Hesablama Palatasının “Bakı şəhər Əsaslı Tikinti və Təmir” MMC-də tapdığı “nöqsanlara” əlavələr - İLGİNC FAKTLAR
Tarix: 4-05-2022, 10:33 | Çap et
Məlum olduğu kimi aprelin 26-da Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qurumun ötənilki fəaliyyəti ilə bağlı Milli Məclisə hesabat təqdim etdi. Müzakirəyə çıxarılmış hesabatla bağlı çıxış edən deputatların bir qismi hesabatın kifayət qədər peşəkar səviyyədə, mövcud qanunvericilik aktlarına uyğun formada tərtib edildiyini bildirsə də, bir qismi büdcədən oğurlayan məmurların adlarının açıqlanmasını tələb ediblər. Bir qism deputat isə Palatanın apardığı bütün auditlərin tam mətninin, dövlət sirri hesab olunan məlumatlar istisna olmaqla, əhatəli şəkildə dərc edilmədiyindən, millət vəkilləri üçün açıq olmalıdığından narazılığını ifadə ediblər.
Qeyd edək ki, Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda bir neçə nazirlik və onlara tabeli qurumlarda aparılan audit nəticələrində üzə çıxarılmış qanunsuzluqlar icmal şəkildə təqdim olunmuş, hər bir audit obyekti üzrə ayrı-ayrı, adlı formada təqdim edilməmişdir. Audit nəticələrinin qismən açıqlandığı dövlət qurumları arasında Bakı şəhər İcra Hakimiyyətinə tabeli “Bakı şəhər Əsaslı Tikinti və Təmir” MMC-də var.
Hesabatda bildirilir ki, Bakı şəhəri üzrə abadlıq işlərinə, dövlət mənzil fonduna aid binaların əsaslı təmirinə və dam örtüyünün təmirinə, məhəllədaxili yolların və səkilərin təmirinə dövlət büdcəsindən davamlı olaraq Bakı şəhər İcra Hakimiyyətinə vəsait ayrılır və xərclənir. Buna baxmayaraq, indiyədək bu sahədə həyata keçirilən işlərin dəqiq ünvan, vaxt, icraçının adı, görülmüş təmir işlərinin növü, işlərin qısa xarakteristikası və s. məlumatları özündə əhatə edən elektron məlumat bazası yaradılmayıb.
Məlumat üçün bildirmək istərdik ki, Bakı şəhərində təmir-tikinti işlərini bilavasitə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən 2019-cu ildə yaradılmış “Bakı şəhər Əsaslı Tikinti və Təmir” MMC həyata keçirir. MMC-ni yaratmaqda Eldar Əzizovun məqsədi güya dövlət vəsaiti hesabına Bakı şəhərində həyata keçiriləcək əsaslı tikinti və təmir məsələləri sahəsində strateji planların hazırlanması, görüləcək işlərin koordinasiya olunması və ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunmasına nəzarətdən ibarət olacaq. Amma…
Aktualinfo.org Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 2019-cu ildən sonra dövlət satınalmaları yolu ilə bir sıra mal-materialların və xidmətlərin satın alınması məqsədi ilə həyata keçirdiyi bəzi tender prosedurları ətrafında araşdırma aparmışdır. Xüsusilə qeyd etmək istərdik ki, bu son illərdə Bakı şəhər İcra Hakimiyyətinin keçirdiyi tenderlərin az bir qismidir. Tenderlər Bakı şəhər İcra Hakimiyyətinə tabeli “Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin xətti ilə həyata keçirilib. Bu tenderlərdə “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilibmi, müəyyən işlər və xidmətlər üzrə bağlanmış müqavilələrdə saxtakarlıq hallarına yol verilibmi, habelə satın alınan malların (xidmətlərin) qiymətləri süni şəkildə şişirdilməyib ki, özünüz görəcəksiniz.
Sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmirinin satınalınması üzrə 2 899 292 manat məbləğində satınalma müqaviləsi 24.12.2021-ci il tarixdə “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmışdır.
Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satınalınması üzrə 9 892 535.44 manat məbləğində satınalma müqaviləsi 23.11.2021-ci il tarixdə “STAR CONSTRUKTİON-12” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmışdır.
Mənzil-kommunal xidmətlərinin göstərilməsinin təmin edilməsi məqsədi ilə tələb olunan müxtəlif növ malların satın alınması üzrə 4 639 760 manat məbləğində satınalma müqaviləsi 08.10.2021-ci il tarixdə “TİKİNTİ TƏCHİZAT BƏRPA” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmışdır.
Məhəllə daxili yollarda və səkilərdə asfalt örtüyünün təmiri üzrə 2 539 163.77 manat məbləğində satınalma müqaviləsi 04.08.2021-ci il tarixdə “XEZER-CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binaların təmirinin satınalınması üzrə 13 470 942.89 manat məbləğində satınalma müqaviləsi 10.06.2021-ci il tarixdə “STAR CONSTRUKTİON-12” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmışdır.
Mənzil və kommunal təsərrüfatı ilə bağlı subsidiyaların verilməsi üzrə 6 273 470 manat məbləğində satınalma müqaviləsi 07.06.2021-ci il tarixdə “LPRS 777” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Bakı şəhər ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işləri üzrə 16 559 900 manat məbləğində satınalma müqaviləsi 03.06.2021-ci il tarixdə “STAR CONSTRUKTİON-12” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmışdır.
Dövlət müəssisələrinə subsidiyaların verilməsinin satınalınması üzrə 1 284 430 manat məbləğində satınalma müqaviləsi 16.04.2021-ci il tarixdə “STONE CONSTRUCTİON” ” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmışdır.
Dövlət müəssisələrinə subsidiyaların verilməsinin satınalınması üzrə 1 284 430 manat məbləğində satınalma müqaviləsi 15.04.2021-ci il tarixdə “STONE CONSTRUCTİON” ” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmışdır.
Dövlət mənzil fonduna aid binaların dam örtüyünün təmirinin satın alınması üzrə 9 992 560.78 manat məbləğində satınalma müqaviləsi 11.06.2020-ci il tarixdə “VEST LTD” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmışdır.
Sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmirinin satın alınması üzrə 2 993 911.36 manat məbləğində satınalma müqaviləsi 11.06.2020-ci il tarixdə “STAR CONSTRUKTİON-12” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmışdır.
Dövlət müəssisələrinə subsidiyaların verilməsinin satın alınması üzrə 4 993 996 manat məbləğində satınalma müqaviləsi 15.05.2020-ci il tarixdə “TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmışdır.
Bakı şəhərində dövlət mənzil fonduna aid binaların təmirinin satınalınması üzrə 19 985 998.07 manat məbləğində satınalma müqaviləsi 19.03.2020-ci il tarixdə “İNPEKS-N” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinin satınalınması üzrə 2 592 341.98 manat məbləğində satınalma müqaviləsi 19.03.2020-ci il tarixdə “STAR CONSTRUKTİON-12” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmışdır.
Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satınalınması üzrə 16 983 435.6 manat məbləğində satınalma müqaviləsi 19.03.2020-ci il tarixdə “STAR CONSTRUKTİON-12” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmışdır.
Bakı Şəhər ərazisində tikinti və təmir işlərinin aparılmasının satınalınmas 3 lot üzrə 2 999 478.6 manat məbləğində satınalma müqaviləsi 14.05.2019-cu il tarixdə “İNPEKS-N” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Bakı Şəhər ərazisində tikinti və təmir işlərinin aparılmasının satınalınmas 3 lot üzrə 2 575 040.6 manat məbləğində satınalma müqaviləsi 14.05.2019-cu il tarixdə “İNPEKS-N” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Bakı Şəhər ərazisində tikinti və təmir işlərinin aparılmasının satınalınmas 3 lot üzrə 16 999 743.9 manat məbləğində satınalma müqaviləsi 14.05.2019-cu il tarixdə “İNPEKS-N” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Diqqətinizə çatdırdığımız bu tenderlər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti kimi ciddi bir qurumunun nəzarət etdiyi dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardı. Göründüyü kimi, burada “Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətin həyata keçirdiyi bir çox tenderlərdən fərqli olaraq, tikinti və təmir işlərinin aparılması nəzərdə tutulan dövlət mənzil fonduna aid binaların, məhəllədaxili yollar və səkilərin, həyətlərdə park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin Bakı şəhərinin konkret olaraq hansı ünvanında aparılacağı göstərilməyib. Hansı ki, Hesablama Palatası da son audit hesabatında “Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətin bu sahədə həyata keçirilən işlərin dəqiq ünvan, vaxt, görülmüş təmir işlərinin növü, işlərin qısa xarakteristikası və s. digər zəruri məlumatları ictimaiyyətə açıqlamadığını göstərmişdir. Göründüyü kimi burada açıqlanması mövcud qanunlara görə zəruri olan bir sıra ən vacib məlumatlar bilərəkdən gizlədilib. MMC-nin keçirdiyi bir çox satınalmalardan fərqli olaraq məhz bir sıra təmir -abadlıq işlərinin aparıldığı ünvanları göstərməməkdə məqsədi nə ola bilər?
Burada məqsəd dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılması deyilsə, nə üçün görüləcək işlərin həcmi və konkret ünvanı göstərilmir? Tərəfimizdən aparılan təxmini hesablamalara görə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən son üç ildə yuxarıda göstərdiyimiz bir qism tenderlərə 138 960 430 manat dövlət vəsaiti ayrılmışdır. İndi bu vəsaitlərin səmərəli və şəffaf şəkildə istifadəsinə nəzarəti kim edir? Təbii ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və onun ən yaxın adamı.
Qeyd edək ki, “Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Abit Əliyevdir. Eldar Əzizov hələ 2003 – cü ildə Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra, Samux rayonunda Qaz İstismar İdarəsinin müdiri işləmiş Abit Əliyevi Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinə müdir təyin etmişdi. Eldar Əzizov Gəncədən sonra Sumqayıta da başçılıq etdiyi dövrlərdə Abit Əliyevi yanında gəzdirib. Eldar Əzizov daha sonra Abit Əliyevi Səbail rayon İcra Hakimiyyətində müavin vəzifəsinə də gətirdi. Onun Bakı şəhər İcra Hakimiyyətində də vəzifə alacağı gözlənilirdi. Lakin Eldar Əzizov sadiq kadrına şəhərin təmir tikinti işlərinə qeyri leqal nəzarəti həvalə etməyi üstün tutdu.
Göründüyü kimi, Bakı şəhərində məhəllə daxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə, dövlət mənzil fonduna aid binaların təmirinə, səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin aparılmasına dövlət tərəfindən külli miqdarda vəsaiti ayrılıb. Amma nə çoxdu Bakı şəhərində məhəllədaxili yollar, mənzil fonduna aid binalar, park və bağlar. Nəzərdə tutulan bu təmir işlərinin konkret olaraq hansı ünvanda aparılmasının və həcminin göstərilməməsi bir çox qaranlıq mətləblərdən xəbər verir. Ola bilərmi ki, bu pullar da, həcmləri sənədlərdə artırılaraq eyni yolların qazılaraq yenidən asfaltlanmasına, eyni binaların dam örtüyünün yenidən təmirinə, eyni park və bağların təkrar təmirinə yazılaraq təyinatından yayındırılır?
Hesablama Palatası məhz bunlara ayınlıq gətirməli idi. Yoxsa Palatanın nöqsan hesab etdiyi bu kimi qanunsuzluqları hamımız görürük. Hesablama Palatasının açıqlamaq istəmədiyi nöqsanlarla, “Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətin gizlin keçirdiyi tenderlərdən fərqi nə? Bizim etdiyimiz əlavələr isə Hesablama Palatasının tapdığı “nöqsanları” konkretləşdirmək məqsədi daşıyır. Hansı ki, bunu Hesablama Palatası da etməliydi. Aktualinfo.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Bu gün, 23:54 |
|
|
|
• Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Bu gün, 23:52 |
|
|
|
• Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Bu gün, 23:50 |
|
|
|
• Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Bu gün, 20:00 |
|
|
|
• "Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Bu gün, 19:56 |
|
|
|
• Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Bu gün, 19:53 |
|
|
|
• Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Bu gün, 19:51 |
|
|
|
• "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Bu gün, 19:02 |
|
|
|
• İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Bu gün, 19:00 |
|
|
|
• "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Bu gün, 18:58 |
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Bu gün, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Bu gün, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Bu gün, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Bu gün, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Bu gün, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Bu gün, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Bu gün, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Bu gün, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Bu gün, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Bu gün, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Bu gün, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Bu gün, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Bu gün, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Bu gün, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Bu gün, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Bu gün, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04 |
|
|
|
• Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58 |
|
|
|
• Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57 |
|
|
|
• Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55 |
|
|
|
• Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50 |
|
|
|
• Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47 |
|
|
|
• İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45 |
|
|
|
• Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35 |
|
|
|
• Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28 |
|
|
|
• Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24 |
|
|
|
• Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23 |
|
|
|
• Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10 |
|
|
|
|