“CƏNAB NAZİR ONU İŞDƏN NİYƏ KƏNARLAŞDIRIB?”
Tarix: 1-07-2012, 17:28 | Çap et
“RASİM ABDULLAYEV BUNU DESİN GÖRƏK”...
Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin sədri, hüquq müdafiəçisi Ələkbər Məmmədovla müsahibə.
- Ələkbər müəllim, siz, Mahmud Tağıyevin polis əməkdaşı tərəfindən aldadılması faktı ilə necə tanış olmuşdunuz?
- Keçmiş polis işçisi Mahmud Tağıyev mənə müraciət etmişdi ki, Daxili işlər orqanlarında çalışan bir neçə şəxs öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qeyri-qanunu yolla işə götürmə və buna bənzər digər hallara yol verirlər. Daha dəqiq desək, o, konkret Bakı Şəhər Baş Polis İdarəsinin kadrlar şöbəsinin rəisinin bu kimi əməllərindən bəhs etmişdi. Mən bununla bağlı bir müddət araşdırma apardım. İctimai araşdırma nəticəsində bəlli oldu ki, həqiqətən də BŞBPİ-nin kadrlar şöbəsinin rəisi Mahmud Tağıyevdən ev alacağı adıyla 15 min dollar pul almış, bir müddət sonra isə onu polis orqanlarında işə düzəltmişdir. Bundan bir müddət sonra isə Mahmud Tağıyev Rasim Abdullayev adlı həmin polis əməkdaşından öz pulunu istədikdə, şöbə rəisi ona deyib ki, bəs, onu polis sistemində işə düzəldib və verdiyi 15 min dollar pul da bu məsələ ilə bağlı haqq-hesab edilib. Bunun ardınca isə Mahmud Tağıyev müəyyən instansiyalara müraciətlər etmişdi. Təbii ki, bütün bu edilən müraciətlər də tamamilə haqlı əsaslara söykənirdi. Çünki, M.Tağıyevdən pul alan şəxs yüksək rütbəli dövlət məmurudu, polis işçisidi. Rasim Abdullayev sıravi şəxs deyil. Vəzifəli şəxsdir. Və vəzifəsindən sui-istifadə edərək, vətəndaşları aldatmaqla məşğuldur. Əlbəttə ki, belə bir halda mütləq onun bu fəaliyyəti haqda yuxarılara, Rasim Abdullayevin rəhbərliyinə şikayət edilməli, onları öz işçilərinin bu cür əməlindən xəbərdar etmək lazım idi ki, rəhbərlik görsün ki, polis orqanlarında işləyən əməkdaşları yerlərdə nə işlərlə məşğuldurlar?!
- Ümimiyyətlə, M.Tağıyevin Rasim Abdullayev barədə DİN rəhbərliyinə və digər orqanlara məlumat verməsinin özündə hər hansı bir hüquqi yalnışlıq varmı?
- Təbii ki, ortaya suallar çıxa bilər ki, nəyə görə, Mahmud Tağıyev o zaman bu borcu notarial qaydada təsdiqlətdirməyib və ya vaxtında məhkəməyə müraciət etməyib?! Bilirsiniz, bu sualların qoyuluşu belə düzgün deyil. Çünki, yenə qeyd edirəm, Rasim Abdullayev yüksək vəzifəli polis nəfəridir. O, mülki vətəndaş olsaydı, bu suallar haqlı ola bilərdi. Ancaq o, vəzifəli şəxs olduğu üçün Mahmud Tağıyev tamamilə haqlı addım ataraq, onun fəaliyyətindən cənab daxili işlər nazirinə şikayət ünvanlayıb. Rasim Abdullayevin törətdiyi əməl sırf cinayət xarakterlidir. Vəzifəsindən sui-istifadə edərək, vətəndaşın külli-miqdarda pulunu mənimsəyib. Mahmud Tağıyev bu məsələni ictimailəşdirənə qədər də müxtəlif orqanlara şikayət edirdi. Ancaq həmin şikayətlər müəyyən orqanlarda ilişib qalırdı və cənab nazirə çatdırılmırdı. Hətta, həmin ərəfədə Mahmud Tağıyevi DİN daxili təhqiqatlar idarəsinə də dəvət edib, məsələ ilə maraqlanıblar. Orda isə Möhübbət Hüseynov bildirib ki, sən ona pul vermisən, o da səni işə düzəldib, əvəz-əvəz olmusunuz. Belə olan halda da bircə yol qalırdı ki, mətbuat konfransı keçirərək, bu məsələni nazirin diqqətinə çatdırılsın. Mahmud Tağıyev də bunu edib.
- DİN rəhbərliyinin bu məsələyə dərhal reaksiya verməsini necə qiymətləndirirsiniz?
- Həqiqətən də, məsələ cənab nazirin diqqətinə çatdırılan kimi, o əmr verdi və BŞBPİ-nin kadrlar idarəsində yoxlamalar aparıldı və aşkarlanan nöqsanlar nəticəsində Rasim Abdullayev, həmçinin, DİN-nin kadrlar idarəsinin rəisi İlqar Əzimov vəzifələrindən azad olundu. Rasim Abdullayev bu hərəkətləri ilə polis orqanlarını ləkələdiyi üçün onun əməllərindən cənab naziri məlumatlandırmaq lazımdı idi. Əsas məqsəd bu idi. Ki, cənab nazir də bunu etdi. Mən, bunu alqışlayıram və cənab Ramil Usubova təşəkkür edirəm.
- Bunun ardınca isə Rasim Abdullayev Mahmud Tağıyevi məhkəməyə verdi...
- Bəli, indi, Rasim Abdullayev onun qanunsuz əməllərindən cənab nazirə məlumat verdiyi üçün Mahmud Tağıyevi məhkəməyə verir, bu haqda yazan qəzetləri təhdid edir. Görün, bu adamlar məhkəmədə nə irəli sürürlər?! Yazılan yazılarda onun şərəf və layaqəti alçaldılıb, guya utanır cəmiyyət içinə çıxmağa, qohumları stress keçirib və s. Cəmiyyət Rasim Abdullayev kimilərin polis sistemində nə oyunlardan çıxdığını yaxşı bilir?! Mən sual vermək istəyirəm ki, əgər Mahmud Tağıyevin gördüyü iş, dediyi sözlər haqsız idisə, nəyə görə, cənab nazir buna reaksiya verdi və sizləri işdə yol verdiyiniz nöqsanlara görə vəzifədən azad etdi?!
Mən Rasim Abdullayevin başqa bir cinayət əməlinə də toxunmaq istəyirəm. Son məhkəmə prosesində o, yenə vəzifəsindən sui-istifadə edərək, hansısa qeyri-qanuni yolla Mahmud Tağıyevin şəxsi işindən çıxarılış etmiş, onun polis sistemindən niyə çıxdığı barədə sənəd gətirmişdilər. Heç bir hüquqi əsası, işlə yaxından-uzaqdan əlaqəsi olmayan bu sənədin məhkəməyə gətirilməsi belə, onu göstərir ki, bu adam hələ də vəzifəsindən sui-istifadə etməklə məşğuldur. Bunun özü belə, ayrıca bir cinayət tərkibi daşıyır. Açıqlasınlar görək, həmin sənədi şəxsi işdən hansı yolla çıxarıblar? Təəssüflər olsun ki, məhkəmə də bu qeyri-qanuni əməllə bağlı bir xəbərdarlıq eləmədi. Bu da onu göstərir ki, yekunda yəqin ki, məhkəmə sifarişli qərar çıxaracaq. Özlərini haqlı çıxarmaq üçün min-bir üsula baş vururlar. Rasim Abdullayevin vəkili məhkəmədə söz atmadığı adam qoymadı qalsın. Bunlar hamısı onu göstərir ki, onlar qorxu içərisindədir.
Mahmud Tağıyevin tərəfindən çıxış edən adamlara danışmağa imkan vermirdilər. Məhkəmədə saxtakarcasına iddia edirdilər ki, Mahmud Tağıyevin polis orqanlarında işləyərkən nöqsanları olub. Buna don geyindirmək üçün də onun şəxsi işindən qeyri-qanuni yolla çıxarış etmişdilər.
- Sizcə, iddiaçı tərəfin dediyi kimi ortada şərəf və ləyaqətin alçaldılması faktı varmı?
- Bilirsiniz, yenə deyirəm, Mahmud Tağıyevin məqsədi Rasim Abdullayevin şərəf və ləyaqətini alçaltmaq olmayıb. Məqsəd o olub ki, cənab nazir bu məsələdən xəbərdar olsun və Rasim Abdullayev öz əməlinin cəzasını çəksin. Ki, nəticədə belə də oldu. Cənab nazir R.Abdullayevi vəzifədən azad etdi. Gətirsin, qoysun ortalığa görək, cənab nazir onu niyə işdən kənarlaşdırıb? “İşdə yol verdiyi nöqsanlar” nələrdən ibarətdir? Bəlkə hansısa sənədin yerini səhv qoyub və ya hansısa arayışı düz yazmamısan?! Necə oldu ki, Mahmud Tağıyev mətbuat konfransı keçirdikdən sonra, cənab nazir bu məsələdən xəbər tutduqdan sonra işdən çıxarıldı?! Açıqlansın, bəlkə elə Mahmud Tağıyevin qabartdığı məsələyə görə cəzalandırıb cənab nazir onu?
Təəssüfverici məqam ondan ibarət ki, polis orqanlarına əməlləri ilə ləkə gətirdiyi üçün cənab Ramil Usubovun əmri ilə işdən azad edilən bu şəxs hələ də polis sistemindən uzaqlaşdırılmayıb. Ona yeni vəzifə vəriblər. Hazırda Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin analitik şöbəsinin baş inspektoru vəzifəsində işləyir. Mən burdan cənab nazirə müraciət edirəm. Xahiş edirəm, belə adamları ümumiyyətlə polis orqanlarından uzaqlaşdırın. Siz, özünüz polis orqanlarını nümunəvi bir quruma çevirmək istəyirsiniz. Ancaq bu cü əməllərlə məşğul olan adamlar hələ də sistemdə təmsil olunurlar.
- İyulun 2-də Nərimanov rayon Məhkəməsi işlə bağlı qərar verəcək. Sizcə qərar necə olacaq?
- Biz, Azərbaycanda məhkəmə sisteminin necə və hansı şərtlərlə işlədiyini bilirik. Hesab edirəm ki, məhkəmə məsələyə obyektiv baxmayacaq. Əgər Rasim Abdullayev hazırda polis sistemindən kənarda olsaydı, məhkəmənin yekun qərarının ədalətli olacağını düşünmək olardı. Ancaq nəzərə alsaq ki, R.Abdullayev hələ də vəzifədədir, o, müəyyən vasitələrlə məhkəməyə təsir rıçaqlarını işə salmağa çalışacaq. Ancaq məhkəmə prosesində tam mənada sübuta yetirilib ki, iddia tamamilə əssassızdır.
Başqa bir məsələ də var ki, iddiaçı tərəf maddi sübut kimi məhkəməyə bia.az saytında Mahmud Tağıyevin adından dərc olunan açıqlanı təqdim edir. Halbuki, bunun heç bir hüquqi əsası yoxdu. Əvvəla, M.Tağıyev bia.az saytının rəhbərliyinə bununla bağlı müraciət etməyib, ikincisi də, onun buna heç ehtiyacı da olmayıb axı. Mahmud Tağıyev özü bir media qurumunun təsisçisidir. İstəsəydi, təsisçisi olduğu media qurumunda yazardı, deyərdi. Mahmud Tağıyev sadəcə bia.az saytının rəhbəri Südeyif Məcidli ilə şəxsi söhbətlərində bu barədə danışıblar. O isə M.Tağıyevdən xəbərsiz aralarında olan söhbəti öz məqsədi üçün ictimailəşdirib. R.Abdullayev isə bunu maddi sübut kimi məhkəməyə təqdim edir. Onu da nəzərə alaq ki, S.Məcidlinin rəhbəri olduğu saytda əvvələr də belə materiallar verilib və onlar daha sonra buna görə üzr istəyiblər. Məhkəməyə maddi sübut kimi təqdim olunan yazılar da, yəqin ki, bu qəbildəndir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "10 minlik ətir bəyənsəm, ərim ALAR" - VİDEO
Bu gün, 10:16 |
|
|
|
• Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı QƏRAR
Bu gün, 10:13 |
|
|
|
• Azərbaycanlı gənc yüksək vəzifəyə TƏYİN OLUNDU
Bu gün, 10:04 |
|
|
|
• Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR - VİDEO
Bu gün, 10:02 |
|
|
|
• Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir - TƏFƏRRÜAT
Bu gün, 09:59 |
|
|
|
• Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi - FOTO
Bu gün, 09:49 |
|
|
|
• 21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” - VİDEO
Bu gün, 09:44 |
|
|
|
• Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? - AKTUAL
Bu gün, 09:40 |
|
|
|
• Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR - NARAZILIQ VAR...
Bu gün, 09:38 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 09:31 |
|
|
|
• USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi - FAKT BUDUR!
Bu gün, 09:28 |
|
|
|
• Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur - İsrafil Kərimovun yazısı
Bu gün, 09:24 |
|
|
|
• Müharibə bitir: Fevralın 14-də... - “Bloomberg”
Bu gün, 09:15 |
|
|
|
• `Batıgöz Klinikası` pasiyentləri aldadır - Pulsuz müayinə, yoxsa fırıldaqçılıq?
Bu gün, 09:11 |
|
|
|
• “Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:07 |
|
|
|
• Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 09:01 |
|
|
|
• ""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." - REAKSİYA
Bu gün, 08:55 |
|
|
|
• Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:47 |
|
|
|
• "Heç bir şoudan və performansdan söhbət gedə bilməz"
Bu gün, 08:46 |
|
|
|
• Tenderlərlə bağlı SİRLİ OYUNLAR – Azərbaycan Türkiyə metoduna keçə bilər
Bu gün, 08:44 |
|
|
|
• Paşinyan Qarakilsədən dəhliz versə... - İran heç nə edə bilməyəcək
Bu gün, 08:41 |
|
|
|
• Paşinyan o sənədləri yaysa... - Sülhlə bağlı İLGİNC GƏLİŞMƏ
Bu gün, 08:35 |
|
|
|
• ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... - Təkcə bir idarədə... təkcə bir fakt...
Bu gün, 08:24 |
|
|
|
• Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? - İddialara RƏSMİ CAVAB
Bu gün, 08:16 |
|
|
|
• Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... - Ekspert danışır...
Bu gün, 08:14 |
|
|
|
• "Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:14 |
|
|
|
• Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər - İNCƏLƏMƏ
Bu gün, 07:08 |
|
|
|
• Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesi KEÇİRİLƏCƏK
Bu gün, 07:07 |
|
|
|
• USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür - deputat
Bu gün, 07:05 |
|
|
|
• Bu gün Ruben Vardanyanın məhkəməsi DAVAM EDƏCƏK
Bu gün, 07:03 |
|
|
|
• Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə - "İrəvan bundan faydalana bilər"
Bu gün, 06:35 |
|
|
|
• Ermənistan növbəti təxribata hazırlaşır - SON DURUM
Bu gün, 06:33 |
|
|
|
• Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM - VİDEO
Bu gün, 06:28 |
|
|
|
• Erməni general Bakıya görə separatçıları təhdid etdi - "Ya 8 min manat ödəyin, ya da..."
Bu gün, 06:25 |
|
|
|
• Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33 |
|
|
|
• Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25 |
|
|
|
• Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22 |
|
|
|
• “Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20 |
|
|
|
• Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15 |
|
|
|
• AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11 |
|
|
|
• “Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06 |
|
|
|
• Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02 |
|
|
|
• "Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54 |
|
|
|
• Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52 |
|
|
|
• Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50 |
|
|
|
• Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00 |
|
|
|
• "Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56 |
|
|
|
|