İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib .....                     Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir .....                     Sahil Babayev maliyyə naziri təyin edilib .....                     Onlar ÖZBAŞINA QALMIŞDILAR... .....                     Gürcüstan ABŞ-dən “nümunə” götürəcək .....                     Ədəbiyyatşünas İradə Musayeva vəfat edib .....                     Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... .....                     Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar .....                     Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb .....                     Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... .....                     Azərbaycanda bu məhsullar .....                     Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə .....                     BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... .....                     Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib .....                     Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” .....                     Ermənistanın silahlanması sülhə ən böyük əngəldir .....                     "Bir az xəstələnmişəm, nasazam deyə..." .....                     Xarici təşkilat Azərbaycandan niyə qovuldu? .....                     “Neft ucuzlaşmağa davam etsə...” .....                     Vazeh Əsgərovun işdən çıxardığı alim: .....                     Kamran Yusifova yüksək vəzifə verildi .....                     Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub .....                     “SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib .....                     BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib .....                     ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb .....                     Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... .....                     Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir .....                     Azərbaycan Ukraynanın yanındadır... .....                     Samir Bayramlı xəstəxanalıq oldu .....                     Putin "Roskosmos"a yeni baş direktor təyin edib .....                     Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var .....                     Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib .....                     Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ .....                     USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək .....                     Ruslar BURCUDA BİLƏCƏKMİ? .....                     “Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...” .....                     “Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” .....                     Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi .....                     Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü .....                     Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? .....                 

Emin Əmrullayevə «OXU» dərsi — Avazın yaxşı gəlir, oxuduğun "Quran" ola!
Tarix: 28-05-2021, 09:56 | Çap et
Emin Əmrullayevə «OXU» dərsi
Rəhmətlik Mirzə Cəlilin “Anamın kitabı” əsərini yəqin ki, çoxları xatırlayır. Müxtəlif ölkələrdə təhsil alan, onların geyimini geyinib düşüncə tərzini mənimsəyən bir ananın övladları az qala bir-birinə düşmən kəsilirlər. Aldıqları təhsilin təsiri ilə öz xalqına, mədəniyyətinə tamamilə yad olan kəslərə çevrilirlər.

Böyük yazıçının bu əsərini təsadüfi xatırlamadım. İndi Avropa, Amerika təhsili alanlar daha çox “dəbdədir”, onlar müasir dünyagörüşlü, savadlı hesab olunurlar. “Bayıldan bu tərəfdə” oxuyanlar isə orta məktəblərdə dərs deməyə, uzaq başı “kandidat nauk” olmağa layiq görülürlər. Dərd odur ki, Bayıldan bu tərəfdə təhsili bərbad günə qoyanlar elə Bayıldan o tərəfdə oxuyan intelegentlərdir!

Hərgah soruşsanız ki, bizim bu yazımıza küləklər diyarı Bayılın nə aidiyyatı var, onda deyim siz də məsələdən agah olun. Bilirsiniz ki, son illərdə Azərbaycan təhsili Vergilər nazirliyinin bir şöbəsinə çevrilmişdi. Nə qədər iqtisadçı, vergi müfəttişi vardısa bu nazirlikdə müəllimlərin başında dəlləklik öyrənirdi. Sonra yavaş-yavaş təcrübələrinin bir nəticə vermədiyini görüb getdilər başqa sahələrdə inqilab eləməyə. Təcrübə laborotoriyasını da tapşırdılar Emin Əmrullayevə. Dedilər bax də, tutar qatıq, tutmaz ayran, sən bu işi yaxşı bilirsən! Qatıq demişkən, özünü intelegent sayanların əvvəli «Vosmoy bazarı»nda qatıq satanlar olur (bu tam başqa mövzudur, bu mövzuya xüsusi qayıdacağıq).

Emin müəllim də hələ ötən il belə bir status yazmışdı ki, “mən özümü sizdən bilikli hesab edirəm,ən azından Bayıldan o tərəfdə təhsil almışam.” Hamı da sevinmişdi ki, daha təhsilimizə zaval yoxdur, Bayıldan bayırda oxuyanlar bizi xilas edəcək.

Nazirin bu Bayıl söhbəti bir az “varabskoy söhbətə” oxşadı, çünki əvvəllər belə sözləri Bayılda yatıb çıxanlar edərdilər. Amma,maraqlıdır ki, ölkədə hər il minlərlə tələbə təhsil haqqını ödəyə bilmədiyindən təhsilini yarımçıq qoyduğu halda Emin müəllim hansı pullarla Bayıldan o tərəfdə təhsil alıb? Bildiyimiz qədəriylə təhsilin naziri zamanında xaricdə oxuyacaq qədər sərvətə sahib olmayıb. Onda hansı sehirli qüvvələrdir ki, Emin müəllimi əvvəl təhsil sahibi, sonra da təhsil naziri edib?

Belə deyirlər ki, bu işdən ötrü pul kisəsinin ağzını açanlar SOROS Fondunun əliaçıq əmiləri, FETO-nun səxavətli dayıları olub. Soros fondu cənab Əmrullayevin Mərkəzi Avropa, F.Gülən isə Kolumbiya universitetlərində təhsil almasına yardımçı olublar. Beləcə onun Bayıldan o tərəfə səyahəti baş tutub.

Məhz bu qayğının nəticəsində 2004-cü ildə Budapeştdə Avropa Hüquqları Mərkəzində, 2005-2007-ci illərdə isə Katolik Yardım Xidmətində proqramçı işləyib. Bayılın o tərəfində vəzifəsini uğurla tamamlayan Emin müəllimi göndəriblər bu tərəfə.
Qulaq günahkarıyıq, deyilənə görə Emin müəllim FETO-çularla burda da qırılmaz dostluq tellərinə sadiq qalıb, Qafqaz universitetində müəllim işləyəndə də, digər layihələrə rəhbərlik edəndə də onlarla münasibətləri qoruyub. Əli Həsənovun diqqətini cəlb edən gənc kadr onun xeyr-duası ilə karyera yüksəlişinə başlayıb.

Amma,hər oxuyan Molla Pənah olmadığı kimi, hər Bayılın o tərəfində oxuyan da yaxşı nazir ola bilmirmiş. Emin müəllim nə qədər qərb təhsilli olsa da milli adət-ənənələrimizə sadiq insandır. Tayfabazlıq, dostbazlıq kimi mental dəyərlərin bir telini yüz Kolumbiya unuversitetinə qurban vermir. Necə ki, elə bu yaxınlarda BŞTİ-nə müavin göndərdiyi Xəyalə Əhmədzadənin təyinatında məhz bu dəyərlərə üstünlük verib. Belə ki, əldə etdiyimiz məlumatlara görə, Xəyalə xanım Xırdalan bələdiyyəsində yüksək mənsəb sahibi olan Rafiq adlı şəxsin bacısıdır. Rafiq bəy isə Emin Əmrullayevin əsas adamlarından biri olan Valehin yaxın dostudur. Beləcə “dostumun dostu mənim də dostumdur” prinsipinə uyğun olaraq tam demokratik şəkildə, Azərbaycan təhsilinin inkişafı üçün Xəyalə xanımı əvvəl liseyə rəhbər, sonra isə işindən-gücündən eləyib BŞTİ-də Mehriban xanıma müavin gətiriblər.

E.Əmrullayevin nazirliyə gətirdiyi kadrlarından biri də Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayevdir. Verilən məlumatlarda bildirilir ki, Fuad Qarayev FETO-nun Azərbaycanda əsas simalarından biridir. Hətta Türkiyədə FETO-nun çevriliş cəhdi zamanı Təhsil nazirliyinin keçirtdiyi yığıncaqların birində Ərdoğan əleyhinə ciddi çıxışları ilə gündəmə gəlmişdi. Elə həmin yığıncaqda da onun bu hərəkətinə irad tutanlar da olmuşdur. Göründüyü kimi qardaş Türkiyədə FETO-çulara qarşı az qala hər gün əməliyyatlar keçirildiyi bir zamanda, E.Əmrullayev təhsil nazirliyində fətullahçıları örgütləndirir.

Bax beləcə adam Bayılın hansı tərəfində oxuyursa oxusun fərq etməz. Onun necə oxuması, kimin oxutması, nə üçün oxuması maraqlıdır. Bir də adamın avazının yaxşı olması hələ hər şey demək deyil. Əsas odur ki, oxuduğu “Quran” ola!

Nicat Mahmudov
Rubrika.Az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Bu gün, 16:04
Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Bu gün, 16:01
Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58
Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Bu gün, 15:56
Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Bu gün, 15:52
Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Bu gün, 15:49
Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Bu gün, 15:47
Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Bu gün, 15:42
Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Bu gün, 15:39
Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Bu gün, 15:31
Azərbaycanda bu məhsullar BAHALAŞDI
Bu gün, 15:23
Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20
BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16
Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06
Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02
Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00
"Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58
Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17
“Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15
Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14
Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12
Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10
“SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07
BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04
ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00
Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55
Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53
Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43
Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40
Putin "Roskosmos"a yeni baş direktor təyin edib
Bu gün, 12:38
Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - belə deyirlər...
Bu gün, 12:37
Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib - DETALLAR
Bu gün, 12:34
Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ - "Mədəm ağrıyır... ürəyim bulanır..."
Bu gün, 12:33
USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək - “Hraparak”
Bu gün, 12:23
Ruslar BURCUDA BİLƏCƏKMİ? - AÇIQLAMA
Bu gün, 12:22
“Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...”
Bu gün, 12:18
“Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” - Aparıcı Zaur
Bu gün, 12:15
Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi – SƏBƏB
Bu gün, 12:13
Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü - FOTOLAR
Bu gün, 12:11
Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? – Gizli danışıqlar…
Bu gün, 12:06
ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır - Sənədə əsasən...
Bu gün, 12:02
Bakıda qadını şantaj edən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 12:00
“Bank Avrasiya” sığorta agenti lisenziyası aldı
Bu gün, 11:57
“Xalqın musiqisini niyə məhv edirsən?!” - VİDEO
Bu gün, 11:54
Bakının mərkəzində ŞOK İNTİHAR: - qazanxananın borusuna çıxıb özünü atdı
Bu gün, 11:50
Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır
Bu gün, 11:48
Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
Bu gün, 11:44
Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil - BU FAKTDIR...
Bu gün, 11:29
"Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
Bu gün, 11:27
Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 11:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru