“Retems Group” dələduzluqda ittiham olunur .....                     Rusiya təbliğatının ənənəvi aqressiyası .....                     "Naxçıvanda xaosmu yaratmaq istəyir?" .....                     Azərbaycan başdan-başa QUMARXANADIR... .....                     “Kupça”sız evlər necə satılır? .....                     Aliment fondu layihəsi reallaşır .....                     Ermənistan arxa-dayaq axtarışında: .....                     Yeni nazir bu məşhur alimin oğludur .....                     Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan .....                     Sonunda çanaq öz başlarında çatladı .....                     Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib .....                     Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib .....                     Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? .....                     Xamenei Trampa xəbərdarlıq etdi .....                     “Yelo Bank”a yeni baş direktor təyin edilib .....                     Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək .....                     “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” .....                     Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ .....                     “Meşə qardaşları”nı kim “oyatdı”? .....                     Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır .....                     Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər .....                     “Yerindən durana korifey deyirlər” .....                     Qar yağacaq, yollar buz bağlayacaq... .....                     MİT axtarışda olan terrorçunu öldürüb .....                     Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... .....                     Novruzda əfv və amnistiya olacaq? .....                     Bu dövlət qurumları birləşdirilir .....                     Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… .....                     İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib .....                     Qrossi "Rosatom" rəhbəri ilə görüşüb .....                     DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib .....                     Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu .....                     Banklarda müştərilər belə aldadılır .....                     Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı .....                     Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, .....                     “Azəripək” səhmdar cəmiyyətə çevrilir .....                     Bakıda DƏHŞƏT: .....                     Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ .....                     “Baku Pearl Residence”in problemləri bitmir .....                     İran daha böyük təhülkə ilə üzləşir .....                 

"Sahil Babayevin işçiləri bizi aldadıb" - Sabirabad sakini NARAZILIQ EDİR
Tarix: 22-12-2020, 10:54 | Çap et
"Sahil Babayevin işçiləri bizi aldadıb"
"O gün oturub nazirimiz Sahil Babayevə məktub yazdım. Mənə verdiyiniz heyvanın birinin gözü kor, digərinin dişi yoxdur dedim. Xahiş etdim ki, birinə protez diş, digərinə eynək göndərsin. Gözləyirəm, hələ cavab gəlməyib”. DİA.AZ bildirir ki, Sabirabadın Ulacalı kəndinin sakini Şöhrət Abbasov belə deyir. O, 2017-ci ildən aztəminatlı ailə kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Özünüməşğulluq proqramına müraciət edib. Deyir, 2 il keçib, səs çıxmayıb. Sonra 2019-cu ildə təkrar müraciət edib:

“Çox get-gəldən, yalvar-yaxardan sonra məni proqrama saldılar. Əvvəlcə dərslərə qatıldım, sonra biznes planı yazdım. Dedilər, “sizə Gürcüstandan gətirtdiyimiz hələb sortu keçilər verəcəyik”. Razılaşdım. Düşündüm ki, keçi qoyundan yaxşıdır. Qoyun 6, keçi 5 aya bala verir. Üstəlik, qabağına nə qoyursan yeyir. Bir sözlə, sərfəli heyvandır”.

Şöhrət Abbasov deyir ki, keçiləri onlara vermədən öncə xeyli tərifləyiblər. Deyiblər, “hamıya yox, hər rayondan 15 nəfər vətəndaşa veriləcək”. Bu, onu daha da sevindirib: “Özümü seçilmiş insan kimi hiss etməyə başlamışdım. Sevinirdim, hətta evdə dedim, arvad, bizim də bəxtimiz nəhayət ki, gətirdi. Bütün günü keçidən danışırdıq. Əkiz balalayır, süd verir, yaxşı əti olur və s. Nəhayət, o gün gəlib çatdı. Dedilər, “keçiləri gətirmişik, gəlin götürün”. 2019-cu ilin sonu idi, maşın tutub getdim. Mənə 22 keçi verdilər. 2 erkək 20 dişi olmaqla – 22 keçi. Bərk-bərk də tapşırdılar ki, özünü sata bilməzsən, ancaq balasını, südünü, pendirini satıb, dolanın. Dedim, nə danışırsız, heç satarammı, bunlar qızıl kimi heyvanlardır. Yığıb gətirdim evə”.

Şöhrət Abbasov deyir ki, heyvanları evə gətirdiyinin səhəri günü biri ölüb, digərlərinin isə xəstə olduğunu anlayıb: “Öskürür, nəfəslərindən pis qoxu gəlirdi. Elə bir aya neçəsi öldü. İçlərində kor, dişsiz, qısır, böyrəyi, ciyəri xəstə heyvanlar var. Budur 1 ilə yaxındır bizdədilər. Cəmi 1 heyvan 2 dəfə bala verib. Qalan 6-sı bir dəfə, yerdə qalanların isə balası olmayıb. Mənə belə deməmişdilər. Demişdilər ki, artacaq, balalarını satıb dolanacaqsan. Məndə isə fərqli oldu. Ya heyvanlar ölür, basdırıram, ya da xəstə düşür, pul verib, dərman alıram. Hələlik, ancaq mən xərcləmişəm, onlardan xeyir gəlməyib”.

Şöhrət Abbasov deyir ki, keçilərin bazar qiyməti 50-60 manat arası dəyişir. Bir normal hinduşka qiymətidir: “Ondan artığına getmir. Əvvəla dedikləri kimi Gürcüstandangəlmə hələb sortu deyil. İkincisi də, hamısı xəstə və yaşlı heyvanlardır. Kimdir onları alan, bunlara pul xərcləyən? Kolbasa, sosiska sexinin işinə yarayar, bir də fermalardakı itlərə yem ola bilərlər. Başqa bir işə yaramırlar”.

Şöhrət Abbasov deyir ki, heyvanların gəlir gətirməməyi bir yana, çəkdiyi əziyyətinə də bir tərəfdən yanır. Təlimlər, imtahan, biznes plan qurmaq, bunların hamısına əmək sərf edib: “Bununla da bitmir. Budur 1 ildir mən hər səhər saat 6-7 arası heyvanları otarmağa aparıram, 12-də gətirirəm. Hər gün 5-6 saat örüşdə oluram. Hələ yeminə, dərmanına da nə qədər xərc çəkmişəm”.

Şöhrət Abbasov ən çox Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdən narazıdır. Deyir, onun rəhbərlik etdiyi nazirliyin layihəsi vasitəsilə insanları aldadıblar: “Başımıza oyun açırlar. Həm çoban itlərini, həm də bizi ac qoyublar. Bu heyvanlar itlərin payı idi, gətirib bizə veriblər. Bizim də işimizə yaramır. Nəticədə, hər iki tərəf ac qalıb. İndi bizi o itlərin qarğışından kim qurtarsın?”

Şöhrət Abbasov deyir ki, başına gələnlərlə bağlı aidiyyatı qurumlara məktublar yazıb. Deyir, avqustun 11-də Prezident İlham Əliyevin səlahiyyətli nümayəndəsi gəlib: “Dedi, Dövlət Nəzarəti Xidmətindən, Administrasiyadan gəlmişəm. Sevindim, dedim, vəssəlam, problemimiz həll olunacaq. Düzdür, ondan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən və Kənd Təsərrüfatı Nazirliyindən gəlmişdilər. Amma bu dəfə gələn Prezidentin adından gəldiyini deyirdi. Deməli, ümid vardı. Baxdı, dedi ki, bəli, heyvanlar dəyərindən çox aşağıdadır, çoxu yararsızdır. Sonra da bildirdi ki, tədbir görüləcək və çıxıb getdi. Bu günədək ondan da bir xəbər çıxmayıb. Artıq kimsəyə inanmıram”.

Qeyd edək ki, ötən il fevralın 14-də Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında məşğulluq proqramında manipulyasiya ilə məşğul olmaq istəyənlərin olduğunu təsdiqləyib. O, dəyişdirilən heyvanların sayının 170-ə yaxın olduğunu deyib: “Ailələrə yararsız heyvan verən məşğulluq mərkəzlərinin nümayəndələrinə inzibati tənbeh verilib. Araşdırma zamanı proqrama yazılan bəzi şəxslərin aztəminatlı yox, imkanlı olduğu məlum olub. Məşğulluq proqramına uyğun olmayan 800 şəxs siyahıdan çıxarılıb. Onların çoxu mətbuata müxtəlif iddialarla çıxıb”.

Şöhrət Abbasov da deyir ki, yalan deyil, bu layihənin hansı formada həyata keçirildiyi nazirə də bəllidir: “Bu layihəyə milyonlarla manat vəsait ayrılıb. Bu pulları nə ediblər? İnsanlara dəyərindən aşağı heyvan verirlər. Hansı ki, zaydır, yararsızdır, hamısının problemi var. İndi biz nə edək? Sahil Babayevin işçiləri bizi aldadıb. Bundan özünün də xəbəri var”.

Şikayətçi deyir ki, onlara verilən heyvanın ümumi dəyəri 5 min manat olmalı imiş. Ancaq heyvanların heç 1000 manat dəyəri yoxdur: “Kaş insafları olardı. Həmin 5 minin yarısı müqabilində heyvan verərdilər. İndi həyətdə 20-30 bala olardı. Deməyim odur ki, insaf yaxşı şeydir. İndiki halda isə biz əziyyət çəkirik, qarşılığını görmürük”.

"Sahil Babayevin işçiləri bizi aldadıb"
"Sahil Babayevin işçiləri bizi aldadıb"
"Sahil Babayevin işçiləri bizi aldadıb"
"Sahil Babayevin işçiləri bizi aldadıb"
"Sahil Babayevin işçiləri bizi aldadıb"
"Sahil Babayevin işçiləri bizi aldadıb"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Bu gün, 16:49
Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Bu gün, 16:42
"Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Bu gün, 16:38
Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Bu gün, 16:35
“Kupça”sız evlər necə satılır? - AKTUAL
Bu gün, 16:30
Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Bu gün, 16:25
Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Bu gün, 16:21
Yeni nazir bu məşhur alimin oğludur
Bu gün, 16:19
Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Bu gün, 16:13
Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Bu gün, 16:11
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Bu gün, 16:09
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Bu gün, 16:05
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Bu gün, 16:02
Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01
“Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57
“Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52
Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35
“Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00
Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58
Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26
“Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39
Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36
MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17
Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12
Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07
Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02
İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00
Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58
DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56
Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49
Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47
Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39
Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, ilk qonağı Paşinyan olacaq
Bu gün, 11:35
“Azəripək” səhmdar cəmiyyətə çevrilir
Bu gün, 11:33
Bakıda DƏHŞƏT: - kişi özünü binadan atdı
Bu gün, 11:28
Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ - Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”
Bu gün, 11:25
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14
İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13
Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07
İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02
"Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01
Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58
Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54
İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52
“Mən insanlardan heç vaxt qaçmamışam” - Asif Əsgərov
Bu gün, 10:50
FSB üç regionda əməliyyat keçirdi: - Kiyevə işləyən agentlər saxlanılıb
Bu gün, 10:46
Muxtar Babayevi kim əvəz edir?
Bu gün, 10:42
ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır - “Politico”nun baş direktoru
Bu gün, 10:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru