"Aşağı təbəqənin maaşları, pensiyaları ilə bağlı məsələ qaldıracağıq" - deputat
Tarix: 17-03-2015, 09:53 | Çap et
 Martın 17-də Azərbaycan hökuməti Milli Məclisə hesabat verəcək. Bu, ənənəvi hesabatdır.
Hökumətin başçısı - baş nazir Artur Rasizadə hər ilin martında deputatların qarşısına çıxıb ötən il gördükləri işlərdən danışır. Növbəti ilə proqnozları, planları açıqlayır.
Amma bu il vəziyyət fərqlidir. Neft ucuzlaşır, manatın devalvasiyası gedir. Bəs hökumət hansı tədbirləri hazırlayır? Deputatların təklifi nə olacaq?
"Azadlıq" raiosu bu haqda deputat Vahid Əhmədovla danışıb.
- Vahid müəllim, martın 17-də hökumət parlamentə hesabat verəcək. Gözləntiniz nədir? Təklifləriniz olacaqmı?
- Bu, 2014-cü ilin hesabatı olacaq. Bizim təkliflərimiz qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatı, xarici ticarətdə olan problemlərin aradan qaldırılması ilə bağlı olacaq. O cümlədən manatın devalvasiyasına toxunacağıq. Görək hökumət hansı tədbirlər planını hazırlayıb, Mərkəzi Bank nələri nəzərdə tutur, devalvasiya bununla qurtardımı, yoxsa yenə belə hadisələr gözlənir... Suallarımız çoxdur. Görək vaxt çatacaq, ya çatmayacaq.
- Devalvasiya ilə bağlı sizin təklifiniz nə olacaq?
- Beş-altı məsələ var, onları qaldıracağıq. Əsasən dollarla olan kreditlər, bir də manatla saxlanan əmanətlərin taleyi bizi narahat edir. Qiymət siyasəti ilə bağlı suallarımız da var. Ərzaq məhsulları ilə yanaşı dərman preparatlarının qiyməti qalxıb. Bir də həkimlərin, müəllimlərin maaş məsələsidir. Aşağı təbəqənin maaşları, pensiyaları ilə bağlı məsələ qaldıracağıq.
- Bəzi iqtisadçılar maaş, pensiya artımını lazım bilmir, onlar bu addımın inflyasiyanı sürətləndirəcəyini düşünür. Bəziləri də bu addımı labüd sayır. Siz nə düşünürsünüz?
- Əvvəla, hökumət qiymət artımı ilə əlaqədar maaşları qaldırmalı olsaydı, devalvasiyaya getməzdi, yumşaq devalvasiyaya gedərdi. Maaşlar artardı, belə də olmazdı. Neftin qiyməti ilə, dünyada gedən proseslərlə əlaqədar devalvasiyaya gedildi. Mən əvvəldən yumşaq devalvasiya tərəfdarı olmuşam, şok terapiya tərəfdarı olmamışam. İnanmıram yüksək səviyyədə maaş artımı olsun. O ki qaldı inflyasiyaya, maaş artırılsa da, artırılmasa da bu problem olacaq. Ola bilsin 2015-ci ilin sonunda inflyasiya ikirəqəmli olsun. Çünki qiymət artımı labüddür. Bunun qarşısını almaq mümkün deyil.
- İnflyasiya ilə bağlı proqnozlarınız nədir?
- İndidən demək çətindir. İki-üç ay devalvasiya getsin, görək bundan aşağısı-yuxarısı olacaqmı, ya yox. Qiymətə baxaq. Ancaq birrəqəmli saxlamaq çətin olacaq.
- Hökumət qiymətlərin artmayacağını deyir, amma istehsalçı da bunun qaçılmazlığından danışır. Necə tənzimlənəcək bu məsələ?
- Hökumət deyir, mən də başa düşürəm, dövlət başçısı bununla bağlı göstəriş verib. Amma bir var obyektiv qiymət, bir var subyektiv. Obyektiv odur ki, sən xaricdən mal ya da xammal gətirirsən, onu dollarla alırsan deyə qiymət də artır. Bir də var Azərbaycanda malı istehsal edirsən, xaricdən xammal almırsan, malın qiymətinisə 35-40 faiz artırırsan. Ciddi məsələdir. Ona görə Antiinhisar Departamenti yaradılıb.
Bir də məni narahat edən dərman preparatlarının qiymətidir. Biz Milli Məclisdə qərar qəbul etmişdik ki, dərman preparatlarının qiyməti dövlət tərəfindən tənzimlənməlidir. Hökumət bu qiymətlərin yuxarı həddini müəyyənləşdiririb əhaliyə məlumat verməlidir. Eləcə də ərzağın qiyməti. Bu xaricdən gətirilmirsə, qiymət 10 faiz qalxsın, 35-40 faiz ola bilməz axı. Yəni hökumət bu yöndə işləməlidir.
- Necə düşünürsünüz, hökumət işləyirmi?
- Dövlət başçısı göstərişin verib. Müəyyən təkliflər var… Nə qərar veriləcək, bilmirəm. Hələ gözləyək.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sahil Babayevin yerinə keçən nazir nələri dəyişəcək? – Rəy
Bu gün, 13:10 |
|
|
|
• Məhkəmə qalmaqallı "Laser Beauty Estetik Klinika" ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 13:06 |
|
|
|
• Türkiyədə inflayasiya səviyyəsi 39%-ə düşdü – Dünyada 6-cı yerdədir
Bu gün, 13:04 |
|
|
|
• “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nə sədr əvəzi təyin edilib - FOTO
Bu gün, 12:58 |
|
|
|
• Erməni əsilli İsveç deputatı haqlıdırmı? - ŞƏRH
Bu gün, 12:50 |
|
|
|
• Ramin Hacılı Konstitusiya Məhkəməsinə müraciət edib - TƏFƏRRÜAT
Bu gün, 12:48 |
|
|
|
• Özbəkistanda daxili işlər naziri vəzifəsinə yeni təyinat olub - KİV
Bu gün, 12:44 |
|
|
|
• Adil Vəliyev dünya-aləmi oğluna PEŞKƏŞ EDİB... - VƏTƏNDAŞ KİMDİR Kİ?..
Bu gün, 12:41 |
|
|
|
• Hikmət Hacıyev BMT nümayəndəsi ilə əməkdaşlığın inkişafını müzakirə edib - FOTO
Bu gün, 12:37 |
|
|
|
• Zelenskinin ABŞ-dan istədiyi "təhlükəsizlik qarantiyası" nədir? - İNCƏLƏMƏ
Bu gün, 12:34 |
|
|
|
• “İlham Süleymanov, Azad Cəfərli kimi harınların “at oynatdıqları” ölkədə yaşamaq mümkün deyil” - Şəhid və Qazi anasından Prezidentə şok müraciət
Bu gün, 12:31 |
|
|
|
• “Ermənistanın mina istehsalı bütün bəşəriyyət üçün ciddi təhlükədir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:26 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:20 |
|
|
|
• Bakıda məktəbli qəbiristanlıqda niyə qətlə yetirilib? - TƏFƏRRÜAT
Bu gün, 12:18 |
|
|
|
• Ukraynanın təhlükəsizliyinə zəmanət verən 5 nüvə ölkəsi və Ukraynanın 1.900 nüvə başlığı necə oldu? - AKTUAL
Bu gün, 12:16 |
|
|
|
• “Nar” ardıcıl altıncı il Müştəri Loyallığı İndeksində lider olub
Bu gün, 12:12 |
|
|
|
• 14 yaşlı qızı qaçıran Qədir HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 12:01 |
|
|
|
• Murad Arif erməni filminin “Oskar” almasını tənqid etdi - "Heç bəyənmədim..."
Bu gün, 11:59 |
|
|
|
• Tramp Maska İŞ TAPŞIRIB... O İSƏ... - NƏ BAŞ VERİR?
Bu gün, 11:52 |
|
|
|
• Vüsal Aslanov daha bir rəisi işdən çıxardı - ƏMR
Bu gün, 11:50 |
|
|
|
• Sağlamlığımıza təhlükə yaradan, biri 65 qəpiyə olan toyuqlar Azərbaycana necə gətirilir?
Bu gün, 11:47 |
|
|
|
• Macarıstan Ukraynaya hərbi yardım ilə bağlı sənədi bloklayıb - "Politico"
Bu gün, 11:42 |
|
|
|
• Azərbaycan dilini bilməyənlər test sualları hazırlayır? - Məleykə Abbaszadəyə ağır ittihamlar...
Bu gün, 11:30 |
|
|
|
• Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktorun ifadəsi elan olunub
Bu gün, 11:25 |
|
|
|
• “Fuad Nəcəfli dedi ki, başını hara bərkdirsə, ora vur“ - NARAZILIQ VAR...
Bu gün, 11:22 |
|
|
|
• Petrosyan hiddətləndi: Bakı bunu İrəvanın əlindən aldı - FOTO
Bu gün, 11:19 |
|
|
|
• Lalə Babayeva işdən çıxarıldı - ƏMR
Bu gün, 11:17 |
|
|
|
• Lənkəranda təhsil sistemimiz GÜL AÇIB... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:14 |
|
|
|
• Azərbaycanda şirkətin direktoru istefa verdi - BUNDAN SONRA...
Bu gün, 11:11 |
|
|
|
• Rusiya-ABŞ danışıqları Fars körfəzi ölkələrindən birində keçirilə bilər
Bu gün, 10:57 |
|
|
|
• Naxçıvanda dövlət qurumlarında TOTAL İXTİSAR... - SƏSİ SONRA ÇIXACAQ
Bu gün, 10:56 |
|
|
|
• İcra başçısının qardaşı vəfat etdi
Bu gün, 10:49 |
|
|
|
• "Mən gələndən demişdim ki, ot örtüyünü dəyişək" - MÜSAHİBƏ
Bu gün, 10:47 |
|
|
|
• Qonşu ölkə Azərbaycana qarşı tiryək müharibəsi aparır - deputat
Bu gün, 10:45 |
|
|
|
• “Direktorun otağında görüş keçirmək etik sayılmaz” – Deputatdan həmkarına SƏRT REAKSİYA
Bu gün, 10:22 |
|
|
|
• “Güney Qafqazı Rusiyadan qoruya biləcək yeganə güc Türkiyədir...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə dələduzluq edən "səfirlik əməkdaşı" ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:12 |
|
|
|
• Adil Əliyev Qarabağ qazisinə SAVAŞ AÇIB - Bunun başqa ADI YOXDUR...
Bu gün, 10:04 |
|
|
|
• ABŞ Ukraynaya şərtini açıqladı – “Müharibəni dayandırmağın yeganə yolu budur”
Bu gün, 09:58 |
|
|
|
• Mirşahin Ağayevə ağır itki üz verdi
Bu gün, 09:50 |
|
|
|
• “Atəşgah” Sığorta Şirkətinin rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 09:46 |
|
|
|
• Paşinyan türk ordusunu Ermənistana çağıracaq - ŞOK İDDİA
Bu gün, 09:43 |
|
|
|
• 2 aylıq körpə xəstəxanada öldü
Bu gün, 09:38 |
|
|
|
• Rafael Ağayev bu ölkəni seçdi
Bu gün, 09:37 |
|
|
|
• KAPİTAL BANK vətəndaşın SOSİAL YARDIM PULUNA da tamah salıb... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:24 |
|
|
|
• “Xəbərdarlıq gəldi ki, kənddə şortik geyinməsinlər”
Bu gün, 09:14 |
|
|
|
• Tanınmış ifaçı balkondan yıxıldı - TƏFƏRRÜAT
Bu gün, 09:02 |
|
|
|
• Yolayrıcındayıq: gücün önə çıxdığı indiki vaxtda… - Mirzoyan
Bu gün, 08:56 |
|
|
|
• "Gəncə Xalça Kombinatı" MMC-nin 357,6 min manat - VERGİ BORCU VAR
Bu gün, 08:53 |
|
|
|
• ABŞ Zelenskinin mineral saziş imzalamaq istəyinə münasibət bildirib - CBS telekanalı
Bu gün, 08:48 |
|
|
|
|