Azərbaycan Türk Ocağı "Qənirə Paşayeva mükafatı" təsis etdi .....                     Hakimlərin fotoları və tərcümeyi-halı niyə gizli saxlanılır? .....                     "Mən yaşıla vurğunam..." .....                     "Avropa ölkələri Ukraynaya təhlükəsizlik zəmanəti verə bilməz" .....                     Sabiq deputat nazirin geyiminə "ilişdi" .....                     Ağ Ev Rusiyaya qarşı sanksiyaların mümkün ləğvini öyrənir .....                     İcra başçısının oğlu lüks avtomobillərinin və bahalı nömrələrinin olması faktını təsdiqlədi .....                     Bu gün od çərşənbəsidir .....                     Putinin Rusiyaya xəyanəti: Ukraynanı ABŞ-a “təslim etdi” .....                     Müəllimlərə 8 Martda niyə hədiyyə almayaq ki?! .....                     "Mənim və Aysel xanım üçün bu addımı atmaq çətin idi" .....                     Simonyanın hər kəsdən üzr istəməsinin səbəbi .....                     Müharibədə sensasion detal: türk qoşunları bura girə bilər .....                     Səs yazısı yayılan direktor işdən çıxarıldı .....                     İrəliləyiş olmayacaq: .....                     Bakının tələbi, erməni cəmiyyətinin xilas yolu .....                     Banklar daha dollar almır: Nə baş verir? .....                     Səsyazısı yayılan direktor ləğv olunmuş universitetin MƏZUNUDUR .....                     Trampın Rusiya-Ukrayna məsələsində iki çıxış yolu qalıb .....                     Məktəblərə “cəza yağışı” gəlir: .....                     Bakıda qardan sonra əksər yollar dağıldı: Yoxsa bu boyda sərvət HARDAN İDİ Kİ?.. .....                     Qadınlar Razi Nurullayevin cavabını verdilər: .....                     Ukrayna torpaqlarını Rusiyaya verməyən yeganə prezidentəm .....                     Bu həftə DƏYİŞİKLİK GÖZLƏNİLİR .....                     Ukrayna uğrunda QARIŞ SAVAŞI... .....                     Azərbaycan GUAM Parlament Assambleyasına sədrliyi Gürcüstana təhvil verib .....                     ABŞ Azərbaycanın maraqlarına xələl gətirəcək addım atmayacaq .....                     Təhsilə pul yatırmağın qaranlıq tərəfi .....                     Mədəniyyət Nazirliyi BƏƏ şirkətindən 3 adda kitab alır .....                     Ermənistan-Azərbaycan danışıqlarında niyə fasilə yaranıb? .....                     Polis marketlərdən 50 min manat dəyərində oğurluq edən şəxsləri saxladı .....                     Prezident vəd vermişdi... .....                     İcra başçısının müavini məhkəməyə gəlmədi, iclas təxirə salındı .....                     Alçaldılmış və təhqir edilmiş .....                     Yaxın beş ildə Azərbaycanın büdcəsi profisitli olacaq .....                     Ləğv olunmuş Azərbaycan Sənaye Korporasiyası xalis mənfəətdən .....                     Nazir ona vəzifə verdi .....                     Şirvanda erməni siqaretləri satan şəxs həbs edilib .....                     Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılır .....                     "Veysəloğlu"nun "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı motivasiya tədbirində şirkətin uğurları və yeni istiqamətlər müzakirə olundu .....                 

“Mən onları silahdaşlarına xəyanət etməkdə günahlandırmışam” - Arif Hacılı
Tarix: 26-01-2015, 10:58 | Çap et
“Mən onları silahdaşlarına xəyanət etməkdə günahlandırmışam”
diaaz.space Müsavat Partiyasının başqanı Arif Hacılının Lent.az-a müsahibəsini təqdim edir:

- Qarşıdan 2015-ci ilin parlament seçkiləri gəlir və siz bu ərəfələrdə bir sıra müxalifət partiyaları ilə görüşlər keçirdiniz. Müsavat partiyası olaraq, bu seçkilərə hər hansı bir siyasi blokun tərkibində getməyi hazırlaşırsınız, yoxsa təkbaşına ?

- 2015-ci il parlament seçkilərinə xüsusi əhəmiyyət veririk. Hesab edirik ki, bu il ölkədə siyasi vəziyyət əsaslı sürətdə dəyişə bilər. Bunun üçün cəmiyyəti fəallaşdırmaq niyyətindəyik. Seçkilərdən əvvəl seçkiqabağı demokratik şəraitin yaradılması, seçki qanunvericiliyində də islahatların aparılması istiqamətində fəaliyyət göstərmək niyyətindəyik.
Biz qeyd etdiyim sahələr üzrə siyasi partiyalarla əməkdaşlığa hazırıq, siyasi partiyalara funksional əməkdaşlıq təklifi irəli sürmüşük. Seçki blokunun yaradılmasına gəldikdə isə bu, bir az mürəkkəb məsələdir. Seçki blokunda yalnız ideoloji-siyasi xətti uyğun olan, hədəfləri yaxın siyasi partiyalar iştirak edə bilər. Təəssüf ki, Azərbaycanda Müsavat Partiyası ilə hədəfləri üst-üstə düşən siyasi partiyaların sayı çox azdır, amma hər halda biz seçki blokunun yaradılması ehtimalını istisna etmirik və buna da cəhd göstərəcəyik. Əgər seçki blokunun yaradılması mümkün olmasa, Müsavat təkbaşına öz namizədləri ilə seçkilərdə iştirak edəcək.

- Sizin AXCP sədri Əli Kərimli ilə görüşünüzdən sonraAXCP funksionerləri Müsavatla hər hansı bir əməkdaşlıq müzakirə olunmadığını və bunun etika xətrinə bir görüş olduğunu bildirdilər.

- Biz siyasətə peşəkar yanaşırıq və Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyalarının resurslarının birləşdirilməsini zəruri sayırıq. Əgər bu ümumiləşdirilmə mümkün deyilsə, heç olmasa onların fəaliyyətinin uzlaşdırılmasına çalışırıq. AXCP sədri Əli Kərimli ilə görüşümüz də bu istiqamətdəki siyasətimizin həyata keçirilməsi yolunda bir addım idi. Mən öz mövqeyimi və Müsavat Partiyasının mövqeyini AXCP sədrinin diqqətinə çatdırdım, ancaq əgər, kimlərsə bizim bu konsepsiyamızı məqsədəuyğun saymırsa, bu, onların seçimidir. Kimlərsə özünütəcrid siyasəti yeritmək niyyətindədirlərsə, biz onları öz siyasətlərini dəyişməyə məcbur edə bilmərik. Biz bundan sonra da siyasi qüvvələrin resurslarının birgə fəaliyyətinə nail olmaq, müxalifətin içindən siyasi qarşıdurmanı çıxartmaq və müxalifət qüvvələrin səylərini hakimiyyətə qarşı birləşdirmək səylərimizi davam etdirmək niyyətindəyik. Hesab edirəm ki, bu yolda bizimlə eyni mövqedən çıxış edəcək qüvvələr olacaq.

- Bu görüş barədə bəzi media orqanlarında yazıldı ki, guya gələcək əməkdaşlıq üçün Əli Kərimli sizdən Rauf Arifoğlunun Müsavat Partiyasından uzaqlaşması tələbini qoyub. Ümumiyyətlə, həmin görüşdə bu barədə müzakirə olubmu?


- Bu və buna bənzər bəzi məsələlər mətbuatın uydurmasıdır. Bizim aramızda belə qeyri-ciddi məsələlər müzakirə oluna bilməz.

- Nədənsə sizə qarşı olan qüvvələr həmişə belə bir iddia səsləndir ki, Arif Hacılı intriqabazdır və partiya daxilində parçalanmaya meyllidir.

- Siyasətçi üçün pis cəhət onun unudulması ola bilər. Kimin tərəfindən deyildiyini xatırlamıram, ancaq tanınmış siyasətçilərdən biri deyib ki, əsas məsələ adımın və soyadımın düzgün yazılmasıdır, mənim haqqımda nə yazılmasının isə əhəmiyyəti yoxdur. Siyasətçi üçün ən vacib məsələ onun unudulmaması və onun apardığı siyasətin cəmiyyətdə müzakirə olunmasıdır. Mən 25 ilə yaxındır ki, peşəkar siyasətlə məşğulam. Azərbaycan cəmiyyətinin, demokratik düşərgənin və üzvü olduğum Müsavat Partiyasının mənafeləri nə cür siyasət aparmağımı tələb edibsə, o cür siyasət aparmışam. Bu gün də Müsavat başqanı olaraq Azərbaycan cəmiyyətinin və partiyamızın mənafeləri mənim ümumi barışdırıcı mövqedə durmağımı, siyasi qüvvələri bir araya gətirmək istiqamətində səy göstərməyimi, siyasi mübarizəni müxalifətin içərisindən çıxarmağa cəhd göstərməyimi tələb edir və mən bu tələblərə uyğun fəaliyyət göstərirəm.

- Müsavat daxilində sizi istəməyən qüvvələr deyir ki, “Arif Hacılı İsa Qəmbərin kölgəsində gizlənir”.

- Azərbaycanda birlikdə fəaliyyət göstərən siyasətçilər çox olub, ancaq zaman-zaman onlar bir-birlərindən ayrılıb və bir çox hallarda bir-birilərinə qarşı çox kəskin mövqedə dayanıblar. Mən 90-cı ildən ümumi siyasi proseslərdə İsa Qəmbərlə birlikdə fəaliyyət göstərmişəm, bir çox hallarda eyni mövqedən çıxış etmişik. Bizim bu cür münasibətlərimizin bu gün də davam etməsi Azərbaycan siyasət tarixinin fenomenal hadisələrindən biridir. İsa Qəmbər Azərbaycan siyasətinin ən önəmli simalarından biridir və əgər kimlərsə mənim adımın daim İsa Qəmbərlə birgə səsləndirməsini siyasətçi olaraq mənfi hal hesab edə bilər, mən belə hesab etmirəm.

- Bəs İsa Qəmbər Arif Hacılının qərarlarına təsir edir?

- Bilirsiniz, daim deyirdilər ki, Müsavat Partiyası ilə AXCP-nin isti münasibətlərinin yaranmasına Arif Hacılı maneçilik törədir. Amma bu günlərdə mətbuatda oxudum ki, guya mən AXCP ilə münasibətlərin yaxşılaşdırılmasını, müttəfiqlik münasibətlərinin qurulmasını istəyirəm, ancaq İsa Qəmbər buna imkan vermir. Ona görə bu fikirlər daha çox jurnalistlərin və bizi özlərinə opponent sayan siyasətçilərin uydurması kimi dəyərləndirməlidir.
Müsavat Partiyası Azərbaycanda kollegial idarə olunan yeganə siyasi partiyadır. Bütün qərarlar kollegial olaraq qəbul olunur və təbii ki, Azərbaycan siyasətində ən mühüm simalardan olan İsa Qəmbər də Müsavat Partiyasında qəbul olunan qərarların müzakirəsində iştirak edir və onun da fikirləri müzakirələr zamanı nəzərə alınır.

- Qurultaydan sonra seçkinin nəticəsindən narazı olanların istefaları Müsavatı bir qədər zəiflətdi. Arif Hacılı partiyanın əvvəlki əzəmətini qaytara bilibmi?

- Səkkizinci qurultay partiyamız üçün keçid qurultayı idi. Bu qurultayda həm Müsavatın başqanı, həm də rəhbərlik tam heyətlə dəyişdi. Müsavat Partiyasının rəhbərliyinə yeni qüvvələr, siyasi xadimlər gəldi və istənilən quruluşun daxilində bu cür keçid prosesi fəsadlarsız ötüşmür. Düzdür, bu keçidin müəyyən fəsadları oldu, ancaq adətən nəsil dəyişmə prosesindən sonra istənilən quruluş güclənir, Müsavat Partiyası da istisna olmayacaq. Partiyamızda güclənmə prosesi artıq başlayıb və yaxın zamanlarda səkkizinci qurultayın ləngiməsi, nəsil dəyişməsi prosesi ilə əlaqədar ortalığa çıxan fəsadların yaratdığı problemlər tamamilə aradan qalxacaq. Müsavat Partiyası yeni nəfəslə, yeni güclə Azərbaycanda ümumi siyasi vəziyyətin dəyişməsində həlledici rol oynayacaq.

- Qubad İbadoğlu bildirmişdi ki, təklifləri əsasında Müsavat Partiyasının 2015-ci il üçün fəaliyyət proqramı hazırlanıb. Bu partiya daxili problemlərin səngiməsi kimi qiymətləndirmək olar?

- Müsavat Partiyası Azərbaycanda demokratik prinsiplərin əsasında idarə olunan yeganə partiyadır. Partiyanın bütün strukturlarında seçkilər alternativ qaydada, namizədlər elan olunmaqla gizli səsvermə yolu ilə keçirilir. Ona görə də, hər bir təşkilat üzvü Müsavat Partiyası strukturlarında partiyanın nizamnaməsinə və proqramına uyğun fəaliyyət göstərə bilər. Müsavat Partiyasının fəaliyyəti istiqaməti ilə bağlı sənədlərin layihəsini uzun illər mən hazırlamışam və mənim rəhbərlik etdiyim icra aparatı hazırlayıb. 2015-ci il üçün fəaliyyət istiqamətləri ilə əlaqədar sənəd də Müsavat Partiyasının icra aparatının nümayəndələri, başda Elman Fəttah olmaqla digər rəhbər şəxslər tərəfindən hazırlanıb, partiyanın divanında bu sənədə əlavə və dəyişikliklər edilib, partiyanın Məclisində müzakirə olunub və Məclisdə verilən təkliflər də fəaliyyət istiqamətində öz əksini tapıb. Mən bunu yalnız müəllif hüquqlarının tapdalanmaması baxımından qeyd etməyi zəruri sayıram. Partiyanın fəaliyyət istiqamətləri ilə əlaqədar məsələlər müzakirə olunarkən bir çox partiya üzvləri tərəfindən müəyyən təkliflər irəli sürülüb, Məclisdə də müəyyən təkliflər irəli sürüldü və bunlar nəzərə alındı.

- Qurultaydan sonra partiya daxilində yaranmış narazılığa sabiq başqan qısaca olaraq belə münasibət bildirdi: “Kənardan necə görünməsindən asılı olmayaraq mübarizə Müsavat Partiyası ilə hakimiyyət arasında gedir”. Arif Hacılı bunu kənardan və daxildən necə görür?

- Hakimiyyət dairələri Müsavat Partiyası haqqında daim düşünür, onun zəifləməsində maraqlıdır. Mənim 3 müavinim indi həbsdədir. Partiyamıza qarşı televiziya kanallarında, hakimiyyətə yaxın media orqanlarında kampaniyalar ara vermir. Eləcə də hakimiyyət dairələri Müsavatın içində konflikt yaratmaq və bu konfliktləri idarə etmək üçün çox səylər göstərir. Bu baxımdan Azərbaycanda əsas siyasi mübarizənin hakimiyyətlə Müsavat Partiyası arasında getdiyi göz önündədir.

- Siz partiyadan gedənləri xəyanətkar adlandırdınız. Amma tərəfdarınız olmayan, lakin partiya üçün fədakarlıq edən gənclər bu sözünüzü onların illərdi apardığı mübarizəyə “qara ləkə” olduğunu bildirdilər.

- Mən Müsavat Partiyasının üzvlərini xəyanətkar adlandırmamışam. Partiyadan çıxıb getmiş şəxsləri, artıq partiyasının üzvü olmayan şəxsləri Müsavat Partiyasına və partiyada olan silahdaşlarına xəyanət etməkdə günahlandırmışam. Bunlar fərqli məsələlərdi. Mən onları vətənə xəyanətdə və ya başqa məsələlərdə xəyanətkar olmaqda günahlandırmamışam. Bildirmişəm ki, Müsavat Partiyasına qarşı hakimiyyət tərəfindən bu qədər basqıların olduğu bir məqamda illər boyu birlikdə fəaliyyət göstərdikləri silahdaşlarını tərk edərək partiyadan çıxmaq və Müsavatı onun etmədiyi məsələlərdə günahlandırmaq – Müsavat Partiyasına qarşı xəyanətdir.

- Tural Abbaslı bildirib ki, partiyada fraksiya yaradacaq. Bu barədə nə deyə bilərsiniz?

- Müsavat Partiyasının nizamnaməsində fraksiya yaratması nəzərdə tutulmur. Ona görə də, partiya üzvləri fraksiya yaradılması ideyasına mənfi yanaşır. Fraksiyanın yaradılmamasının da əsas səbəbi də budur. Çünki bu ideyanın tərəfdarları çox azdır. Bir dəfə bu fikri səsləndirmişəm, bir daha təkrar edirəm ki, kimsə partiyanın içində hansısa qruplar, fraksiyalar yaratmaq istiqamətində fəaliyyət göstərəcəksə, bu adamlar partiya üzvlərinin özlərinə olan etimadı daha da itirəcəklər. Bu, həm də mənim təcrübəli bir siyasətçi kimi ekspert rəyimdir.

- Siz başqan seçildikdən sonra sabiq başqan İsa Qəmbər yenə öz kabinetində qaldı, amma digər namizədlər seçiləcəkləri təqdirdə sabiq başqandan kabineti təhvil alacaqlarını bildirirdilər.

- Mənim hədəfim kabinet deyil, mənim hədəflərim çox böyükdür.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Türk Ocağı "Qənirə Paşayeva mükafatı" təsis etdi - AÇIQLAMA
Bu gün, 00:57
Hakimlərin fotoları və tərcümeyi-halı niyə gizli saxlanılır? - ARAŞDIRMA
Bu gün, 00:54
"Mən yaşıla vurğunam..." - FOTO
Bu gün, 00:50
"Avropa ölkələri Ukraynaya təhlükəsizlik zəmanəti verə bilməz" - Starmer
Bu gün, 00:33
Sabiq deputat nazirin geyiminə "ilişdi" - "Ayıbdır…"
Bu gün, 00:31
Ağ Ev Rusiyaya qarşı sanksiyaların mümkün ləğvini öyrənir - KİV
Bu gün, 00:23
İcra başçısının oğlu lüks avtomobillərinin və bahalı nömrələrinin olması faktını təsdiqlədi - İLGİNC
Bu gün, 00:22
Bu gün od çərşənbəsidir
Bu gün, 00:10
Putinin Rusiyaya xəyanəti: Ukraynanı ABŞ-a “təslim etdi” - FAKT BUDUR!
Bu gün, 00:04
Müəllimlərə 8 Martda niyə hədiyyə almayaq ki?! – Qurunun oduna yananlar
Bu gün, 00:00
"Mənim və Aysel xanım üçün bu addımı atmaq çətin idi"
Dünən, 23:58
Simonyanın hər kəsdən üzr istəməsinin səbəbi – Sui-qəsd olacaq?
Dünən, 23:56
Müharibədə sensasion detal: türk qoşunları bura girə bilər – General
Dünən, 21:22
Səs yazısı yayılan direktor işdən çıxarıldı - rəsmi
Dünən, 21:18
İrəliləyiş olmayacaq: - Aİ-nin Ermənistana ehtiyacı yoxdur!
Dünən, 19:02
Bakının tələbi, erməni cəmiyyətinin xilas yolu – Yeni Konstitusiya
Dünən, 19:00
Banklar daha dollar almır: Nə baş verir? - AKTUAL
Dünən, 18:58
Səsyazısı yayılan direktor ləğv olunmuş universitetin MƏZUNUDUR - "Kimin əlindən su içdiyi bəlli"...
Dünən, 18:20
Trampın Rusiya-Ukrayna məsələsində iki çıxış yolu qalıb - Azad İsazadə ŞƏRH EDİR
Dünən, 18:17
Məktəblərə “cəza yağışı” gəlir: - Müəllim və şagirdlər üçün çətin dövr
Dünən, 18:11
Bakıda qardan sonra əksər yollar dağıldı: Yoxsa bu boyda sərvət HARDAN İDİ Kİ?.. - İLGİNC FAKT
Dünən, 18:07
Qadınlar Razi Nurullayevin cavabını verdilər: - "Nə aliment alırlar ki, sərbəst də yaşasınlar?"
Dünən, 18:01
Ukrayna torpaqlarını Rusiyaya verməyən yeganə prezidentəm - Tramp
Dünən, 17:58
Bu həftə DƏYİŞİKLİK GÖZLƏNİLİR - İDDİA
Dünən, 17:56
Ukrayna uğrunda QARIŞ SAVAŞI... - İNCƏLƏMƏ
Dünən, 17:49
Azərbaycan GUAM Parlament Assambleyasına sədrliyi Gürcüstana təhvil verib
Dünən, 17:42
ABŞ Azərbaycanın maraqlarına xələl gətirəcək addım atmayacaq - Ermənistanın xəyalları "suya düşdü"
Dünən, 17:40
Təhsilə pul yatırmağın qaranlıq tərəfi – Gənclər harada səhv edir?
Dünən, 17:36
Mədəniyyət Nazirliyi BƏƏ şirkətindən 3 adda kitab alır – 36 min ödəyəcək
Dünən, 17:30
Ermənistan-Azərbaycan danışıqlarında niyə fasilə yaranıb? - Geosiyasi qeyri-müəyyənlik...
Dünən, 16:10
Polis marketlərdən 50 min manat dəyərində oğurluq edən şəxsləri saxladı - FOTO, VİDEO
Dünən, 16:06
Prezident vəd vermişdi... - NƏ OLACAQ?..
Dünən, 16:04
İcra başçısının müavini məhkəməyə gəlmədi, iclas təxirə salındı - DETALLAR
Dünən, 16:02
Alçaldılmış və təhqir edilmiş – O, Ağ Evə niyə çağırıldı?
Dünən, 15:58
Yaxın beş ildə Azərbaycanın büdcəsi profisitli olacaq - Dünya Bankı
Dünən, 15:53
Ləğv olunmuş Azərbaycan Sənaye Korporasiyası xalis mənfəətdən - ZƏRƏRƏ KEÇİB
Dünən, 15:50
Nazir ona vəzifə verdi - FOTO
Dünən, 15:46
Şirvanda erməni siqaretləri satan şəxs həbs edilib - İkinci əməlidir
Dünən, 15:42
Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılır
Dünən, 15:26
"Veysəloğlu"nun "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı motivasiya tədbirində şirkətin uğurları və yeni istiqamətlər müzakirə olundu - FOTO
Dünən, 15:17
Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti - MƏQALƏ
Dünən, 15:11
Qadın ülviyyətin, zərifliyin, gözəlliyin rəmzidir - İsrafil Kərimovun yazısı
Dünən, 15:09
Azərbaycanda gələn ildən közərmə lampalarına qadağa qoyulacaq, nazir müavini səbəbi açıqlayıb
Dünən, 15:04
Rafiq Vəliyev Mədəniyyət Nazirliyinin pullarının 30 faizini öz layihəsinə xərcləyib - ARAŞDIRMA
Dünən, 14:02
MİDA-nın 620 minlik tenderi ləğv edildi
Dünən, 14:00
“Qoca qitə” çarə axtarışında: - ruslar gəlir, amerikalılar gedir
Dünən, 13:58
Sahil Babayevin yerinə keçən nazir nələri dəyişəcək? – Rəy
Dünən, 13:10
Məhkəmə qalmaqallı "Laser Beauty Estetik Klinika" ilə bağlı qərar verdi - DETALLAR
Dünən, 13:06
Türkiyədə inflayasiya səviyyəsi 39%-ə düşdü – Dünyada 6-cı yerdədir
Dünən, 13:04
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nə sədr əvəzi təyin edilib - FOTO
Dünən, 12:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru