!["Azərxalça" işində YENİ GƏLİŞMƏ... "Azərxalça" işində YENİ GƏLİŞMƏ...](/uploads/posts/2021-04/thumbs/1617353223_01.jpg)
Həbs edilən “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradovun cinayət işi üzrə onun müavini istintaqa çağırılıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, istintaq tədbirləri üzrə “Azərxalça” ASC-nin İdarə Heyətinin sədr müavini İslam Səfər oğlu Qurbanov dindirilib və izahatı alınıb.
!["Azərxalça" işində YENİ GƏLİŞMƏ... "Azərxalça" işində YENİ GƏLİŞMƏ...](/uploads/posts/2021-04/thumbs/1617353193_0001.jpg)
O, Vidadi Muradovun adıçəkilən quruma rəhbərlik etdiyi dönəmdə Təsərrüfat və sənədlər şöbəsinin fəaliyyətinə rəhbərlik edib.
Qeyd edək ki, sözügedən sədr müavini FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin sabiq rəisi Səfər Qurbanovun oğludur.