ƏVƏZ ZEYNALLININ “ZƏRƏRÇƏKMİŞ”LƏRİ MƏHKƏMƏYƏ GƏTİRİLƏCƏK
Tarix: 15-06-2012, 11:29 | Çap et
MƏCBURI QAYDADA
Dünən hazırda həbsdə saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə bağlı növbəti məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Əvəz Zeynallı haqqında qaldırılmış Cinayət Məcəlləsinin 213.1 maddəsi üzrə vəsatətlə çıxış edib. Baş redaktor Vergilər Nazirliyinin onun əleyhinə olan bütün “vergidənyayınma hallarını” əsassız hesab etdiyini bir daha bəyan edib.
Hakim Ramella Allahverdiyeva Bakı şəhər Vergi Departamentinin baş hüquqşünası Səxavət Rzayevin Nazirliyin nümayəndəsi olaraq məhkəmədə təmsil olunduğunu diqqətə çatdırdı. Vəkil Elçin Sadığov hazırda Əvəz Zeynallının əsassız olaraq guya “Xural”ın fəaliyyəti və vergidənyayınması ilə bağlı ağlasığmaz hesablar çıxaran Vergilər Nazirliyini məhkəməyə verdiyini və işin artıq 2 saylı İqtisad Məhkəməsində icraata götürdüyünü məhkəmə heyətinin diqqətinə çatdırdı. Azərbaycan qanunvericiliyinə əsasən, bir işə iki məhkəmə tərəfində eyni zamanda baxılmasının qanunsuz olduğunu, o üzdən də nümayəndənin məhkəmə qarşısında çıxış etməsini qanunsuz saydığını dedi. Səxavət Rzayevin özündən asılı olmayaraq, “o məhkəmədə iş rədd ediləcək” kimi bəyanatla çıxış etməsi Əvəz Zeynallı tərəfindən hiddətlə qarşılandı: “Hələ məhkəmə keçirilməmiş hakimin hansı qərarla çıxış edəcəyini sən hardan bilirsən? Möhtərəm hakim, bu sıravi nümayəndə haradan bilə-bilər ki, iyunun 29-da İqtisad Məhkəməsi hansı qərarla çıxış edəcək. Bu siyasi sifariş deyil, bəs nədir?” Səxavət Rzayev nə qədər dediklərini təkzib etməyə çalışsa da, özünü faş etdiyi heç kəsin gözündən yayınmadı. Hakim “vergi işi” ilə bağlı müvafiq məhkəmə sənədlərinin əldə olunması üçün Ə.Zeynallının vəsatətini açıq saxladı.
Daha sonra Əvəz Zeynallı haqqında Ədliyyə Nazirliyinin qaldırdığı 306.2 maddəsi üzrə məhkəməyə dəvət olunmuş zərəçəkmişlər haqqında da vəsatət qaldırdı: “Biz nə vaxtadək sifarişlə iş görən bu adamların yolunu gözləməliyik? Ya Nüşabə Ələsgərli, Ağabəy Əsgərov, Vüqar Səfərli şəxsən məhkəməyə gəlməlidirlər, ya da iddialarından əl çəkməlidirlər”. Hakim məhkəmədə iştirak edən Ağabəy Əsgərovun və Nüşabə Ələsgərlinin nümayəndələrinə xəbərdarlıq etdi ki, ya növbəti məhkəmə iclasında zərərçəkmiş qismində həmin adamlar iştirak etməlidirlər, ya da məhkəmə səlahiyyətlərindən istifadə edərək məcburi qaydada bu şəxslərin məhkəməyə gəlməsini təmin edəcək.
Bundan sonra Əvəz Zeynallı həbs olunduğu gün əlindən alınan telefonlarının aqibəti ilə maraqlandı: “Hanı mənim telefonlarım? Siz ötən dəfə dövlət ittihamçısına onların məkanı haqda məlumat verməyi tapşırmışdınız, nə üçün ötən bir həftə ərzində prokuror bu işlə məşğul olmayıb?” Dövlət ittihamçısı Ramazan Hadıyev telefonlarla bağlı axtarış aparmağın onun səlahiyyətində olmadığını deyəndə Ə.Zeynallı qəti etirazını bildirdi: “Bəs bu məsələ kimin səlahiyyətindədir. Həbs olunduğun 28 oktyabrdan 17 dekabradək mənim telefonlarım açıq qalıb. Mənə zəng edənlərdən BP KQMİ-də şahid qismində ifadə götürmək adı ilə pullar yığılıb. Mənə və məndən saxta mesajlar göndərilib. İndi deyirsiniz ki, telefon məsələsinin bu işə aidiyyatı yoxdur? Bu qədər də biabırçılıq olmaz!” Hakim Ə.Zeynallıya məxsus telefonların seriyası və nömrələri ilə maraqlanaraq, qeyd etdi və bildirdi ki növbəti məhkəmə prosesinə qədər şəxsən bu işlə maraqlanacaq. Əvəz Zeynallı 306-cı maddə ilə ona qarşı qaldırılmış cinayət işində Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevin də adının çıxarılmasına etirazını bildirdi: “”Xural”ı məhkəməyə verən və bundan sonra üzərimizə səlib yürüşü edərək həbsimdə birbaşa göstərişlər verən, 9 illik fəaliyyəti olan bir qəzetin redaksiyasını talan etdirən, nəşrinə qadağa qoyan bir adamın adı nə üçün işin içində yoxdur. Əgər o həqiqətən də bu işdə yoxdursa, o zaman redaksiyanın müsadirə olunmuş əmlakı geri qaytarılsın və üzərimizə heç bir əsas olmadan qoyulan 10 min manatlıq cərimədən imtina edilsin...” Ə.Zeynallının bu çağırışına sərt reaksiya göstərən dövlət ittihamçısı Ramazan Hadıyev məhkəmənin işə mahiyyəti üzrə baxılmasını, R.Mehdiyevin adının hallandırılmamasını istədiyini bildirdi. Ə.Zeynallı prokurorun bu cür sərtliyinə, “Ramiz Mehdiyevin adı gələndə yerinizdə otura bilmirsiniz. Bəs mən niyə bu qədər haqsızlığa dözməliyəm ki? Mən bu işdə əli olan hər bir kəsdən açıqlama gözləyirəm. Onsuz da bu iş artıq Avropa Məhkəməsinin icraatındadır. Onlar qərar çıxarmazdan əvvəl ədalətli qərarı Azərbaycan Məhkəmələrindən gözləyirəm!”
Hakim növbəti məhkəmə iclasında zərəçəkmişlərin iştirak edəcəyini söylədi və məhkəmənin növbəti prosesini 20 iyun saat 15.00-a qədər təxirə saldı.
Xatırladaq ki, YAP siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın şikayəti əsasında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb və 2011-ci il oktyabrın 28-də Nəsimi rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. 2012-ci il yanvar ayının 17-də baş redaktorun həbs müddəti 3 ay, aprelin 12-də isə daha 1 ay uzadılıb. Bu cinayət işləri özünü doğrultmadıqca Ədliyyə Nazirliyinin Ə.Zeynallının həbsindən az əvvəl onun haqqında qaldırdığı 306.2 maddəsi (Vəzifəli şəxsin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə—min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) və Cinayət Məcəlləsinin 213.1 (Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə cinayət işi qaldırılıb.
Hazırda heç bir səbəb olmadan Əvəz Zeynallı 8 aydır ki, həbsdə saxlanılır. Baş redaktor həbsinin motivini jurnalist fəaliyyəti ilə əlaqələndirir və siyasi sifariş olduğunu əsaslandırır. Beynəlxalq Jurnalist və İnsan Hüquqlarının Müdafiə təşkilatları verdikləri bəyanatlarda Əvəz Zeynallını “vicdan məhbusu” adlandırıblar.
QEYD: Əvəz Zeynalının məhkəmə prosesləri açıq keçirilir. Növbəti məhkəmə prosesi iyunun 20-də saat 15.00-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək. Bütün müstəqil jurnalistlər, Azərbaycanda söz və ifadə azadlığının, müstəqil mətbuatın müdafiəçiləri məhkəməyə dəvətlidir.
XuralTAC
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:14 |
|
|
|
• Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər - İNCƏLƏMƏ
Bu gün, 07:08 |
|
|
|
• Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesi KEÇİRİLƏCƏK
Bu gün, 07:07 |
|
|
|
• USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür - deputat
Bu gün, 07:05 |
|
|
|
• Bu gün Ruben Vardanyanın məhkəməsi DAVAM EDƏCƏK
Bu gün, 07:03 |
|
|
|
• Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə - "İrəvan bundan faydalana bilər"
Bu gün, 06:35 |
|
|
|
• Ermənistan növbəti təxribata hazırlaşır - SON DURUM
Bu gün, 06:33 |
|
|
|
• Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM - VİDEO
Bu gün, 06:28 |
|
|
|
• Erməni general Bakıya görə separatçıları təhdid etdi - "Ya 8 min manat ödəyin, ya da..."
Bu gün, 06:25 |
|
|
|
• Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33 |
|
|
|
• Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25 |
|
|
|
• Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22 |
|
|
|
• “Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20 |
|
|
|
• Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15 |
|
|
|
• AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11 |
|
|
|
• “Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06 |
|
|
|
• Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02 |
|
|
|
• "Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54 |
|
|
|
• Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52 |
|
|
|
• Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50 |
|
|
|
• Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00 |
|
|
|
• "Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56 |
|
|
|
• Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53 |
|
|
|
• Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51 |
|
|
|
• "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02 |
|
|
|
• İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00 |
|
|
|
• "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Dünən, 18:58 |
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Dünən, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Dünən, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Dünən, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Dünən, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Dünən, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Dünən, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Dünən, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Dünən, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Dünən, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Dünən, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Dünən, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Dünən, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Dünən, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Dünən, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Dünən, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Dünən, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Dünən, 16:51 |
|
|
|
|