"10 minlik ətir bəyənsəm, ərim ALAR" .....                     Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı .....                     Azərbaycanlı gənc yüksək vəzifəyə .....                     Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR .....                     Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir .....                     Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi .....                     21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” .....                     Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? .....                     Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR .....                     Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib .....                     USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi .....                     Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur .....                     Müharibə bitir: Fevralın 14-də... .....                     `Batıgöz Klinikası` pasiyentləri aldadır .....                     “Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında .....                     Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... .....                     ""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." .....                     Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? .....                     "Heç bir şoudan və performansdan söhbət gedə bilməz" .....                     Tenderlərlə bağlı SİRLİ OYUNLAR .....                     Paşinyan Qarakilsədən dəhliz versə... .....                     Paşinyan o sənədləri yaysa... .....                     ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... .....                     Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? .....                     Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... .....                     "Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı .....                     Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər .....                     Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin .....                     USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür .....                     Bu gün Ruben Vardanyanın məhkəməsi .....                     Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə .....                     Ermənistan növbəti təxribata hazırlaşır .....                     Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM .....                     Erməni general Bakıya görə separatçıları təhdid etdi .....                     Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı .....                     Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? .....                     Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: .....                     Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: .....                     “Casuslar” regionu xaosa sürükləyir .....                     Gömrük Komitəsində təqaüd QALMAQALI .....                 

“Caspian Service” gördüyü işin pulunu ala bilmir... - Ədalət gec də olsa qalib gələcəkmi?
Tarix: 5-10-2021, 10:36 | Çap et
“Caspian Service” gördüyü işin pulunu ala bilmir...
Moderator.az tanınmış tikinti şirkəti “Caspian Service” ilə Azərbaycan Milli Konservatoriyası arasında yaranmış problemə artıq üçüncü dəfədir ki, münasibət bildirməkdə məqsədi yalnız dövlət strukturu ilə özəl şirkət arasında yaranmış problemin gedişatını gündəmdə saxlamaq, yeni məlumatlarla oxucunu tanış etmək deyil, həm də ədalət deyilən bir anlayışın niyə öz yerini çətinliklə tapmasını diqqətə çatdırmaqdır. Ədalətin təntənəsi bütün zamanlarda çətin olub, amma həqiqət açıq-aydın onun yanında olanda ədalətin qələbəsi uzun müddət çəkməməlidir. Təəssüf ki, yenidən müraciət etdiyimiz məsələdə ortada olan həqiqət və ədalət yeddi ildən çoxdur ki, öz yerini tuta bilmir. Niyə? Suala birbaşa cavab verməzdən əvvəl qeyd olunan məsələ barədə ilk dəfə cəmi iki ay əvvəl və növbəti dəfə də keçən həftə yazılar getməsinə baxmayaraq, çox qısa şəkildə məsələnin mahiyyətini bir daha xatırlatmaq yerinə düşər.

Azərbaycan Milli Konservatoriyasının Tədris Korpusunun layihələndirilməsi və inşasına “Caspian Service” tərəfindən 2006-cı ildə başlanıb. İlkin layihədə Milli Konservatoriyanın inzibati-tədris binası 1 korpusdan ibarət planlaşdırılsa da sonradan rektor Siyavuş Kəriminin tikinti şirkətinə yazılı müraciətləri ilə sifariş olunan işlər artırılıb, yeni dövrün tələblərinə uyğun otaqların sayı artırılıb, əlavə inzibati-tədris korpuslarının, akt zallarının, xarici tələbələr üçün yataqxana komplesksinin, idman zalının, səsyazma studiyasının və s. işlərin layihələndirilməsi və tikintisi sifariş verilib.

Hələ 2007-ci ildə rektor xalq artisti Siyavuş Kərimi APA-ya açqılmasında bildirmişdi ki, sentyabr ayından etibarən hazırda tikintisi gedən binada fəaliyyət göstərmələri nəzərdə tutulsa da, inşaat yalnız 2008-ci ildə yekunlaşacaq: “Binamız 9 mərtəbədən ibarət olacaq. Tikintinin uzun sürməsinə səbəb isə maliyyə ayrılmasının gecikdirilməsi oldu”.
2006-cı ildən başlanan tikinti işlərinə bir neçə dəfə əlavə və dəyişiklər edilib. Nəticədə, 2006-cı ildə bir binadan başlanan sifariş 2014-cü ildə 4 binanın tikilməsinədək davam edib, sonuncu dəfə Milli Konservatoriyanın sifarişi ilə 2014-cü ildə yeni işlər və smetalar razılaşdırılıb.

2013-cü ilin sentyabrında Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi şirkət rəhbərliyinə bildirir ki, Tədris Korpusunun təhvili 2014-cü ilin fevral ayı üçün Respublika prezidentinin iştirakı ilə keçirilən obyektlərin açılışı proqramına daxil edilib. Rektor kompleksin tikintisi üçün büdcədə nəzərdə tutulmuş maliyyə vəsaitinin kifayət etmədiyi səbəbindən çatışmayan vəsaitin şirkət tərəfindən təmin edilməsini xahiş edir və açılışdan sonra görülmüş işlərin dəyərinin tam ödəniləcəyinə söz verir. Şirkət ciddi dövlət tədbirinin zamanında baş tutması üçün ağır kredit şərtlərinə girərək obyekti zamanında təhvil verir. O zaman Konservatoriyanın 3 (A,B,D) korpusu ümumən hazır olsa da, daxili tamamlama, avadanlıqla təchizat işləri hələ davam ediridi. 4-cü “E” korpusunda isə qaba tikinti işləri hələ də tamamlanmamışdı və rəsmi açılışdan sonra da Konservatoriyanın əlavə sifarişləri Şirkətin öz vəsaiti hesabına davam etdirilirdi. Tikinti işlərinin haqqının ödənilməsində həmişə ləngimələr və kəsirlər olsa da Şirkət birbaşa ölkə prezidentinin nəzarətində olan və xüsusi sərəncamı ilə inşa olunan Milli Konservatoriya binasının tamamlanması üçün bankdan götürdüyü kredit vəsaitini bütünlükdə bu obyektə sərf edib. Təəssüf ki, kommersiya qurumunun nümayiş etdirdiyi bu cür xoş mərama qarşı Milli Konservatoriyanın rəhbərliyi və aidiyyəti dövlət qurumları sonradan adekvat davranmayıblar. 2018-ci ildə son olaraq S.Kəriminin imzası ilə təsdiqlənərək bir daha etiraf olunan borc məbləğindən qalan 2 866 103 manat pul hələ də ödənilməyib.

Problemin həlli üçün dəfələrlə Təhsil Nazirliyinə, Milli Konservatoriya rəhbərliyinə müraciət olunmasına baxmayaraq halal və heç bir mübahisə predmeti olmayan borc məbləği ödənilməyib. “Caspian Service” MMC-nin Bakı Kommersiya Məhkəməsində Milli Konservatoriyadan görülmüş işlərin dəyəri kimi 2 886 103 manat vəsaitin tutulmasına dair iddiası isə hər hansı ciddi dəlil və qanuni əsas gətirilmədən, sadəcə təmin edilməyib.

Belə ki, şirkətin dəlil-sübutları, rektorun məhkəmədə şəxsən iştirakı, məhkəmə-tikinti və məhkəmə-əmtəəşünaslıq ekspertizalarına dair vəsatətlərini Milli Konservatoriyanın nümayəndəsinin bir kəlmə etirazı ilə “kənara qoyan” hakim Leyla Əliyeva qətnamədə yazır ki, guya, “Caspian Service” MMC iddia etdiyi işlərin görülməsini sübut edə bilməyib. Sanki şirkətin istinad etdiyi müqavilələr, müvafiq dövlət orqanlarında təsdiqlənən layihə-eskizlər, rəylər, S.Kəriminin sifariş məktubları, sifarişçi və icraçı arasındakı iş həcmlərinə dair aktlar, layihələndirilən işlərin smetaları, H.Cavid prospektində 4 korpusdan ibarət inzibati-tədris binalarının faktiki mövcudluğu, 2018-ci ildə rektor Siyavuş Kəriminin imza-möhürü ilə işlərin və borc məbləğinin qəbul edilməsinə dair aktlar və nəhayət, S.Kəriminin 2018-2020-ci illərdə Təhsil Nazirliyindən başlamış, ölkə Prezidentinədək yazdığı, şirkətə olan borcunu ödəməyə və əlavə işlərin tamamlanmasına konkret filan məbləğdə pul lazım olmasına dair müraciət məktublarını xanım hakim iş materialında “görməyib.”
Əslində, hüquqşünas olmadan da işlə tanış olan istənilən şəxsin gəldiyi ilk qənaət bu olar ki, axı bu iş növbəti məhkəmə instansiyasına niyə getməlidir? Bundan əvvəlki məhkəmə instansiyasının gəldiyi nəticə və çıxardığı qərar faktiki olaraq qanuna, ədalətə görə verilməyib. Məhkəmə hesab edir ki, hətta “əlavə işlərin görülməsi ehtimal edilsə belə” bu işlərin ödənişinin cavabdehdən tutulmasının qanuni əsası yoxdur. Bu necə hüquqi dəyərləndirmədir? Bu, açıq-aşkar məhkəmənin birtərəfli, qərəzli münasibətindən irəli gəlir. İş materiallarında olan sənədləri görməməyin başqa adı varmı?

Məhkəmə nə vaxtdan “işlərin görülməsi ehtimalını”irəli sürməklə obyektiv araşdırmaya yox, “ehtimal nəzəriyyəsinə” görə qərar çıxarmağa başlayıb? Məhkəmənin vəzifəsi tərəflərin təqdim etdiyi dəlillər əsasında qəti mövqeyə sahib olmaq, hüquqi müəyyənlik prinsipinin tələbinə əməl edərək, hansısa ehtimal üzərində deyil, birbaşa məhkəmə araşdırması ilə qərar qəbul etməkdir. İşin həqiqi halını dəqiq müəyyən etməyən məhkəmə, təbii ki, ona tətbiq olunmalı hüququ düzgün təfsir edə bilməyəcək və əsassız qətnamə qəbul edəcəkdir. Məhkəmənin “ehtimalından” belə çıxır kiu, “Caspian Service” sifarişçinin razılığı olmadan əlavə işlər görmüş və bu halda görülmüş işlərin pulunu tələb etmək üçün əsası yoxdur. Məhz bu cür yanaşmalar yeddi ildən çoxdur ki, ədalətin öz yerini tutmasına imkan vermir.

Baxmayaraq ki, Məhkəməyə araşdırma üçün vəsatətlər verilərək iş üçün əhəmiyyətli olan sübutların cavabdehdən, üçüncü şəxslərdən alınması, yerli baxış keçirilməsi və ən əsası, iş üzrə tikinti-texniki ekspertiza təyin edilməsi xahiş olunmuşdur, təəssüf ki, məhkəmə açıq-aşkar qərəzli mövqe nümayiş etdirərək bu vəsatətlərin heç birini təmin etməmişdir.
Yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində (hakim Vüsalə Baxışovanın sədrliyi ilə Kommersya Kollegiyası) “Caspian Service” MMC-nin iddia ərizəsinə əsasən Bakı Kommersiya Məhkəməsinin çıxardığı qətnamədən şikayətə baxılacaqdır. Məhkəmə qərəzli olmasa, ədalətə yaxınlaşa bilər. Ümid edirik ki, bu dəfə ədalət zəfər çalacaq!

P.S. Redaksiya qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırdır.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"10 minlik ətir bəyənsəm, ərim ALAR" - VİDEO
Bu gün, 10:16
Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı QƏRAR
Bu gün, 10:13
Azərbaycanlı gənc yüksək vəzifəyə TƏYİN OLUNDU
Bu gün, 10:04
Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR - VİDEO
Bu gün, 10:02
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir - TƏFƏRRÜAT
Bu gün, 09:59
Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi - FOTO
Bu gün, 09:49
21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” - VİDEO
Bu gün, 09:44
Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? - AKTUAL
Bu gün, 09:40
Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR - NARAZILIQ VAR...
Bu gün, 09:38
Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 09:31
USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi - FAKT BUDUR!
Bu gün, 09:28
Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur - İsrafil Kərimovun yazısı
Bu gün, 09:24
Müharibə bitir: Fevralın 14-də... - “Bloomberg”
Bu gün, 09:15
`Batıgöz Klinikası` pasiyentləri aldadır - Pulsuz müayinə, yoxsa fırıldaqçılıq?
Bu gün, 09:11
“Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:07
Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 09:01
""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." - REAKSİYA
Bu gün, 08:55
Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:47
"Heç bir şoudan və performansdan söhbət gedə bilməz"
Bu gün, 08:46
Tenderlərlə bağlı SİRLİ OYUNLAR – Azərbaycan Türkiyə metoduna keçə bilər
Bu gün, 08:44
Paşinyan Qarakilsədən dəhliz versə... - İran heç nə edə bilməyəcək
Bu gün, 08:41
Paşinyan o sənədləri yaysa... - Sülhlə bağlı İLGİNC GƏLİŞMƏ
Bu gün, 08:35
ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... - Təkcə bir idarədə... təkcə bir fakt...
Bu gün, 08:24
Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? - İddialara RƏSMİ CAVAB
Bu gün, 08:16
Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... - Ekspert danışır...
Bu gün, 08:14
"Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:14
Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər - İNCƏLƏMƏ
Bu gün, 07:08
Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesi KEÇİRİLƏCƏK
Bu gün, 07:07
USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür - deputat
Bu gün, 07:05
Bu gün Ruben Vardanyanın məhkəməsi DAVAM EDƏCƏK
Bu gün, 07:03
Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə - "İrəvan bundan faydalana bilər"
Bu gün, 06:35
Ermənistan növbəti təxribata hazırlaşır - SON DURUM
Bu gün, 06:33
Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM - VİDEO
Bu gün, 06:28
Erməni general Bakıya görə separatçıları təhdid etdi - "Ya 8 min manat ödəyin, ya da..."
Bu gün, 06:25
Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33
Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28
Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25
Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22
“Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20
Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15
AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11
“Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06
Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05
Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02
"Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56
Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54
Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52
Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50
Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00
"Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru