Əsas Səhifə > Cəmiyyət, Manşet > Əlixan Musayev Suriyada savaşmaq üçün azərbaycanlı dindarları Abdullah Yolcuya yönləndirir
Əlixan Musayev Suriyada savaşmaq üçün azərbaycanlı dindarları Abdullah Yolcuya yönləndirir4-11-2015, 11:24 |
![]() Vətəninfo.az-ın electron ünvanına daxil olan məlumatda iddia edilir ki, Türkiyədə "Quraba" vəqfi var və vəqfin sahibi Abdullah Yolcu adlı səxsdir.Abdullah Yolcu İraq vətəndaşıdır və 1989-cu ildən Türkiyədə yaşayır.Əslən İraq türkmənlərindədir. ![]() "Abdullah Yolcu Suriyada Əl-Qaidənin qolu sayılan "Əhrar-Şam" silahlı qruplaşmasının qurucularından sayılır.Abdullah Yolcu Suriyaya savaşmağa gedən gəncləri "Əhrar-Şam”a yönləndirir”-deylən məlumatda daha sonra vurğulanır ki,.Azərbaycan vətəndaşı və Azərbaycanda radikalların lideri sayılan Əlixan Musayev Abdullah Yolcu ilə hal-hazırda paralel fəaliyət göstərirlər. ![]() Məlumatda o da vurğulanır ki,Əlixan Musayev Suriyada savaşmaq üçün azərbaycanlı dindarları Abdullah Yolcuya yönləndirir və Abdullah Yolcuda "Əhrar-Şam”a.Abdullah Yolcu həmçinin Əlxan Musayev vasitəsi ilə Azərbaycanda şəbəkə qurur və Qafqazda "Əl-Qaida”ya bağlı yeni qruplaşma yaradılır. "Abdullah Yolcu Tütkiyədə dərslərində Usamə Bin Laden üçün dəyərli hocamız deyərək Bin Ladeni ümmətin mücahidi adlandırır.Əlixan Musayevə bu işdə Gürcüstan vətəndaşı olan azərbaycanlı və hal- hazırda Səyduyyə Ərəbistanında yaşayan Veysəl Orucovda yardım edir”. ![]() Məlumatda daha sonra iddia edilir ki, Veysəl Orucovda didnar gəncləri Suriyada cihada səsləyən və bunun üçün azərbaycanlı dindarlarla Türkiyədə xüsusi görüşlər təşkil edən səxsdir: "Azərbaycan üzrə üçlü şəbəkə fəaliyət göstərir.Abdullah Yolcu,Əlxan Musayev ve Veysəl Orucov.Bu fəaliyətə gərək dövlət dur desin və Saudiyyə Ərəbistanı və Türkiyəyə xəbərdarlı eləsin”. Redaksiyadan: Bur daha bəyan edirik ki, bu iddia dolu məlumat redaksiyamızın electron ünvanına daxil olub. Məlumatda iddia edilənlərlə bağlı adları hallanan şəxslərin mövqeini də dərc etməyə hazırıq. Geri qayıt |