2020-ci ilin iqtisadi proqnozları: neft , dollar və manat... - GƏLİŞMƏ
Tarix: 9-12-2019, 11:09 | Çap et
2020-ci ilin gəlişinə sayılı günlər qaldığı ərəfədə dünyanın bir çox beynəlxalq iqtisadi təşkilatları, reytinq agentlikləri növbəti ildə neftin qiyməti və dolların dünya valyuta bazarında mövqeyi ilə bağlı proqnozlarını açıqlayıblar. Proqnozlar arasında ziddiyyət təşkil edənlər də var. Məsələn, ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsi 2020-ci il üçün “Brent” markalı neftin orta qiymət proqnozu 60,01 dollar/barel olaraq müəyyən edilib.
WTI" markalı neftin isə 2020-ci il üçün proqnozlaşdırılan orta qiyməti 54,06 dollar ehtimal edilir. EIA hesab edir ki, 2020-ci ildə neftin qiyməti 2019-cu ilə nisbətən daha aşağı olacaq.
“Fitch” beynəlxalq reytinq agentliyi isə 2020-ci ildə Brent və WTI markalı neft üzrə qiymətlərin müvafiq olaraq 62,5 dollar və 57,5 dollar, 2021-ci ildə isə 60 dollar və 55 dollar olacağı proqnozlaşdırılır.
Danimarkanın “Saxo Bank” investisiya bankı da 2020-ci ilin proqnozlarını açıqlayıb. Hər ilin dekabrında açıqlanan proqnozlar adətən “şokedici”, “təəccüblü” və s. kimi xarakterizə olunur. Proqnozlara görə, neftin 1 bareli 90 dollara çatacaq və gələn il neft istehsalçıları üçün uğurlu olacaq. Buna səbəb ABŞ-da şift qazının çıxarılması prosesinin ləngiməsi, bundan istifadə edən Rusiya və OPEK-in hasilatı bir qədər də azalması olacaq.
“Saxo Bank”ın dollar proqnozlarına gəlincə, Asiya ölkələri dollardan imtina edərək, öz rezerv valyutalarını buraxacaq. Dollardan silah kimi istifadə olunmasının qarşısını almaq, ticarət müharibələri təhlükəsindən yayınmaq üçün Asiya İnvestisiya İnfrastukturları Bankı yeni valyuta - Asian Drawing Right (ADR) valyutasını dövriyyə buraxacaq. Bu valyutanın 1 vahidi 2 dollara bərabər olacaq. Dollarlaşmadan imtina ABŞ valyutasının bir neçə ayda 20% dəyər itirməsi ilə nəticələnəcək.
Bəs görəsən, neft və dollar ətrafında baş verənlər Azərbaycan manatına necə təsir göstərəcək? 2020-ci ildə milli valyutamızı nə gözləyir?
2020-ci ildə qlobal bazarlarda baş verən dəyişikliklər və onların Azərbaycana valyutasına təsirlərindən danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, son vaxtlar neftin qiymətini proqnozlaşdırmaq və bunun həyata keçməsini gözləmək çətinləşib: “Çünki neft qiymətləri iqtisadi məsələlərdən xeyli uzaqlaşıb. Əvvəl iqtisadi faktorlar neftin qiymətinin formalaşmasında birinci dərəcəli rol oynayırdı. Tələb və təklif, dünyada neftin istehsalı, istehlakı , tələbat və sair neftin qiymətinin müəyyənləşməsində çox önəmli rol oynayırdı. Üç ilə yaxındır ki, dünyada belə bir tendensiya başladı ki, OPEK və OPEK-ə daxil olmayan ölkələrin sözlü müdaxilələri, verdikləri inzibati qərarlar neftin qiymətinə təsir etməyə başladı. Daha çox geosiyasi gərginlik, hərbi müdaxilələr, hibrid müharibələri, iqtisadi sanksiyalar neftin qiymətində əhəmiyyətli rol oynamağa başladı. Son zamanlar formalaşmış qiymət əslində iqtisadi kateqoriyalara görə müəyyənləşən qiymət deyil. Son bir neçə ayda neftin qiyməti təxminən 60-65 dollar ətrafında dəyişir”.
N.Cəfərlinin sözlərinə görə, son illərdə də ciddi dəyişiklik yoxdur və bu da dünyadakı geosiyasi gərginliyin artması fonunda baş verir: “İrana qarşı sanksiyaların sərtləşməsi və bu ölkənin neft bazarından kənarda qalması, Liviyada hələ də vətəndaş müharibəsinin getməsi də bu gərginliyi artırır. Liviyanın illik potensialı 1,8 milyon barel olsa da, indi cəmi 600-700 min barel neft hasil edə bilirlər. Venesuelaya da ciddi sanksiyalar tətbiq olunur, bu ölkənin neft hasilatı da təxminən 3 dəfə aşağı düşüb. Səudiyyə Ərəbistanı ilə Yəmən arasında hibrid müharibəsi gedir, neft obyektləri tez-tez dron hücumuna məruz qalır. Bütün bu amillər neftin qiymətinə ciddi təsir göstərir və qiymətləri yuxarı çəkir. İqtisadi amillər önə çıxsa, tələb və təklif qaydaları işləsəydi, indi neftin qiyməti 50 dollardan aşağı olmalı idi. Çünki dünyada neft hasilatı sürətlə artır, istehlak isə ildən-ilə azalır. 10 il öncə belə bir proqnoz var idi ki, 2020-ci ildə gündəlik neft istehlakı 115-120 milyon barel olacaq. Bu gün isə gündəlik neft istehlakı 100 milyon barelə hələ çatmayıb. İstehlak azalır, elektrik enerjisi hasilatında bərpa olunan enerjiyə üstünlük verilir, avtomobil sənayesi kökündən dəyişir. Cəmi 10 il öncə dünyada olan avtomobillərin 0,3 faizi elektriklə çalışırdısa bu gün 10 faizə çatıb, 2025-ci ildə 50 faizə çatması gözlənilir. Bu da ciddi sıçrayışla baş verən artımdır və neft istehlakı da azalır. Gələn il də neft bazarında əsas həlledici məqam siyasi gərginliklərin olub-olmasıdır. Gələn il artıq OPEK və OPEK-ə daxil olmayan ölkələrin sözlü müdaxilə ilə neftin qiymətinə təsir imkanı olmayacaq”.
İqtisadçı ekspert vurğuladı ki, bütün bunların Azərbaycan iqtisadiyyatına və manatın məzənnəsinə də təsiri olacaq: “Azərbaycan iqtisadiyyatı kəskin şəkildə neftdən asılıdır. 2020-ci ilin dövlət büdcəsində neftin qiyməti 55 dollardan götürülüb. Neftin qiyməti gələn il təqribən 55 dollar civarında olacaqsa, manata təzyiqləri neytrallaşdırmaq mümkün olacaq. 55 dollardan aşağı olarsa, manata basqılar sürətlə artacaq. Çünki tədiyyə balansında mənfi saldo yaranması ehtimalı var. Bundan sonra da manatın məzənnəsində dəyişikliklərin olması ehtimalı güclüdür. Ancaq bir siyasi amil də odur ki, gələn il parlament seçkiləri olacaq. Parlament seçkilərinə qədər nə manatın məzənnəsində, nə də kommunal xidmətlərin qiymətlərində böyük ehtimalla heç bir artım olmayacaq. Seçkilərə köklənmiş bir ölkədə hökumət mənfi qəbul olunan, sosial gərginlik yaradan addımların atılmasından qaçacaq”.
2020-ci ildə dolların taleyinə gəlincə, iqtisadçı vurğuladı ki, hazırda dünyada ticarət müharibələri ilə yanaşı valyuta müharibələri də gedir: “Ciddi istehsal və ixrac potensialı olan hər bir ölkə öz milli valyutasının ucuzlaşmasında maraqlıdır. Uzun zamandır Çin bu yolu tutmuşdu və süni şəkildə yuanın məzənnəsini aşağı salmağa çalışırdı ki, daha çox ixracatda üstünlük qazanmağa başlasın. Son zamanlar Amerika ilə Çin arasında ticarət və valyuta müharibələrinin artmasının səbəbi də bu idi. Amerika da çalışır ki, dollar çox möhkəmlənməsin. Ona görə də Federal Rezerv Sistemi son 1 ildə heç kimin gözləmədiyi şəkildə 3 dəfə faizin azaldılmasına qərar verdi. FED uçot dərəcələrinin azaldılması yolu ilə dolların çox möhkəmlənməsinin qarşısını almağa çalışır. Gələn il də FED bu praktikanı davam etdirəcək. Ağ Ev adminstrasiyasının, Trampın özünün də istəkləri bu yöndədir. Ona görə də, hələn il bütün ölkələr çalışacaqlar ki, milli valyutaları həddindən artıq dəyərsizləşsin, zəifləsin. Ancaq bunun da müəyyən həddi var. Nə qədər çalışsalar da ABŞ dolları hələ də dünyanın ən nüfuzlu valyutasıdır, məzənnəsi ciddi şəkildə izlənildiyinə görə, dünyada dolların kəskin şəkildə ucuzlaşmasını gözləmək də əbəsdir. Amerikanın rəqibi olan Avropa Birliyi də eyni addımı atır, avronun güclənməsinin qarşısını alır. Yaponiya da, Çin də bənzər addımlar atır. Bu qarşılıqlı valyuta müharibələri gələn il məzənnənin kəskin şəkildə dəyişəcəyini deməyə əsas vermir. Çox güman ki, bu il gördüyümüz trendin gələn il də davam edəcəyinin şahidi olacağıq. Dollar-avro məzənnəsi aylardır eyni səviyyədədir, 1 avro 1 dollar 10 sentə bərabərdir. Gələnilin birinci yarısında dolların dünyada məzənnəsinin elə bir həddə qalacağı ehtimalı çox yüksəkdir”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Bu gün, 18:17 |
|
|
|
• Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Bu gün, 18:15 |
|
|
|
• Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Bu gün, 18:14 |
|
|
|
• “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 18:12 |
|
|
|
• Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Bu gün, 18:07 |
|
|
|
• Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Bu gün, 18:04 |
|
|
|
• "Sənətkar satılmamalıdır"
Bu gün, 17:56 |
|
|
|
• “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Bu gün, 17:53 |
|
|
|
• 4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:51 |
|
|
|
• Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Bu gün, 17:49 |
|
|
|
• Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Bu gün, 17:45 |
|
|
|
• Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Bu gün, 17:43 |
|
|
|
• Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Bu gün, 17:00 |
|
|
|
• Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Bu gün, 16:58 |
|
|
|
• "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Bu gün, 16:55 |
|
|
|
• Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Bu gün, 16:52 |
|
|
|
• “Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Bu gün, 16:49 |
|
|
|
• Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Bu gün, 16:42 |
|
|
|
• "Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Bu gün, 16:38 |
|
|
|
• Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Bu gün, 16:35 |
|
|
|
• “Kupça”sız evlər necə satılır? - AKTUAL
Bu gün, 16:30 |
|
|
|
• Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Bu gün, 16:25 |
|
|
|
• Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Bu gün, 16:21 |
|
|
|
• Yeni nazir bu məşhur alimin oğludur
Bu gün, 16:19 |
|
|
|
• Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Bu gün, 16:13 |
|
|
|
• Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Bu gün, 16:11 |
|
|
|
• Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Bu gün, 16:09 |
|
|
|
• Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Bu gün, 16:05 |
|
|
|
• Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Bu gün, 16:02 |
|
|
|
• Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01 |
|
|
|
• “Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59 |
|
|
|
• Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57 |
|
|
|
• “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52 |
|
|
|
• Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35 |
|
|
|
• “Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00 |
|
|
|
• Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58 |
|
|
|
• Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26 |
|
|
|
• “Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17 |
|
|
|
• Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12 |
|
|
|
• Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07 |
|
|
|
• Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02 |
|
|
|
• İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00 |
|
|
|
• Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58 |
|
|
|
• DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56 |
|
|
|
• Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49 |
|
|
|
• Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47 |
|
|
|
• Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39 |
|
|
|
|