İrəliləyiş olmayacaq: .....                     Bakının tələbi, erməni cəmiyyətinin xilas yolu .....                     Banklar daha dollar almır: Nə baş verir? .....                     Səsyazısı yayılan direktor ləğv olunmuş universitetin MƏZUNUDUR .....                     Trampın Rusiya-Ukrayna məsələsində iki çıxış yolu qalıb .....                     Məktəblərə “cəza yağışı” gəlir: .....                     Bakıda qardan sonra əksər yollar dağıldı: Yoxsa bu boyda sərvət HARDAN İDİ Kİ?.. .....                     Qadınlar Razi Nurullayevin cavabını verdilər: .....                     Ukrayna torpaqlarını Rusiyaya verməyən yeganə prezidentəm .....                     Bu həftə DƏYİŞİKLİK GÖZLƏNİLİR .....                     Ukrayna uğrunda QARIŞ SAVAŞI... .....                     Azərbaycan GUAM Parlament Assambleyasına sədrliyi Gürcüstana təhvil verib .....                     ABŞ Azərbaycanın maraqlarına xələl gətirəcək addım atmayacaq .....                     Təhsilə pul yatırmağın qaranlıq tərəfi .....                     Mədəniyyət Nazirliyi BƏƏ şirkətindən 3 adda kitab alır .....                     Ermənistan-Azərbaycan danışıqlarında niyə fasilə yaranıb? .....                     Polis marketlərdən 50 min manat dəyərində oğurluq edən şəxsləri saxladı .....                     Prezident vəd vermişdi... .....                     İcra başçısının müavini məhkəməyə gəlmədi, iclas təxirə salındı .....                     Alçaldılmış və təhqir edilmiş .....                     Yaxın beş ildə Azərbaycanın büdcəsi profisitli olacaq .....                     Ləğv olunmuş Azərbaycan Sənaye Korporasiyası xalis mənfəətdən .....                     Nazir ona vəzifə verdi .....                     Şirvanda erməni siqaretləri satan şəxs həbs edilib .....                     Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılır .....                     "Veysəloğlu"nun "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı motivasiya tədbirində şirkətin uğurları və yeni istiqamətlər müzakirə olundu .....                     Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti .....                     Qadın ülviyyətin, zərifliyin, gözəlliyin rəmzidir .....                     Azərbaycanda gələn ildən közərmə lampalarına qadağa qoyulacaq, .....                     Rafiq Vəliyev Mədəniyyət Nazirliyinin pullarının 30 faizini öz layihəsinə xərcləyib .....                     MİDA-nın 620 minlik tenderi ləğv edildi .....                     “Qoca qitə” çarə axtarışında: .....                     Sahil Babayevin yerinə keçən nazir nələri dəyişəcək? .....                     Məhkəmə qalmaqallı "Laser Beauty Estetik Klinika" ilə bağlı qərar verdi .....                     Türkiyədə inflayasiya səviyyəsi 39%-ə düşdü .....                     “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nə sədr əvəzi təyin edilib .....                     Erməni əsilli İsveç deputatı haqlıdırmı? .....                     Ramin Hacılı Konstitusiya Məhkəməsinə müraciət edib .....                     Özbəkistanda daxili işlər naziri vəzifəsinə yeni təyinat olub .....                     Adil Vəliyev dünya-aləmi oğluna PEŞKƏŞ EDİB... .....                 

Milli Şura rəhbərliyi "xəstə" elan olundu - ŞOK İDDİALAR
Tarix: 19-02-2015, 11:38 | Çap et
Milli Şura rəhbərliyi "xəstə" elan olundu
Milli Şuranın Koordinasiya Mərkəzi (MŞ KM) toplantı keçirərək siyasi partiyalarla iqtidar arasındakı görüşlərə münasibətini açıqlayıb. MŞ KM-in üzvləri hadisəni dialoq yox, əslində ölkə iqtidarının avtoritar və repressiv mahiyyətini pərdələmək adlandırıblar. Meydan.tv-nin yaydığı xəbərdə deyilir ki, KM üzvlərinə görə, bu “dialoq” siyasi və vicdan məhbuslarının sayı üzrə “dünya çempionu” olan, parlamentində bir nəfər müxalifətçi olmayan, demokratik təsisat və prinsipləri məhv etməyi prioritetə çevirən hakimiyyətin beynəlxalq birliyə yönələn demokratiya imitasiyasına xidmət edən siyasi şoudur.

Sənəddə deyilir ki, KM üzvləri bu “şou”da iştirak edən siyasi partiyaların böyük əksəriyyətinin bugünədək fəaliyyətlərinin nəzərə çarpmadığına, onların adlarının belə ölkə cəmiyyətinə heç nə demədiyinə iddia edirlər: “Dialoq” imitasiyası başlanandan ölkədə insan hüquqlarının vəziyyəti daha da pisləşib, yeni həbslər həyata keçirilib, həbsdəki siyasi məhbuslara saxta hökmlər elan edilib, yeni və uydurma ittihamlar irəli sürülüb. Lakin bütün bunlar “dialoq” iştirakçılarını narahat etməyib və onların bugünədək əldə etdiyi yeganə nəticə “dialoqun davam etdirilməsi haqqında razılığa gəlinməsi” olub. Böyük əksəriyyətinin müxalifət adına iddia etməyə mənəvi haqqı olmayan və özlərindən başqa heç kimi təmsil etməyən fərdlərin bir iqtidar məmuru ilə belə predmetsiz və məzmunsuz görüşləri “hakimiyyət-müxalifət dialoqu” sayıla bilməz", - sənəddə vurğulanır.

MŞ rəhbərliyinin bu bəyanatına görüşdə iştirak edən partiyalardan bir neçəsinin sədrinin mövqeyini öyrəndik.

KXCP sədri Mirmahmud Mirəlioğlu bəyanatla tanış olmadığını dediyi üçün bəyanatın mahiyyətini onun nəzərinə çatdırdıq. Münasibəti belə oldu: “Mən sizdən eşitdiklərimin əsasında cavab verirəm. Hesab edirəm ki, o bəyanatdakı mövqe, yanaşma hətta tənqidə də layiq deyil, o dərəcədə zəifdir. İkincisi, Azərbaycan siyasətində, xüsusilə Milli Şuranın rəhbərliyində bir sıra insanlar var ki, onlara hörmətimizi saxlamaq şərtilə biz onların şəxsiyyətinə heç bir xələl gətirən ifadə işlətmədən onların fəaliyyətinə münasibət bildirmək istəyirəm. Bu gün Milli Şuranın Koordinasiya Mərkəzində elə şəxslər var ki, onlar kluarlarda, ayrı-ayrı şəxslərlə görüşlərdə, kütləvi görüşlərdə öz adamlarını aldadaraq deyirlər ”Əli Həsənov bizə on dəfə zəng elədi, amma biz oraya getmədik, Əli Həsənov zəng edib dəvət elədi, biz dedik ki, siz bizi heç cür oraya apara bilməzsiniz, Əli Həsənov filankəsə də zəng etmişdi, ancaq biz onu məcbur elədik ki, getməsin". Tərəfdarlarına bax, bu cür deyirlər. Olmayan şeyləri danışmaq ayıbdır. Mən sadəcə olaraq, təəssüf edirəm. Mən bunu mediaya açıqlamaq istəmirdim, amma məcbur elədilər deyirəm.

Əli Həsənovla görüşdə isə bütün məsələlər hamısı qaldırılıb. Biz heç o qənaətdə də deyilik ki, bütün orada deyilənlərin hamısı yüzdə yüz həll olunacaq. Bu cür görüşlərin olmasının Azərbaycan cəmiyyətinə xeyri var. Tənqid edən dostlar da unutmasınlar ki, ən çox da xeyri onlara var. Hesab edirik ki, bu görüşlərin səmərəsi də, nəticəsi də hər kəsə olacaq. Mənim buna böyük inamım var. Amma olmaya da bilər, bu da faciə deyil. Tənqid edirlər etsinlər, amma insaflı olmaq lazımdır. İnsafı, ədaləti kənara qoymaq olmaz".

Ümid Partiyasının sədri İqbal Ağazadə Milli Şuranın rəhbərliyinin bəyanatına sərt münasibət bildirdi: “Biz haqsızlığa qarşı mübarizə aparırıq. Harada ədalətsizlik varsa, orada mövqeyimizi ifadə edirik. Nə yazıq ki, dörd tərəfimiz haqsızlıq olur bəzən və nəyə qarşı mübarizə aparacağımızı bilmirik. Milli Şuranın da mövqeyi belədirsə, olsun. Eyni bəyanatlarla nə qədər istəsən çıxış etmək olar. Amma adamlara bircə şeyi xatırladıram ki, quyruq acılarını prosesin içərisində demokratikləşməyə ziyan kimi təqdim etməsinlər. 1995-ci ildən 2005-ci ilə qədər ”bu gün bizdən başqa müxalifət yoxdur" deyən adamlarla böyük bir kəsim mübarizə aparıb ki, bunlar müxalifət deyil.

Bu adamlar əslində siyasətə hakimiyyətdən getdikdən sonra bir təşkilat olaraq gəldikləri dönəmdən bu yana hamının onlara dediyi “siz müxalifət deyilsiniz”in acısını bu gün digərlərindən çıxarır. Ayıbdır belə yanaşma. Məşhur bir deyimdə deyilir ki, zəiflər qisas alır, güclülər bağışlayır, xoşbəxtlər isə unudur. O qədər zəifdirlər ki, 10 il onlara “müxalifət deyilsiniz” deyən adamlardan indi qisas almağa çalışırlar və deyirlər ki, bizdən başqa müxalifət yoxdur. Halbuki bu yanaşmanın özü səhvdir. Mən dünyada bircə nəfər də olsun ağlı başında olan adam tanımadım ki, müxalifət olmaq uğrunda savaşsın, ideoloji müharibə aparsın. Mən bu adamlara deyirəm ki, qardaş, əl çəkin biz müxalifət deyilik, amma biz haqqı müdafiə edirik. Ay qardaş, sənsən müxalifət buyur. Biz heç bilmirik kimik, amma biz haqqı deyirik, haqqı tapdalananın yanındayıq. Necə istəyirsən elə qəbul elə. Müxalifət tək sənsən, sonra?! Bu nəyisə dəyişirmi?! Müxalifətsən anladıq. Cəmiyyətə verə biləcəyini de görək nə verirsən.

Adam bu cür xəstəliyə tutularmı heç. Təəssüf edirəm, yazığım gəlir. Təəssüf edirəm ki, bu marafona qoşulan adını alim, ziyalı qoyan, professor deyilən adamlar da var. Oturduğum parlamentdə haqqı tapdalanan hər bir kəsi müdafiə etmişəm, hər bir kəs haqqında mövqe ifadə etmişəm. Kürsüdən hələ haqsız dediyim bircə dənə söz olmayıb, hələ haqsızın yanında olduğum bircə dənə də çıxışım olmayıb. Bu qədərmi ədalətsiz olub cəmiyyətə ədalət aşılamaq barədə düşünürlər?! Onlar bu cür ciddi xəstəliyə düçar olublar. Təəssüf ki, bu xəstəlik cəmiyyətə, demokratikləşməyə ziyan vurur. Vallah, çox səmimi deyirəm. Əlimdə imkanım olsa o insanları müalicə edərdim. Sadəcə, müalicəsi mümkün deyil. Xəstəlikdir bunlar, ciddi xəstəlikdir. Bir adam da tapılmır ki, bunları bir oturda qarşısına, deyə “bala, yazıqsınız özünüzü məhv eləməyin”. Yazıqlar olsun. Adamlar gözümüzün qarşısında məhv olur. Bu xəstəliyin adını gərək ekspertlər bildirə".

ADP sədri Sərdar Cəlaloğlu isə Milli Şuranın müxalifətçiliyini İŞİD-lə, Ukraynada döyüşən üsyançılarla müqayisə etdi: “İŞİD də özünü Suriyada hakimiyyətə qarşı əsas müxalifət elan etmişdi. Ukraynada mərkəzi hakimiyyətə tabesizlik nümayiş etdirib silahlı mübarizə aparanlar da özlərini müxalifət hesab edir. İndi gəlin görək, İŞİD-in müxalifliyi Suriya dövlətinə və xalqına xeyir gətirdi?! Milli Şuranın və AXCP-nin müxalifət olmağı indiyə qədər bu xalqa nə verib?! Bir müsbət nə isə verib?! Sən müxalifət ola bilərsən, ancaq sənin müxalifətçiliyin indiyə qədər bu ölkədə heç bir cüzi də olsa dəyişikliyə nail ola bilməyibsə, belə müxalifətçilik heç kimə lazım olmayan zərərli müxalifətçilikdir. 20 ildir sən Azərbaycan müxalifətinin önündə getdiyini bəyan edirsən, 20 ildir Azərbaycan müxalifəti uduza-uduza gedir. Sənin müxalifətçiliyin budursa, kimə lazımdır belə müxalifətçilik!? Bu xalq səni 20 ildir görür, alovlu taftalogiyadan ibarət nitq söyləmək xalqa xidmət etmək deyil”.
\\ musavat.com \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəliləyiş olmayacaq: - Aİ-nin Ermənistana ehtiyacı yoxdur!
Bu gün, 19:02
Bakının tələbi, erməni cəmiyyətinin xilas yolu – Yeni Konstitusiya
Bu gün, 19:00
Banklar daha dollar almır: Nə baş verir? - AKTUAL
Bu gün, 18:58
Səsyazısı yayılan direktor ləğv olunmuş universitetin MƏZUNUDUR - "Kimin əlindən su içdiyi bəlli"...
Bu gün, 18:20
Trampın Rusiya-Ukrayna məsələsində iki çıxış yolu qalıb - Azad İsazadə ŞƏRH EDİR
Bu gün, 18:17
Məktəblərə “cəza yağışı” gəlir: - Müəllim və şagirdlər üçün çətin dövr
Bu gün, 18:11
Bakıda qardan sonra əksər yollar dağıldı: Yoxsa bu boyda sərvət HARDAN İDİ Kİ?.. - İLGİNC FAKT
Bu gün, 18:07
Qadınlar Razi Nurullayevin cavabını verdilər: - "Nə aliment alırlar ki, sərbəst də yaşasınlar?"
Bu gün, 18:01
Ukrayna torpaqlarını Rusiyaya verməyən yeganə prezidentəm - Tramp
Bu gün, 17:58
Bu həftə DƏYİŞİKLİK GÖZLƏNİLİR - İDDİA
Bu gün, 17:56
Ukrayna uğrunda QARIŞ SAVAŞI... - İNCƏLƏMƏ
Bu gün, 17:49
Azərbaycan GUAM Parlament Assambleyasına sədrliyi Gürcüstana təhvil verib
Bu gün, 17:42
ABŞ Azərbaycanın maraqlarına xələl gətirəcək addım atmayacaq - Ermənistanın xəyalları "suya düşdü"
Bu gün, 17:40
Təhsilə pul yatırmağın qaranlıq tərəfi – Gənclər harada səhv edir?
Bu gün, 17:36
Mədəniyyət Nazirliyi BƏƏ şirkətindən 3 adda kitab alır – 36 min ödəyəcək
Bu gün, 17:30
Ermənistan-Azərbaycan danışıqlarında niyə fasilə yaranıb? - Geosiyasi qeyri-müəyyənlik...
Bu gün, 16:10
Polis marketlərdən 50 min manat dəyərində oğurluq edən şəxsləri saxladı - FOTO, VİDEO
Bu gün, 16:06
Prezident vəd vermişdi... - NƏ OLACAQ?..
Bu gün, 16:04
İcra başçısının müavini məhkəməyə gəlmədi, iclas təxirə salındı - DETALLAR
Bu gün, 16:02
Alçaldılmış və təhqir edilmiş – O, Ağ Evə niyə çağırıldı?
Bu gün, 15:58
Yaxın beş ildə Azərbaycanın büdcəsi profisitli olacaq - Dünya Bankı
Bu gün, 15:53
Ləğv olunmuş Azərbaycan Sənaye Korporasiyası xalis mənfəətdən - ZƏRƏRƏ KEÇİB
Bu gün, 15:50
Nazir ona vəzifə verdi - FOTO
Bu gün, 15:46
Şirvanda erməni siqaretləri satan şəxs həbs edilib - İkinci əməlidir
Bu gün, 15:42
Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılır
Bu gün, 15:26
"Veysəloğlu"nun "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı motivasiya tədbirində şirkətin uğurları və yeni istiqamətlər müzakirə olundu - FOTO
Bu gün, 15:17
Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti - MƏQALƏ
Bu gün, 15:11
Qadın ülviyyətin, zərifliyin, gözəlliyin rəmzidir - İsrafil Kərimovun yazısı
Bu gün, 15:09
Azərbaycanda gələn ildən közərmə lampalarına qadağa qoyulacaq, nazir müavini səbəbi açıqlayıb
Bu gün, 15:04
Rafiq Vəliyev Mədəniyyət Nazirliyinin pullarının 30 faizini öz layihəsinə xərcləyib - ARAŞDIRMA
Bu gün, 14:02
MİDA-nın 620 minlik tenderi ləğv edildi
Bu gün, 14:00
“Qoca qitə” çarə axtarışında: - ruslar gəlir, amerikalılar gedir
Bu gün, 13:58
Sahil Babayevin yerinə keçən nazir nələri dəyişəcək? – Rəy
Bu gün, 13:10
Məhkəmə qalmaqallı "Laser Beauty Estetik Klinika" ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 13:06
Türkiyədə inflayasiya səviyyəsi 39%-ə düşdü – Dünyada 6-cı yerdədir
Bu gün, 13:04
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nə sədr əvəzi təyin edilib - FOTO
Bu gün, 12:58
Erməni əsilli İsveç deputatı haqlıdırmı? - ŞƏRH
Bu gün, 12:50
Ramin Hacılı Konstitusiya Məhkəməsinə müraciət edib - TƏFƏRRÜAT
Bu gün, 12:48
Özbəkistanda daxili işlər naziri vəzifəsinə yeni təyinat olub - KİV
Bu gün, 12:44
Adil Vəliyev dünya-aləmi oğluna PEŞKƏŞ EDİB... - VƏTƏNDAŞ KİMDİR Kİ?..
Bu gün, 12:41
Hikmət Hacıyev BMT nümayəndəsi ilə əməkdaşlığın inkişafını müzakirə edib - FOTO
Bu gün, 12:37
Zelenskinin ABŞ-dan istədiyi "təhlükəsizlik qarantiyası" nədir? - İNCƏLƏMƏ
Bu gün, 12:34
“İlham Süleymanov, Azad Cəfərli kimi harınların “at oynatdıqları” ölkədə yaşamaq mümkün deyil” - Şəhid və Qazi anasından Prezidentə şok müraciət
Bu gün, 12:31
“Ermənistanın mina istehsalı bütün bəşəriyyət üçün ciddi təhlükədir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:26
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:20
Bakıda məktəbli qəbiristanlıqda niyə qətlə yetirilib? - TƏFƏRRÜAT
Bu gün, 12:18
Ukraynanın təhlükəsizliyinə zəmanət verən 5 nüvə ölkəsi və Ukraynanın 1.900 nüvə başlığı necə oldu? - AKTUAL
Bu gün, 12:16
“Nar” ardıcıl altıncı il Müştəri Loyallığı İndeksində lider olub
Bu gün, 12:12
14 yaşlı qızı qaçıran Qədir HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 12:01
Murad Arif erməni filminin “Oskar” almasını tənqid etdi - "Heç bəyənmədim..."
Bu gün, 11:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru