Naxçıvanda durum daha da gərginləşib... .....                     “Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” .....                     Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb .....                     “Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? .....                     Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı .....                     Polşa Rusiyanı yanğında ittiham edir .....                     Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək .....                     Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını .....                     Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb .....                     Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır .....                     Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir .....                     Zaur Nəbioğluna ağır itki üz verib .....                     Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA .....                     “Olivia” mağazası tələbələri ALDADIR? .....                     Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR .....                     Kredit kartı olanların NƏZƏRİNƏ: Bu səhvi etməyin, günlük hesablanacaq .....                     “Sumqayıt Kompressorları” ASC səhmdarlarına .....                     Kağız üzərində problem həll olunub, amma... .....                     Trampın hansı reaksiya verəcəyi maraqlıdır... .....                     Müxalif jurnalistdən İlham Əliyevə dəstək .....                     Əmək mübahisələri... .....                     Putin Zelenski ilə görüşə gedəcəkmi? .....                     PKK-nın buraxılması: mübhəm gələcəyə açılan qapılar .....                     "Yorğunluğum yoldaşımın nəvazişi, qayğısı ilə bitir" .....                     "AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır" .....                     Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olundu .....                     'Həm maddi, həm də mənəvi zülm verirlər" .....                     Məktəb direktoru pulyığmanı DANMADI... .....                     Əhaliyə xəbərdarlıq: “Hazır olun!” .....                     Zelenski anasına müraciət etdi .....                     Gömrükdəki köhnə iddialar və kölgələr... .....                     İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU .....                     Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb .....                     Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? .....                     TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir .....                     "Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" .....                     "Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş" .....                     “Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər” .....                     Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir .....                     Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü .....                 

CİBGİRLƏR
Tarix: 13-10-2011, 16:03 | Çap et
CİBGİRLƏR

OĞRU DÜNYASININ ƏSİLZADƏLƏRİ

"Toqquşmada, itələşmədə yoxa çıxmış pulqabıdan, bir qayda olaraq, iş-işdən ötəndən sonra xəbər tuturlar..."


Azərbaycanda cinayətkarlıqdan söz düşəndə, cibgirlərdən danışanda, onların tarixini şərti olaraq beş dövrə bölmək mənə daha məqsədəuyğun gəlir. Birinci dövr on doqquzuncu əsrin əvvəllərindən sonlarına kimi olan illəri əhatə edir. Həmin dövrlə əlaqədar əlimizdəki məlumatlar o qədər kasaddır ki, maraqlı bir şey tapmaq çətindir. Cibgirliyin bir peşə kimi formalaşması 1900-1920-ci illəri əhatə edən ikinci dövrə, "çiçəklənməsi" isə 1920-1956-cı illərə, yəni üçüncü dövrə təsadüf edir. Dördüncü dövr həmin vaxtdan başlayıb, 1990-da başa çatır. İndi cibgirlər öz "tarixlərinin" beşinci dövrünü yazırlar...

Diqqət yetirdinizsə, bu dövrlərin hər biri tək cinayətkarların yox, ümumiyyətlə cəmiyyətin həyatında bəlli dönüş nöqtələriylə işarələnib. Birinci dövr feodalizmdən kapitalizmə keçid, ikinci dövr kapitalizmin inkişafı, dərin təbəqələşmə, üçüncüsü Sovet hakimiyyətinin Stalin dönəmini əhatə edir. Dördüncü dövr Stalinin vəfatından Sovetlər Birliyi dağılanadək davam edib. Beşinci dövr isə artıq müstəqil Azərbaycanın payına düşən dönəmdir.

İndi möhtərəm oxucularımızın diqqətini bu tarixi dövrlərin üzərində cəmləmək istəmirəm. Yazı nəzəriyyədən çox, necə deyərlər "əməliyyəyə" aid olsun deyə, sizə cibgir peşəsinin növlərindən söz açacağıq. Bayaq sadaladığımız tarixi mərhələlər isə vaxtaşırı, bu peşənin nümayəndələri ilə, başqa maraqlı həmsöhbətlərlə ünsiyyətdə açılacaq.

Yeri gəlmişkən, xatırladaq ki, cinayət aləminin bütün terminologiyası bizə Rusiyadan, onlara isə ya Avropa, ya da yəhudi dillərindən keçib. Çünki bizim cinayətkarlar tarixən nəzəriyyəyə yox "əməliyyəyə" fikir verir, özlərini "Böyük Qaranlıq Dünyanın" tərkib hissəsi sayırdılar. Odur ki, bu mövzu ilə dərindən maraqlananlar yaxşı bilir ki, rast gəldiyimiz ifadələr arasında öz dilimizdə bircə kəlmə belə tapmaq olmur.

Amma ən əvvəl bir məsələni qeyd edək ki, cib elə bir şeydir ki, şalvarda, ya pencəkdə olmasından, düymələnib-düymələnməməsindən asılı olmayaraq, içində gizlənənlərə təbii bir maraq oyadır. Cib də bağlı qapının üstündəki açar deşiyi kimi bur şeydir: adamın gizlincə baxmağı gəlir. Hamı üçün təbii sayılan bu maraq cibgirlər üçün peşəkar marağa çevrilir.

Böyük şəhərlərdə elə bir ailəyə rast gəlməzsən ki, nə vaxtsa cibgirin qurbanına çevrilməsin. Amma statistikaya görə belə cinayətlərin açılma faizi çox aşağıdır. Oğurluğa məruz qalmış hər on nəfərdən yalnız ikisi polisə müraciət edirsə, onların da təxminən doxsan faizi bir nəticə hasil edə bilmir. Çünki cibgiri tutmaq çox çətindir. Bütün istintaq təcridxanaları ağzına kimi dolu olsa da, peşəkar cibgiri barmaqlıqlar arxasında qətiyyən görə bilməzsiniz. Tutulanlar, bir qayda olaraq, ya cibgir məktəbinin "birinci sinfinə" gedənlərdi, ya da tamam piyada, təsadüfi adamlar. Elələrini tuturlar ki, əlini kiminsə cibinə salan təki ilişir, tutulan kimi günahını etiraf edir. Araşdıranda da görürsən ki, bu cinayətə ehtiyac ucbatından gedib və it kimi peşmandır.

Peşəkar cibgirlər isə kriminal dünyanın öz aralarında sıx birləşmiş, mütəşəkkil, "oğru qardaşlığı" ideyasına sonsuz sədaqətiylə fərqlənən təbəqəsidir. Onları cinayət başında yaxalasan belə, nəyisə sübuta yetirmək həqiqətən müşkül məsələdir.

Kriminalistlər hesablayıb ki, iri şəhərlərdə əhalinin hər milyon nəfərinə 450-500 nəfərə yaxın cibgir düşür. Hər cibgirin orta hesabla gündə on uğurlu cəhdi olsa, tamamilə astronomik rəqəm alınır. Odur ki, rəsmi statistikanı da, diletant hesablamalarını da başqalarına buraxıb, qayıdaq mətləbə...

Beləliklə, cibgir peşələrindən söz açaq, onları bir-birindən fərqləndirməyi öyrənək. Bu problemlə ciddi məşğul olan insanlar yazırlar ki, cinayətin üsuluna və törədildiyi yerə görə təxminən əlli cür cibgir var. Təbii ki, onların hamısını yox, ən geniş yayılanlarını sadalamaq istəyirəm və bu siyahını marvixerdən başlamamaq günah olardı...

Marvixer

"Marvixer"lər (qədim yəhudi dilindən hərfi tərcüməsi "oğurluqla qazanan") cibgirlərin ən yüksək təbəqəsi, əlçatmaz elitası sayılır. Deyirlər ki, guya əsl "marvixer"lərin sayı son yüzillikdə iki əlin barmaqları qədər ancaq olar. Buna münasibət bildirmək istəmirəm, lakin adı dillərə düşən, haqqında əfsanələr dolaşan, kriminal tarixdə yer almış "marvixer"lər həqiqətən az olub. Amma mənə elə gəlir ki, "marvixer" əslində cibgir peşəsi deyil, daha çox fəxri addır. Çünki ənənəvi cibgirlər cinayət törədərkən istifadə etdikləri üsula uzun müddət yiyələnir, onu cilalayır və peşəkar fəaliyyətlərinin sonunadək dəyişmirdilər. "Marvixer"lər isə bütün üsullardan eyni uğurla istifadə edə bilirdilər.

Şipaç

Sağ və ya, sol əlin iki barmaği - adsız və şəhadət barmaqlarından maşa, daha dəqiqi pinset kimi istifadə edərək pulqabını ya cibdən, ya çantadan çəkir. Cibgirlə arasında ən geniş yayılan ixtisasdır. "Şipaç" qurbanını diqqətlə seçir, onun yanında duraraq fikrini yayındırır və bütün əməliyyatı tələsmədən, son dərəcə ehtiyatla həyata keçirir. "Şipaç"lar həm ictimai nəqliyyatda, həm də iri ticarət mərkəzlərində, bazarlarda işləyirlər.

Pisaka

Cibgir ixtisaslarından Azərbaycan dilində adı olan "pisaka"dır. Mənası "yazıçı" olan "pisaka"ya dilimizdə cibkəsən deyirlər. Onlar da "şipaç"lar kimi tünlük yerlərdə çalışır, ya ülgücdən, ya da itilənmiş başqa bir əşyadan istifadə edərək ehtiyatsız vətəndaşların ciblərini kəsirlər. Bəziləri bu məqsədlə cərrah lansetlərindən də istifadə edir. Cibkəsənlərin arsenalında kəsici alətdən savayı, pulqabını çəkmək üçün müxtəlif qarmaqlar olur. Onlar bir qayda olaraq, əllərini kiminsə cibinə salmırlar. 50-ci illərdən sonra kəsici alət kimi bir tərəfi itilənmiş mis sikkədən istifadə olunurdu. Bu isə hətta cinayət başında yaxalanan "pisaka"ya belə, nəsə sübut etməyi çətinləşdirirdi.

Tryasun

"Tryasun" (silkələmək, itələmək, dümsükləmək anlamı daşıyır) qurbanını dümsükləməklə, qucaqlamaqla, itələməklə soyurlar. İldırım sürətli reaksiya tələb edən peşədir. Axı məsələ kiminsə cibindən pulqabısını vurub çıxarmaqda deyil, onu yerə düşmədən götürmək də lazımdır. Çox vaxt zahirən də kobud görkəmləri olan bu cibgirlər kiminləsə toqquşduğuna görə, kiməsə yol vermədiyinə görə qınaq obyekti olur. O toqquşmada, o itələşmədə yoxa çıxmış pulqabıdan, bir qayda olaraq, iş-işdən ötəndən sonra xəbər tuturlar və bəlkə də basırıq yerdə dümsüklənməkləri heç yadlarına da düşmür...

DİA.AZ – Kriminal ŞÖBƏ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21
“Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06
Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02
“Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56
Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50
Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47
Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42
Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:39
Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb - AÇIQLAMA
Bu gün, 09:31
Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır - SAYLARI ÇOXDUR...
Bu gün, 09:25
Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir - MƏQALƏ
Bu gün, 09:20
Zaur Nəbioğluna ağır itki üz verib
Bu gün, 09:19
Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA - İşçiləri işlədiblər, amma...
Bu gün, 09:16
“Olivia” mağazası tələbələri ALDADIR? – RƏSMİ AÇIQLAMA
Bu gün, 09:07
Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:02
Kredit kartı olanların NƏZƏRİNƏ: Bu səhvi etməyin, günlük hesablanacaq - AKTUAL
Bu gün, 08:54
“Sumqayıt Kompressorları” ASC səhmdarlarına - DİVİDEND VERƏCƏK
Bu gün, 08:46
Kağız üzərində problem həll olunub, amma... - "Nə vaxta qədər belə davam edəcək?"
Bu gün, 08:35
Trampın hansı reaksiya verəcəyi maraqlıdır... - ŞƏRH
Bu gün, 08:23
Müxalif jurnalistdən İlham Əliyevə dəstək - "Xalq hər şeyi görür..."
Bu gün, 08:20
Əmək mübahisələri... - Ekspert danışır...
Bu gün, 08:17
Putin Zelenski ilə görüşə gedəcəkmi? - AKTUAL
Bu gün, 07:09
PKK-nın buraxılması: mübhəm gələcəyə açılan qapılar - GƏLİŞMƏ
Bu gün, 07:02
"Yorğunluğum yoldaşımın nəvazişi, qayğısı ilə bitir" - Xalq artisti
Bu gün, 06:56
"AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır" - ETİRAZ
Bu gün, 06:49
Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:46
'Həm maddi, həm də mənəvi zülm verirlər" - NARAZILIQ VAR...
Bu gün, 06:38
Məktəb direktoru pulyığmanı DANMADI... - "... könüllüdür"
Bu gün, 06:32
Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…
Bu gün, 06:23
Zelenski anasına müraciət etdi - “... narahat olma!”
Bu gün, 02:12
Gömrükdəki köhnə iddialar və kölgələr... - Yeni sistem də bir işə yaramırsa...
Bu gün, 01:59
İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU - TƏFƏRRÜAT
Bu gün, 01:53
Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb - ŞƏRH
Bu gün, 01:48
Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? - AKTUAL
Bu gün, 01:44
TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir - İNCƏLƏMƏ
Bu gün, 01:42
"Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" - deputat
Bu gün, 01:38
"Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş"
Bu gün, 01:32
“Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər”
Dünən, 23:33
Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir - VİDEO
Dünən, 23:32
Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü – Azərbaycan qlobal dialoqların yeni ünvanına çevrilir
Dünən, 23:27
Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək
Dünən, 23:24
Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Dünən, 15:57
Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Dünən, 15:52
Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Dünən, 15:00
Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Dünən, 14:57
“Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Dünən, 14:52
Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:52
Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Dünən, 11:49
Xanım Qafarovanın anası dünyasını dəyişib
Dünən, 11:47
"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Dünən, 11:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru