!["Deyirlər ixtisara düşmüsünüz" "Deyirlər ixtisara düşmüsünüz"](/uploads/posts/2020-01/thumbs/1579679669_0001.jpg)
İmişli rayonunda Şəkər Zavodunun qarşısında etiraz aksiyası keçirilib. Yenisabah.az xəbər verir ki, aksiyanı keçirənlər zavodun işdən çıxarılan işçiləridir. İmişlidən aldığımız məlumata görə, zavodun 100-dən artıq işçisi işdən çıxarılıb. “Deyirlər ixtisara düşmüsünüz. Amma hansı səbəbdən ixtisar etdiklərini demirlər”, - deyə işdən çıxarılanlar bildirib.