MƏMURLARIN NARKOMAN BALALARI
Tarix: 23-06-2012, 12:20 | Çap et
SİYAHIDA HANSI MƏMUR ÖVLADLARININ ADLARI VAR?
Dünyanın əksər bölgələri kimi, Azərbaycanda da narkomaniya sürətlə genişlənir, baxmayaraq ki, buna qarşı rəsmi səviyyədə müxtəlif mübarizə tədbirləri aparılır. Rəsmi statistikada Azərbaycanda narkotiklərdən istifadə və onların qanunsuz satışı ilə bağlı faktlar ildən-ilə artır. Daxili işlər orqanlarının əməkdaşları hər gün narkotiklərlə bağlı onlarla cinayət faktı aşkar edirlər. Amma problem aktuallğını saxlamaqdadır...
Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumatına görə, əgər 2000-ci ildə Azərbaycandakı müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan narkomanların sayı 14010 nəfər olubsa, 10 il sonra – 2010-cu ildə bu göstərici 24875 nəfərə çatıb. Fikir veririsinizsə, 10 il ərzində rəsmi qeydiyyata düşən narkomanların sayı 10 min nəfər artıb. Hazıra həmin rəqəm 26 mini ötüb... Amma bu, rəsmi qeydiyyata alınan narkomanların sayıdır, qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda göstərilən rəqəmdən bir neçə dəfə çox narkoman var.
Mütəxəssislər bildirirlər ki, Azərbaycanda istifadə olunan narkotik maddələr əsasən anaşa, tiryək, heroin, ekstazi, həşiş, kokaindir. Məlumatlara görə ölkəmizdə narkotikin hər növünün öz alıcı təbəqəsi formalaşıb. Anaşa və tiryəkdən maddi imkanları aşağı olanlar, heroindən isə həm imkanlılar, həm də daha təcrübəli narkomanlar istifadə edirlər.
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının da aylıq məlumatlarında da zərərli vərdişin aludəçilərinin müxtəlif vasitələrdən-marixuana, həşiş, tiryək, heroin, həb, ampula diazepamdan istifadəsinə dair faktlar yer alır.
Vəzifəli şəxslərin narkomaniyaya tutulan övladlarının isə əsasən bahalı uyuşdurucu həblərdən istifadə etdiyi bildirilir. Bəli vəzifəli məmurların övladları... Məmur övladları arasında narkomanların çoxluq təşkil etdiyi artəq rəsmi səviyyədə etiraf olunub.
Baş nazirin müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov bir neçə gün öncə məmur övladlarının narkomaniyaya qurşandığını bəyan etsə də, onların adını açıqlamaq istəməyib:
«Bəzən imkanlı ailələrin uşaqları hər şeylə məşğul olur. Fikirləşirlər ki, narkotikdən istifadə etməyib, görsün, edəndə nə olacaq? Məqsədi narkoman olmaq deyil. Amma bu yolla çevrilirlər. Bu xəstəliyə düçar olanlar da əsasən də imkanlıların uşaqlarıdır. Çünki imkansızların narkotik bunu almağa vəsaiti yoxdur». Ə. Həsənov məmurlara sərt mesaj ünvanlayıb: «Bir gün başlayacağam onların övladları haqqında danışmağa, onda ayılarlar. Bir dəfə demişdim, mətbuat 6 ay məndən yazdı ki, nə vaxt onların adlarını açıqlayacağam. Belə getsə, açıqlamalı olacağam». Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin qonşuluğunda yaşayan sakinlərin Modern.az-a bildirdiklərinə görə, bu tibb müəssisəsinə tez-tez müxtəlif bahalı maşınlar gəlib-gedir. Onların məmur övladlarını müalicə və müayinəyə gətirib-apardığı avtomobillər olduğu qeyd edilir.
Bəs qanunla narkotik aludəçisi olan şəxslərin adlarının açıqlanması necə tənmizlənir? Bu hansı hallarda mümkün olur?
Modern.az-ın əməkdaşı bununla bağlı müvafiq şəxslərdən cavab öyrənməyə çalışıb.
Respublika Narkoloji Mərkəzin təşkilati metodoki işlər üzrə direktor müavini Aytən Səmədova Modern.az saytına bildirib ki, 2011-ci il statistikasına görə ölkədə 26 min 716 nəfər narkotik aludəçisi var. Lakin o, qeyd edib ki, onlar öz xəsətlərinin adlarını heç bir halda açıqlamırlar.
Yalnız bir istisna var: “Biz heç bir yerə xəstələrimizin adını göndərmirik. Ancaq məhkəmənin sorğusu olanda onların adlarını göndədirik”.
O, bu siyahıda məmur övladlarının adlarının xüsusilə seçilib göndərilmədiyini qeyd edib. “Yox, biz narkomaniyaya düçar olan məmur övladlarını seçib göndərmirik, adlar və soyadlar veriləndə, orada yazılmır ki. Bu, filan məmurun oğludur”.
Hüquqşunas Aslan İsmayılov isə məsələ ilə bağlı belə izahat verib?
“Əli Həsənov Azərbaycanda narkotiklərə qarşı mübarizə aparan Dövlət Komissiyasının sədridir, bu çox səlahiyyətli bir orqandır və onların sorğularına hamı cavab verir, araşdırmalar aparırlar. Əli Həsənovun dedikləri həqiqətə yəqin uyğundur, amma başa düşmədiyim bir məqam var. Bu qədər böyük vəzifə tutan şəxs - komissiyanın sədri, Baş nazirin müavini nə üçün bunun cinayət olduğunu bilə-bilə məmurların narkoman övladları barədə hüquq-mühafizə orqanlarına məlumat vermir? Əgər biz hüquqi dövlət olsaydıq, onun dedikləri əsasında Cinayət Məcəlləsinin 307-ci maddəsi (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) ilə cinayət işi qaldırardılar. Özü də etiraf edərək deyir: “Elə etməsinlər ki, mən kimlərinsə adını çəkim”. Vəzifədə olub vəzifəsindən şantaj kimi istifadə etmək heç ali şəxsə yaraşmır. Bilirsə, deməlidir, bilmirsə, demək şantajla məşğuldur”.
A.İsmayılov bildirib əgər narkotik aludəçisi xəstədirsə və müalicə alırsa, onda onların adlarının açıqlanması düzgün deyil.
“Yox, əgər onlar narkotika alış-verişi ilə məşğuldurlarsa və bunu üzərlərində gəzdirirlərsə, bu cinayətdir. Cinayət barəsində də hüquq-mühafizə orqanlarına müraciət olunmalıdır, bu hər bir vətəndaşın borcudur”.
Narkotikdən imkanlı ailələrin istifadə etməsi məsələsinə gəlincə isə Aslan İsmayılov “bu birmənalıdır və bunu hamı bilir” deyə vurğulayıb.
Azərbaycanda tanınmış simaların, yüksək vəzifə tutan bəzi şəxslərin yaxınlarının, övladlarının narkomaniyaya görə cinayət məsuliyyətinə cəlb olunmasına dair faktlar bir neçə dəfə mediaya açıqlanıb. Məsələn, Azərbaycanın keçmiş ədliyyə naziri, hazırda Konstitusiya Məhkəməsinin hakimi olan Südabə Həsənovanın qardaşı oğlu, Əzizbəyov rayonunun keçmiş prokuroru Rəşid Həsənovun oğlu Yalçın da həbs olunaraq ailəsinin adını gündəmə gətirib. O, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2009-cu il 17 aprel tarixli hökmü ilə məhkum edilib. Ötən il Prezidentin qərarı ilə əfv olunan Y.Həsənov narkotik vasitə olan “ekstazi”nin Azərbaycana gətirilməsi və dövriyyəsinə görə tutulmuşdu.
Digər bir misal: Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamlı narkotik madəllərin dövriyyəsində təqsirkar bilinərək həbs cəzası alanlardandı. O, Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunub.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Paşinyanın yurisdiksiya məsələsini qabartması suallar doğurur" - deputat
Bu gün, 14:00 |
|
|
|
• Mövcud olmayan sensasiya - Ortada heç bir əsas yoxdur axı...
Bu gün, 13:58 |
|
|
|
• Qoruqları İdarəetmə Mərkəzinə yeni sözçü təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:51 |
|
|
|
• Hikmət Hacıyevin sürpriz Tehran SƏFƏRİ - AKTUAL
Bu gün, 13:04 |
|
|
|
• Xankəndidə dəhşətli gecə: 200-dən çox erməni necə öldü? – Onun adı hallanır
Bu gün, 13:01 |
|
|
|
• Sərkisyana sui-qəsdlə bağlı iki versiya: - onu kim öldürüb?
Bu gün, 13:00 |
|
|
|
• AQC ilə “Meqa Sığorta” arasında əməkdaşlıq memorandumu - İMZALANIB
Bu gün, 12:54 |
|
|
|
• Azərbaycanda mal əti maya dəyərindən 3 dəfə baha satılır – Rəsmi statistika
Bu gün, 12:47 |
|
|
|
• Həbsdəki general 12 milyon 415 min ödəməsinin nəzərə alınmasını istəyir - GƏLİŞMƏ
Bu gün, 12:44 |
|
|
|
• 1 milyon mənimsəmədə ittiham olunan Raqif Abbasov hakim önündə: Azadlıqdadır... - TƏFƏRRÜAT
Bu gün, 12:43 |
|
|
|
• Dünyada taxılın bahalaşması Azərbaycana da təsir göstərəcək - NƏ ETMƏLİ?
Bu gün, 12:40 |
|
|
|
• Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Bu gün, 12:38 |
|
|
|
• Burda doğru danışana TƏZYİQ EDİRLƏR... - AXI NİYƏ?..
Bu gün, 12:36 |
|
|
|
• "Atam hələ xəstəxanadadır" - AÇIQLAMA
Bu gün, 12:26 |
|
|
|
• Əmlak Xidmətinin 5.5 milyonluq tenderinə “stop” qoyuldu
Bu gün, 12:24 |
|
|
|
• "Hazırda vəziyyətim çox pisdir, maddi imkanım acınacaqlıdır..." - GİLEY
Bu gün, 12:20 |
|
|
|
• Aİ ilə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırıq - Ovannisyan
Bu gün, 12:16 |
|
|
|
• Bakıdan Pezeşkiana siqnal göndərildi – “Həmin qüvvələr…”
Bu gün, 12:11 |
|
|
|
• Bakıda “Rus Evi”nin yerləşdiyi binanın üzərində adın rus dilində yazılması ilə bağlı tədbirlər görüləcək - AÇIQLAMA
Bu gün, 12:08 |
|
|
|
• Ermənistanın salamat olmasını istəyiriksə, bunu etməliyik - Paşinyan
Bu gün, 12:06 |
|
|
|
• “Təhsil deyil, biznesdir” – Elvin məktəblərdən gileyləndi
Bu gün, 11:50 |
|
|
|
• Suriyanın yeni lideri Türkiyəyə arxa çevirir? - “Regnum”
Bu gün, 11:47 |
|
|
|
• Gömrük generallarının pensiya QALMAQALI – Büdcəyə vurulan zərər GERİ ÖDƏNİLƏCƏK?
Bu gün, 11:40 |
|
|
|
• İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir - Ermənistan XİN
Bu gün, 11:37 |
|
|
|
• "Baku Network"un rəhbəri “Valday” klubunun Yaxın Şərq konfransında çıxış edəcək
Bu gün, 11:24 |
|
|
|
• “ABŞ Ermənistanda çevrilişin qarşısını aldı..." - “Armtimes”
Bu gün, 11:21 |
|
|
|
• "Mənim Ali Məhkəmənin sədri olduğum dövrdə ölüm cəzası qərarı verilməyib" - Tahir Kərimli
Bu gün, 11:15 |
|
|
|
• Aİ ölkələrinin hamısı Trampa qarşı çıxdı
Bu gün, 11:12 |
|
|
|
• Parlamentdə yeni TƏYİNAT - FOTO
Bu gün, 11:11 |
|
|
|
• İrəvandan açıqlama: - “Sülh sazişinin imzalanmasına çox yaxınıq”
Bu gün, 11:07 |
|
|
|
• "İmam Əli Mərkəzi" casus yuvasıdır - Nazir
Bu gün, 11:06 |
|
|
|
• Qızı vermədilər, oğurladılar - İmişlidəki olayın TƏFƏRRÜATLARI
Bu gün, 11:01 |
|
|
|
• Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Bu gün, 10:58 |
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq - Nazir
Bu gün, 10:51 |
|
|
|
• "Avroviziya" təmsilçimiz onlardan biri olacaq? - FOTO
Bu gün, 10:50 |
|
|
|
• Çin ABŞ məhsullarına tarif tətbiq edib
Bu gün, 10:39 |
|
|
|
• Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Bu gün, 10:38 |
|
|
|
• Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
Bu gün, 10:25 |
|
|
|
• "Bu, bir təsadüf deyildi" - VİDEO
Bu gün, 10:10 |
|
|
|
• Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 10:02 |
|
|
|
• Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq - Paşinyan
Bu gün, 09:55 |
|
|
|
• Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir - İTTİHAM VAR...
Bu gün, 09:52 |
|
|
|
• Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Bu gün, 09:50 |
|
|
|
• Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb - VİDEO
Bu gün, 09:45 |
|
|
|
• Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
Bu gün, 09:43 |
|
|
|
• "Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40 |
|
|
|
• “AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” - Fəzail Ağamalı
Bu gün, 09:36 |
|
|
|
• Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Bu gün, 09:29 |
|
|
|
• "Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" - Fazil Mustafa
Bu gün, 09:18 |
|
|
|
• "44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" - Paşinyan
Bu gün, 09:17 |
|
|
|
|