Azərbaycanda artıq .....                     AZAL təyyarəsinin vurulması .....                     Çətin ki, Ermənistan Azərbaycanla danışıqlarda Rusiyanın vasitəçilik səylərini qəbul etsin .....                     Nevzorov Bakını təhqir edən Valuyevə nələr dedi... .....                     DSX-nin hərbçisi faciəli şəkildə öldü .....                     “Vüqar Novruzovun işi şəkil çəkdirib icranın saytında yaydırmaqdır“ .....                     “Rus evi”nin Azərbaycanı yaxın günlərdə tərk etməsi doğru olar .....                     Nərimanov rayonunda sakinlərin nə kirayə pulunu verirlər, nə də evlə təmin edirlər .....                     Bələdiyyə sədrinin 135 manatlıq yeyintisi var imiş .....                     Rayon rəhbəri Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztopu qəbul edib .....                     Bakıda polis quldurluq hadisəsini imitasiya edərək restoranın kassasını talayan şəxsləri saxlayıb .....                     Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... .....                     "Qobu Park-2" yaşayış massivi suya həsrət qalıb .....                     "Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da ..." .....                     Manqurdlaşmış tatar .....                     "Xahiş edirəm, heç kim mənə Fyodr Tyutçevin şeirindəki məşhur misranı xatırlatmasın" .....                     Azərbaycana hücum cəhdi iflasa uğradı .....                     Rəsmi Bakıdan Paşinyanın sərsəmləmələrinə .....                     “AS Group”un rəhbərliyində dəyişiklik olub .....                     Qaz bahalaşır, neft ucuzlaşır .....                     Qızılın qiyməti tarixi rekordunu yenilədi .....                     NƏ BAŞ VERİR: Azərbaycanda unun topdansatış qiyməti bahalaşdı .....                     "KQB" arxivləri ilə agentura şəbəkəsini səhv salırlar" .....                     Rusiyanın baş casusu olduğu deyilən Ramiz Mehdiyevdən AÇIQLAMA .....                     Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı .....                     Sülh sənədinin imzalanması Paşinyandan asılı məsələ deyil .....                     25 il stajı olan və heç bir qüsuru olmayan işçiyə RƏDD CAVABI VERİLİRSƏ... .....                     AZAL və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzalayıb .....                     “Yaxın zamanlarda sorosçu və fetoçuların da şəbəkələri ifşa olunacaq” .....                     “Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. .....                     Azərbaycanda insan gec yetişir... .....                     Üç il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapılıb .....                     “Hamı özünə pulla pensiya düzəldirdi, Sahil Babayev bu sahəni dəyişdi, indi korrupsiya yoxdur” .....                     Bu şəxslərin güzəştli şərtlərlə əmək pensiya çıxmaq hüququ var... .....                     Trampın Putinə zəngində gizlədilən məqam: Moskvanın iki yolu var .....                     Paşinyan təsəlli tapmaq üçün Makronun yanına uçdu .....                     Düşməni Qarabağdan İT KİMİ QOVANA... Göyçayda İTTUTAN vəzifəsi rəva görülür... .....                     DTX dövlətə xəyanət etmiş Azər Bağırovu İordaniyadan Azərbaycana gətirib .....                     "Çox istərdim ki, televiziyalarımızda qeybət yox, sənət göstərilsin" .....                     Bakıda yeni Qənimətlər Parkı yaradılacaq... .....                 

Xəstəsiz xəstəxana... - ŞİKAYƏT
Tarix: 24-04-2017, 10:29 | Çap et
Xəstəsiz xəstəxana...
Bakı şəhər Xətai rayon sakini Firqətçi Hüseynov “Hürriyyət”ə yaşadığı ərazidə E.Əliyev küçəsi 5-də yerləşən 20 saylı xəstəxananın baxımsız, bərbad vəziyyətdə olması haqqında məktub göndərib.

Bəlkə bu xəstəxana Səhiyyə Nazirliyinin yadından çıxıb?

F.Hüseynov eyni zamanda Baş Prokurorluğa ünvanladığı müraciətində yazır ki, həmin xəstəxanada baş verən neqativ hallarla bağlı bir dəfə də baş prokuror Zakir Qaralova məktub göndərib. Amma onun müraciəti Səhiyyə Nazirliyinə ünvanlanıb. Nazirlik isə bu günə kimi bir tədbir görməyib: “Sökülüb, dağılmış xəstəxanaya xəstə gəlmir. Hətta bu xəstəxananın çarpayıları, ayaqyolu belə yoxdur. Tavan uçur, döşəmə dağılır. Dillə deyiləsi deyil, gözlə görmək lazımdır. Tanıyıb, bilənlər buraya yalnız bülleten almaq üçün gəlirlər. Cərrahiyə və terapiya şöbələrinin adı var. Xəsətəxanaya dövlət tərəfindən daxil olan tibbi ləvazimatlar hara gedir, məlum deyil. Yəqin ki, xəstəxananın baş həkimi bunu yaxşı bilir. Səhiyyə Nazirliyi bu boyda özbaşınalığa niyə göz yumur, nə səbəbdən bu xəstəxana ilə maraqlanmır? Əgər bu xəstəxana xalqa xidmət etmirsə, kimə və nəyə lazımdır? Bəlkə bu xəstəxana Səhiyyə Nazirliyinin yadından çıxıb? Biz yada salırıq...”

Baş prokuror Zakir Qaralov, bu xəstəxana barəsində tədbir görün!

Baş prokurora xitabən məktub müəllifi yazır: “Cənab Zakir Qaralov, xahiş edirəm ki, bu xəstəxana barəsində tədbir görəsiniz. Ümid edirəm ki, Sizə müraciətim cavabsız qalmayacaq.

Bu məktubu özünüz araşdırıb, burada baş verənlərlə özünüz şahidi olsanız, bilərsiniz ki, bura xəstəxana yox, xəstəlik mənbəyidir”.

“Ağrılarım artır, özəl xəstəxanalara getməyə isə pulum yoxdur”

F.Hüseynov daha sonra yazır ki, II qrup əlildir, ildə bir dəfə xəstəxana şəraitində müalicə olunmalıdır. Yaşadığı ərazidəki xəstəxana bərbad vəziyyətdə olduğu üçün qeydiyyatda olduğu 38 saylı poliklinikanın baş həkimi onu Sabunçuda yerləşən 3 saylı xəstəxanaya stasionar şəraitdə müalicə olunmağa göndərir. Ötən ayın 8-dən onun adını siyahıya salsalar da, cavab verilir ki, yer yoxdur. Ağrılarının getdikcə artmasından şikayətlənən F.Hüseynov özəl xəstəxanalarda müalicə almaq imkanının olmadığını deyir: “Hansı xəstəxanaya müraciət edəcəyimi bilmirəm. Poliklinikanın baş həkimi Reyhanə Əkbərova humanist bir insandır. İldə 2 dəfə müayinə edib, məni dövlət hesabına ambulator şəraitdə müalicə götürməyimə şərait yaradır. Mənim isə stasionar şəraitdə müalicəyə ehtiyacım var. Xəstəxanada yer yoxdur, cibimdə isə pul”.

Ona görə də şikayətçi hesab edir ki, ərazidə yerləşən dövlət xəstəxanası normal vəziyyətdə olsa, onun digər xəstəxana soraqlamağına ehtiyac qalmaz.

“...bura Əhliman Əmiraslanovun qaynı Bağırovun “kurasiyasında” idi”

Məktub müəllifinin çağırışına biz də Xətai rayonunda yerləşən 20 saylı xəstəxanaya getdik.

Öncə F.Hüseynovla görüşdük. Dedi ki, müalicəsiylə bağlı Səhiyyə Nazirliyinə də məktub ünvanlayıb. Ona cavab verilib ki, müayinə nəticələrinə uyğun müvafiq xəstəxanalardan birində ona yer ayrılacaq: “Amma 20 nömrəli xəstəxanayla bağlı baş prokurora ünvanladığım məktuba heç bir cavab almamışam. O binanı xeyriyyəçi milyoner Hacı Zeynalabdin Tağıyev tikdirib. Xəstəxanaya Əhliman Əmiraslanovun qaynı Bağırov bir müddət rəhbərlik edib. O, rəhmətə getdi. Amma onun vaxtında da təmir olunduğunu görməmişəm. Ümumiyyətlə, neçə illərdir mən burada yaşayıram, hələ bir dəfə də təmir olunduğunu görməmişəm. Özüm də orda bir müddət gözətçi işləmişəm. O vaxt məlumatlıydım ki, sənəd üzrə 80-ə qədər tibbi personalı var, amma faktiki işçiləri azdır, çoxunun da pensiya yaşı çatıb. Mənə irad tuturlar ki, niyə şikayət edirəm. Mən də deyirəm, bura dövlətin xəstəxanasıdır, bu xalqın, bu dövlətin pulu niyə boşu-boşuna xərclənir? Ya bağlansın, ya da təmir olunub, camaatın istifadəsinə verilsin. Gedin baxın, ordakı vəziyyətə özünüz, şahid olun”.

Döşəmə dağılıb, divarların, qapıların rəngi bozarıb, tavan qopub tökülür

Xəstəxana binası görünüşünə və tikinti üslubuna görə qədim memarlıq abidəsini xatırladır. Səhiyyə müəssisəsinin girişində var-gəl edən gözətçinin gözündən yayınıb sakitcə binaya daxil olduq. Yarımqaranlıq dəhlizdə ölü bir sükut var. Bir az keçmiş ayaq səslərinə dönüb gördüyümüz iki ağ xalatlı qadından da daldalanıb, barmaqlarımızın ucunda boş otaqların birinə girdik.

Xəstəxananın içərisində xarici görünüşündən fərqli olaraq sovetlər dönəmindən qalma təmirin əlamətləri qalıb. Linenium döşəməsi dağılıb, divarların, qapıların rəngi bozarıb, tavan, divarları qopub tökülür.

Xəstəsiz xəstəxana...

Palataları gəzdik, əgər onlara xəstəxana palataları demək olardısa... Soyuq, boş otaqlarda təkəm-seyrək, sınıq-salxaq çarpayılar, bir-iki yerdə də köhnə-kürüş tibbi avadanlıqlar gözümüzə dəydi. İkinci qatın mənzərəsi daha acınacaqlıdır. Spesifik, tünd qoxusu isə baş çatladır. Xəstəxanada ayaqyolu gözümüzə dəymədi.

İkinci qatda yalnız bir otaqda çarpayıda uzanan bir qadın gördük. Bilmədik o da xəstədir, yoxsa xəstəxana işçisi. Nəhayət bir tibb bacısı bizi yaxaladı. Kimi axtardığımızı soruşdu. Baş həkimi, dedik.

“Baş idarədən icazə olmasa, məlumat verə bilmərik”

Ağxalatlıların bələdçiliyilə binadan çıxıb, başqa birqatlı inzibatı binaya girdik. O binanın içərisi də təmirsiz olsa da, baş həkim əvəzi Şəhla Namazovanın otağı nisbətən istiydi. Bütün dövlət təhsil müəssisələrində olduğu kimi, dövlət səhiyyə müəssisələrində də “nazirlikdən, baş idarədən icazə olmadan heç bir məlumat verə bilmərik” ənənəsinə uyğun Ş.Namazova mediadan olduğumuza görə, bizə heç bir məlumat vermək istəmədi. Nə işçi tərkibi, nə xəstələri, nə də tibbi avadanlıq və dərman təminatının kəmiyyətindən danışdı. Yalnız onu deyib durdu ki, xəstəxana bu günlərdə təmir olunacaq, xəstələri də var, Səhiyyə Nazirliyindən dərman təminatı da.

“Əsas olan həkimin savadıdır...”

Belə təmirsiz, soyuq şəraitdə palatada xəstə müalicə etmək olar? Sualımıza baş həkim sualla və soyuqqanlı cavab verdi: Niyə olmur ki? Təmirli palata vacib şərt deyil ki, əsas həkimin savadlı olması, düzgün diaqnozudur. Elə gözəl təmirli yer ola bilər ki, həkimi savadsız olar. Amma müharibədə, səhra şəraitində həkimlər ən ağır yaralıları əməliyyat edirlər, sağaldıb ayağa qaldırırlar, bu necə olur?

Bölgələrdə diaqnostika mərkəzi, paytaxtda üfunətli xəstəxana?

Səhiyyə Nazirliyi bəzən ucqar yerlərdə, hətta cəbhə bölgələrində yeni xəstəxanalar tikir, rayonlarda diaqnostika mərkəzləri açır, köhnələri müasir üslubda təmir etdirir. Amma paytaxtda şəhər xəsətəxanasının bu cür acınacaqlı olmasına siz susursunuz?

Ş.Namazova sualımıza belə cavab verdi ki, iki ildir baş həkim əvəzi işləyir, bu müddət ərzində, ondan əvvəl terapiya şöbəsində işlədiyi vaxtdan da bu xəstəxananın təmir olunacağıyla bağlı söhbət gedir, nədənsə növbə onlara çatmır, amma son 2-3 gün ərzində bu məsələ tam həllini tapacaq, çünki bu haqda rəsmi məlumat alıb.

“Həkimlərimiz tanınmış generalın zibillikdən tapılan arvadını ağır xəstəlikdən xilas etdi”

Xəstəxanadakı təmirsizliyi, antisanitariya vəziyyətini “böyük faciə” hesab etməyən baş həkim əvəzi yenə də israrla bildirdi ki, əsas məsələ həkimin savadlı olmasındadır. Rəhbərlik etdiyi tibb müəssisəindəki tibb işçilərinin fəaliyyətindən qürurla danışdı. Biz də şəfa verən, həqiqi hikmət sahibi olan həkimlərə ehtiram əlaməti olaraq onu dinlədik: “Bu xəstəxanaya zibillikdən bir xəstə tapıb gətirmişdilər. Məlum oldu ki, tanınmış bir generalın həyat yoldaşıdır.Vəziyyəti o qədər ağırıydı ki, ayağına qurd düşmüşdü. Həkimlərimizin qayğısı sayəsində onu həyata qaytardıq. Bura “bomj” xəstələr gəlir, heç kəs onlara sahib durmur, amma həkimlərimiz onları sağaldır. Bir ayağı olmayan müharibə veteranı hər il bizim xəstəxanada müalicə götürür...”

Baş həkim danışdıqca düşünürdüm, bir ölkənin ərazi bütövlüyü uğrunda ayağını itirən qazi nə qədər əlacsız durumdadır ki, F.Hüseynovun təbirincə desək, xəstəlik mənbəyi olan xəstəxanaya pənah gətirir. Baş həkimin sözünə inansaq, həkimləri nə qədər şəfa verən olsalar da, axı xəstələrin şəfa tapması üçün tibbi şərait də olmalıdır.

...1898-ci ildə Zeynalabdin Tağıyev tikdirib

Baş həkim bir də xəstəxananın qədimliyindən danışdı. Dedi ki, 1898-ci ildə inşa edilən bu bina, vaxtilə Zeynalabdin Tağıyevin bir kontoru kimi, 1928-ci ildən isə xəstəxana kimi fəaliyyət göstərib. Bu tibb müəssisəində çox məşhur həkimlər, elm adamları işləyib. Təmirə bağlanandan sonra xəstəxana müvəqqəti olaraq başqa yerə köçürüləcək, bərpa ediləndən sonra isə sovetlər dönəmindəki şöhrətiylə fəaliyyətini davam etdirməsi nəzərdə tutulub.

Xəstəxananın şəklini çəkməyə Ş.Namazova izn vermədi. Baş idarədən icazə alın, sonra, dedi.

Onsuz da xəstəxananın içindən bacardığımız qədər kadrlar götürmüşdük...

Məşhur xeyriyyəçinin tikintilərinə ögeylik...

H.Z.Tağıyev adına Bakı Toxuculuq, Tikiş Birliyinin uçulub tökülən möhtəşəm tikintisi kimi, bu birliyin yaxınlığında məşhur xeyriyyəçinin yadigarı olan 20 saylı xəstəxanaya da baxımsızlıq başa düşülən deyil.

Vaxtilə 7 mindən çox işçisi olan bu toxuculuq kombinatında indi kiçik özəl sexlər mebel üzlükləri və bir də tualet kağızları buraxır.

Ümid edək ki, bu yazı qəlbi daşlaşmış səlahiyyətlilərin könlünə insaf salar...

Xəstəsiz xəstəxana...
Xəstəsiz xəstəxana...
Xəstəsiz xəstəxana...
Xəstəsiz xəstəxana...
Xəstəsiz xəstəxana...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda artıq fəxri adlar VERİLMİR
Bu gün, 12:10
AZAL təyyarəsinin vurulması – “Putin Sezarın bu məşhur sözünü deməlidir”
Bu gün, 12:05
Çətin ki, Ermənistan Azərbaycanla danışıqlarda Rusiyanın vasitəçilik səylərini qəbul etsin - Alen Simonyan
Bu gün, 12:02
Nevzorov Bakını təhqir edən Valuyevə nələr dedi... - "Ola bilsin ki, Valuyev açıq qalan 380V naqilin üstündə çox uzun müddət oturub"
Bu gün, 12:00
DSX-nin hərbçisi faciəli şəkildə öldü - FOTO
Bu gün, 11:57
“Vüqar Novruzovun işi şəkil çəkdirib icranın saytında yaydırmaqdır“ - maləsəf... BU FAKTDIR...
Bu gün, 11:52
“Rus evi”nin Azərbaycanı yaxın günlərdə tərk etməsi doğru olar - deputat
Bu gün, 11:47
Nərimanov rayonunda sakinlərin nə kirayə pulunu verirlər, nə də evlə təmin edirlər - NARAZILIQ VAR...
Bu gün, 11:46
Bələdiyyə sədrinin 135 manatlıq yeyintisi var imiş - HÖKM OXUNDU
Bu gün, 11:38
Rayon rəhbəri Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztopu qəbul edib - FOTO
Bu gün, 11:34
Bakıda polis quldurluq hadisəsini imitasiya edərək restoranın kassasını talayan şəxsləri saxlayıb - FOTO, VİDEO
Bu gün, 11:32
Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... - FOTOLAR
Bu gün, 11:29
"Qobu Park-2" yaşayış massivi suya həsrət qalıb - GİLEY
Bu gün, 11:23
"Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da ..." - Prezident İlham Əliyev
Bu gün, 11:04
Manqurdlaşmış tatar - Vəliyev necə Valuyev OLUB...
Bu gün, 11:03
"Xahiş edirəm, heç kim mənə Fyodr Tyutçevin şeirindəki məşhur misranı xatırlatmasın" - deputat
Bu gün, 10:58
Azərbaycana hücum cəhdi iflasa uğradı - Qazaxıstanı hədəfə aldılar
Bu gün, 10:56
Rəsmi Bakıdan Paşinyanın sərsəmləmələrinə CAVAB
Bu gün, 10:50
“AS Group”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 10:42
Qaz bahalaşır, neft ucuzlaşır - Azərbaycanın gəlirləri necə olacaq?
Bu gün, 10:39
Qızılın qiyməti tarixi rekordunu yenilədi
Bu gün, 10:37
NƏ BAŞ VERİR: Azərbaycanda unun topdansatış qiyməti bahalaşdı – SON QİYMƏTLƏR
Bu gün, 10:35
"KQB" arxivləri ilə agentura şəbəkəsini səhv salırlar" - REAKSİYA
Bu gün, 10:26
Rusiyanın baş casusu olduğu deyilən Ramiz Mehdiyevdən AÇIQLAMA - "Axmaq-axmaq söhbətlər yayırlar..."
Bu gün, 10:23
Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı - İçkilərin satışı dayandırıldı
Bu gün, 10:20
Sülh sənədinin imzalanması Paşinyandan asılı məsələ deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:15
25 il stajı olan və heç bir qüsuru olmayan işçiyə RƏDD CAVABI VERİLİRSƏ... - İcazə verin şübhələnək...
Bu gün, 10:11
AZAL və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzalayıb
Bu gün, 09:59
“Yaxın zamanlarda sorosçu və fetoçuların da şəbəkələri ifşa olunacaq” – “Onlar ən urvatsız nazirlər olublar...”
Bu gün, 09:57
“Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 09:52
Azərbaycanda insan gec yetişir... - Aqşin Yenisey
Bu gün, 09:49
Üç il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapılıb - ona məxsus əl çantası, bank kartları və...
Bu gün, 09:47
“Hamı özünə pulla pensiya düzəldirdi, Sahil Babayev bu sahəni dəyişdi, indi korrupsiya yoxdur” - Əkrəm Həsənov BELƏ DEYİR...
Bu gün, 09:45
Bu şəxslərin güzəştli şərtlərlə əmək pensiya çıxmaq hüququ var... - Ekspert danışır...
Bu gün, 09:41
Trampın Putinə zəngində gizlədilən məqam: Moskvanın iki yolu var - AKTUAL
Bu gün, 09:34
Paşinyan təsəlli tapmaq üçün Makronun yanına uçdu – Erməni nəşri
Bu gün, 09:30
Düşməni Qarabağdan İT KİMİ QOVANA... Göyçayda İTTUTAN vəzifəsi rəva görülür... - AXI NİYƏ?..
Bu gün, 09:17
DTX dövlətə xəyanət etmiş Azər Bağırovu İordaniyadan Azərbaycana gətirib - TƏFƏRRÜAT
Bu gün, 09:11
"Çox istərdim ki, televiziyalarımızda qeybət yox, sənət göstərilsin" - ETİRAZ VAR...
Bu gün, 09:09
Bakıda yeni Qənimətlər Parkı yaradılacaq... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:04
Ağ Ev SSRİ-ni dağıdan “silahı” sıradan çıxarır – Diqqətçəkən Bakı detalı
Bu gün, 09:00
Yediyimiz YAĞDAN xəbəriniz varmı? - Hətta “kənd yağı” adı altında...
Bu gün, 08:56
Mehin Hümbətova Türkiyədə mükafat aldı - FOTO
Bu gün, 08:54
Artıq bu şəbəkəyə DÖVLƏT müdaxilə etməlidir... - ÇÜNKİ...
Bu gün, 08:50
Zatulin də “xor”a qoşuldu, Bakıdan ona şillə kimi cavablar... - Bu köpək hürmək üçün marıqda yatıbmış...
Bu gün, 08:39
Dənizdə qalan neftçilər HARAY ÇƏKDİ - "21 gündür işdəyik... yeməyimiz... siqaretimiz bitib..."
Bu gün, 08:35
Direktorların sertifikasiyaya cəlb olunması təhsil sisteminə nə qazandıracaq? - AKTUAL
Bu gün, 08:26
Moskva bəyannaməsinə yenidən baxıla bilər - GƏLİŞMƏ
Bu gün, 08:22
İrəvanda hakimiyyət dəyişikliyi ssenarisi – Paşinyana iki pis xəbər
Bu gün, 07:34
Kənd təsərrüfatı təyinatlı torpaqda QƏSSABXANA TİKİRLƏR - NARAZILIQ VAR...
Bu gün, 07:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru