İRAN MƏTBUATI ATƏŞKƏS ELAN EDİB?
Tarix: 4-06-2012, 11:59 | Çap et
ƏRDƏBİLİN MƏŞHURİ-CAHAN İMAM-CÜMƏSİ BU DƏFƏ BİZDƏN YAYINDI
DİA.AZ: - Məlum olduğu kimi, neçə müddətdir İranın xüsusi xidmət orqanları Azərbaycana qarşı əks-təbliğat kampaniyası aparmaqdadırlar. Hətta vəziyyət o həddə çatıb ki, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov İranın bu kimi hücumlarının qarşılığı olaraq rəsmi Bakının mövqeyi kimi «sizin dininiz də, özünüz də saxtasınız» şəklində ismarıc yolladı.
İndi isə vəziyyət deyəsən, dəyişib. Hər halda, görünəni budur. Neçə gündür ki, fars-molla rejiminin antiAzərbaycan ruporları kimi tanınan «AranNews» və «abna.ir» kimi xəbər portalları əvvəlki mərəzlərindən əl çəkmiş kimi görünürlər. Elə fars-molla rejiminin danışan dilləri kimi tanınan ayətullahların, imam-cümələrin Azərbaycanı xütbələrində yad etməmələri də belə deməyə əsas yaradır.
DİA.AZ bildirir ki, məsələn, antiAzərbaycan çıxışları ilə tanınan Ərdəbilin məşhur imam-cüməsi Seyid Həsən Amili son çıxışında yalnız Suriyadan danışıb. Onunda bağlı irana aid xəbər portallarında yer alan məlumatı diqqitənizi çatdırırıq: «Ərdəbilin imam cüməsi keçən həftəki cümə namazının xütbələrində regionda baş verən hadisələr işarə edərək, Suriyanın Hola şəhərindəki qorxunc qətliamı pisləyərək, bu əməli islami oyanış nəticəsində Yaxın Şərqi əldən verməkdə olan Amerika və sionist rejimin vasitəsilə olduğunu bildirdi.
Seyid Həsən Amili mərhum imam Xomeyninin vəfatının ildönümünü münasibətilə o həzrətin bəzi xüsusiyyətlərindən də danışaraq dedi: "İmam inqilabın əvvəlindən ömrünün sonuna kimi yoxsul, ayaqyalın və məhrum təbəqəyə söykəndi və həmişə məsullara tapşırırdı: "Siz bu ölkənin zəif təbəqəsinə borclusunuz." Özü də əməli surətdə zəif təbəqədən ayrılmadı".
Vəliyyi-fəqihin nümayəndəsi artırdı: "İmamın şah əsərlərindən biri də xalis Məhəmməd (s) dinini amerikasayağı İslamdan ayırması oldu". Sonra o amerikasayağı İslamı izah edərək dedi: "Amerikasayağı İslam odur ki, bir tərəfdən İslamdan danışır, bir tərəfdən də İsraillə strateji əməkdaşlığa müqavilə bağlayır. Bir tərəfdən İslamdan danışır, bir tərəfdən də İncirlik bazasını NATO-nun ixtiyarına verir. Bir tərəfdən İslamdan danışır, bir tərəfdən də İsraillə birgə manevr keçirir, İsrail üçün səfirlik açır, Şimon Presi ölkəsinə dəvət edir, ona qırmızı xalça sərir. Boğaza qədər qan içində boğulan Libermanı ölkəsinə dəvət edir, onunla müqavilə bağlayır. Bir tərəfdən İslamdan danışır, bir tərəfdən də Rəfəh keçidini məzlum fələstinlilərin üzünə bağlayır. Bir tərəfdən İslamdan danışır, bir tərəfdən də Eurovision müsabiqəsi keçirir, həyasızlığı tərvic edir. İsraili qaz və yanacaqla təmin edir. Bir tərəfdən İslamdan danışır, bir tərəfdən də gözəllik müsabiqəsi keçirir, ərəb rəqsi təşkil edir. Bir tərəfdən İslamdan danışır, bir tərəfdən də qızların məktəbdə oxumasını onların hicablarını açaması ilə şərtləndirir, müsəlmanların namusunun başından hicabı götürür. Bir tərəfdən İslamdan danışır, bir tərəfdən də Aşura gecəsi ABŞ prezidenti ilə şərab içir. Bir tərəfdən İslamdan danışır, bir tərəfdən də ən çox gəliri əxlaqsızlıq yuvalarından, kazinolardan, bar və qumarxanalardandır. Bir tərəfdən İslamdan danışır, bir tərəfdən də Hizbullah və Həmasla müxalifət edir, onların işinin dayanması üçün milyardlarla rüşvət təklif edir. Bir tərəfdən Peyğəmbərin (s) mövludunu keçirməyi bidət bilir, bir tərəfdən isə vəhy ölkəsində Kondoliza Raisa ad günü keçirir".
Vəliyyi-fəqihin nümayəndəsi artırdı: "Amerikasayağı İslam, hətta şeytanla əməkdaşlıq sazişi bağlamağa hazır olan sönmüş İslam deməkdir. Sözsüz ki, amerikasayağı İslamın icraçıları dünya imperializminin xüsusi muzdurlarıdır və onlar nə qədər vardırsa, ixtilaf, xəyanət, bədbəxtlik, qətl və qarətin acı kölgəsi İslam ümmətinin başı üzərində olacaqdır"».


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38 |
|
|
|
• Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33 |
|
|
|
• Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31 |
|
|
|
• “Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24 |
|
|
|
• Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21 |
|
|
|
• Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18 |
|
|
|
• Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17 |
|
|
|
• Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13 |
|
|
|
• Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11 |
|
|
|
• 16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02 |
|
|
|
• Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56 |
|
|
|
• İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03 |
|
|
|
• Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57 |
|
|
|
• Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58 |
|
|
|
• Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17 |
|
|
|
• "Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10 |
|
|
|
• “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06 |
|
|
|
• Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04 |
|
|
|
• Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01 |
|
|
|
• Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53 |
|
|
|
• Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51 |
|
|
|
• Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41 |
|
|
|
• Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36 |
|
|
|
• Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Dünən, 17:32 |
|
|
|
• Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Dünən, 17:25 |
|
|
|
• “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Dünən, 17:21 |
|
|
|
• İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Dünən, 17:19 |
|
|
|
• "Bir də ayılır ki, konsert bitib"
Dünən, 17:12 |
|
|
|
• Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Dünən, 17:05 |
|
|
|
• 308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Dünən, 17:02 |
|
|
|
• Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Dünən, 17:00 |
|
|
|
• Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Dünən, 16:57 |
|
|
|
• Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Dünən, 16:49 |
|
|
|
• Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Dünən, 16:43 |
|
|
|
• Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Dünən, 16:34 |
|
|
|
• “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:30 |
|
|
|
• Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Dünən, 16:25 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Dünən, 16:23 |
|
|
|
• Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Dünən, 16:19 |
|
|
|
• Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Dünən, 16:15 |
|
|
|
• “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Dünən, 16:14 |
|
|
|
• Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Dünən, 15:05 |
|
|
|
• “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Dünən, 15:03 |
|
|
|
• İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Dünən, 14:56 |
|
|
|
• Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Dünən, 14:54 |
|
|
|
• “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Dünən, 14:51 |
|
|
|
• Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Dünən, 14:46 |
|
|
|
• "Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Dünən, 14:02 |
|
|
|
|