İrəliləyiş olmayacaq: .....                     Bakının tələbi, erməni cəmiyyətinin xilas yolu .....                     Banklar daha dollar almır: Nə baş verir? .....                     Səsyazısı yayılan direktor ləğv olunmuş universitetin MƏZUNUDUR .....                     Trampın Rusiya-Ukrayna məsələsində iki çıxış yolu qalıb .....                     Məktəblərə “cəza yağışı” gəlir: .....                     Bakıda qardan sonra əksər yollar dağıldı: Yoxsa bu boyda sərvət HARDAN İDİ Kİ?.. .....                     Qadınlar Razi Nurullayevin cavabını verdilər: .....                     Ukrayna torpaqlarını Rusiyaya verməyən yeganə prezidentəm .....                     Bu həftə DƏYİŞİKLİK GÖZLƏNİLİR .....                     Ukrayna uğrunda QARIŞ SAVAŞI... .....                     Azərbaycan GUAM Parlament Assambleyasına sədrliyi Gürcüstana təhvil verib .....                     ABŞ Azərbaycanın maraqlarına xələl gətirəcək addım atmayacaq .....                     Təhsilə pul yatırmağın qaranlıq tərəfi .....                     Mədəniyyət Nazirliyi BƏƏ şirkətindən 3 adda kitab alır .....                     Ermənistan-Azərbaycan danışıqlarında niyə fasilə yaranıb? .....                     Polis marketlərdən 50 min manat dəyərində oğurluq edən şəxsləri saxladı .....                     Prezident vəd vermişdi... .....                     İcra başçısının müavini məhkəməyə gəlmədi, iclas təxirə salındı .....                     Alçaldılmış və təhqir edilmiş .....                     Yaxın beş ildə Azərbaycanın büdcəsi profisitli olacaq .....                     Ləğv olunmuş Azərbaycan Sənaye Korporasiyası xalis mənfəətdən .....                     Nazir ona vəzifə verdi .....                     Şirvanda erməni siqaretləri satan şəxs həbs edilib .....                     Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılır .....                     "Veysəloğlu"nun "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı motivasiya tədbirində şirkətin uğurları və yeni istiqamətlər müzakirə olundu .....                     Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti .....                     Qadın ülviyyətin, zərifliyin, gözəlliyin rəmzidir .....                     Azərbaycanda gələn ildən közərmə lampalarına qadağa qoyulacaq, .....                     Rafiq Vəliyev Mədəniyyət Nazirliyinin pullarının 30 faizini öz layihəsinə xərcləyib .....                     MİDA-nın 620 minlik tenderi ləğv edildi .....                     “Qoca qitə” çarə axtarışında: .....                     Sahil Babayevin yerinə keçən nazir nələri dəyişəcək? .....                     Məhkəmə qalmaqallı "Laser Beauty Estetik Klinika" ilə bağlı qərar verdi .....                     Türkiyədə inflayasiya səviyyəsi 39%-ə düşdü .....                     “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nə sədr əvəzi təyin edilib .....                     Erməni əsilli İsveç deputatı haqlıdırmı? .....                     Ramin Hacılı Konstitusiya Məhkəməsinə müraciət edib .....                     Özbəkistanda daxili işlər naziri vəzifəsinə yeni təyinat olub .....                     Adil Vəliyev dünya-aləmi oğluna PEŞKƏŞ EDİB... .....                 

"Görünən odur ki, AXCP-nin hansısa məsələni qaldırmağa nə potensialı, nə də icazələləri var" - deputat
Tarix: 20-02-2015, 11:23 | Çap et
"Görünən odur ki, AXCP-nin hansısa məsələni qaldırmağa nə potensialı, nə də icazələləri var"
diaaz.space Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun SİA-ya müsahibəsini təqdim edir:

- Siyavuş müəllim, bildiyiniz kimi bu il ölkəmizdə parlament seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyası (YAP) bu seçkilərə necə hazırlaşır?

- Bu il ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlı YAP-ın müxtəlif proqramları var. YAP-ın İdarə Heyətinin qərarına uyğun olaraq biz artıq seçkilərlə əlaqədar hazırlıq işlərinə başlamışıq. Bildiyiniz kimi bu yaxınlarda Partiyanın rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirildi. Həmin müşavirədə təşkilatlar qarşısında müxtəlif proqramlar və tövsiyyələr qoyuldu. Ümumilikdə götürdükdə YAP-ın seçki praktikası böyükdür. Demək olar ki, ölkəmizdə üç seçki (prezident, bələdiyyə və parlament) ardıcıl şəkildə keçirilir. Hər dəfə keçirilən bu seçkilərdə də hakim partiya təcrübəsindən və dünyada olan praktikalardan bəhrələnərək, bunu seçkilərə tətbiq edir. Ölkəmizdə keçirilən prezident, bələdiyyə seçkilərindəki yeni texnologiyaların işlənib hazırlanması və tətbiqi ilə bağlı sistemi indi də parlament seçkilərində tətbiq edəcəyik. Bu sistem əsasında biz həm dünya praktikasını öyrənirik, həm də Azərbaycanın öz praktikasını təkmilləşdiririk. Bütövlükdə seçkiyə hazırlıq prosesi bizdə bir il müddəti çəkir. Yəni bir il müddətinə (tək seçkinin elan olunduğu vaxtdan deyil, ondan xeyli qabaq) bu seçki prosesi həyata keçirilir. Bu baxımdan da YAP-ın İdarə Heyətinin fevral ayında seçkiyə hazırlıqla bağlı qərarı var. Ondan sonrakı dövrdə isə Partiyanın şəhər təşkilatlarının müşavirəsinin keçirilməsi və qarşıda duran zəruri məsələlərin həlli ilə bağlı tapşırıqların verilməsi dayanır. Bunlar nədən ibarətdir? Biz son bələdiyyə seçkilərindən sonra hesabatlarımızı hazırladıq və yekunlaşdırdıq. Həmin hesabatlara baxdıq, tədqiq etdik ki, harada hansı çatışmamazlıqlar olub və s. Onların hər birini müəyyənləşdirdikdən sonra bu, yeni dövr üçün planlı şəkildə həyata keçməyə başlayacaq. Bələdiyyə seçkilərində bələdiyyələr üzrə səslər verilir. Yəni burada əsas dairə deyil, ümumi rayon ərazisində olan bələdiyyələr götürülür. Parlament seçkilərində isə bu, dairələr üzrədir. Yəni bir rayonun ərazisində iki, üç bəzən isə elə olur ki, qarışıq dairələr fəaliyyə göstərir ki, bunların hər birindən də Partiya tərəfindən bir namizəd irəli sürülür. Təbii ki, çoxsaylı namizədlər də olacaq. Çünki hər kəs istəyir ki, öz namizədliyini versin. Beləcə onun qələbə çalması üçün də lazımi addımlar atılmalıdır. İlk növbədə bizim gələcəkdə fəaliyyət göstərəcək rayon və şəhər qərargahlarımızın (seçki qərargahları) texniki təchizatı, müasir standartlara cavab verməsi ilə əlaqədar yaxın günlərdə ümumi baxış keçirdirik. Müəyyənləşdiririk ki, bu qərargahlar seçkini aparmağa imkan yaradır ya yox. Çünki əsas fəaliyyət istiqaməti mərkəzdə deyil, yerlərdə olacaq. Bu fəaliyyət hər rayonun seçki qərargahında olacaq.

İkinci mərhələ, seçki texnologiyalarını həyata keçirəcək Partiya fəallarının seçilməsidir. Bəs gəlin görək bura nə daxildir? Birinci növbədə xeyli sayda yerdəyişmələr var. Bu, bələdiyyə seçkilərində də üzə çıxdı. Yəni, seçicilər bir yerdən başqa yerə köçür orada qeydiyyatda olur və s. Biz mütəmadi olaraq seçici siyahıları üzərində işləyirik. Bu gün Bakının müxtəlif yerlərində abadlıq və yenidənqurma ilə əlaqədar olaraq köhnə, şəhər arxitekturasına, ümumi görünüşə xələl gətirən binaların sökülməsi ilə əlaqədar xeyli sayda seçicilər bir yerdən başqa yerə köçürülür. Çalışırıq ki, hər məntəqəyə YAP-ın orta hesabla üç fəalı təhkim olunsun. Artıq bu qrupların yaradılmasına başlanılıb. Həmin qruplarla sonra treninq keçirəcəyik ki, onlar seçicilərlə işi hansı formada aparmalıdır və s. Seçicinin xüsusiyyətləri, yəni onun cinsi, yaşı, məşğulluğu, siyasi mənsubiyyəti, partiyalılığı və digər cəhətləri onlarla görüşdükdə, qeydiyyata aldıqda dəqiqləşdirilir. Sual oluna bilər ki, axı bunu Mərkəzi Seçki Komissiyası (MSK) aparır. Biz hakim Partiya olaraq sadəcə seçicinin xüsusiyyətlərini öyrənirik. Yəni onun mövqeyini və tam detallarını dəqiqləşdiririk. Təbii ki, bu da gələcəkdə təbliğat-təşviqat işinin aparılmasında, seçicilərin seçkiyə gəlməsində, onlara aid müxtəlif proqramların hazırlanmasında çox yaxından köməklik göstərir. Bu yönümdə də bizdə tədqiqat işləri davam olunmaqdadır.

Seçkilərlə əlaqədar olaraq üçüncü mərhələ isə həmin dairələrin ərazilərinin öyrənilməsidir. Bu nədən ibarətdir? Yəni oradakı məsələlər, onların məşğulluğu nədir, iş sahəsi hansılardır, hansı problemlər (qazı, suyu, işığı, nəqliyyatı, məşğulluğu və s.) onları narahat edir, gənclərin məşğuliyyəti, yaşlı adamların asudə vaxtının keçirilməsi və s. dəqiqləşdirilir. Bununla belə, Qarabağ əlilləri, şəhid ailələri, tanınmış insanlar, Böyük Vətən müharibəsi veteranlarının həmin ərazilərdə məskunlaşması qrafiki bizdə ciddi şəkildə müəyyənləşdirilir. Paralel olaraq burada həmçinin namizədliklərlə bağlı işlər aparılır. Yəni beş il ərzində hər bir namizədin seçicilər tərəfindən qəbul olunması, seçicilərin ona münasibəti, rayonda seçicilərlə işinin təşkili, onların maraqlarının Milli Məclisdə müdafiə olunması sistemi, qanunvericilik təşəbbüsü və qanunla əlaqədar olan məsələlər, dövlət siyasətinin müdafiə olunması, dövlətin gördüyü işlərin ictimaiyyətə çatdırılması, dövlətdə aparılan islahatların və s. ictimaiyyətlə əlaqələndirilməsi, partiya fəaliyyəti, eləcə də partiya həyatındakı rolu və işi tədqiq olunur. Bu tədqiq olunduqdan sonra biz sosioloji sorğular əsasında təxminən müəyyənləşdiririk ki, o namizəd təkrar olaraq həminki dairədən yenidən getsə Partiya burada qələbə çala bilər ya yox. Biz bu məsələləri təxminən iyun ayına yekunlaşdıracayıq. Seçkiyə bir ay qalmış isə artıq kimin hansı dairədən namizədliyinin irəli sürülməsi məsələsi müəyyən olunacaq. Bizdə bir çevik məqam odur ki, orada olan alternativlər də nəzərə alınacaq. Yəni elə bir dairədən elə bir namizəd gələ bilər ki, biz öz namizədimizi ona uyğun şəkildə dəyişə bilərik. Çünki çoxlu sayda siyasi partiyalar və rəhbərləri, QHT-lər, mətbuat orqanlarının nümayəndələri, yazarlar var s. Onlarda bəyan ediblər ki, bu parlament seçkilərində iştirak etmək həvəsləri var və özlərini sınamaq istəyirlər. Maksimum dərəcədə biz çalışacayıq ki, hər seçkidə qələbə çaldığımız kimi bu parlament seçkilərində də qələbə qazanaq.



- Gənclərin cəmiyyətdə avanqard rolunu nəzərə alaraq, seçkilərdə onların aktiv təmsil olunmaları üçün hansı işlər görülür?

- Biz gənclərlə bağlı artıq birinci proqramı həyata keçirdik. Bu proqram ondan ibarətdir ki, biz bələdiyyə seçkilərində gənclərə və qadınlara daha çox üstünlük verdik. Bu həm seçki kampaniyasının aparılması, təşkil olunması baxımından, həm də onların namizəd kimi bu prosesdə iştirak etməsi baxımından uğurlu oldu. Hesab edirəm ki, kifayət qədər də çox gözəl nəticələr alındı. Təbii ki, bu gün də o nəticələr göz önündədir. YAP bu taktika ilə bələdiyyə seçkilərində 68 faizdən yuxarı səs topladı. Heç şübhəsiz ki, bunun da 46 faizi gənclər, 38 faizi isə qadınladır. Əgər ilkin bələdiyyə seçkilərində bu rəqəm 3-7 faiz təşkil edirdisə, artıq nəticə xeyli yüksəlib. Təbii ki, yeni nəsil yetişir və yeni istedadlı gənclər formalaşır. YAP-ın da əsas prinsipi varislik prinsipidir. Sevindirici haldır ki, bu varislik prinsipi mərhələ-mərhələ özünü göstərir. Biz Partiyanın rayon və şəhər təşkilatlarında, onların tərkiblərində, şuralarında, idarə heyətində də hər dəfə 25-30 faiz dəyişiklər edirik ki, yeni gələn nəfəsə də meydan açılsın. Belə ki, yaşlı nəslin təcrübəsi, bacarığı gənc nəslin enerjisinin vəhdəti nəticəsində daim inkişaf edir. Biz aprel ayında nəzərdə tutmuşuq ki, YAP Gənclər Birliyinin seçki-hesabat konfransını keçirək. Artıq hakim Partiyanın rayon və şəhər təşkilatlarında bu proses başlayıb. Yəni bu yeniləşmə mütəmadi olaraq davam edir. Təbii ki, parlament seçkilərində də bu proses olacaq. Heç şübhəsiz ki, bizim gənc namizədlərimiz də olacaq. Amma bu, gənclik xatirinə gənclik deyil. Bəzən görürsən ki, mətbuat orqanlarında yazırlar yaşlılar getməli, onun yerinə gənclər gəlməlidir və s. Bunların hər biri yalandır, təxribatdır və ara qızışdırmağa hesablanıb. Əgər bu gənc istedadlıdırsa, fəaldırsa, cəmiyyət tərəfindən qəbul olunursa, həm qanunvericilikdə, həm də beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil edə biləcəksə, təbii ki, belə gənclərin namizədliyini irəli sürmək lazımdır. Bununla belə, o qədər yaşlı insanlarımız var ki, onlar işgüzarlığı, fəallığı ilə bu gün həm dövlətçilikdə, həm idarəçilikdə, həm də qanunvericilikdə fəaliyyət göstərirlər. Ümumilikdə seçki prinsipində yuxarı yaş həddi deyil, əksinə aşağı yaş həddi qoyulur. Məsələn, bələdiyyədə 21, parlamentdə 25, prezident seçkilərində isə 35 yaşddır. Bu seçim xalqın seçimidir. Seçici kimi istəyəcəksə, necə namizəd görmək istəyəcəksə onu da seçəcək.



- Artıq ikinci dəfədir ki, iqtidar-müxalifət dialoqu keçirilir. Amma hər dəfə müxalifət bu dialoqun mahiyyətini başqa istiqamətlərə yönəltməyə çalışır. Sizcə bu nə ilə bağlıdır?

- Ümumilikdə bu dialoq prosesi Azərbaycanda həmişə olub və bu gün də davam etdirilir. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldiyi dövrdən həmişə dialoqun tərəfdarı olub. Ulu Öndər bütün hadisələri sülhlə, danışıqlar yolu ilə qaydasına qoyurdu. Vaxtilə “oktyabr hadisələri”ni dahi şəxsiyyət bir çıxışı, müraciəti ilə qansız və qadasız həll etdi. Eləcə də "OMON hadisələri"ndə böyük silahlı dəstənin tərksilah olunmasını və s. göstərə bilərik. Ümumiyyətlə, Ulu Öndər gücün tərəfdarı yox, əksinə dialoqun tərəfdarı olub. Təbii ki, biz də bu prinsiplərə həmişə sadiq qalmışıq. O zaman 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev dörd partiya sədrinə müraciət etdi ki, gəlin seçkilərdə iştirak edin. Çünki hakimiyyətə gəlməyin yeganə yolu seçkidir. Başqa yollar qeyri-mümkündür. Hətta bir neçə dəfə ATƏT-in, Avropa Şurasının təşəbbüsü ilə görüşlər keçirilib. Ümumilikdə 2000-ci ildən sonra Parlamentdə təmsil olunan siyasi partiyaların həmişə bir dialoq təşəbbüsü olub və bu da davam edib. Azərbaycanın taleyüklü məsələsi, Dağlıq Qarabağ, Xocalı faciəsi ilə bağlı müxtəlif ölkələrə (BMT, Avropa strukturlarına, ayrı-ayrı təşkilatlara, həmsədr dövlətlərə və s.) birgə bəyanatlar göndərilib. Bundan sonra YAP-ın tərkibində dialoq, siyasi partiyalarla əlaqə komissiyası yarandı. Komissiyanın da başlıca məqsədi siyasi partiyaların rəylərin, fikirlərin, təkliflərin öyrənib, ümumiləşdirib ölkənin gələcək inkişafı, siyasi sistemin daha da möhkəm olması üçün istifadə etməkdir. İqtidar-müxalifət dialoqu ilə bağlı ölkəmizdə bir neçə görüş keçirildi. Sonuncu görüş isə çox gözəl nəticələri ilə yadda qaldı. Orada qoyulan dörd şərtin hər biri bütün partiyalar tərəfindən dəstəkləndi. Yəni hər bir təşkilat hansı məsələlərin müzakirəyə çıxarılması ilə bağlı özü mövzu verir. Bununla bağlı gündəlik qabaqcadan müəyyən olunur. Hər bir təşkilatın ixtiyarı var ki, şəffaf şəkildə bu görüşlər barədə ictimaiyyəti məlumatlandırsın. Artıq bu görüşlər iki aydan bir intensiv şəkildə keçiriləcək. Təbii ki, bu da çox təqdirəlayiq bir haldır. Hər bir partiya tərəfindən bu bəyənildi və dəstəkləndi.

Sadəcə olaraq bir neçə partiya özünü bu proseslərdən kənarda saxladı. Bunlardan biri Müsavat, digəri isə AXCP-dir. Artıq Müsavat partiyası bəyanat verdi ki, növbəti görüşlərdə onlarda iştirak edəcəklər. Burada əsas problem leqitimlik problemidir. Bu gün Müsavatda leqitimlik yoxdur. Yəni partiyanın ədalətsiz keçirilən qurultayı nəticəsində partiya iki hissəyə bölünüb. Beləcə iki hissənin arasında heç bir dialoq yoxdur. Onlar azad söz, fikir bildirənləri də Müsavatdan xaric edirlər. Bu gün müxalifət partiyalarının öz aralarında da dialoq yoxdur. Mən bu dialoqu tək iqtidar-müxalifət arasında deyil, ümumilikdə siyasi partiyalar daxilində bir dialoq adlandırardım. Çünki elə partiya rəhbəri var ki, deyir o orda olsa mən gəlməyəcəm və s. Təəssüflər olsun ki, biz bu kimi hallara da rast gəlirik.

AXCP isə özü qərar qəbul edə bilmir. Onların qərarları ancaq hansısa qulluq edikləri təşkilatlar tərəfindən verilməlidir ki, həmin dialoqa qatılsınlar. Əgər o təşkilatlar AXCP-yə desə ki, get dialoqda iştirak et, o zaman onlar hamıdan birinci gəlib dialoq masasına oturacaqlar. Əgər onlar hər hansı fikir, söz demək istəyirlərsə buyurub gəlsinlər. Çünki orada hamıya meydan verilib və hamı çıxış edir. Görünən odur ki, onların hansısa məsələni qaldırmağa nə potensialı, nə də icazələləri var. Ümumilikdə AXCP Azərbaycanda gedən bu prosesə xidmət etdikləri təşkilatlar vasitəsilə kölgə salmağa çalışırlar.



- ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland Azərbaycanda səfərdə oldu. Maraqlıdır ki, Nulandın səfər çərçivəsində bəzi şəxslərlə görüşü birmənalı qarşılanmadı. Bu barədə fikirlərinizi bilmək istərdik?

- Ümumilikdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın Azərbaycana səfərini çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, o bu səfəri ilə bir çox qaranlıq qalan məqamlara aydınlıq gətirdi. Səfərdə Azərbaycan dövləti ilə ABŞ arasında strateji müttəfiqlik məsələsi bir daha gündəmə gəldi. Qonaq Azərbaycanın iqtisadi inkişafı, ölkəmizdə olan ictimai-siyasi sabitlik, Azərbaycanın regionda aparıcı dövlət olmasını özü-öz dili ilə bir daha bildirdi. Eləcə də o, Azərbaycanda hər hansı bir inqilabların olması ilə bağlı ictimaiyyətə yanlış məlumat verən və bir çox hallarda da bunu ABŞ istinad edən insanların da cavabını orada verdi. V.Nuland bəyanat verdi ki, Azərbaycanda belə hal heç vaxt ola bilməz. Əgər biz Azərbaycanın göstəricilərinə baxsaq bunun aydın şahidi ola bilərik. İqtidarla xalqın, eləcə də Prezidentlə xalqın bir yerdə olması, cəmiyyətin ölkə başçısı cənab İlham Əliyevi dəstəkləməsi buna bariz sübutdur. Təbii ki, bütün bunları onlar daha gözəl bilirlər. Sadəcə olaraq bəzi təşkilatlar həm bizdə olan, həm də ABŞ-da olan QHT-lər düzgün olmayan məlumatlar yaymaqla məşğuldurlar. Ümumiyyətlə, bu cür hallar çoxdur. O cümlədən Azərbaycan haqqında yazıb ötürülən məlumatların hər biri qərəzlidir. Onlar çalışırlar ki, Azərbaycan və ABŞ arasında bir soyuqluq yaratsınlar. Çox gözəl oldu ki, bu məsələlərin araşdırılması ilə bağlı hər ikitərəfli bir komissiya yaranıb. Biz dərhal razılıq verdik. Çünki biz düzük və haqq bizim tərəfimizdədir. Qoy onlar gəlib araşdırsınlar. Məsələn, yazırdılar ki, İlqar Məmmədov prezidentliyə ən layiqli namizəd olduğuna görə, o, həbs olunub. Əgər biz 3-5 adamdan İ.Məmmədov adda insanın kim olduğunu soruşsaq heç kim onu tanımıyacaq. ABŞ-ın ən ağır cəzalar tətbiq etdiyi şey casusluqla vergidən yayınmaqdır. Bu yaxınlarda Emin Hüseynov adlı bir şəxs qaçıb səfirlikdə gizləndi. Bu şəxs dövlət büdcəsinə ödənilməli olan 247 551 manat məbləğində xeyli miqdarda vergiləri ödəməkdən yayınıb. İndi sual olunur ki, ona bu məbləğdə pulu niyə vermisən? Əgər vermisənsə, o bu pulu hara sərf edib. Burada heç bir şəffaflıqdan söhbət gedə bilməz. Çünki hər bir şey müəmmalı olaraq qalır.



- Viktoriya Nuland Ermənistanda da oldu. O, Ermənistan tərəfini işğal edilmiş Azərbaycan torpaqlarında saxlanılan azərbaycanlı girovları azad etməyə çağırdı. Sizcə, onun bu çağırışı öz bəhrəsini verəcəkmi?

- Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev azad edilməlidir. Çünki onlar dinc sakindir və öz doğma ata-baba yurduna gedib. Bu şəxslər nə terrorçu, nə də diversiya-kəşfiyyat qrupun üzvü deyillər. BMT-nin qətnaməsi ilə təsdiq olunub ki, Kəlbəcər Azərbaycanın ərazisidir və Ermənistan tərəfindən işğal olunub. Bu onun hüquqi əsasıdır, mənəvi əsası isə o, sadəcə olaraq öz ata-anasının qəbrini ziyarət edib. Bu mənada hesab edirəm ki, hər iki vətəndaşımız azad olunmalı və ermənilərin təxribatçı hərəkətlərinə son qoymalıdırlar ki, son dövrlərdə atəşkəs ciddi şəkildə pozulur. Cənab Prezidentin Münhendəki çıxışında bu məsələləri çox sərt şəkildə qoyması bəzi dövlətləri, həmsədrləri də silkələdi ki, artıq bu məsələyə reaksiya versinlər.



- Xədicə İsmayıl və Leyla Yunusun həbs müddətinin uzadılması nə ilə bağlıdır?

- Hazırda onlar barəsində istintaq gedir. İstintaq müddətində müxtəlif yeni detallar ortaya çıxıb. Xədicə İsmayıl bir başqa maddə ilə məsuliyyətə cəlb olunmuşdusa indi o, qeyri-qanuni biznesle məşğul olduğuna, vergidən yayındığına, “Azadlıq radiosu”nun tədqiqatını apardığına görə həbs müddəti uzadılıb. İstintaq sirri olduğu üçün bəzi məsələlər isə açıqlanmır.



- Son olaraq, bəzi media qurumları YAP-ın namizədləri siyahısında məmur övladlarının da olacağını deyirlər. Bu məlumat nə dərəcədə əsaslıdır?

- Birincisi, bu məlumatların yayılmasının özü belə təxribata hesablanıb. Seçmək və seçilmək hüququ konstitusion hüquqdur. Burada söhbət sosializm düşüncəsində olanların yanaşmasından gedir. Kimliyindən asılı olmayaraq, istənilən Azərbaycan vətəndaşı seçkilərdə bu və ya digər şəkildə iştirak edə bilər, əsas odur ki, o buna layiq olsun. Bununla belə söhbət həmin şəxsin istedadından və bacarığından gedir. Əgər onun bacarığı, təhsili, dünyagörüşü, savadı, siyasi fəaliyyəti varsa, kimin övladından asılı olmayaraq həmin şəxs seçmək və seçilmək hüququna malikdir. Təbii ki, elə məmur övladları var ki, valideyinlərinin başını aşağı edir. Amma elə də məmur övladları var ki, ən yüksək ali məktəblərdə təhsil alıb, bu gün Azərbaycanın maraqlarını xarici ölkələrdə layiqincə təmsil edir. Xocalı faciəsini, Dağlıq Qarabağ problemini, tarixi abidələrimizlə bağlı və s. xarici dillərdə kitablar nəşr etdirərək çatdırır. Təbii ki, bu cür istedadlı insanlar YAP-ın namizədləri siyahısında təmsil oluna bilərlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəliləyiş olmayacaq: - Aİ-nin Ermənistana ehtiyacı yoxdur!
Bu gün, 19:02
Bakının tələbi, erməni cəmiyyətinin xilas yolu – Yeni Konstitusiya
Bu gün, 19:00
Banklar daha dollar almır: Nə baş verir? - AKTUAL
Bu gün, 18:58
Səsyazısı yayılan direktor ləğv olunmuş universitetin MƏZUNUDUR - "Kimin əlindən su içdiyi bəlli"...
Bu gün, 18:20
Trampın Rusiya-Ukrayna məsələsində iki çıxış yolu qalıb - Azad İsazadə ŞƏRH EDİR
Bu gün, 18:17
Məktəblərə “cəza yağışı” gəlir: - Müəllim və şagirdlər üçün çətin dövr
Bu gün, 18:11
Bakıda qardan sonra əksər yollar dağıldı: Yoxsa bu boyda sərvət HARDAN İDİ Kİ?.. - İLGİNC FAKT
Bu gün, 18:07
Qadınlar Razi Nurullayevin cavabını verdilər: - "Nə aliment alırlar ki, sərbəst də yaşasınlar?"
Bu gün, 18:01
Ukrayna torpaqlarını Rusiyaya verməyən yeganə prezidentəm - Tramp
Bu gün, 17:58
Bu həftə DƏYİŞİKLİK GÖZLƏNİLİR - İDDİA
Bu gün, 17:56
Ukrayna uğrunda QARIŞ SAVAŞI... - İNCƏLƏMƏ
Bu gün, 17:49
Azərbaycan GUAM Parlament Assambleyasına sədrliyi Gürcüstana təhvil verib
Bu gün, 17:42
ABŞ Azərbaycanın maraqlarına xələl gətirəcək addım atmayacaq - Ermənistanın xəyalları "suya düşdü"
Bu gün, 17:40
Təhsilə pul yatırmağın qaranlıq tərəfi – Gənclər harada səhv edir?
Bu gün, 17:36
Mədəniyyət Nazirliyi BƏƏ şirkətindən 3 adda kitab alır – 36 min ödəyəcək
Bu gün, 17:30
Ermənistan-Azərbaycan danışıqlarında niyə fasilə yaranıb? - Geosiyasi qeyri-müəyyənlik...
Bu gün, 16:10
Polis marketlərdən 50 min manat dəyərində oğurluq edən şəxsləri saxladı - FOTO, VİDEO
Bu gün, 16:06
Prezident vəd vermişdi... - NƏ OLACAQ?..
Bu gün, 16:04
İcra başçısının müavini məhkəməyə gəlmədi, iclas təxirə salındı - DETALLAR
Bu gün, 16:02
Alçaldılmış və təhqir edilmiş – O, Ağ Evə niyə çağırıldı?
Bu gün, 15:58
Yaxın beş ildə Azərbaycanın büdcəsi profisitli olacaq - Dünya Bankı
Bu gün, 15:53
Ləğv olunmuş Azərbaycan Sənaye Korporasiyası xalis mənfəətdən - ZƏRƏRƏ KEÇİB
Bu gün, 15:50
Nazir ona vəzifə verdi - FOTO
Bu gün, 15:46
Şirvanda erməni siqaretləri satan şəxs həbs edilib - İkinci əməlidir
Bu gün, 15:42
Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılır
Bu gün, 15:26
"Veysəloğlu"nun "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı motivasiya tədbirində şirkətin uğurları və yeni istiqamətlər müzakirə olundu - FOTO
Bu gün, 15:17
Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti - MƏQALƏ
Bu gün, 15:11
Qadın ülviyyətin, zərifliyin, gözəlliyin rəmzidir - İsrafil Kərimovun yazısı
Bu gün, 15:09
Azərbaycanda gələn ildən közərmə lampalarına qadağa qoyulacaq, nazir müavini səbəbi açıqlayıb
Bu gün, 15:04
Rafiq Vəliyev Mədəniyyət Nazirliyinin pullarının 30 faizini öz layihəsinə xərcləyib - ARAŞDIRMA
Bu gün, 14:02
MİDA-nın 620 minlik tenderi ləğv edildi
Bu gün, 14:00
“Qoca qitə” çarə axtarışında: - ruslar gəlir, amerikalılar gedir
Bu gün, 13:58
Sahil Babayevin yerinə keçən nazir nələri dəyişəcək? – Rəy
Bu gün, 13:10
Məhkəmə qalmaqallı "Laser Beauty Estetik Klinika" ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 13:06
Türkiyədə inflayasiya səviyyəsi 39%-ə düşdü – Dünyada 6-cı yerdədir
Bu gün, 13:04
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nə sədr əvəzi təyin edilib - FOTO
Bu gün, 12:58
Erməni əsilli İsveç deputatı haqlıdırmı? - ŞƏRH
Bu gün, 12:50
Ramin Hacılı Konstitusiya Məhkəməsinə müraciət edib - TƏFƏRRÜAT
Bu gün, 12:48
Özbəkistanda daxili işlər naziri vəzifəsinə yeni təyinat olub - KİV
Bu gün, 12:44
Adil Vəliyev dünya-aləmi oğluna PEŞKƏŞ EDİB... - VƏTƏNDAŞ KİMDİR Kİ?..
Bu gün, 12:41
Hikmət Hacıyev BMT nümayəndəsi ilə əməkdaşlığın inkişafını müzakirə edib - FOTO
Bu gün, 12:37
Zelenskinin ABŞ-dan istədiyi "təhlükəsizlik qarantiyası" nədir? - İNCƏLƏMƏ
Bu gün, 12:34
“İlham Süleymanov, Azad Cəfərli kimi harınların “at oynatdıqları” ölkədə yaşamaq mümkün deyil” - Şəhid və Qazi anasından Prezidentə şok müraciət
Bu gün, 12:31
“Ermənistanın mina istehsalı bütün bəşəriyyət üçün ciddi təhlükədir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:26
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:20
Bakıda məktəbli qəbiristanlıqda niyə qətlə yetirilib? - TƏFƏRRÜAT
Bu gün, 12:18
Ukraynanın təhlükəsizliyinə zəmanət verən 5 nüvə ölkəsi və Ukraynanın 1.900 nüvə başlığı necə oldu? - AKTUAL
Bu gün, 12:16
“Nar” ardıcıl altıncı il Müştəri Loyallığı İndeksində lider olub
Bu gün, 12:12
14 yaşlı qızı qaçıran Qədir HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 12:01
Murad Arif erməni filminin “Oskar” almasını tənqid etdi - "Heç bəyənmədim..."
Bu gün, 11:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru