![Lerikdə TƏHSİL: İldırımlı yollarla olmasa da, PALÇIQLI YOLLARLA... Lerikdə TƏHSİL: İldırımlı yollarla olmasa da, PALÇIQLI YOLLARLA...](/uploads/posts/2022-10/thumbs/1666938029_0001.jpg)
Lerikin Laman kənd məktəbinin coğrafiya müəllimi şagirdlərin istifadə etdiyi yolun bərbad vəziyyətdə olmasından şikayətçidir.
DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Görüntülərdə danışan müəllim şagirdlərin gündəlik istifadə etdiyi yolun palçıq içində olduğunu bildirib:
“Bu palçığın içində hansı şəxsiyyət yeriyər?! 4 il bakalavr, 2 il magistr, 3 il də doktorantura təhsili almışam. Soruşuram, bu palçıqlı yolda təhsilimizin hansı işığından, gələcəyindən danışa bilərik?”.
Həmin kadrları təqdim edirik: