Azərbaycanda 29 illik şirkət .....                     "Fikirləşdim ki, susum, danışmayım, amma..." .....                     Təyyarə qəzası ilə bağlı ilginc məqam .....                     Əclaf Qaro Paylan bilirsinizmi kimdir? .....                     Xairə İslamdan Nicat haqda sərt ittihamlar .....                     Paşinyan Azərbaycandan “yox” cavabı alacaq .....                     "Bu müzakirələr mənə daha da stimul verdi..." .....                     Azərbaycanda bu iki nazir postu boşdur .....                     Flora Kərimovanın vəkili Sevinc Heydərovanın .....                     "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? .....                     İlkin hesabatda müəmmalı QALANLAR: .....                     "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" .....                     Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi .....                     "Toy gözləməyin" .....                     Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb .....                     “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi .....                     Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək .....                     “PashaPay”dən “FINCA Azerbaijan”a transfer .....                     AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib .....                     Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... .....                     FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. .....                     Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? .....                     Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI .....                     Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi .....                     Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib .....                     İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: .....                     Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər .....                     Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı .....                     Bu universitetlərin diplomları Azərbaycanda tanınmır .....                     Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib .....                     "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, .....                     Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi .....                     “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” .....                     Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu .....                     İran müəllimləri Pezeşkiana səsləndi: .....                     “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” .....                     Ağdərədə silah-sursat aşkar edilib .....                     Tanınmış tarixçidən Əlisa Nicata: .....                     Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub .....                     Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini .....                 

Məmurların TENDER-MENDER OYUNLARI... - İLGİNC FAKTLAR
Tarix: 14-04-2022, 12:06 | Çap et
Məmurların TENDER-MENDER OYUNLARI...
Azərbaycanda sovet dönəmindən qalma elektrik enerjisi sisteminin yenidən qurulması layihələrinin həyata keçirilməsindən “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə 2001-2018-ci illərdə prezidentlik etmiş Etibar Pirverdiyevin qazandıqları barədə kifayət qədər yazılıb. Onun bu sistem vasitəsi ilə əldə etdiyi milyonlarla ölçülən var-dövlət barədə də həmçinin. 2018-ci ildə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə prezident təyin olunmuş Baba Rzayev barəsində də az məlumatlar yayılmayıb. Buna qədər “Azərişıq” ASC-nin sədri olmuş Baba Rzayevin də var-dövləti milyonlarla ölçülür. Bu var-dövlətin mənbəyi isə təbii ki, dövlətdən korrupsiya yolu ilə oğurlanmışlar və oğurlananlardır. Bir sözlə, “Azərenerji” -də təkcə rəhbər dəyişikliyi baş verib, qalan hər şey olduğu kimi davam edir. Etibar Pirverdiyev köhnə elektrik enerjisi sisteminin yenidən qurulması layihələrindən oğurlayırdısa, Baba Rzayev isə işğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun bərpası və yenidən qurulması işlərindən oğurlayır. Təkcə azad edilmiş ərazilər deyil, həm də dəyəri milyonlarla ölçülən, bir çox bölgələrin elektrik enerji ilə təminatının yaxşılaşdırılması ilə bağlı görülən işlərdən də. Necə?

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə 2021-ci ildə bir sıra yarımstansiyasının tikintisi və elektrikquraşdırması, yenidən qurulması və istismara verilməsi işlərinin satın alınması üzrə təkliflər sorğusu üsulu ilə 8, dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan 28 Açıq Tender elan olunmuşdur.

Lakin “Azərenerji” ASC-nin Tender Komissiyası elan olunmuş bu Açıq Tenderlərin nəticələri barədə məlumatları ictimaiyyətə sadəcə bildiriş yolu ilə açıqlamış, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələb etdiyi kimi, bağlanmış müqavilələr üzrə məlumatları açıq şəkildə elan etməmişdir. Biz bilmirik, bəlkə qanunda müqavilələrin gizlin saxlanılması barədə ayrıca maddələr var? Bununla bağlı qurumun Tender Komissiyasına ünvanladığımız sorğu məktubu cavabsız qaldı. Bildiyimiz odur ki, sözügedən qanunu 10-cu maddəsinə görə tender təklifləri, ofertalar və ya kotirovkalar təqdim etmiş malgöndərənlərin (podratçıların) adları və ünvanları, satınalma müqaviləsi bağlanan malgöndərənin (podratçının) adı və ünvanı, həmin müqavilənin qiyməti ictimaiyyətə açıqlanmalıdır. Amma görün “Azərenerji” ASC-nin Tender Komissiyası hansı yollara əl atır.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 23.12.2021-ci tarixində elan edilmiş 330 kV-luq 4-cü “Mingəçevir” Hava Xəttinin yenidənqurulması və 37-38 saylı dayaqlararası aşırımda 330 kV-luq 5-ci və 6-cı “Mingəçevir” Hava Xətləri ilə kəsişmədə elektrikquraşdırma işlərinin satın alınması üzrə açıq tender üsulu ilə keçirilən müsabiqədə “Azərelektrik Tikinti Quraşdırma” MMC , 500 kV-luq 2-ci “Abşeron” və 330 kV-luq 1-ci “Abşeron” Hava Xətlərinin yenidənqurulması və elektrikquraşdırma işlərinin satın alınması üzrə “Azenco” ASC, 330 kV-luq 4-cü “Mingəçevir” Hava Xəttinin yenidənqurulması və 37-38 saylı dayaqlararası aşırımda 330 kV-luq 5-ci və 6-cı “Mingəçevir” Hava Xətləri ilə kəsişmədə elektrikquraşdırma işlərinin satın alınması üzrə “Azenco” ASC, 500 kV-luq “Samux-Qardabani” Hava Xəttində yenidənqurma və elektrikquraşdırma işlərinin satın alınması üzrə “Azenco” ASC, 110 kV-luq ikidövrəli “110/35/10 kV-luq “Kəlbəcər” Yarımstansiyası – 110/35/10 kV-luq “Qorçu” Yarım stansiyası” arası Hava Xəttinin tikintisi və elektrikquraşdırma işlərinin satın alınması üzrə “Azərelektrik Tikinti Quraşdırma” MMC, 110 kV-luq ikidövrəli “Böyükşor Yarımstansiyası – Binəqədi Yarımstansiyası” arası Elektrik Verilişi Xətlərinin tikintisi və elektrikquraşdırma işlərinin satın alınması üzrə “Electro İndustries” QSC, 220 kV-luq 2-ci “Zabrat” Hava Xəttinin giriş-çıxış sxemi ilə “Böyükşor” Yarımstansiyasına, 220 kV-luq 4-cü “Zabrat” Hava Xəttinin giriş-çıxış sxemi ilə “Qala” Yarımstansiyasına, 110 kV-luq 2-ci “Maştağa” Hava Xəttinin giriş-çıxış sxemi ilə 220 kV-luq “Zabrat” Yarımstansiyasına qoşulması və elektrikquraşdırma işlərinin satın alınması üzrə “Elektrikquraşdırma” Müəssisəsi, 110 kV-luq 1-ci və 2-ci “Şəmkir” Elektrik Verilişi Xətlərinin giriş-çıxış sxemi ilə “Gəncə-2” Yarımstansiyasına qoşulması və 330 kV-luq 1-ci “Goranboy” Hava Xəttinin tikintisi və istismara verilməsi işlərinin satın alınması üzrə “Azərelektrik Tikinti Quraşdırma” MMC, 500 kV-luq 2-ci “Abşeron” və 330 kV-luq 1-ci “Abşeron” Hava Xətlərinin yenidənqurulması və elektrikquraşdırma işlərinin satın alınması üzrə “Azərelektrik Tikinti Quraşdırma” MMC, “Şimal” Elektrik Stansiyasında yeni su soyutma estakadasının tikintisi və istismara verilməsi işlərinin satın alınmaları üzrə “BCC Group” MMC, “Bakı-3” Elektrik Yarımstansiyasının İdarəetmə mərkəzinin tikintisi işlərinin satın alınmaları üzrə “Azconstruction” QSC, 330/110/10 kV-luq «Ağcabədi» Yarımstansiyanın yenidən qurulması və istismara verilməsi işlərinin satın alınması üzrə “Azconstruction” QSC, 330/230/110/35/10 kV-luq «İmişli» yarımstansiyanın yenidən qurulması və istismara verilməsi işlərinin satın alınmaları üzrə “Electro İndustries” QSC müsabiqələrin qalibi müəyyən edilmişlər. Qalib gəlmiş təşkilatlarla müvafiq satınalma müqaviləsinin imzalanmıası barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalında 08.04.2022-ci il tarixdə açıqlanmışdır.

“Azərenerji” ASC tərəfindən 17 noyabr 2021-ci il tarixində elan edilmiş 330/110/10kV-luq “Gəncə” Yarımstansiyasının yenidən qurulması və istismara verilməsi işlərinin satınalınması, 110/35/10 kV-luq “Laçın (Qorçu)” Yarımstansiyasının tikintisi və istismara verilməsi işlərinin satın alınması üzrə açıq tender üsulu ilə keçirilən tenderdə “Electro industries” QSC, “Azconstruction” QSC şirkətləri qalib müəyyən edilmişdir. Qalib gəlmiş təşkilatlarla müvafiq satınalma müqaviləsi imzalanması barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalında 09.02.2022-ci il tarixdə açıqlanmışdır.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 08 oktyabr 2021-ci il tarixində elan edilmiş 110/35/10 kV-luq “Masallı” YS-nın yenidənqurulması və istismara verilməsi işlərinin satın alınması üzrə açıq tender üsulu ilə keçirilən tenderdə “LİGHT CİTY” QSC , 110/35/10 kV-luq “Ucar” YS-nın yenidənqurulması və istismara verilməsi işlərinin satın alınması üzrə “Azconstruction” QSC, 110/35/10 kV-luq “Yevlax” YS-nın yenidənqurulması və istismara verilməsi işlərinin satın alınması üzrə “Azconstruction” QSC, 110/35/6 kV-luq “Salyan” YS-nın yenidənqurulması və istismara verilməsi işlərinin satın alınması üzrə “Gidromaşservis” QSC şirkətləri tenderlərin qalibi müəyyən edilmişlər.Qalib gəlmiş təşkilat ilə müvafiq satınalma müqaviləsi imzalanması barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalında 30.12.2021-ci il tarixdə açıqlanmışdır

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 01 oktyabr 2021-ci il tarixində elan edilmiş 110/35/6 kV-luq “Puta” YS-nın yenidənqurulması və istismara verilməsi işlərinin satın alınması üzrə açıq tender üsulu ilə keçirilən tenderdə “Azconstruction” QSC, 110/35/6 kV-luq “Zığ” YS-nın yenidənqurulması və istismara verilməsi işlərinin satın alınması üzrə “Azconstruction” QSC, 110/35/6 kV-luq “205 saylı” YS-nın yenidənqurulması və istismara verilməsi işlərinin satın alınması üzrə “Electro İndustries” QSC tenderlərin qalibi müəyyən edilmişlər. Qalib gəlmiş təşkilatlar ilə müvafiq satınalma müqaviləsi imzalanması barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalında 30.12.2021-ci il tarixdə açıqlanmışdır.

“Azərenerji” ASC tərəfindən 01 iyun 2021-ci il tarixində elan edilmiş “Qarabağ Regional Elektrik Şəbəkə” MMC-nin İnzibati və yardımçı təsərrüfat binalarının layihələndirilərək tikintisi işlərinin satın alınması, 110/35/6 kV-luq Qala Yarımstansiyasının 220/110/35/10/6 kV-luq YS-ya çevirməklə yenidən qurulması və istismara verilməsi işlərinin satın alınması və 110/20/6 kV-luq “Ramana” YS-nı 110/35/6 kV-luq yarımstansiyaya çevirməklə yenidən qurulması və istismara verilməsi işlərinin satınalınması işləri üzrə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə keçirilən açıq tenderlərdə “Farcon” QSC,“ Electro İndustries” QSC, “AZCONSTRUCTİON” QSC şirkətləri ilə müvafiq satınalma müqaviləsi imzalanması barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalında 12.08.2021-ci il tarixdə açıqlanmışdır. “Azərenerji” ASC tərəfindən 01 iyun 2021-ci il tarixində elan edilmiş “Qarabağ REŞ” üzrə istifadə olunacaq müxtəlif növ naqil və kabellərin satın alınması üzrə təkliflər sorğusu üsulu ilə keçirilən tenderdə “Gatdigital” QSC qalib müəyyən edilmişdir. Qalib gəlmiş təşkilat ilə müvafiq satınalma müqaviləsi imzalanması barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalında 26.06.2021-ci il tarixdə açıqlanmışdır.

AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 24 may 2021-ci il tarixində elan edilmiş üzrə Kəlbəcər rayonunda “Lev-4 KSES”-in yenidən qurulması işlərinin satın alınması üzrə təkliflər sorğusu üsulu ilə keçirilən tenderdə “FARCON” QSC qalib müəyyən edilmişdir. Qalib gəlmiş təşkilat ilə müvafiq satınalma müqaviləsi imzalanması barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalında 01.07.2021-ci il tarixdə açıqlanmışdır.

“AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 17 may 2021-ci il tarixində elan edilmiş “Xındırıstan” YS – “Ağdam” YS arası 110kV-luq iki dövrəli EVX-nin tikintisi işlərinin satın alınması üzrə təkliflər sorğusu üsulu ilə keçirilən tenderdə “Electro İndustries” QSC, 110/35/10 kV-luq “Ağdam-2” Yarımstansiyasının tikintisi və elektrikquraşdırma işlərinin satın alınması üzrə “AZCONSTRUCTİON” QSC, 110/35/10 kV-luq “Ağdam-1” Yarımstansiyasının tikintisi və elektrikquraşdırma işlərinin satın alınması üzrə “Electro İndustries” QSC tenderlərin qalibi müəyyən edilmişlər. Qalib gəlmiş təşkilat ilə müvafiq satınalma müqaviləsi imzalanması barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalında 09.06.2021-ci il tarixdə açıqlanmışdır.

Qeyd etmək istərdik ki, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətin Tender Komissiyası keçirmiş olduğu bir çox aşağı qiymətli Açıq Tenderlərin nəticələri barədə dövlət satınalmalarının vahid internet portalına məlumatlar yerləşdirilib. Lakin nədənsə təkliflər sorğusu üsulu ilə və dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan Açıq Tenderlər üzrə bağlanmış müqavilələrdə görülən xidmətlərə ayrılmış vəsatlər barədə məlumatları açıqlamamışdır. Burada məqsəd nə ola bilər? Nə üçün dəyəri yüz minlərlə qiymətləndirilən tenderlər üzrə bağlanan müqavilələrdə ayrılan vəsaitlər açıqlanır, amma dəyəri milyonlarla ölçülən tenderlər üzrə ayrılan vəsaitlər açıqlanmır, gizlədilir. Xüsusilə qeyd etmək istərdik ki, nəinki 2021-ci ildə, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətin Tender Komissiyası tərəfindən əvvəlki illərdə də keçirilmiş dəyəri milyonlarla ölçülən bir çox Açıq Tenderlərin nətcələri barədə dövlət satınalmalarının vahid internet portalının bazasına heç bir məlumat yerləşdirməyib. Bu da keçirilmiş tender prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Bundan əlavə dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətin Tender Komissiyası daim bir neçə şirkətə də üstünlük vermişdir. Qalib olan şirkətlərin tenderlərin sayına görə siyahısı belədir: “Azconstruction” QSC 8, “Electro İndustries” QSC 7, “Azərelektrik Tikinti Quraşdırma” MMC 4, “Azenco” ASC 3, “Farcon” QSC 2, “Gatdigital”, “Gidromaşservis” QSC, “LİGHT CİTY” QSC, “BCC Group” MMC, “Elektrikquraşdırma” Müəssisəsi 1 açıq tenderin qalibi olmuşlar. Növbəti yazıda bu şirkətlərin “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayevə nə qədər yaxın olduğuna dair bir sıra gizlinlərə aydınlıq gətirməyə çalışacağıq.
Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02
"Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56
Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54
Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52
Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50
Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00
"Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56
Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53
Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51
"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02
İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00
"Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Dünən, 18:58
Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Dünən, 18:07
"Toy gözləməyin" - VİDEO
Dünən, 18:05
Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Dünən, 18:01
“Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Dünən, 17:59
Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Dünən, 17:55
“PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Dünən, 17:53
AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib - DOSYE
Dünən, 17:52
Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:48
FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Dünən, 17:40
Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Dünən, 17:35
Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Dünən, 17:33
Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Dünən, 17:30
Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 17:28
İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Dünən, 17:24
Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Dünən, 17:21
Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:01
Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Dünən, 16:59
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Dünən, 16:55
"Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Dünən, 16:53
Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Dünən, 16:51
“Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:45
Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Dünən, 16:42
İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Dünən, 16:35
“Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Dünən, 16:33
Ağdərədə silah-sursat aşkar edilib
Dünən, 16:31
Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Dünən, 16:10
Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Dünən, 16:09
Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Dünən, 16:07
"Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Dünən, 16:04
Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Dünən, 15:58
Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Dünən, 15:57
Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Dünən, 15:55
Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Dünən, 15:50
Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Dünən, 15:47
İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Dünən, 15:45
Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Dünən, 15:35
Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Dünən, 15:28
Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Dünən, 15:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru