"Heç bir şoudan və performansdan söhbət gedə bilməz" .....                     Tenderlərlə bağlı SİRLİ OYUNLAR .....                     Paşinyan Qarakilsədən dəhliz versə... .....                     Paşinyan o sənədləri yaysa... .....                     ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... .....                     Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? .....                     Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... .....                     "Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı .....                     Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər .....                     Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin .....                     USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür .....                     Bu gün Ruben Vardanyanın məhkəməsi .....                     Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə .....                     Ermənistan növbəti təxribata hazırlaşır .....                     Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM .....                     Erməni general Bakıya görə separatçıları təhdid etdi .....                     Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı .....                     Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? .....                     Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: .....                     Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: .....                     “Casuslar” regionu xaosa sürükləyir .....                     Gömrük Komitəsində təqaüd QALMAQALI .....                     AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ .....                     “Kapital Bank” hər yerdə etimadı itirib .....                     Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir .....                     Azərbaycanda 29 illik şirkət .....                     "Fikirləşdim ki, susum, danışmayım, amma..." .....                     Təyyarə qəzası ilə bağlı ilginc məqam .....                     Əclaf Qaro Paylan bilirsinizmi kimdir? .....                     Xairə İslamdan Nicat haqda sərt ittihamlar .....                     Paşinyan Azərbaycandan “yox” cavabı alacaq .....                     "Bu müzakirələr mənə daha da stimul verdi..." .....                     Azərbaycanda bu iki nazir postu boşdur .....                     Flora Kərimovanın vəkili Sevinc Heydərovanın .....                     "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? .....                     İlkin hesabatda müəmmalı QALANLAR: .....                     "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" .....                     Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi .....                     "Toy gözləməyin" .....                     Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb .....                 

"İcra hakimiyyətinə gedib-gəldik ki, heç olmasa bizə də bir sığınacaq verin..." - Gəncədən ŞİKAYƏT
Tarix: 24-11-2021, 09:44 | Çap et
"İcra hakimiyyətinə gedib-gəldik ki, heç olmasa bizə də bir sığınacaq verin..."
“Raket bizim evin 30 metrliyinə düşmüşdü, evimiz dağılmışdı. Bizə “yataqxanada boş yer yoxdur” deyib, yer vermədilər. İndi də deyirlər, yataqxanadan kənarda qalanlara kirayəhaqqı verilmir”.

Ötən il İkinci Qarabağ Müharibəsi zamanı, oktyabrın 17-də Gəncəyə endirilən raket zərbələri nəticəsində evindən didərgin düşənlərdən biri də Zeynalovlar ailəsidir. Gəncə şəhəri, Muxtar Hacıyev küçəsi, 2-ci döngə, ev 8 ünvanında yerləşən ikimərtəbəli şəxsi mülk raketin düşdüyü nöqtədən 30 metr aralıda – hadisə baş verən ən yaxın ərazidə olub.

Şahnaz Zeynalova deyir, onun evinə yaxın bir neçə ev tamamilə dağılıb, onun evi isə yaşamaq üçün yararsız vəziyyətə düşüb:

“Hadisənin üstündən 1 il keçir, bu müddət ərzində cəmi iki ev tikilib, şəxsən bizim evin tikintisinə hələ bu ilin sentyabrından başlayıblar. Bunu da keçək, iş orasındadır ki, bizə heç kirayəhaqqı da ödənilmir. Evimiz dağılandan sonra 3 ay qapılarda qaldıq, icra hakimiyyətinə gedib-gəldik ki, heç olmasa bizə də bir sığınacaq verin, evimiz tikilənədək küçədə qalmayaq, dedilər, imkan yoxdur, qohumlarınızın evində qalın”.

Şahnaz Zeynalovanın sözlərinə görə, icra hakimiyyətinin bu ailəyə əl tutmamasının səbəbi yataqxanada qalmamaqları olub:

“Ev dağıldı, övladım baş vermiş hadisədən psixoloji sarsıntı keçirtdi, məcbur olub Bakıya apardıq, başımız iki ay onun sağlamlığının bərpasına qarışdı. Gəncəyə qayıtdıq, evləri dağılan ailələri yataqxanaya yerləşdirmişdilər, biz də yataqxanaya yerləşmək istədik, dedilər ki, gec müraciət etmisiz, yer yoxdur. Dəfələrlə icra hakimiyyətinə müraciət etsək də, bizə yataqxanadan yer verilmədi, eləcə, dedilər, bir qohum evi tapın, eviniz düzələnəcən orda yaşayın. Qohum da adamı 3-5 gün saxlayar. Məcbur olduq ki, öz dağılmış evimizin ətrafını, üstünü sellofanlayaq, orada yaşayaq. Elə də etdik. Sentyabr ayınadək o dağılmış evdə zülm çəkdik”.

Bu il sentyabrın ortaları ailə dağılmış evindən də çıxarılıb, sentyabrın 25-dən isə keçmiş evin yerində yenisinin tikintisi başlanıb. İndi də Zeynalovlara kirayə köçdükləri evin kirahaqqısı ödənilmir:

“Elə deyirlər, yataqxanaya yerləşmədiyiniz üçün sizə heç bir maddi yardım düşmür. Halbuki, dediyim kimi, bizi yataqxanaya özləri yaxın buraxmadılar. Küçəmizdə bizdən başqa daha üç ailəyə heç bir maddi yardım olunmur. Ancaq bizdən və raketin düşdüyü nöqtədən aralıda bina evinin qırılmış şüşələrinə görə hər yardımı etdilər o binalarda yaşayanlara… İcra hakimiyyəti zərərçəkmiş vətəndaşlar arasında ayrı-seçkilik edir”.

Zeynalovlar hər ay 250 manat kirayəhaqqı ödəyirlər. Evlərinin tikintisinin nə zaman başa çatacağını bilmirlər.
Gəncədəki məlum dağıntılarla bağlı sakinlərdən Meydan TV-yə vaxtaşırı narazılqılar daxil olur. Məsələn, bu yaxınlarda Aida İmanquliyeva küçəsinin sakinləri tikinti işlərinin ləğn getməsindən gileylənib. Bir qisim sakin isə kompensasiyaların ödənilməsində ayrı-seçkiliyə yol veriliyini dilə gətirib.

Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, müharibə zamanı zərər görən yaşayış obyektlərinin tikintisinə Dövlət Şəhərsalama və Arxitektura Komitəsi nəzarət edir.

Ötən il Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncəyə raket atılması nəticəsində təxminən 3800 tikili ya tamamilə dağılıb, ya da qismən qəzalı vəziyyətə düşüb. 35-ə yaxın ev yenidən tikilir. 2300 tikilinin təmiri başa çatıb. Qalan evlərin təmir-bərpası işləri davam etdirilir. Kompensasiyalar yalnız az zərərçəkmiş tikililərin sahiblərinə ödənilib.

Muxtar Hacıyev küçəsi, 2-ci döngə, ev 8 ünvanında yerləşən və raket atılması nəticəsində qəzalı vəziyyətə düşmüş ikimərtəbəli şəxsi tikilinin yerində də yeni ev inşasına başlanılıb. Zeynalovlar ailəsinin kirayəhaqqıyla bağlı dediklərinə gəlincə, icra hakimiyyətindən bildirilib ki, vətəndaş müraciət etsə, məsələyə aydınlıq gətirilər.

Prezident İlham Əliyev zərər çəkmiş binalarda yaşayan əhalinin şəxsi əşyalarına dəymiş ziyanın dərhal ödənilməsi ilə əlaqədar 2020-ci ilin dekabrın 14-də Sərəncam imzalamışdı. Həmin sərəncama görə, qəzalı vəziyyətə düşmüş yaşayış evlərinə dəymiş ziyanla əlaqədar hər ailəyə 6000, hər ailə üzvünə 1500 manat və ziyan dəymiş digər ailələrə 1000 manat ayrılması nəzərdə tutulmuşdu.
//gozetci.az//










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Heç bir şoudan və performansdan söhbət gedə bilməz"
Bu gün, 08:46
Tenderlərlə bağlı SİRLİ OYUNLAR – Azərbaycan Türkiyə metoduna keçə bilər
Bu gün, 08:44
Paşinyan Qarakilsədən dəhliz versə... - İran heç nə edə bilməyəcək
Bu gün, 08:41
Paşinyan o sənədləri yaysa... - Sülhlə bağlı İLGİNC GƏLİŞMƏ
Bu gün, 08:35
ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... - Təkcə bir idarədə... təkcə bir fakt...
Bu gün, 08:24
Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? - İddialara RƏSMİ CAVAB
Bu gün, 08:16
Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... - Ekspert danışır...
Bu gün, 08:14
"Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:14
Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər - İNCƏLƏMƏ
Bu gün, 07:08
Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesi KEÇİRİLƏCƏK
Bu gün, 07:07
USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür - deputat
Bu gün, 07:05
Bu gün Ruben Vardanyanın məhkəməsi DAVAM EDƏCƏK
Bu gün, 07:03
Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə - "İrəvan bundan faydalana bilər"
Bu gün, 06:35
Ermənistan növbəti təxribata hazırlaşır - SON DURUM
Bu gün, 06:33
Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM - VİDEO
Bu gün, 06:28
Erməni general Bakıya görə separatçıları təhdid etdi - "Ya 8 min manat ödəyin, ya da..."
Bu gün, 06:25
Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33
Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28
Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25
Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22
“Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20
Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15
AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11
“Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06
Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05
Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02
"Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56
Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54
Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52
Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50
Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00
"Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56
Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53
Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51
"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02
İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00
"Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Dünən, 18:58
Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Dünən, 18:07
"Toy gözləməyin" - VİDEO
Dünən, 18:05
Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Dünən, 18:01
“Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Dünən, 17:59
Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Dünən, 17:55
“PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Dünən, 17:53
AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib - DOSYE
Dünən, 17:52
Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:48
FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Dünən, 17:40
Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Dünən, 17:35
Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Dünən, 17:33
Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Dünən, 17:30
Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 17:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru