxsa bu boyda sərvət HARDAN İDİ Kİ?.. - İLGİNC FAKT
Dünən, 18:07 |
|
|
|
• Qadınlar Razi Nurullayevin cavabını verdilər: - "Nə aliment alırlar ki, sərbəst də yaşasınlar?"
Dünən, 18:01 |
|
|
|
• Ukrayna torpaqlarını Rusiyaya verməyən yeganə prezidentəm - Tramp
Dünən, 17:58 |
|
|
|
• Bu həftə DƏYİŞİKLİK GÖZLƏNİLİR - İDDİA
Dünən, 17:56 |
|
|
|
• Ukrayna uğrunda QARIŞ SAVAŞI... - İNCƏLƏMƏ
Dünən, 17:49 |
|
|
|
• Azərbaycan GUAM Parlament Assambleyasına sədrliyi Gürcüstana təhvil verib
Dünən, 17:42 |
|
|
|
• ABŞ Azərbaycanın maraqlarına xələl gətirəcək addım atmayacaq - Ermənistanın xəyalları "suya düşdü"
Dünən, 17:40 |
|
|
|
• Təhsilə pul yatırmağın qaranlıq tərəfi – Gənclər harada səhv edir?
Dünən, 17:36 |
|
|
|
• Mədəniyyət Nazirliyi BƏƏ şirkətindən 3 adda kitab alır – 36 min ödəyəcək
Dünən, 17:30 |
|
|
|
• Ermənistan-Azərbaycan danışıqlarında niyə fasilə yaranıb? - Geosiyasi qeyri-müəyyənlik...
Dünən, 16:10 |
|
|
|
• Polis marketlərdən 50 min manat dəyərində oğurluq edən şəxsləri saxladı - FOTO, VİDEO
Dünən, 16:06 |
|
|
|
• Prezident vəd vermişdi... - NƏ OLACAQ?..
Dünən, 16:04 |
|
|
|
• İcra başçısının müavini məhkəməyə gəlmədi, iclas təxirə salındı - DETALLAR
Dünən, 16:02 |
|
|
|
• Alçaldılmış və təhqir edilmiş – O, Ağ Evə niyə çağırıldı?
Dünən, 15:58 |
|
|
|
• Yaxın beş ildə Azərbaycanın büdcəsi profisitli olacaq - Dünya Bankı
Dünən, 15:53 |
|
|
|
• Ləğv olunmuş Azərbaycan Sənaye Korporasiyası xalis mənfəətdən - ZƏRƏRƏ KEÇİB
Dünən, 15:50 |
|
|
|
• Nazir ona vəzifə verdi - FOTO
Dünən, 15:46 |
|
|
|
• Şirvanda erməni siqaretləri satan şəxs həbs edilib - İkinci əməlidir
Dünən, 15:42 |
|
|
|
• Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılır
Dünən, 15:26 |
|
|
|
• "Veysəloğlu"nun "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı motivasiya tədbirində şirkətin uğurları və yeni istiqamətlər müzakirə olundu - FOTO
Dünən, 15:17 |
|
|
|
• Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti - MƏQALƏ
Dünən, 15:11 |
|
|
|
• Qadın ülviyyətin, zərifliyin, gözəlliyin rəmzidir - İsrafil Kərimovun yazısı
Dünən, 15:09 |
|
|
|
• Azərbaycanda gələn ildən közərmə lampalarına qadağa qoyulacaq, nazir müavini səbəbi açıqlayıb
Dünən, 15:04 |
|
|
|
• Rafiq Vəliyev Mədəniyyət Nazirliyinin pullarının 30 faizini öz layihəsinə xərcləyib - ARAŞDIRMA
Dünən, 14:02 |
|
|
|
• MİDA-nın 620 minlik tenderi ləğv edildi
Dünən, 14:00 |
|
|
|
• “Qoca qitə” çarə axtarışında: - ruslar gəlir, amerikalılar gedir
Dünən, 13:58 |
|
|
|
• Sahil Babayevin yerinə keçən nazir nələri dəyişəcək? – Rəy
Dünən, 13:10 |
|
|
|
• Məhkəmə qalmaqallı "Laser Beauty Estetik Klinika" ilə bağlı qərar verdi - DETALLAR
Dünən, 13:06 |
|
|
|
• Türkiyədə inflayasiya səviyyəsi 39%-ə düşdü – Dünyada 6-cı yerdədir
Dünən, 13:04 |
|
|
|
• “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nə sədr əvəzi təyin edilib - FOTO
Dünən, 12:58 |
|
|
|
|