![QARPIZDAN KÜTLƏVİ ZƏHƏRLƏNMƏ QARPIZDAN KÜTLƏVİ ZƏHƏRLƏNMƏ](/uploads/posts/2012-07/1342432287_qarpiz.jpg)
QONAQLIQDA VERİLƏN QARPIZ ZƏHƏRƏ DÖNDÜ
Azərbaycanda qarpızdan kütləvi zəhərlənmə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə iyulun 15-də İsmayıllı rayonu Qoşakənd kəndində qeydə alınıb. Kənd sakinləri Mükafat Qədirov, Gülsabah Əliyeva, onlara qonaq gələn qonaqlar - Bakı şəhər sakinləri Aygün Nağıyeva, Nailə Nağıyeva və İsmayıl İsmayılov qarpızdan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.