Rusiya Həsənovu niyə axtarır? .....                     “Georgi lenti” türk ordusuna qarşı təsis edilib .....                     Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır .....                     Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub .....                     Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər .....                     Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! .....                     Hüseyn axtarışa verilməsindən danışdı .....                     16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? .....                     Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? .....                     İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur .....                     Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib .....                     Obyektlərin qiyməti niyə "cib yandırır"? .....                     Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil .....                     Azərbaycanın şərab şirkəti səhmdarlarını .....                     Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: .....                     "Suriyalı həmkarımla görüş əla keçdi" .....                     “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” .....                     Neft təhlükəli həddə ucuzlaşır: .....                     Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək .....                     Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı .....                     Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI .....                     Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” .....                     Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: .....                     Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi .....                     “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” .....                     İbrahim sazişləri Cənubi Qafqazda: .....                     "Bir də ayılır ki, konsert bitib" .....                     Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib .....                     308 saylı məktəbdə BAZAR AÇIBLAR? .....                     Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? .....                     Təhsil sistemində ƏN YEMƏLİ YER... .....                     Türkiyə generalları Bakıda nəyi müzakirə edir? .....                     Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… .....                     Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur .....                     “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” .....                     Ukraynada döyüşən azərbaycanlı muzdlu .....                     Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu .....                     Məşhur milyonçunun qardaşı hakim qarşısında .....                     Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib .....                 

İRAN «ƏL-QAİDƏ»NİN ADINDAN HƏDƏLƏDİ
Tarix: 22-05-2012, 12:25 | Çap et
İRAN «ƏL-QAİDƏ»NİN ADINDAN HƏDƏLƏDİ

GUYA TERROR TƏŞKİLATI AZƏRBAYCANI QANA BOYAYACAĞINI BƏYAN EDİB

DİA.AZ: - Fars-molla rejimi Azərbaycana qarşı təbliğat kampaniyasını daha da gücləndirib. Əslində Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun aqressiv reaksiyasından da aydın olur ki, artıq rəsmi Bakının da İrana dözüm nümayiş etdirmək fikri yoxdur.

Bildirək ki, az qala bir ilə yaxındır ki, rəsmi Tehran öləmizə və dövlətimizin rəhbərlərinə qarşı çox iyrənc bir təbliğat aparır. Son günlər isə bu təbliğat kampaniyasında söyüş dolu ifadələrin də sayı artıb.

Bu xüsusda isə daha çox fərqlənəni «arannyus» və «abna» xəbər portallarıdır. DİA.AZ bildirir ki, hər iki portal birbaşa olaraq İranın xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərir. Əgər dünənə qədər yalnız söyüşlü ifadələr «abna» portalında yer alırdısa, iki gündür ki, «arannyus» portalı da dövlətimizə və dövlət rəhbərlərimizə qarşı hədyanlar yağdırmağa başlayıblar.

«Arannyus» portalı əgər əvvəllər Azərbaycan hakimiyyətini hədəfə alanda ümumi cümlələrdən istifadə edirdisə, indi prezident İlham Əliyevi birbaşa olaraq hədəf kimi seçib və bu qəbildən bir neçə materialı portala yerləşdiriblər.

Daha iki materialda isə Azərbaycan bir dövlət olaraq hədələnir və iddia olunur ki, guya məşhur «Əl-Qaidə» terror təşkilatı da Azərbaycanı hədələyib. Həmin iki materialı olduğu kimi diqqətinizə çatdırırıq:

«Əlqaidə dəstəsi Azərbaycanı bu ölkədə gey-parad keçiriləcəyi surətdə terror və təhlükə yaradacağı ilə hədələdi» başlıqlı məqalədə deyilir:

«AranNews: Sosial şəbəkələrdə yayılan xəbərlərə əsasən, Əlqaidəyə bağlı "Ərəb Mücahidləri Təşkilatı" bəyanat yayaraq bildirib: Bakıda gey-paradla eyni zamanda bu şəhərin küçələri homoseksualların qanına boyanacaq!"

Bu barədə İsrailin “Ediot Ahronot” qəzeti yazıb:Beynəlxalq yarışlara qatılan İsrail idmançılarının təhlükəsizliyini MOSSAD agentləri və bu ölkənin kəşfiyyat strukturlarının yaxşı silahlanmış xüsusi təyinatlıları təmin edir. Bu baxımdan “Eurovision” üçün Bakıya gələn İsrail nümayəndə heyətini bu ölkənin xüsusi xidmət əməkdaşlarının müşayiət edəcəyi əvvəlcədən gözlənilirdi.

Azərbaycan milli təhlükəsizlik naziri Eldar Mahmudov bildirib ki, MTN “Eurovision” yarışmasının, bu yarışmada iştirak edəcək nümayəndə heyətlərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirib.

Bəyanatın davamında belə deyilir: "Biz "Eurovision" müsabiqəsini Bakı hökuməti üçün qorxulu yuxuya çevirəcəyik. Mücahidlər Qafqazda həmişə öz sözünü demiş və ona əməl etmişdir".

Ərəb Mücahidləri Təşkilatı "Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə, Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz" ayəsinə istinad edərək bildirib: "Homoseksuallar və şeytanın tərəfdarları elə fikirləşməsinlər ki, Azərbaycanda istədikləri hərəkəti edə biləcəklər. Xeyir! Onlara hücum olacaq və Mossad, I6, CİA və digər təşkilatlarını heç birinin onları qorumağa gücləri çatmayacaq".

Bu təhdid elə bir şəraitdədir ki, sözü gedən müsabiqənin təşkilatının rəhbərləri təhlükəsizlik məsələsinə daha çox xərc çəkiblər. Çünki dünyanın müxtəlif ölkələrindən olan homoseksualların axşışıb gəlməsi ilə gözlənilən təhlükəsizlik tədbirləri görə bilməyəcəklərindən qorxurlar. Bu məsələ Bakı dövlətini "Eurovision" müsabiqəsi astanasında təhlükəsizliyə təminat vermədiyini bildirməyə məcbur edib, Əlqaidə və vəhabi dəstələrinin təhdidlərindən nigəran olduqlarını bildirib.

Deyilənlərə əsasən, Azərbaycan Respublikası müsabiqənin təhlükəsizliyini təmin etmək üçün Mossad kəşfiyyat təşkilatı ilə əməkdaşlıq edir və Mossad qüvvələrinin əsas vəzifələri Bakıda "Eurovision" müsabiqəsinin keçiriləcəyi yerin və onun ətrafınının təhlükəsizliyini qorumaqdır.

Əlqaidə müxtəlif ölkələrin əhalisindən üzvləri olan çoxmillətli bir təşkilatdır. Əlqaidə həqiqətdə, hüzurunun təsirini indiyə kimi Əfqanıstandan əlavə, Əlcəzair, Misir, Mərakeş, Türkiyə, İordaniya, Tacikistan, Özbəkistan, Suriya, Çin, Hindistan, Pakistan, Banqladeş, Maleziya, Myanmar, İndoneziya, Filippin, Livan, İraq, Ərəbistan, Küveyt, Bəhreyn, Yəmən, Libiya, Tunis, Çeçenistan, Dağıstan, Kəşmir, Somali, Sudan, Keniya, Tanzaniya, Azərbaycan, Eritreya, Uqanda, Efiopiya, Bosniya, Kosovo, Amerika, İngiltərə, Portuqaliya, Almaniya, İsveç ölkələrində aşkar görünən beynəlxalq bir şəbəkədir.

"Ərəb Mücahidləri Təşkilatı" Əlqaidənin şəbəkələrindən biridir və Orta Asiya və Qafqaz dairəsində fəaliyyət göstərir. "Ərəb Mücahidləri Təşkilatı" Azərbaycan Respublikasında "Xəvaric" və "Sələfilər" kimi iki qrupla əməkdaşlıq edir».


«Bakı dövləti homoseksualların paradını təşkil etməklə öz kökünə balta vurur» başlıqlı məqalədə deyilir:

«AranNews: "Şəriət Məhkumları" silsiləli İclas bu dəfə Mirdamad rayonunun "Əmir əl-möminin (ə)" məscidində Aran Beynəlxalq Araşdırmalar və Mədəniyyət İnstitutunun icraçı müdiri Həsən Qulunun çıxışı ilə keçirildi. Əhalinin böyük əksəriyyəti tərəfindən geniş qarşılanan bu iclasda Həsən Qulu, İran və Azərbaycan Respublikasının mədəni, tarixi və məzhəbi ortaqlıqlarına işarə etdi və İran xalqının, əsasən də azəri əhalisinin Azərbaycan Respublikasına qarşı həssaslığının səbəbini ağıl, din və milli maraqların qorunması kimi üç perspektivdən izah etdi.

Aran İnstitutunun müdiri bu silsilə iclasların "Şəriət Məhkumları" adlanması barədə də açıqlama verərək dedi: "Bu iclaslar məhz şiə etiqadlarını müdafiə etdikləri üçün öz adi və əsas hüquqlarından məhrum olmuş şəxslərin anılması və əzizlənməsi məqsədilə keçirilir".

O, Azərbaycan Respublikasındakı şəriət məhkumlarının iki qrup olduğunu açıqladı: Birinci qrup Bakı dövlətinin hicab qadağası və digər anti-İslam addımlarına etiraz etdikləri üzündən məhkum olanlardır və hal-hazırda həbsxanadadırlar. Onların önündə Azərbaycan İslam Partiyasının sədri doktor Mövsüm Səmədov durur. Bu həbs olanların sayı yüz nəfərdən çoxdur. İkinci qrup ümumi dindarlardır və onlar düzdür ki, həbs olunmayıblar, amma bir az böyük sferada, həqiqətdə hakimiyyətin diktatorsayağı siyasətlərinin zindanındadırlar və islami şəkillə şəxsiyyət vəsiqəsinin alınması kimi öz adi hüquqlarından belə məhrum olublar.

Həsən Qulu Azərbaycan Respublikasının şiələrinin məzlumiyyətinin Bəhreyn şiələrinin məzlumiyyətindən heç də az olmamasını vurğulayaraq dedi: "AR-nın şiələrinin müxtəlif nəsilləri təqribən iki əsrdir ki, İslam və şiəliyi dişləri-dırnaqları ilə müdafiə edirlər və bu yolda şəhadət, sürgün, işgəncə, həbs və s. kimi hər cür çətinliyə canları bahasına sinə gərirlər".

Siyasi məsələlər üzrə ekspert Həsən Qulu AR-da kommunistlərin və qərbyönümlü hakimiyyətin ciddi səylərinə baxmayaraq şiəliyin saflığını bir möcüzə adlandıraraq dedi: "Şiə məzhəbindən başqa heç bir mədəni kateqoriya kommunistlərin məhvedici siyasətləri qarşısında davam gətirə bilmədi".

Ekspert çıxışının davamında Azərbaycan Respublikasındakı anti-İslam hərəkətlərindən bir neçə nümunəsinə işarə edərək artırdı: "Sionistlər Bakı dövlətində olan nüfuzlarından istifadə edərək Azərbaycan ölkəsini "Eurovision" kimi əxlaqsız bir müsabiqəni keçirməyə məcbur etdilər və homoseksualların və bu meyldə olan müğənnilərin, rəqqasələrin ayağını dünyanın ikinci şiə ölkəsinə açdılar. Əgər Bakı dövləti öz səhvini başa düşərək onu düzəltməyə çalışmasa və homoseksualların paradı kimi bir zilləti qəbul etsə, həqiqətdə öz kökünə balta vurmuşdur".

Aran İnstitutunun müdiri çıxışının sonunda təqlid mərcələrinin, alimlərin mövqeini, Təbriz və digər şəhərlərin əhalisinin etirazlarını onların təbii reaksiyası və dini vəzifələrinə əməl etmələri adlandırdı və ümidvar olduğunu bildirdi ki, AR dövləti xalqın xeyirxah istək və nəsihətlərinə diqqət edəcək və "Eurovision" kimi proqramları fikirləşmək əvəzinə Qarabağın azadlığı barədə düşünəcək.

Qeyd edək ki, "Şəriət Məhkumları" silsiləli İclaslar Aran Beynəlxalq Araşdırmalar və Mədəniyyət İnstitutu, İslam İnqilabı Mədəniyyət Cəbhəsinin Araşdırmalar Mərkəzinin təşəbbüsü və Təbrizin Məscidlər Mədəniyyəti Bölmələrinin əməkdaşlığı ilə keçirilir».










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Dünən, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Dünən, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Dünən, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Dünən, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Dünən, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Dünən, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Dünən, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Dünən, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Dünən, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Dünən, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Dünən, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Dünən, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Dünən, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Dünən, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Dünən, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Dünən, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Dünən, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Dünən, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Dünən, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Dünən, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Dünən, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Dünən, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Dünən, 14:46
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Dünən, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Dünən, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Dünən, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru