
Bu boyda Bakını qoyub Salyanda toplaşmağınız və Vurğun Əyyubun orda olmaması səbəbləri barədə Moderator.az-ın oxucularını məlumatlandırmaq istərdinizmi?
Əməkdaşımızın bu sualını ADR-in Təşkilat Komitəsinin rəhbəri Qubad İbadoğlu aşağıdakı kimi cavablandırıb:
"Biz Bakıda ayın 3-də ADR-in Təşkilat Komitəsinin toplantısını keçirdik və qərar aldıq ki. rayonlarda təşəbbüs qruplarının yaradılmasına başlayaq. Odur ki, bu işə Salyandan başladıq və onu başqa rayonlarda da davam etdirəcəyik.
Vurgun bəy isə TK-nin toplantısında iştirak edib. Regiona isə Ellada xanimla mən getdim, Burda başqa səbəb yoxdur. Bütün TK üzvlərinin rayonlarda təşəbbüs qrupunun toplantısında iştirak etməsi vacib deyil. Qərara almışıq ki, hər toplantıda 1-2 nəfər TK üzvü iştirak etsin."