“Söyün Sadıqovun satqınlığı Abbas Abbasov üçün gözlənilməz oldu” - "AzerRos"un Ağsaqqllar Şurasının üzvü
Tarix: 3-02-2015, 10:26 | Çap et
 Modern.az saytı “AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin Ağsaqqllar Şurasının üzvü, Nijni Novqorod Azərbaycanlılarının Mədəni Muxtariyyətinin sədri, Rusiya Jurnalistlər İttifaqının üzvü Vidadi Abbasovla müsahibəni təqdim edir.
- Vidadi müəllim, ilk növbədə sizdən "AzerRos"da baş verən son proseslərə münasibətinizi bilmək istərdik. Sizcə, azərbaycanlıların ən böyük diaspor təşkilatlarından birində nə baş verir?
- İlk olaraq ondan başlayaq ki, "AzerRos" Rusiya azərbaycanlılarının rəsmən qeydiyyatdan keçirdiyi ən böyük təşkilatlardan biri deyil, əksinə yeganə belə təşkilatıdır. Xatırlamaq istəyirəm ki, "AzerRos"un yaradıcılarından olan Söyün Sadıqov və digər insanların sayəsində təşkilat demokratik struktura malik olmaqda davam edir. Hətta çəkinmədən deyərəm ki, "AzerRos"dakı demokratiya Rusiyanın özündə belə, yoxdur. Və bugünkü proseslər təşkilatdakı məhz həmin demokratiyanın nəticələridir. Bunlar normal proseslərdir və heç nəyi dramatikləşdirmək lazım deyil.
- Doğurdanmı, "AzerRosun" keçmiş prezidenti Asif Məhərrəmov 17 yanvarda keçirilmiş qurultayın təşəbbüskarlarının iddia etdiyi kimi, təşkilatı polis metodları ilə idarə edib?
- Onun təşkilatı heç cür idarə edə bilmədiyini desək, daha doğru olardı. Yalnız demokratik mexanizmlərin işlədiyi təşkilatı polis metodları ilə idarə etmək mümkün deyil. Və ümumiyyətlə, Məhərrəmovun bu vəzifəyə seçilməsini "AzerRos"da baş verən "bədbəxt hadisə" kimi dəyərləndirmək lazımdır.
- İclasın "OMON"çuların köməyi ilə yarımçıq saxlanılmasına cəhd olunmasını necə dəyərləndirirsiniz? Orada "AzerRosun"un Federal Şurasının üzvlərinin yalnız bir hissəsi olsa belə, onların üzərinə polis yönəltməyə nə ehtiyac var idi?
- Prinsipcə, hakimiyyətin ictimai təşkilatın işlərinə qarışmasına mənfi baxıram.
- Konflikt başlayanda Abbas Abbasov və Söyün Sadıqov vahid mövqedən çıxış edirdilər. Lakin indi onların yolları ayrıdı. Bunun arxasında kim durur? Sadıqov nə üçün Abbasova qarşı çıxdı? Onun məqsədləri nədir?
- İş ondadır ki, konflikt başlayandan hamı vahid mövqedən çıxış edirdi. Biz hamımız eyni fikirdə idik ki, "AzerRos" Azər Məhərrəmov üçün iş yeri olmamalıdır. Heç kəs, o cümlədən Abbas Abbasov da onun istefa verməsinə etiraz etmirdi. Lakin prezidentin istefasından sonra mənim həmkarlarım kənar qüvvənin təsiri altına düşdülər və razılaşmamızı pozdular. Onlar öz uğurlarından ruhlandılar və Ağsaqqalar Şurasının sədri Abbas Abbasovun da istefasını tələb etməyə başladılar. Belə olanda biz onlara dedik: "Dostlar, belə razılaşmamışdıq axı". Və yollarımız ayrıldı.
Sadıqovun növbəti oyununun arxasında nə dayanır? Bunu ancaq onun özü bilir. Amma düzü, ona Abbas Abbasovu devirmək üçün çoxlu pul verildiyini danışırlar. Bunun doğru olub-olmadığını bilmirəm.
Söyün Sadıqov niyə Abbas Abbasova qarşı çıxdı? Cavab verirəm - bu Söyün Sadıqovun həyat tərzidir. O, oyunçudur. Mən ortaq tanışımız olan bir azərbaycanlı belə, tanımıram ki, Sadıqov onu aldatmasın ya da yanıltmasın. Bu satqınlıq yalnız bir nəfər üçün, Abbas Abbasovun özü üçün gözlənilməz idi. Görünür, Söyünün çoxsaylı ictimai çıxışları onu inandırmışdı, o deyirdi: "Abbas müəllim bizim ağsaqqalımızdır və yalnız mənim deyil, bütün ailəmizin ağsaqqılıdır".
- Siz Söyün Sadıqovun Rusiya Xalqlar Assambleyasının rəhbər üzvlüyündən çıxmasına necə münasibət bəsləyirsiniz? Bu populizm idi, yoxsa hansısa öz məqsədləri var idi?
- Ondan başlayaq ki, Söyün Sadıqov Rusiya Xalqlar Assambleyasının rəhbərliyinə daxil deyildi. O, sədrin məsləhətçisi idi. Bu isə onun bütün digər vəzifələri kimi sırf simvolik vəzifə idi.
- Bəs siz kimi "AzerRos"un prezidenti postuna real namizəd hesab edirsiniz?
- Namizəd istənilən şəxs ola bilər. Fikrimcə, Mehriban Sadıqova, Şirvan Kərimov və Asiman Hüseynov seçicilərin səsi uğrunda real mübarizə apara bilər.
- Bəs siz?
- Ola bilsin ki, mən də.
- Siz özünüz tərəfləri barışdırmağa çalışmısınız, yoxsa onlar arasındakı uçurum barışıqdan danışmağı mümükünsüz edir?
- Düşünmürəm ki, "AzerRos" daxilindəki həmkarlarım arasında uçurum var. Birlikdə uzun illər işləmişik və indi də "Qazprom"un səhmlərini bölüşdürmürük. Barışdırmağa çalışmışam. Təəssüf ki, bütün problemlər həmkarlarıma hər cür təzyiq edən kənar qüvvələrdədir. Belə qüvvələr Azərbaycan səfirliyində də, Bakıda da və hətta Rusiya strukturlarında da var. Bu qüvvələr çox güclüdür. Onları ümumi maraqlar və məqsədlər birləşdirir: Rusiyada güclü Azərbaycan diaspor təşkilatının yaranmasına imkan verməmək və nəyin bahasına olursa olsun, "AzerRos" Federal Milli-Mədəni Muxtariyyətini dağıtmaq. Lakin onlar boş yerə çalışırlar, belə ki, "AzerRos"un əsas qüvvələri birlikdədir.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəliləyiş olmayacaq: - Aİ-nin Ermənistana ehtiyacı yoxdur!
Bu gün, 19:02 |
|
|
|
• Bakının tələbi, erməni cəmiyyətinin xilas yolu – Yeni Konstitusiya
Bu gün, 19:00 |
|
|
|
• Banklar daha dollar almır: Nə baş verir? - AKTUAL
Bu gün, 18:58 |
|
|
|
• Səsyazısı yayılan direktor ləğv olunmuş universitetin MƏZUNUDUR - "Kimin əlindən su içdiyi bəlli"...
Bu gün, 18:20 |
|
|
|
• Trampın Rusiya-Ukrayna məsələsində iki çıxış yolu qalıb - Azad İsazadə ŞƏRH EDİR
Bu gün, 18:17 |
|
|
|
• Məktəblərə “cəza yağışı” gəlir: - Müəllim və şagirdlər üçün çətin dövr
Bu gün, 18:11 |
|
|
|
• Bakıda qardan sonra əksər yollar dağıldı: Yoxsa bu boyda sərvət HARDAN İDİ Kİ?.. - İLGİNC FAKT
Bu gün, 18:07 |
|
|
|
• Qadınlar Razi Nurullayevin cavabını verdilər: - "Nə aliment alırlar ki, sərbəst də yaşasınlar?"
Bu gün, 18:01 |
|
|
|
• Ukrayna torpaqlarını Rusiyaya verməyən yeganə prezidentəm - Tramp
Bu gün, 17:58 |
|
|
|
• Bu həftə DƏYİŞİKLİK GÖZLƏNİLİR - İDDİA
Bu gün, 17:56 |
|
|
|
• Ukrayna uğrunda QARIŞ SAVAŞI... - İNCƏLƏMƏ
Bu gün, 17:49 |
|
|
|
• Azərbaycan GUAM Parlament Assambleyasına sədrliyi Gürcüstana təhvil verib
Bu gün, 17:42 |
|
|
|
• ABŞ Azərbaycanın maraqlarına xələl gətirəcək addım atmayacaq - Ermənistanın xəyalları "suya düşdü"
Bu gün, 17:40 |
|
|
|
• Təhsilə pul yatırmağın qaranlıq tərəfi – Gənclər harada səhv edir?
Bu gün, 17:36 |
|
|
|
• Mədəniyyət Nazirliyi BƏƏ şirkətindən 3 adda kitab alır – 36 min ödəyəcək
Bu gün, 17:30 |
|
|
|
• Ermənistan-Azərbaycan danışıqlarında niyə fasilə yaranıb? - Geosiyasi qeyri-müəyyənlik...
Bu gün, 16:10 |
|
|
|
• Polis marketlərdən 50 min manat dəyərində oğurluq edən şəxsləri saxladı - FOTO, VİDEO
Bu gün, 16:06 |
|
|
|
• Prezident vəd vermişdi... - NƏ OLACAQ?..
Bu gün, 16:04 |
|
|
|
• İcra başçısının müavini məhkəməyə gəlmədi, iclas təxirə salındı - DETALLAR
Bu gün, 16:02 |
|
|
|
• Alçaldılmış və təhqir edilmiş – O, Ağ Evə niyə çağırıldı?
Bu gün, 15:58 |
|
|
|
• Yaxın beş ildə Azərbaycanın büdcəsi profisitli olacaq - Dünya Bankı
Bu gün, 15:53 |
|
|
|
• Ləğv olunmuş Azərbaycan Sənaye Korporasiyası xalis mənfəətdən - ZƏRƏRƏ KEÇİB
Bu gün, 15:50 |
|
|
|
• Nazir ona vəzifə verdi - FOTO
Bu gün, 15:46 |
|
|
|
• Şirvanda erməni siqaretləri satan şəxs həbs edilib - İkinci əməlidir
Bu gün, 15:42 |
|
|
|
• Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılır
Bu gün, 15:26 |
|
|
|
• "Veysəloğlu"nun "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı motivasiya tədbirində şirkətin uğurları və yeni istiqamətlər müzakirə olundu - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti - MƏQALƏ
Bu gün, 15:11 |
|
|
|
• Qadın ülviyyətin, zərifliyin, gözəlliyin rəmzidir - İsrafil Kərimovun yazısı
Bu gün, 15:09 |
|
|
|
• Azərbaycanda gələn ildən közərmə lampalarına qadağa qoyulacaq, nazir müavini səbəbi açıqlayıb
Bu gün, 15:04 |
|
|
|
• Rafiq Vəliyev Mədəniyyət Nazirliyinin pullarının 30 faizini öz layihəsinə xərcləyib - ARAŞDIRMA
Bu gün, 14:02 |
|
|
|
• MİDA-nın 620 minlik tenderi ləğv edildi
Bu gün, 14:00 |
|
|
|
• “Qoca qitə” çarə axtarışında: - ruslar gəlir, amerikalılar gedir
Bu gün, 13:58 |
|
|
|
• Sahil Babayevin yerinə keçən nazir nələri dəyişəcək? – Rəy
Bu gün, 13:10 |
|
|
|
• Məhkəmə qalmaqallı "Laser Beauty Estetik Klinika" ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 13:06 |
|
|
|
• Türkiyədə inflayasiya səviyyəsi 39%-ə düşdü – Dünyada 6-cı yerdədir
Bu gün, 13:04 |
|
|
|
• “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nə sədr əvəzi təyin edilib - FOTO
Bu gün, 12:58 |
|
|
|
• Erməni əsilli İsveç deputatı haqlıdırmı? - ŞƏRH
Bu gün, 12:50 |
|
|
|
• Ramin Hacılı Konstitusiya Məhkəməsinə müraciət edib - TƏFƏRRÜAT
Bu gün, 12:48 |
|
|
|
• Özbəkistanda daxili işlər naziri vəzifəsinə yeni təyinat olub - KİV
Bu gün, 12:44 |
|
|
|
• Adil Vəliyev dünya-aləmi oğluna PEŞKƏŞ EDİB... - VƏTƏNDAŞ KİMDİR Kİ?..
Bu gün, 12:41 |
|
|
|
• Hikmət Hacıyev BMT nümayəndəsi ilə əməkdaşlığın inkişafını müzakirə edib - FOTO
Bu gün, 12:37 |
|
|
|
• Zelenskinin ABŞ-dan istədiyi "təhlükəsizlik qarantiyası" nədir? - İNCƏLƏMƏ
Bu gün, 12:34 |
|
|
|
• “İlham Süleymanov, Azad Cəfərli kimi harınların “at oynatdıqları” ölkədə yaşamaq mümkün deyil” - Şəhid və Qazi anasından Prezidentə şok müraciət
Bu gün, 12:31 |
|
|
|
• “Ermənistanın mina istehsalı bütün bəşəriyyət üçün ciddi təhlükədir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:26 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:20 |
|
|
|
• Bakıda məktəbli qəbiristanlıqda niyə qətlə yetirilib? - TƏFƏRRÜAT
Bu gün, 12:18 |
|
|
|
• Ukraynanın təhlükəsizliyinə zəmanət verən 5 nüvə ölkəsi və Ukraynanın 1.900 nüvə başlığı necə oldu? - AKTUAL
Bu gün, 12:16 |
|
|
|
• “Nar” ardıcıl altıncı il Müştəri Loyallığı İndeksində lider olub
Bu gün, 12:12 |
|
|
|
• 14 yaşlı qızı qaçıran Qədir HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 12:01 |
|
|
|
• Murad Arif erməni filminin “Oskar” almasını tənqid etdi - "Heç bəyənmədim..."
Bu gün, 11:59 |
|
|
|
|