Mehdiyevçilər NƏ ZAMAN İSTEFA VERƏCƏK? - İLGİNC GƏLİŞMƏ
Tarix: 28-02-2022, 12:15 | Çap et
AMEA-da çalışan bir qrup alimlərin çoxsaylı yazıları və ortaya qoyduqları faktlar son bir neçə ayda Milli Elmlər Akademiyasında çox ciddi problemlərin, qanun pozuntuların olması ortaya çıxardı, geniş müzakirələrə səbəb oldu. Akademik Ramiz Mehdiyev AMEA-nın prezidenti olduqdan sonra islahatlar adı ilə bu strukturda çalışan işçilərin bir qrupunu işindən kənarlaşdırması, öz adamlarını yerləşdirməsi mövzusuna bir daha qayıtmaq istəməzdik. Bu artıq hamıya məlumdur. Bir qrup elm xadimlərinin hamıya məlum narazılıqlarından sonra akademik Ramiz Mehdiyev yaşı ilə əlaqədar bu qurumdakı postunu tərk etməyə qərar verdi. Amma bu gün akademikin istər Milli Elmlər Akademiyasında, istərsə də digər dövlət strukturlarında adamları işlərini davam etdirməkdədirlər.
DİA.AZ xəbər verir ki, Aktualinfo.org-a verilən məlumata görə Ramiz Mehdiyevin AMEA-nın prezidenti olduğu dövrdə ən yaxın adamlarından biri də qurumda yeni təsis edilmiş aparat rəhbəri vəzifəsini tutan Seyfəl Həsənov olub. Amma bizim əldə etdiyimiz məlumatlara görə AMEA-nın nizamnaməsinə zidd olaraq 2020-ci ilin dekabrında yaradılmış aparat rəhbəri vəzifəsinə oturan Seyfəl Həsənov Ramiz Mehdiyevin adamı deyil, akademiklə uzun müddətdir isti münasibətləri və qohumluq əlaqələri olan Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın ən yaxınlarından biridir.
Məlumat üçün bildirək ki, Seyfəl Həsənov 16 may 1955-ci ildə Qusarda anadan olub. 1978-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna daxil olub, 1983-cü ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirib. Əvvəllər Rus ədəbiyyatı kafedrasının müəllimi, baş müəllimi, dosenti olmuş, Tərcümə şöbəsinin müdiri vəzifəsini tutub. 2000-2004-cü illərdə yeni yaradılan Regionşünaslıq və Tərcümə fakültəsinin, 2004-2013-cü illərdə Tərcümə fakültəsinin dekanı olub. 2002-2005-ci illərdə Moskva Dövlət Bexnəlxalq Münasibətlər İnstitutu nəzdində fəaliyyət göstərən Regionşünaslıq ixtisası üzrə Rusiya Ali məktəbləri Tədris-metodiki Şurasında Bakı Slavyan Universitetinin təmsilçisi olub. 2013-cü ildə elmi işlər üzrə prorektoru vəzifəsinə təyin olunub.
Bunlar Seyfəl Həsənovun elmi-pedaqoji fəaliyyəti barədə olan qısa göstəricilərdir. Əslində isə o, kimdir?
2000-2014-cü ildə Bakı Slavyan Universitetinə rektorluğu dönəmində Kamal Abdullanın bir nömrəli adamı.
Həmin dövrlərdə tutduğu vəzifələrdə Seyfəl Həsənov 2021-ci ildə Bakı Slavyan Universitetinin əlavə və qiyabi təhsil şöbəsinin müdiri, külli miqdarda təhsil haqqı məbləğlərini mənimsəməkdə şübhəli bilinən Dürdanə Əliyevanın rolunu oynayıb. Kamal Abdulla Bakı Slavyan Universitetini tərk etdikdən sonra Seyfəl Həsənəva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində də iş verib, yanında saxlayıb. Kamal Abdulla nəhayət 2017-ci ildə Azərbaycan Dillər Universitetinə rektor təyin edildikdən sonra da Seyfəl Həsənovu sözügedən təhsil müəssisəndə kadrlar şöbəsinin rəisi vəzifəsində otuzdurub.
Bakı Slavyan Universitetində tələbələrin pulunu mənimsəyən şöbə müdirini burada əbəs yerə xatırlamadıq. Həmin hadisənin gündəmə gəlməsəni hamı yaxşı xatırlayır. Analoji halın Azərbaycan Dillər Universitetində də baş verməsinin qarşısını ondan bir müddət əvvəl Kamal Abdulla alıb. Belə ki, Seyfəl Həsənov vəzifəsindən sui-istifadə edərək Universitetdə işə qəbul adı ilə bir çox şəxslərdən külli miqdarda pul alıb. Bir müddət sonra Kamal Abdullaya yaxın adamı Seyfəl Həsənovun əməlləri ilə bağlı çoxsaylı şikayətlər olunub. Daha sonra onlarla insan Azərbaycan Dillər Universitetinin birinci mərtəbəsində narazılıqlarını ifadə ediblər. Səs-küyə çıxan Kamal Abdullaya məlum olub ki, Seyfəl Həsənov tütorlardan, tələbələrdən və bir çox insandan müxtəlif işlərin düzəldilməsi məqsədi ilə küllü miqdarda pul alıb, iş də görməyib, pulu da qaytarmayıb. Burada onun bu işləri təkbaşına görməsi heç inandırıcı gəlmir.
Amma məlumatlı mənbənin sözlərinə görə narazı şəxsləri sakitləşdirərək yola saldıqdan sonra Kamal Abdulla dərhal Seyfəl Həsənovu Azərbaycan Dillər Universitetindən uzaqlaşdırmağı qərara alıb. Qohumu Ramiz Mehdiyevin köməkliyi ilə onu AMEA Rəyasət Heyətində yeni yaradılan aparat rəhbəri vəzifəsinə otuzdurublar.
Məlum olduğu kimi Ramiz Mehdiyev AMEA prezidenti vəzifəsindən artıq istefa verib. Bu xəbərdən dərhal sonra AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirovun həbs olunması barədə məlumatlar yayıldı. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Eldar Əmirov barəsində çoxsaylı şikayətlərin olduğu bildirilir. Şikayətlər əsasən, E.Əmirovun işə düzəltmək adı ilə pul yığması ilə bağlı olub. İddia olunur ki, o, pulla işə adam düzəldirmiş. Lakin E.Əmirovun başqa əməllərinin də üstünün açılacağı istisna edilmir.
Maraqlıdır bir aparat rəhbəri kimi Seyfəl Həsənovun fəaliyyəti araşdırılsa nələr ortaya çıxar? Görəsən o,kimdən nə qədər pul alıb? Çox keçməz ondan da şikayət edənlərin səsi çıxacaq. Hələ Ramiz Mehdiyevin digər kadrlarını demirik. Elə fəaliyyəti Azərbaycan Dillər Universitetində kollektivin daim narazılığına səbəb olan rektor Kamal Abdulla kifayət edir. Heç kimə sirr deyil ki, Kamal Abdulla rektorluq etdiyi hər iki universitetdə daha əvvəllər Prezident Adminstrasiyasının rəhbəri kimi, sonra da AMEA-nın prezidenti kimi daim Ramiz Mehdiyevin kölgəsində olub. Hətta bir müddət əvvəl himayədarına arxalanaraq Azərbaycan Dillər Universiteti ilə Bakı Slavyan Universitetini birləşdirmək istəyi olduğu barədə məlumatlar da yayılmışdı. Amma göründüyü kimi onun bu istəyi baş tutmadı, himayədarı Ramiz Mehdiyev istefa mədəniyyəti nümayiş etdirərək səhnədən düşdü. Bəs görəsən adamları ondan ibrət dərsi alıb eyni addımı nə vaxt atacaqlar?
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33 |
|
|
|
• Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25 |
|
|
|
• Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22 |
|
|
|
• “Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20 |
|
|
|
• Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15 |
|
|
|
• AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11 |
|
|
|
• “Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06 |
|
|
|
• Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02 |
|
|
|
• "Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54 |
|
|
|
• Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52 |
|
|
|
• Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50 |
|
|
|
• Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00 |
|
|
|
• "Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56 |
|
|
|
• Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53 |
|
|
|
• Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51 |
|
|
|
• "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02 |
|
|
|
• İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00 |
|
|
|
• "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Dünən, 18:58 |
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Dünən, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Dünən, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Dünən, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Dünən, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Dünən, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Dünən, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Dünən, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Dünən, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Dünən, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Dünən, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Dünən, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Dünən, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Dünən, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Dünən, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Dünən, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Dünən, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Dünən, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Dünən, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Dünən, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Dünən, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Dünən, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Dünən, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Dünən, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Dünən, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Dünən, 16:04 |
|
|
|
|