![Əbülfəs Qarayev müavininin həbsindən danışdı Əbülfəs Qarayev müavininin həbsindən danışdı](/uploads/posts/2020-05/1589006775_0001.jpg)
Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri olduğu nazirlikdə keçirdiyi əməliyyatdan danışıb.
Gununsesi.org-un sorğusunu cavablandıran nazir bir dövlət orqanının başqa bir qurumda əməliyyat keçirdiyini deyib:
“Mən indidən geniş nəsə söyləyə bilmərəm. Əməliyyat olub, tutulanlar var. Yəqin ki, hər şey aydınlaşacaq. Biz hüquqi dövlətdə yaşayırıq, əgər neqativ nəsə varsa, ona da hüquqi qiymət veriləcək”.