Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ .....                     “Meşə qardaşları”nı kim “oyatdı”? .....                     Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır .....                     Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər .....                     “Yerindən durana korifey deyirlər” .....                     Qar yağacaq, yollar buz bağlayacaq... .....                     MİT axtarışda olan terrorçunu öldürüb .....                     Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... .....                     Novruzda əfv və amnistiya olacaq? .....                     Bu dövlət qurumları birləşdirilir .....                     Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… .....                     İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib .....                     Qrossi "Rosatom" rəhbəri ilə görüşüb .....                     DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib .....                     Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu .....                     Banklarda müştərilər belə aldadılır .....                     Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı .....                     Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, .....                     “Azəripək” səhmdar cəmiyyətə çevrilir .....                     Bakıda DƏHŞƏT: .....                     Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ .....                     “Baku Pearl Residence”in problemləri bitmir .....                     İran daha böyük təhülkə ilə üzləşir .....                     Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA .....                     İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir .....                     "Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" .....                     Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? .....                     Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır .....                     İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? .....                     “Mən insanlardan heç vaxt qaçmamışam” .....                     FSB üç regionda əməliyyat keçirdi: .....                     Muxtar Babayevi kim əvəz edir? .....                     ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır .....                     İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... .....                     Tehrandan Paşinyanla bağlı təlimat: .....                     Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur .....                     Azərbaycanlı jurnalist Japarova məktub yazdı... .....                     “AzerGold”da yeni təyinat .....                     "Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." .....                     Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... .....                 

Səhiyyə sistemimiz gül vurur: Ağır xəstələr qarşısında absurd tələb qoyulur... - “Dərmanlara qənaət edin”
Tarix: 27-02-2020, 10:39 | Çap et
Səhiyyə sistemimiz gül vurur: Ağır xəstələr qarşısında absurd tələb qoyulur...
Bir qrup hemofiliyalı xəstə AYNA-nın redaksiyasına müraciət edib. Onlar dövlət tərəfindən verilən dərmanları gec aldıqlarını, bəzən dərmanlarla təchizatda problem yaşadıqlarını deyiblər.

10 yaşlı Üzeyir Kərimov Gəncədə yaşayır. Hemofiliyalı uşağın atası Tahir Kərimov deyir ki, övladının 1 yaşından müalicəsinə start verilsə də, son illər dərman problemi yaşayırlar: “Sonuncu dəfə bu yaxında Bakıya getmişik, dərmanları ala bilməmişik, faktor çatışmazlığından uşağın vəziyyəti pisləşib, diz hissəsi şişib, yeriyə bilmir, məktəbdən qalıb. Dörd gün ərzində Bakıda qalmağa yerim olmayıb, maşının içində yatmışam, dərmanı almaq üçün hər dəfə bu boyda yolu gedib əliboş qayıdıram. Uşağın vəziyyəti pisləşir”.

7 yaşlı Nihad və 13 yaşlı Nuran isə Ağstafa rayonunda yaşayırlar. Uşaqların xalası Xatirə xanımın sözlərinə görə, Nuranın 2 yaşından topuğu zədələnib: “Həmin vaxt həkim Elmira Qədimova (Elmi-Tədqiqat Hemofiliya Mərkəzinin rəhbəri - red.) bizə “dərmanları qənaətlə istifadə edin” dedi. Uşağa lazımi dozada dərman vurulmadığından Nuranın halı getdikcə pisləşdi. Uşaqlar doğulandan bu prpblemi yaşayırıq. Əvvəllər yalvararaq alırdıq, indi isə “dərman yoxdur” deyib, uşaqlarımızın həyatına bais olurlar. Əslində, uşaqlar hər həftə profilaktik qaydada bu iynədən istifadə etməlidirlər. Nihadda axsamalar başlayır. Bundan sonra uşaqlarımıza dərman verilsə də, düzəlməyəcəklər. Çünki övladlarımız göz görə-görə əlillik qazanırlar. Elmira Qədimova xəstələri başından edir, rayondan vurub şəhərə gələn adamlara dərman verilmir”.

Taleh Umudov Quba sakinidir. 27 yaşlı hemofiliyalı pasiyentin verdiyi məlumata görə, 2006-cı ildən ölkəyə dərmanlar gəlir: “Dövlət Proqramı əsasında dərmanımızı alırdıq. Amma son illər dərmanın gecikməsi problemi yaşanır. Bizə dərman almağa gedəndə həmişə bəhanələr deyilir. Xəstənin dərmanı necə qənaətlə verilə bilər?! Dərman verilməyəndə mənim həyatım təhlükə altına düşür. Elmira Qədimovanın xəstələrlə davranışı hər kəsi təəccübləndirir. Mən şəhərə gedə bilməyəndə, vəziyyətimlə bağlı valideynim dərmanı almağa gedir, amma ona verilmir. Ailəm yalvarır ki, övladımın qanaxması var, amma Elmira Qədimova dərman vermir”.

Vusal Məmmədov Mingəçevir sakinidir: “1-ci qrup əlil, anadangəlmə hemofiliyalı xəstəyəm. Elmira Qədimova dərmanları tanışlıqla verir. Mingəçevirdən Bakıya gələ bilmirəm. Biz dərmandan asılı vəziyyətdə olan xəstələrik. Xəstəxanada yatsaq da, heç bir effekt, nəticə olmur. Mərkəz rəhbəri xəstələr arasında ayrıseçkilik edir”.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova AYNA-ya açıqlamasında deyib ki, xüsusən bölgələrdəki xəstələrin vəziyyətləri ağırdır: “Dərman üçün Bakıya gələn xəstələrlə kobud davranılır, belə pasiyentlərin müalicəsi TƏBİB-in ixtiyarına verilsə də, dərman təchizatı hələ də Elmi-Tədqiqat Hemofiliya Mərkəzindədir”.

G.Hüseynovanın sözlərinə görə, Mərkəz rəhbəri dövlətin verdiyi dərmanları pasiyentlərə istədiyi vaxt verir, istəmədiy vaxt vermir: “Bəzi xəstələr ona pulsuz olan dərman qarşılığında “hörmət” edirlər. Ən pisi odur ki, bu həkim mütəxəssisdir, onun xəstələrlə kobud davranması dözülməzdir. Xəstə valideyni yalvara-yalvara dərman alır. Axı niyə? Bizim təşkilat tənqidi fikirlər söyləyir deyə, mənim oğlumu və bir çox xəstəni cəzalandırır. Oğlumun oynaqları dərman olmadığından yenidən ağrayır. Vəziyyəti pisləşib. Onlarla insan dərmanı gecikir deyə, əlillik qazanıb”.

Məsələ ilə bağlı AYNA-nın sorğusuna cavab verən Mərkəzin direktoru Elmira Qədimova bildirib ki, dərmanlar bahalı olduğu üçün onları qənaətlə verirlər: “Hökumət konfet kağızı vermir ki, dərmanı almaq üçün?! Bahalı dərmanı hər gələnə verə bilmərik, lazımi qədər özümüz müəyyən edirik. Dərmanlarımız var, heç bir gecikmədən, verilməməyindən söhbət gedə bilməz. Sadəcə hər il yeni partiya dərmanların ölkəyə gəlməsi zaman tələb edir, dərmanlar Avropadan gəlir. Əminəm ki, hamsının evində lazımi qədər dərmanı var, gələn-gələn yenə dərman istəyir”.

Direktorun sözlərinə görə, hazırda hemofiliyalı xəstələrin müalicə aldığı şöbədə 20-yə yaxın xəstə yatır: “Biz daha çox vəziyyəti pisləşənlərə yardım etmək istəyirik. İllərdir, oynaqları ağrıyanlarlar, xroniki xəstələr var ki, onların dərmanla təchizatında da problem ola bilməz. Xəstə özü gəlmirsə, yaxınına dərman vermirik. Xəstəni müayinə etməmiş dərman verə bilmərik. Flakonları tələb edirik ki, dəqiqləşdirək görək, verdiyimiz dərmanları istifadə edibmi”.

“Bölgələrdəki xəstələr nə zamanadək Bakıya dərman dalınca gələcəklər” sualına Qədimova belə cavab verib: “Yaxın illərdə regional mərkəzlər açılacaq”.

P.S. Atalar yaxşı deyib, ağanın malı gedər, nökərin canı çıxar. Spesifik xəstəliyi olan pasiyent aldığı dərmanı sata da bilməz, bəs dərman “simicliyinin” səbəbi nədir?










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35
“Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00
Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58
Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26
“Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39
Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36
MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17
Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12
Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07
Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02
İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00
Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58
DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56
Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49
Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47
Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39
Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, ilk qonağı Paşinyan olacaq
Bu gün, 11:35
“Azəripək” səhmdar cəmiyyətə çevrilir
Bu gün, 11:33
Bakıda DƏHŞƏT: - kişi özünü binadan atdı
Bu gün, 11:28
Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ - Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”
Bu gün, 11:25
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14
İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13
Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07
İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02
"Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01
Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58
Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54
İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52
“Mən insanlardan heç vaxt qaçmamışam” - Asif Əsgərov
Bu gün, 10:50
FSB üç regionda əməliyyat keçirdi: - Kiyevə işləyən agentlər saxlanılıb
Bu gün, 10:46
Muxtar Babayevi kim əvəz edir?
Bu gün, 10:42
ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır - “Politico”nun baş direktoru
Bu gün, 10:38
İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:37
Tehrandan Paşinyanla bağlı təlimat: - İrəvandakı adam hərəkətə keçdi
Bu gün, 10:20
Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur – Aİ üzvlüyünə “yaşıl işıq”
Bu gün, 10:16
Azərbaycanlı jurnalist Japarova məktub yazdı... - Qırğız səfirdən şikayətçidir
Bu gün, 10:13
“AzerGold”da yeni təyinat - ƏMR
Bu gün, 10:10
"Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." - deputat
Bu gün, 10:00
Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... - BƏLLİ OLDU
Bu gün, 09:59
Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Bu gün, 09:43
Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır - GƏLİŞMƏ
Bu gün, 09:38
Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir - AKTUAL
Bu gün, 09:35
"Qadınlar haqqında bir filmə çəkilə bilərəm"
Bu gün, 09:33
“A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var
Bu gün, 09:26
Meğrinin merinin müşaviri niyə intihar etdi?.. - “Hraparak”
Bu gün, 09:23
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Bu gün, 09:18
"Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" - ÖZBAŞINALIQ!
Bu gün, 09:14
Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə – “Paşinyan o şəhəri təklif edəcək”
Bu gün, 09:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru