ŞOK: AZƏRBAYCANA QƏRBİN TƏZYİQLƏRİ ARTIR
Tarix: 27-06-2012, 18:25 | Çap et
POL FLINN: “AZƏRBAYCAN AVROPA ŞURASINDAN XARIC EDILMƏLIDIR”
DİA.AZ: - Bu gün Avropa Şurası Parlament Assambleyası “Demokratiya böhranı və müasir Avropada dövlətin rolu” adlı qətnamə qəbul edib. Sənəd isveçrəli deputat Andreas Qrossun hesabatı əsasında qəbul olunub.
Müəllifin fikrincə, Avropanı bürüyən iqtisadi böhran demokratiyaya olan ictimai inamsızlığı artırıb. “Geniş mənada bu, yeni çağırışların qarşısını almağa qadir olmayan, çevik və adekvat reaksiya verə bilməyən demokratik institutların fəaliyyətindəki ciddi nöqsanların nəticəsidir”, - Qross hesab edir. Onun fikrincə, əsas demokratiya ideyası cəmiyyətin hakimiyyət üzərində nəzarəti və həyat imkanlarının ədalətli paylanmasının vədidir.
Məruzədə qeyd olunur ki, AŞ üzvü olan ölkələrin bəzisi hələ də öz öhdəliklərinin yerinə yetirilməsinə dair monitorinq altındadır: Albaniya, Ermənistan, Bosniya və Herseqovina, Gürcüstan, Moldova, Çernoqoriya, Rusiya, Serbiya, Ukrayna və Azərbaycan.
Sənəddə demokratiyaya və hökumətin hərəkətlərinə nəzarəti həyata keçirən mühüm institutun təminatında müstəqil KİV-in rolu xüsusilə qeyd olunub. Bu zaman bəzi AŞ ölkələrində olduğu kimi, KİV-də inhisarın yolverilməzliyi əksini tapır.
Hesabatda tövsiyələr sırasında birbaşa demokratiyanın – referendumların geniş tətbiqinə dair bənd var. Bunun keçirilməsi üçün əhalinin 2-3%-nin təşəbbüsü kifayətdir.
“Elektron demokratiya”nın imkanlarından geniş istifadəyə, əsasən əhalinin təşəbbüslərinin parlamentə və digər dövlət qurumlarına çatdırılması üçün sosial şəbəkələrdən istifadəyə dair tövsiyələr əksini tapır.
Debatlar zamanı Ermənistandan olan deputat Naira Zoqrabyan Azərbaycanın, daha dəqiqi İlham Əliyevin üstünə düşüb. Avropada ekstremizmin təzahürünü pisləyən Zoqrabyan aprelin 2-də Bakıda “Avronest” PA-nın sessiyasında Azərbaycan prezidentinin çıxışını “rasizm və ksenofobiyanın şedevri” adlandırıb.
O həmçinin Azərbaycan hakimiyyətini və mətbuatını “ermənilərə qarşı dözümsüzlük nümayiş etdirməkdə” ittiham edib. Zoqrabyan təklif edib ki, “ermənilərin qatil kimi təqdim olunduqları” Azərbaycan dərslikləri araşdırılsın.
Azərbaycandan olan deputat Rövşən Rzayev qeyd edib ki, Qarabağ münaqişəsinin həll olunmaması ölkənin inkişafına əngəl törədir. O, AŞ-ni münaqişənin həllinə yardım göstərməyə çağırıb. “Biz Qafqazda müharibə istəmirik. Əgər Qarabağ münaqişəsini həll edib bir milyon qaçqını öz doğma yurdlarına qaytara bilsəydik, daim bu zalda eşitdiyimiz tənələri eşitməzdik”, - R.Rzayev vurğulayıb.
Britaniyalı deputat Pol Flinn deyib ki, demokratiyanın pozulmasına Qarabağ münaqişəsinin həll olunmaması ilə bəraət qazandırmaq olmaz. O deyib ki, əgər Azərbaycanda insan hüquqları ilə bağlı məsələlər həll olunmasa və siyasi məhbuslar azadlığa buraxılmasa, ölkəni Avropa Şurasından xaric etmək lazımdır. Flin insan haqları probleminin o cümlədən Azərbaycanda da həllinə yardım göstərdiyinə görə Qrossa təşəkkürünü bildirib.
Azərbaycanlı deputat Rafael Hüseynov qeyd edib ki, Ermənistan hüquq müdafiəçilərinin bu ölkədə insan haqlarının pozulması barədə bəyanatlarına və Ermənistanın digər dövlətin ərazilərini işğal etməsinə baxmayaraq, Avropa Şurası buna reaksiya vermir.
R.Hüseynovun çıxışından sonra AŞPA rəhbəri Jan Klod Minyon Azərbaycan və Ermənistandan olan deputatları qarşılıqlı ittihamlara son qoymağa və Assambleya üzvlərinə hörmətlə yanaşmağa çağırıb.
O bildirib ki, bu ərəfədə Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri ilə görüş keçirərək tərəfləri təmkinli olmağa çağırıb. “Biz münaqişəni bu yolla nizamlaya bilmərik”, - Minyon vurğulayıb və əlavə edib ki, 2013-2014-cü illərdə Azərbaycanla Ermənistanın Avropa Şurası Nazirlər Komitəsində yarımillik sədrliyi baxımından da təmkinlik vacibdir.
Sonra azərbaycanlı deputat Aydın Abbasov çıxış etməli idi. Lakin o, zalda olmadığından Minyonun sözlərinə münasibət bildirmək imkanları əldən çıxıb. Həmin vaxt digər azərbaycanlı deputat Sevinc Fətəliyeva da zalda olmayıb.
Debatlar zamanı əsasən Rusiyadan olan deputatlar qərb demokratik dəyərlərinin effektivliyini şübhə altına almağa çalışıblar. Deputat Aleksandr Sidyakinin məntiqinə görə, demokratiya toxlar üçün əyləncədir.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Bu gün, 15:39 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 15:37 |
|
|
|
• Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Bu gün, 15:36 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 15:31 |
|
|
|
• Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Bu gün, 15:26 |
|
|
|
• Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Bu gün, 15:25 |
|
|
|
• “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Bu gün, 15:17 |
|
|
|
• Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Bu gün, 15:16 |
|
|
|
• Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Bu gün, 15:14 |
|
|
|
• “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08 |
|
|
|
• “Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47 |
|
|
|
• PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02 |
|
|
|
• Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00 |
|
|
|
• “Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58 |
|
|
|
• Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06 |
|
|
|
• Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03 |
|
|
|
• “Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59 |
|
|
|
• Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57 |
|
|
|
• Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56 |
|
|
|
• Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50 |
|
|
|
• "Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" - Mübariz Tağıyev
Bu gün, 12:40 |
|
|
|
• Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı
Bu gün, 12:39 |
|
|
|
• Teymur Kərimovun cəzası 1 İL AZALDILDI - QƏRAR
Bu gün, 12:37 |
|
|
|
• Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 12:34 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:31 |
|
|
|
• Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” - VİDEO
Bu gün, 12:22 |
|
|
|
• Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? - Ekspert danışır...
Bu gün, 12:15 |
|
|
|
• “Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, kişidir də, bir yeməyi nə qədər yemək olar?”
Bu gün, 12:12 |
|
|
|
• Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz - ÇÜNKİ...
Bu gün, 12:08 |
|
|
|
• Səudiyyə Ərəbistanı statusunu gücləndirdi - İNCƏLƏMƏ
Bu gün, 12:06 |
|
|
|
• Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:03 |
|
|
|
• Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! – Mütəxəssisdən ŞOK FAKTLAR
Bu gün, 12:00 |
|
|
|
• Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib – RƏSMİ AÇIQLAMA
Bu gün, 11:55 |
|
|
|
• Milyonluq tenderləri udur, nizamnamə kapitalı isə 10 manat idi - "SMTS" MMC kimə məxsusdur?
Bu gün, 11:51 |
|
|
|
• “Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...” - Hüquqşünasdan CİDDİ ÇAĞIRIŞ
Bu gün, 11:48 |
|
|
|
• Azərbaycanda QANDONDURAN CİNAYƏT: cinsi orqanını kəsdi - TƏFƏRRÜAT
Bu gün, 11:38 |
|
|
|
• “AzDrama”da ŞOK ULTİMATUM: Mehriban Mehribana yenidən SAVAŞ AÇDI – “ÜZR İSTƏMƏLİSƏN!”
Bu gün, 11:36 |
|
|
|
• Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir
Bu gün, 11:35 |
|
|
|
• Səidə Niyamı dostluqdan SİLDİ
Bu gün, 11:28 |
|
|
|
• Sabah İstanbula gedə bilərəm - Tramp
Bu gün, 11:26 |
|
|
|
• İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik - İRNA
Bu gün, 11:22 |
|
|
|
• Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... - NƏ BAŞ VERİR?
Bu gün, 11:21 |
|
|
|
• Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb - MƏHKƏMƏ
Bu gün, 11:14 |
|
|
|
• Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir - İLGİNC FAKTLAR...
Bu gün, 11:12 |
|
|
|
• Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara 300 min manat zərər vuran şəxs həbs olunub
Bu gün, 11:05 |
|
|
|
• “İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” - FAKT BUDUR!
Bu gün, 11:02 |
|
|
|
• "Mozalan Studiyası"na yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:51 |
|
|
|
• "İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? – MƏHKƏMƏ
Bu gün, 10:44 |
|
|
|
• “Peyk zavodu”nun direktoru dəyişib - ƏMR
Bu gün, 10:43 |
|
|
|
|