Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı haqda ilginc faktlar... - Belə deyirlər...
Tarix: 28-04-2017, 11:04 | Çap et
![Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı haqda ilginc faktlar... Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı haqda ilginc faktlar...](/uploads/posts/2017-04/thumbs/1493363408_0001.jpg) On minlərlə, yüz minlərlə əhalisi olan rayonlara bəzən elə adamlar başçı təyin olunur ki, adam təəccübdən donub yerində qalır. Məsələn, oxuculandan biri hakimiyyətin kadr siyasətinin tənqid olunduğu məqalənin şərh bölümünə Biləsuvar rayon İcra Hakimiyyətinin rəsmi saytından bir link göndərib (http://www.bilesuvar-ih.gov.az/page/20.html). Linkin üstünə vurursan, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Hacı oğlu Quliyevin tərcümeyi-halı açılır. Oxuyursan, adamı dəhşət bürüyür. Niyə? Yaxşısı budur özünüz də oxuyun, dəhşətin səbəbini anlayın. Beləliklə, RİH-in rəsmi saytından oxuyuruq: “Mahir Hacı oğlu Quliyev, Biləsuvar RİH-nin başçısı Mahir Hacı oğlu Quliyev, 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 2000-ci ildə Bakı şəhərində“Naxçıvan” universitetinin İnzibati İdarəetmə ixtisasını bitirib. 1975-1976-cı illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə, 1976-cı ildə “Yenilik” qəzeti mətbəəsində mürəttib, 1976-1977-ci illərdə Kəlbəcər rayon İstehlak cəmiyyətində satıcı, 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub. 1980-1981-ci illərdə “Azərnəqliyyat” tikinti trestində usta, 1981-2005-ci illərdə “26 Bakı Komissarı” adına rayonun İctimai iaşə idarəsində satıcı, inzibatçı, kafe müdirinin müavini, restoran müdiri, 2005-2006-cı illərdə Səbail bələdiyyəsində sədr müavini, 08.09.2006-cı ildən 26.04.2011-ci ilədək Astara rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində işləmişdir. 26.04.2011-ci il tarixdən Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı vəzifəsində işləyir. YAP-nın bütün qurultaylarında iştirak etmişdir. Evlidir 3 övladı var”. Bu tərcümeyi-haldan da göründüyü kimi, həyatının ən məhsuldar illərində satıcı, inzibatçı, kafe müdirinin müavini, restoran müdiri işləyən Mahir Quliyevin, icra başçısı olmazdan əvvəlki ən böyük vəzifəsi bələdiyyə sədrinin müavini olub, o da vur-tut 2 il. Yəni dövlət idarəetməsində 1 gün belə işləməmiş bir şəxs, hansısa himayədarın sayəsində icra başçısı kimi mühüm posta təyinat alıb. Lakin hörmətli Mahir müəllimin (!!!) kafe, restoran biznesindən birbaşa icra başçılığına sıçrayışını da hardasa başa düşmək, “bura Azərbaycandır” deyib, üzərindən keçmək olar.Amma bu adamın heç ali savadı da yoxdur axı! Deyilir ki, “2000-ci ildə Bakı şəhərində “Naxçıvan” universitetinin İnzibati İdarəetmə ixtisasını bitirib”. Yəni 42 yaşında. Bakı şəhərində “Naxçıvan” universiteti… Bu nə universitetdir belə?Azərbaycanda “Naxçıvan” universiteti adlı özəl ali məktəb var, amma bu universitet Bakıda yox, Naxçıvanda yerləşir. Özü də, aşağıda universitetin rəsmi saytından təqdim etdiyimiz “skrinşot”dan da göründüyü kimi, 1999-cu ildə yaradılıb. Bəs elə isə hörmətli icra başçısı, 95 741 nəfərin böyüyü olan Mahir müəllim 42 yaşında hansı universiteti bitirib? Axı Bakıda belə bir universitet olmayıb?! Olubsa da, orda təhsil-tədrisdən başqa nə desən olub ki, indiyə izi-tozu da qalmayıb! Yaxşı, bəs, 47 yaşınadək satıcı, inzibatçı, kafe müdirinin müavini, restoran müdiri işləyən, 42 yaşında “Naxçıvan” adlı donqili “universitetdən” diplom alan bu zat-ı möhtərəm, necə olub ki, böyük bir rayona başçı təyin oluna bilib? Nə isə, çox da dərinə getməyək…
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ali Məhkəmə həbsdə olan sabiq tabor komandiri barədə qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:14 |
|
|
|
• Azərbaycanda artıq fəxri adlar VERİLMİR
Bu gün, 12:10 |
|
|
|
• AZAL təyyarəsinin vurulması – “Putin Sezarın bu məşhur sözünü deməlidir”
Bu gün, 12:05 |
|
|
|
• Çətin ki, Ermənistan Azərbaycanla danışıqlarda Rusiyanın vasitəçilik səylərini qəbul etsin - Alen Simonyan
Bu gün, 12:02 |
|
|
|
• Nevzorov Bakını təhqir edən Valuyevə nələr dedi... - "Ola bilsin ki, Valuyev açıq qalan 380V naqilin üstündə çox uzun müddət oturub"
Bu gün, 12:00 |
|
|
|
• DSX-nin hərbçisi faciəli şəkildə öldü - FOTO
Bu gün, 11:57 |
|
|
|
• “Vüqar Novruzovun işi şəkil çəkdirib icranın saytında yaydırmaqdır“ - maləsəf... BU FAKTDIR...
Bu gün, 11:52 |
|
|
|
• “Rus evi”nin Azərbaycanı yaxın günlərdə tərk etməsi doğru olar - deputat
Bu gün, 11:47 |
|
|
|
• Nərimanov rayonunda sakinlərin nə kirayə pulunu verirlər, nə də evlə təmin edirlər - NARAZILIQ VAR...
Bu gün, 11:46 |
|
|
|
• Bələdiyyə sədrinin 135 manatlıq yeyintisi var imiş - HÖKM OXUNDU
Bu gün, 11:38 |
|
|
|
• Rayon rəhbəri Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztopu qəbul edib - FOTO
Bu gün, 11:34 |
|
|
|
• Bakıda polis quldurluq hadisəsini imitasiya edərək restoranın kassasını talayan şəxsləri saxlayıb - FOTO, VİDEO
Bu gün, 11:32 |
|
|
|
• Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... - FOTOLAR
Bu gün, 11:29 |
|
|
|
• "Qobu Park-2" yaşayış massivi suya həsrət qalıb - GİLEY
Bu gün, 11:23 |
|
|
|
• "Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da ..." - Prezident İlham Əliyev
Bu gün, 11:04 |
|
|
|
• Manqurdlaşmış tatar - Vəliyev necə Valuyev OLUB...
Bu gün, 11:03 |
|
|
|
• "Xahiş edirəm, heç kim mənə Fyodr Tyutçevin şeirindəki məşhur misranı xatırlatmasın" - deputat
Bu gün, 10:58 |
|
|
|
• Azərbaycana hücum cəhdi iflasa uğradı - Qazaxıstanı hədəfə aldılar
Bu gün, 10:56 |
|
|
|
• Rəsmi Bakıdan Paşinyanın sərsəmləmələrinə CAVAB
Bu gün, 10:50 |
|
|
|
• “AS Group”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 10:42 |
|
|
|
• Qaz bahalaşır, neft ucuzlaşır - Azərbaycanın gəlirləri necə olacaq?
Bu gün, 10:39 |
|
|
|
• Qızılın qiyməti tarixi rekordunu yenilədi
Bu gün, 10:37 |
|
|
|
• NƏ BAŞ VERİR: Azərbaycanda unun topdansatış qiyməti bahalaşdı – SON QİYMƏTLƏR
Bu gün, 10:35 |
|
|
|
• "KQB" arxivləri ilə agentura şəbəkəsini səhv salırlar" - REAKSİYA
Bu gün, 10:26 |
|
|
|
• Rusiyanın baş casusu olduğu deyilən Ramiz Mehdiyevdən AÇIQLAMA - "Axmaq-axmaq söhbətlər yayırlar..."
Bu gün, 10:23 |
|
|
|
• Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı - İçkilərin satışı dayandırıldı
Bu gün, 10:20 |
|
|
|
• Sülh sənədinin imzalanması Paşinyandan asılı məsələ deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:15 |
|
|
|
• 25 il stajı olan və heç bir qüsuru olmayan işçiyə RƏDD CAVABI VERİLİRSƏ... - İcazə verin şübhələnək...
Bu gün, 10:11 |
|
|
|
• AZAL və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzalayıb
Bu gün, 09:59 |
|
|
|
• “Yaxın zamanlarda sorosçu və fetoçuların da şəbəkələri ifşa olunacaq” – “Onlar ən urvatsız nazirlər olublar...”
Bu gün, 09:57 |
|
|
|
• “Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 09:52 |
|
|
|
• Azərbaycanda insan gec yetişir... - Aqşin Yenisey
Bu gün, 09:49 |
|
|
|
• Üç il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapılıb - ona məxsus əl çantası, bank kartları və...
Bu gün, 09:47 |
|
|
|
• “Hamı özünə pulla pensiya düzəldirdi, Sahil Babayev bu sahəni dəyişdi, indi korrupsiya yoxdur” - Əkrəm Həsənov BELƏ DEYİR...
Bu gün, 09:45 |
|
|
|
• Bu şəxslərin güzəştli şərtlərlə əmək pensiya çıxmaq hüququ var... - Ekspert danışır...
Bu gün, 09:41 |
|
|
|
• Trampın Putinə zəngində gizlədilən məqam: Moskvanın iki yolu var - AKTUAL
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan təsəlli tapmaq üçün Makronun yanına uçdu – Erməni nəşri
Bu gün, 09:30 |
|
|
|
• Düşməni Qarabağdan İT KİMİ QOVANA... Göyçayda İTTUTAN vəzifəsi rəva görülür... - AXI NİYƏ?..
Bu gün, 09:17 |
|
|
|
• DTX dövlətə xəyanət etmiş Azər Bağırovu İordaniyadan Azərbaycana gətirib - TƏFƏRRÜAT
Bu gün, 09:11 |
|
|
|
• "Çox istərdim ki, televiziyalarımızda qeybət yox, sənət göstərilsin" - ETİRAZ VAR...
Bu gün, 09:09 |
|
|
|
• Bakıda yeni Qənimətlər Parkı yaradılacaq... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:04 |
|
|
|
• Ağ Ev SSRİ-ni dağıdan “silahı” sıradan çıxarır – Diqqətçəkən Bakı detalı
Bu gün, 09:00 |
|
|
|
• Yediyimiz YAĞDAN xəbəriniz varmı? - Hətta “kənd yağı” adı altında...
Bu gün, 08:56 |
|
|
|
• Mehin Hümbətova Türkiyədə mükafat aldı - FOTO
Bu gün, 08:54 |
|
|
|
• Artıq bu şəbəkəyə DÖVLƏT müdaxilə etməlidir... - ÇÜNKİ...
Bu gün, 08:50 |
|
|
|
• Zatulin də “xor”a qoşuldu, Bakıdan ona şillə kimi cavablar... - Bu köpək hürmək üçün marıqda yatıbmış...
Bu gün, 08:39 |
|
|
|
• Dənizdə qalan neftçilər HARAY ÇƏKDİ - "21 gündür işdəyik... yeməyimiz... siqaretimiz bitib..."
Bu gün, 08:35 |
|
|
|
• Direktorların sertifikasiyaya cəlb olunması təhsil sisteminə nə qazandıracaq? - AKTUAL
Bu gün, 08:26 |
|
|
|
• Moskva bəyannaməsinə yenidən baxıla bilər - GƏLİŞMƏ
Bu gün, 08:22 |
|
|
|
• İrəvanda hakimiyyət dəyişikliyi ssenarisi – Paşinyana iki pis xəbər
Bu gün, 07:34 |
|
|
|
|