Bakıda tikinti şirkəti sakinlərə cəhənnəm yaşadır - NARAZILIQ VAR...
Tarix: 13-09-2024, 11:38 | Çap et
Bakının Nizami rayonunda tikinti şirkəti sakinlərə "qan uddurur". Bu barədə Sputnik Azərbaycan-a Nizami rayonu Kamil Balakişiyev küçəsində yaşayan sakinlər məlumat verib. Sakinlər bildiriblər ki, "Kursus-Nizami" Mənzil-Tikinti Kooperativi sakinləri illərdir yaşadığı mənzildən məcburən çıxmağa vadar edir. MTK binanın qəzalı olduğunu bəhanə edib Kamil Balakişiyev və İmaməddin Nəsimi küçələrinin kəsişməsində yerləşən 2519-cu məhəllədə yerləşən 39, 41, 43, 45, 47/13 nömrəli üçmərtəbəli binaları, eləcə də onların həyətində yerləşən ikimərtəbəli uşaq bağçasını, qazanxananı, qeyri-yaşayış obyektlərini sökmək barədə Bakı Şəhər İcra Hakimiyyəti ilə razılığa gəlib.
Sakinlərin qara günləri də elə o vaxtdan başlayıb. Sakinlərin dediyinə görə, tikinti şirkəti binanın qəzalı olduğunu bəhanə gətirərək sakinləri öz şərtləri ilə razılaşmağa məcbur edir. Halbuki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun rəyində binanın qəzalı olduğuna dair bir kəlmə də yazılmayıb: "Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun rəyinə əsasən, Nizami rayonu, Kamil Balakişiyev və İmaməddin Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən yaşayış binaları və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən məhdud işlək vəziyyətdədir". Sakinlərin agentliyə təqdim etdiyi rəydə də binanın texniki cəhətdən məhdud-işlək vəziyyətdə olduğu qeyd olunub. Sakinlər 1960-cı ildə inşa olunmuş binalarda zəlzələdən sonra çatların belə yaranmadığını, binanın texniki vəziyyətindən narazı olmadıqlarını bildiriblər. Onların sözlərinə görə, sadəcə, olaraq tikinti şirkəti kommersiya məqsədilə yeni binalar inşa etmək üçün ərazidəki binaları sökmək istəyir.
Beləliklə, binada yaşayan sakinlərin bir qismi ilə razılığa gələn tikinti şirkəti onların təklifi ilə razılaşmayan sakinləri incidir. Bu iddia ilə sakin Dina Adreyeva çıxış edib. O, müsahibəsində bildirib ki, tikinti şirkəti sakinlərin istəyini nəzərə almadan, heç bir layihə təqdim etmədən işə başlayıb. Bu səbəbdən də şirkət nümayəndələrinin təklifləri ilə razılaşmayan sakinlər məhkəməyə verilib. "MTK bizi məhkəməyə verib məhkəmənin qərarı ilə bizi illərlə yaşadığımız şəxsi mənzilimizdən çıxarmağa çalışır. Məhkəmənin isə onların iddiasını necə qəbul etdiyini anlamıram. Şirkət sakinlərin yaşadıqları mənzillərin ölçüsü barədə məhkəməyə yalnış məlumatlar təqdim edib. Şərtlər yalnız tikinti şirkəti tərəfindən irəli sürülməməlidir, sakinlərin də öz şərtləri var. Hər hansı şəkildə qarşılıqlı razılığa gəlmək mümkün olduğu halda, şirkət nümayəndələri sakinlərin heç bir təklifini qəbul etmir, bizə qarşı heç bir güzəştə getmirlər. Onlar razılaşmanı birtərəfli formada tərtib edir, öz şərtlərini diktə edirlər. Biz bir sıra dövlət qurumlarına müraciət etsək də, hələ ki, heç bir qurumdan müraciətimizə cavab gəlməyib. Hətta yerli icra hakimiyyətinə də müraciət etmişik – onlar da şirkətin tərəfindədir" - sakin şikayətlənib. İrina Koşinova adlı sakin isə deyir ki, tikinti şirkəti əraziyə gəlməmişdən əvvəl bina tam istismara yararlı olub. Onlar gəldikdən sonra sakinlərin yaşadığı binanı yararsız vəziyyətə salıblar. "Evimizi qəzalı vəziyyətə salıblar, pəncərələri, qapıları çıxarıblar, işıqları söndürüblər. Bir çox sakinlər evlərini tərk etmək istəmirlər, çünki şirkət nümayəndələri onların istəklərini ümumiyyətlə nəzərə almır və onları məhkəməyə verir. Bizim əmlak toxunulmazlığı hüququmuz var. Şəxsi mülkiyyət qanunla toxunulmazdır. Amma tikinti şirkəti bizə qarşı tam qanunsuz hərəkət edir, öz şərtlərini diktə edir. Bizə öz mənzillərimizin ölçüsündən çox kiçik mənzil verir. Biz hazırda yaşadığımız şəraitdən məmnunuq və bu binada yaşamaq istəyirik. Nəyə görə rahat evimizdən köçüb kirayədə qalmalıyıq? Azərbaycanın möhtərəm prezidenti İlham Əliyev məmurlara xalqı incitməməyi tapşırıb. Ümid edirəm ki, prezidentimiz bizim səsimizi eşidəcək" - sakin bildirib.
Sözügedən binalardan birinin sakini Olqa Ağadadaşova isə qeyd edib ki, şirkətlə 10 aya yaxındır məsələ ilə bağlı danışıqlar aparılır, lakin onlar heç bir nəticəsi yoxdur. “Onlar bizdən daim güzəşt tələb edirdilər. Biz onlara təslim olanda isə dərhal növbəti güzəşt tələb etdilər. Üstəlik, öz variantımızı əldə etmək üçün bizdən əlavə ödəniş tələb edirlər. Məgər bu ədalətlidir?! Bu, onların güzəştidir ki, biz onlara əlavə pul ödəməliyik?” - sakin bildirir. Onun sözlərinə görə, binanın qəzalı olması barədə hər hansı sənədi olmayan inşaatçılar onu qəsdən qəzalı vəziyyətə gətirirlər. "Üstəlik, razılıq üçün öz variantımızı təklif edəndə, buna cavab olaraq deyirlər ki, "başqa çarən yoxdur, qəbul etməlisən. Bu azmış kimi, şirkət əməkdaşları sakinlərdən verdikləri sözə əməl etməyi və dedikləri sözləri unutmamağı tələb etsə də, eyni zamanda, hər gün özlərinə uyğun şəkildə mövqelərini dəyişirlər” - Ağadadaşova qeyd edib. Sakin onu da vurğulayıb ki, şirkətin sakinlərə qarşı təzyiq göstərmək və onların binadan çıxmasına nail olmaq üçün başqa metodlara əl atacağından, məsələn, binada suyu və ya işığı kəsəcəyindən ehtiyat edir. Timur Əmirxanov adlı digər sakin isə 20 ilə yaxındır yaşadıqları evdən məcburi çıxarıldıqlarını söyləyib. Bildirib ki, söküntü aparan tikinti şirkəti onları geniş həyəti olan binadan çıxararaq kirayə evə köçürür: "Bu bina qəzalı deyil. Amma tikinti şirkəti binanın qəzalı vəziyyətdə olduğunu bəhanə edib sakinləri mənzillərindən çıxarır. Bizi isə minimum üç illik kirayə mənzillərə köçməyə məcbur edir. Hansı sakinlə razılaşırlarsa, o mənzilin qapı-pəncərələrini çıxarırlar. Gördüyünüz kimi, tikinti şirkəti binanı qəsdən qəzalı vəziyyətə salır ki, yerdə qalan sakinlər də çarəsiz qalıb onların təklifi ilə razılaşsın. Tikinti şirkəti isə bizə mənzilimizin əvəzində yeni çoxmərtəbəli binadan mənzil verməyi təklif edir. Şirkət qazanmalıdır deyə, biz illərlə kirayələrdə qalmalı, geniş həyəti olan binamızı, şəraitli mənzillərimizi tərk etməliyik? Onlar sakinlərin heç bir istəyini nəzərə almırlar". "Kursus-Nizami" Mənzil-Tikinti Kooperativinin sədri Elnur Hüseynov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, BŞİH-in verdiyi sərəncama əsasən, FHN-nin rəyi əsasında sökülməsi nəzərdə tutulan köhnə binalarda yaşayan 139 ailənin köçürülməsi həyata keçirilib. Binaların yerində müasir tipli on altı mərtəbəli binalar inşa ediləcək.
"139 ailədən 115 ailə ilə qarşılıqlı razılığa gəlinərək notariusda müqavilə bağlanıb. 29 ailə ilə isə razılığa gəlinməyib. Buna da səbəb 29 ailənin 50 kv mənzilə 500-600 min manat pul, bir otaqlı mənzilə əlavə 80 kvadrat/metrlik iki mənzil tələb etməsidir. Şirkət bu fantastik məbləğlə razılaşa bilməz. Biz notarius xərcini, kirayə haqları və yüklərin daşınmasına çəkilən xərcləri ödəyirik. Hər mənzilin kvadratından 20-25 faiz sakinlərə mənzil veririk. Əvəzləşdirmə etməklə bağlı razılığa gəlməyənlər şirkətdən pul tələb edirlər. Biz isə sakinlərə demişik ki, mənzillərə görə pul yox, mənzillər veriləcək" - şirkət rəhbəri bildirib. Şirkət rəsmisi binanın pəncərələrinin şirkət tərəfindən sökülmədiyini də bildirib. Deyib ki, razılığa gələn sakinlər köçdükdən sonra mənzilin pəncərə və qapılarını çıxararaq bağ evlərinə aparırlar. E.Hüseynov onu da deyib ki, sakinlərin çıxmaması söküntü və tikinti işlərini ləngidir. O, hazırda binada yaşayan 6 sakinlə məhkəmədə çəkişmələrin davam etdiyini bildirib. Nizami Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Cavid Qafarov isə sözügedən ərazidə söküntü işlərinin pilot layihə əsasında aparılmadığını, tikinti şirkəti ilə sakinlərin öz aralarında razılığa gəlməli olduqlarını söyləyib. Bildirib ki, bu məsələ rayon icra hakimiyyətinin səlahiyyətində deyil. Amma sakinlər tikinti şirkətinin qanunsuz əməlləri ilə bağlı şikayət ediblərsə, bu faktlar araşdırılacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29 |
|
|
|
|