“Artıq dərəcədə xahiş edirəm ki, həmin mülki işi öz nəzarətinizə götürün...” - Nazirə müraciət...
Tarix: 25-09-2019, 10:23 | Çap et
Qarabağ qazisi, Bərdə rayonu Xəsisli kənd sakini Muğan İsmayıl oğlu Salmanov mənzil dələduzluğuna məruz qalıb. O, 2008-ci ildə mənzil alıb, illər sonra evinə köçmək istəyəndə isə bəlli olub ki, MTK-nın sahibi həmin evi başqa bir adama satıb. İndi nə ona yeni mənzil verilir, nə də halal pulu geri qaytarılır...
Qarabağ qazisi üzləşdiyi qanunsuzluqla bağlı redaksiyamıza müraciətində başına gələnləri nəql edib.
Vətəndaş yazır: “Mən Bərdə rayonu Xəsisli kəndində yaşayıram və orada maldarlıq, əkinçiliklə məşğul oluram. 4 övladım var. Halal zəhmətimlə illərlə qazandığım vəsaiti toplayıb böyük oğlumun Bakıda yaşamasından ötrü ona mənzil almaq qərarına gəldik. 2008-ci ildə Bakı şəhərinin Yasamal rayonu ərazisində ”Kaspian İnşaat MB" MMC-nin tikdiyi çoxmərtəbəli binadan pulunu 2 hissədə ödəyib rəsmi maliyyə sənədləri və müqavilə əsasında 4 otaqlı mənzil aldım. Mən adıçəkilən MMC-dən mənzil alanda bina sonacan tikilib qurtarmamışdı. Bu səbəbdən və vəsaitim qalmadığından özümə məxsus mənzilin təmirinə başlaya bilmədim. 5 il bundan qabaq isə avtomobil qəzası keçirdim və uzun müddət yataq xəstəsi oldum. Buna görə də oğlum təsərrüfat işlərimizlə məşğul olmağa başladı və Bakıda yaşamaq fikrini dəyişdi. Mənzilimi təmir etdirməsəm də, hər dəfə Bakıya gələndə baş çəkirdim, ancaq qəzadan sonra Bakıya gələ bilmədim. Bundan istifadə edən adıçəkilən MMC-nin rəhbəri Bəxtiyar Məmmədov mənə məxsus mənzili təkrarən Paşayev Məmmədtağı Nağı oğluna satıb. Mənzilimi tələb edəndə MMC rəhbəri mənə başqa yerdə mənzil verəcəyini vəd etsə də, sonradan dedi ki, get nə bilirsən, et..."
Vətəndaş deyir ki, o, çıxış yolunu məhkəməyə üz tutmaqda görüb.
Məhkəməyə təqdim edilən iddiada göstərilir ki, M.Salmanov cavabdeh “Kaspian İnşaat MB” MMC ilə 06 may 2008-ci il tarixli, 73 nömrəli Sifariş müqaviləsi bağlayaraq Bakı şəhəri Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllədə tikilən hündür mərtəbəli binada 2 saylı blokda 3-cü mərtəbədə sahəsi 170 kv.metr olan 4 otaqlı mənzil alıb: “Müqavilədə qeyd edilməsə də sonradan müəyyən olundu ki, mənə satılan mənzil 75 saylıdır. Adıçəkilən müqavilənin 3-cü bəndinə uyğun olaraq mən üzərimə düşən öhdəliyi yerinə yetirərək sifarişçi qismində mənzilin hər kvadrat metrinə görə 700 ABŞ dolları olmaqla, əvvəlcə 50.000 ABŞ dolları, daha sonra 69.000 ABŞ dolları - cəmi 119.000 ABŞ dolları icraçı müəssisəyə ödəmişəm və müəssisə bu barədə mənə həmin məbləğin Azərbaycan manatının məzənnəsinə uyğun maliyyə arayışları verib. 06 may 2008-ci il tarixli, 73 nömrəli ”Sifariş müqaviləsi"nin 4.3-cü bəndinə görə İcraçı sifariş edilən mənzilin tikintisini layihə sənədlərinə və tikinti normalarının tələblərinə uyğun, bu müqavilə ilə müəyyən edilmiş müddət ərzində başa çatdıraraq sifarişçiyə təhvil verməyi öhdəsinə götürüb. Sözügedən müqaviləni bağladıqdan sonra uzun müddət tikintinin başa çatmasını gözləmişəm, mənzilin qapısını bağlayaraq maddi imkanım olduğu vaxtda təmir işlərinə başlayacağımı qərarlaşdırmışam. 2019-cu ilin aprel ayında mənzilimə gələrkən müəyyən etmişəm ki, cavabdeh müəssisənin direktoru Bəxtiyar Məmmədov mənə məxsus mənzili qanunsuz olaraq cavabdeh Məmmədtağı Paşayevə satıb, sonuncu da mənzili təmir edərək orada yaşayır.
Bundan başqa, rəsmi müqavilə bağlamasaq da, cavabdeh Bəxtiyar Məmmədova 20.000 ABŞ dolları verərək sahəsi 20 kv.metr olan yeraltı qarajı da almışdım. Lakin cavabdeh bu qarajı da mənə verməkdən imtina edib. Beləliklə, cavabdehlər “Kaspian İnşaat MB” MMC və Məmmədov Bəxtiyar Sabir oğlu həm müqavilə, həm də mülki qanunvericiliklə üzərlərinə düşən vəzifəni yerinə yetirməmiş, mənə məxsus mənzili başqasına satmış, cavabdeh Məmmədtağı Paşayevlə birlikdə mənə məxsus mənzili zəbt edərək birlikdə mülkiyyət hüququmu pozmuşlar".
Şikayətçi qeyd edir ki, işə hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılır: “Mülki iş hakim Emin Mehdiyevin icraatındadır. 10 sentyabr 2019-cu il tarixdə işə baxılarkən Bəxtiyar Məmmədov öz qanunsuz hərəkətlərini ört-basdır etmək və məsuliyyətdən yayınmaq üçün ağlasığmaz varianta əl atdı. İddia etdi ki, guya onun mənə verdiyi - tərəfimdən məhkəməyə təqdim edilən möhürlü və imzalı müqavilə və maliyyə arayışlarındakı imzalar onun imzası deyil. Guya mən möhürü skan edərək saxtalaşdırmışam. Bəxtiyar Məmmədovun vəkilinin vəsatəti ilə iş üzrə məhkəmə ekspertizası təyin edildi və məhkəmə iclası təxirə salındı. Biz vəkilimlə birgə zalı tərk etdik, koridorda Bəxtiyar kinayə ilə mənə dedi: ”Ekspert rəy verər ki, möhür və imza saxtadır, ondan sonra görüm nə edəcəksən". Bundan əvvəl isə məhkəmə zalında Bəxtiyar vəkilimi hədələyərək ona “gör sənin başına nə oyun açacam” demişdi. Hazırda təşviş içindəyəm ki, özünü “qüdrətli iş adamı” adlandıran Bəxtiyar Məmmədov növbəti qanunsuz addım atmağa - guya mənim müqavilə və maliyyə arayışlarındakı imzanı və möhürü saxtalaşdırmağıma dair saxta rəy almağa nail ola bilər.
Mən kənd adamıyam, heç vaxt kiminsə malını yeməmişəm. Bütün həyatımı zəhmətlə, halal ruzi ilə yaşamışam. Qarabağ döyüşlərində könüllü iştirak edib Vətənimizi qorumuşam. Yaxın-qohum əqrəbamdan xeyli adam Vətənimizin müdafiəsində yaxından iştirak edərək vətəndaşlıq borcunu layiqincə yerinə yetiriblər. Onlardan Fariz Çoban oğlu Qəhrəmanov Azərbaycanın Milli Qəhrəmanıdır.
Artıq dərəcədə xahiş edirəm ki, ailəmizin halal mənzilinin geri qaytarılmasına, Bəxtiyar Məmmədovun barəmdə törətdiyi cinayət əməlinə görə məsuliyyətə alınmasına görə müvafiq qurumlar bizə köməklik göstərsin".
M.Salmanov bildirdi ki, o, başına gələnlərlə bağlı ölkə rəhbərliyinə də müraciət edib.
Yaxın qohumunun başına gələnlərlə bağlı Milli Qəhrəman Fariz Çoban oğlu Qəhrəmanov isə ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova müraciət ünvanlayaraq, bu işi nəzarətə götürməsini xahiş edib. O, müraciətində Muğan Salmanovun başına gələnləri nəql edərək, ona köməklik göstərilməsini xahiş edib: “Heç vaxt ola bilməz ki, Muğan başqasının haqqına girsin, saxta yolla mənzilə sahib olmaq istəsin. Sizdən artıq dərəcədə xahiş edirəm ki, həmin mülki işi öz nəzarətinizə götürərək Muğanın ailəsinə məxsus halal mənzilinin geri qaytarılmasına, Bəxtiyar Məmmədovun törətdiyi cinayətə görə məsuliyyətə alınmasına köməklik göstərəsiniz”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Bu gün, 21:33 |
|
|
|
• BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Bu gün, 21:22 |
|
|
|
• Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Bu gün, 21:18 |
|
|
|
• “Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Bu gün, 19:19 |
|
|
|
• Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Bu gün, 19:00 |
|
|
|
• Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Bu gün, 18:58 |
|
|
|
• Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Bu gün, 18:17 |
|
|
|
• Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Bu gün, 18:15 |
|
|
|
• Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Bu gün, 18:14 |
|
|
|
• “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 18:12 |
|
|
|
• Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Bu gün, 18:07 |
|
|
|
• Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Bu gün, 18:04 |
|
|
|
• "Sənətkar satılmamalıdır"
Bu gün, 17:56 |
|
|
|
• “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Bu gün, 17:53 |
|
|
|
• 4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:51 |
|
|
|
• Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Bu gün, 17:49 |
|
|
|
• Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Bu gün, 17:45 |
|
|
|
• Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Bu gün, 17:43 |
|
|
|
• Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Bu gün, 17:00 |
|
|
|
• Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Bu gün, 16:58 |
|
|
|
• "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Bu gün, 16:55 |
|
|
|
• Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Bu gün, 16:52 |
|
|
|
• “Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ DİREKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Bu gün, 16:49 |
|
|
|
• Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Bu gün, 16:42 |
|
|
|
• "Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Bu gün, 16:38 |
|
|
|
• Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Bu gün, 16:35 |
|
|
|
• “Kupça”sız evlər necə satılır? - AKTUAL
Bu gün, 16:30 |
|
|
|
• Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Bu gün, 16:25 |
|
|
|
• Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Bu gün, 16:21 |
|
|
|
• Yeni nazir bu məşhur alimin oğludur
Bu gün, 16:19 |
|
|
|
• Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Bu gün, 16:13 |
|
|
|
• Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Bu gün, 16:11 |
|
|
|
• Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Bu gün, 16:09 |
|
|
|
• Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Bu gün, 16:05 |
|
|
|
• Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Bu gün, 16:02 |
|
|
|
• Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01 |
|
|
|
• “Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59 |
|
|
|
• Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57 |
|
|
|
• “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52 |
|
|
|
• Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35 |
|
|
|
• “Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00 |
|
|
|
• Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58 |
|
|
|
• Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26 |
|
|
|
• “Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17 |
|
|
|
• Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12 |
|
|
|
• Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07 |
|
|
|
• Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02 |
|
|
|
|