
Azərbaycan Ədliyyə Nazirliyi Müsavat Partiyasının sentyabrın 27-də keçirilən qurultayı ilə bağlı müvafiq məlumatların dövlət reyestrinə daxil edilməsi üçün etdiyi müraciəti cavablandırıb.
diaaz.space-ın məlumatına görə, bu barədə "Report"a partiya başqanının müavini Elman Fəttah məlumat verib. O bildirib ki, nazirlik partiyanın qurultayının nəticələrinə dair sənədləşmə prosedurunu yekunlaşdırıb.
Qeyd edək ki, partiyanın VIII qurultayında başqanlığa namizəd Arif Hacılı 228 səslə qalib olub.