“Artıq dözmürəm, istəyirəm bu özbaşınalıqdan hamının xəbəri olsun” - Xızıdan ETİRAZ
Tarix: 14-09-2021, 09:47 | Çap et
“4 il əvvəl əkin sahəmin olduğu yerin yaxınlığındakı hərbi hissədə partlayış oldu. Kiminin evinə, kiminin heyvanına zərər dəydi. Mənim də həmin vaxt məhsul gözlədiyim bağım məhv oldu. İnsanların hamısına təzminat ödəndi. Mənim təzminatım da təsdiqləndi, ancaq bu günədək ala bilmirəm”.
Xızı sakini Əfqan Abdullayev belə deyir. Bildirir ki, bütün ailələri əkin-biçinlə dolanır. Əsasən tərəvəz əkini ilə məşğul olurlar. Elə 2017-ci il avqustun 27-də partlayış baş verəndə əkin sahəsində çalışırmışlar. Şükr edir ki, ailəsindən heç kim xəsarət almayıb, ancaq onların gələcək dolanışığı üçün əkdikləri bostanları məhv olub. Dolayısı ilə ailəsi maddi çətinlik çəkib, zərər görüb:
“Bizi də qeydiyyata alıb, təzminat yazmışdılar. Yəni dəymiş ziyan ödənilməli idi, ancaq bugünədək verilməyib. Yazdığımız məktublara nağıl cavablar göndərirlər. Müraciətimizə dəqiq baxan biri yoxdur. Bu günədək susurdum, fikirləşirdim ki, haqqımı almaq üçün səs-küy salmalı deyiləm, verilməlidir. Artıq dözmürəm, istəyirəm bu özbaşınalıqdan hamının xəbəri olsun ”.
Əsasən tərəvəz əkini ilə məşğul olurlar
Şikayətçi bildirir ki, partlayış olan zaman məhsul yığımına çox az qalıbmış. Partlayış nəticəsində su xətti dağılıb, sahə günlərlə susuz qalıb və quruyub:
“Yayın isti vaxtları idi, su kəsildi və bizim məhsulumuz xarab oldu, çürüdü. Ekspert gəldi, partlayışdan zərərçəkənlərin zərərlərini yazdı. Mənim bostanıma da baxış keçirildi və müəyyən olundu ki, 10 min manat zərərim var. Əslində məhsul satışından daha çox gəlir əldə edirdim, amma buna da yox demədim, razılaşdım. Hadisənin üstündən 4 il keçməsinə baxmayaraq, nə ortada 10 min var, nə də bir kömək, yardım”.
Əfqan Abdullayevin bostanı 3 hektarlıq ərazidədir. Deyir, həmin bostan 8 nəfərlik ailəsinin yeganə gəlir mənbəyidir və onlar partlayış olan qışı keçirmək, yaşaya bilmək üçün borc götürməli olublar:
Partlayış baş verəndə əkin sahəsində çalışırmışlar
“Gözümüzü məhsula dikmişdik. Olmayandan sonra necə dolanmalı idik? Təbii, biz həmin qışdan borc-xərclə çıxdıq. Kompensasiya verəcəklərini deyəndə, sevindik. Elə vəziyyətdən çıxdığımıza sevinirdik ki, get-gələ düşdük. İllərdir get-gəldəyəm, zülm çəkirəm. Dövlət idarələrində süründürməçilikdir. Kompensasiyanı mən tərtib etməmişəm, özləri edib, ancaq vermirlər”.
Şikayətçi bildirir ki, həmin vaxt bostanda xiyar əkibmiş. Amma hamısı tağında quruyub, məhv olub:
“Sonrakı illər də əkin-biçinlə məşğul oldum. Amma əvvəlki kimi bar vermədi. Sahəm hərbi hissənin 1 kilometrliyindədir. Ona görə ən çox zərər görən adamlardan oldum. Otu yananlara, evi dağılanlara yardım oldu. Ancaq mənə bu günədək kömək edilməyib”.
“Yazdığımız məktublara nağıl cavablar göndərirlər”
Xızı Rayon İcra Hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsidən bildirilib ki, həmin il partlayışda zərər çəkmiş bütün vətəndaşlara kompensasiya ödənib:
“Bəlkə nəsə səhv olub, ya da vətəndaş vaxtında müraciət etməyib, araşdıracağıq. Amma həmin il kimin nə zərəri olmuşdursa, qarşılanıb. Komissiya təşkil olunmuşdu, zərərlə bağlı sənədləşdirmələr edildi və axırda da vətəndaşlara ödənildi”.
Əfqan Abdullayevin bostanı 3 hektarlıq ərazidədir.
Meydan TV
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb - Paşinyan
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:35 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor TƏYİN OLUNDU
Bu gün, 10:29 |
|
|
|
• "10 minlik ətir bəyənsəm, ərim ALAR" - VİDEO
Bu gün, 10:16 |
|
|
|
• Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı QƏRAR
Bu gün, 10:13 |
|
|
|
• Azərbaycanlı gənc yüksək vəzifəyə TƏYİN OLUNDU
Bu gün, 10:04 |
|
|
|
• Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR - VİDEO
Bu gün, 10:02 |
|
|
|
• Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir - TƏFƏRRÜAT
Bu gün, 09:59 |
|
|
|
• Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi - FOTO
Bu gün, 09:49 |
|
|
|
• 21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” - VİDEO
Bu gün, 09:44 |
|
|
|
• Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? - AKTUAL
Bu gün, 09:40 |
|
|
|
• Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR - NARAZILIQ VAR...
Bu gün, 09:38 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 09:31 |
|
|
|
• USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi - FAKT BUDUR!
Bu gün, 09:28 |
|
|
|
• Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur - İsrafil Kərimovun yazısı
Bu gün, 09:24 |
|
|
|
• Müharibə bitir: Fevralın 14-də... - “Bloomberg”
Bu gün, 09:15 |
|
|
|
• `Batıgöz Klinikası` pasiyentləri aldadır - Pulsuz müayinə, yoxsa fırıldaqçılıq?
Bu gün, 09:11 |
|
|
|
• “Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:07 |
|
|
|
• Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 09:01 |
|
|
|
• ""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." - REAKSİYA
Bu gün, 08:55 |
|
|
|
• Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:47 |
|
|
|
• "Heç bir şoudan və performansdan söhbət gedə bilməz"
Bu gün, 08:46 |
|
|
|
• Tenderlərlə bağlı SİRLİ OYUNLAR – Azərbaycan Türkiyə metoduna keçə bilər
Bu gün, 08:44 |
|
|
|
• Paşinyan Qarakilsədən dəhliz versə... - İran heç nə edə bilməyəcək
Bu gün, 08:41 |
|
|
|
• Paşinyan o sənədləri yaysa... - Sülhlə bağlı İLGİNC GƏLİŞMƏ
Bu gün, 08:35 |
|
|
|
• ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... - Təkcə bir idarədə... təkcə bir fakt...
Bu gün, 08:24 |
|
|
|
• Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? - İddialara RƏSMİ CAVAB
Bu gün, 08:16 |
|
|
|
• Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... - Ekspert danışır...
Bu gün, 08:14 |
|
|
|
• "Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:14 |
|
|
|
• Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər - İNCƏLƏMƏ
Bu gün, 07:08 |
|
|
|
• Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesi KEÇİRİLƏCƏK
Bu gün, 07:07 |
|
|
|
• USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür - deputat
Bu gün, 07:05 |
|
|
|
• Bu gün Ruben Vardanyanın məhkəməsi DAVAM EDƏCƏK
Bu gün, 07:03 |
|
|
|
• Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə - "İrəvan bundan faydalana bilər"
Bu gün, 06:35 |
|
|
|
• Ermənistan növbəti təxribata hazırlaşır - SON DURUM
Bu gün, 06:33 |
|
|
|
• Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM - VİDEO
Bu gün, 06:28 |
|
|
|
• Erməni general Bakıya görə separatçıları təhdid etdi - "Ya 8 min manat ödəyin, ya da..."
Bu gün, 06:25 |
|
|
|
• Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33 |
|
|
|
• Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25 |
|
|
|
• Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22 |
|
|
|
• “Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20 |
|
|
|
• Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15 |
|
|
|
• AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11 |
|
|
|
• “Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06 |
|
|
|
• Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02 |
|
|
|
• "Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54 |
|
|
|
• Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52 |
|
|
|
|