Beyləqanda müdiri ifşa edən işçinin başına oyun açırlar... - GİLEY
Tarix: 13-06-2022, 09:44 | Çap et
"Məsələn, "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rayonda 200-dən çox artezian quyusu var. Həmin quyuların sayğaclarındakı rəqəmlər hər ay 2-3 dəfə şişirdilir, bir müddətdən sonra izi itirmək üçün həmin sayğaclar qəsdən yandırılır. Hərbi hissələr var ki, yerləri dəyişdirilib, köhnə hərbi hissələrin sayğacları yoxdur, deyək ki, orda təkcə gözətçi qalır. Sayğac və binada fəaliyyət olmadığı halda şişirdilmiş rəqəmlərlə işıqpulu yazılır. Halbuki, bir gözətçi o binada nə qədər işıq işlədir ki? Bu rəqəmlər gəlib mənə çatanda, onları sistemə vurmaqdan imtina edirdim, deyirdim, bu rəqəmlər şişirdilib. Bu da şəbəkə rəhbərliyinin xoşuna gəlmirdi”.
Beyləqan sakini, Füzuli Həsənov Meydan TV-yə danışır ki, Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Beyləqan Elektrik Şəbəkəsinin rəhbərliyinin qanunsuz əməllərini ifşa etdiyinə görə işsiz qalıb.
Onun sözlərinə görə, şəbəkəyə yeni rəhbərlik gələndən qanunsuzluqlar çoxalıb. O da bu barədə müxtəlif qurumlara yazıb:
"Beyləqan Elektrik Şəbəkənin rəisi Zülfü Salahov, Satış şöbəsinin rəisi Anar Mirzəyev, Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Elnur Həsənov əlbir olaraq qanunsuzluqlarla məşğul idilər. Mənsə onlardan bu qanunsuzluqları dayandırmağı tələb edirdim”.
"Mən informasiya mühəndisiydim, onların bütün qanunsuzluqlarını görən bəlkə də yeganə işçiydim. Çünki bütün məlumatlar gəlib məndən keçirdi. Onlar çox vaxt məni də bu qanunsuzluqlara ortaq olmağa məcbur edirdilər, mən isə razı olmurdum. Buna görə də məndən zəhlələri gedirdi, çünki əl-ayaqlarına dolaşırdım”. Füzuli Həsənov deyir ki, onlardan DTX-ya, digər qurumlara yazmağa başlayanda bu adamlar da onu hədələməyə başlayıblar:
"Dedilər, səni ləkələyib işdən Əmək Məcəlləsinin 70c bəndiylə qovacağıq, əmək kitabçanı korlayacağıq, heç yerdə səni işə götürməyəcəklər”.
Keçmiş işçi deyir, şəbəkənin rəisi 2020-ci ilin oktyabrında, satış şöbəsinin rəisi Anar Mirzəyevsə 2021-ci ilin avqustunda həmin vəzifələrə təyin olunub. Elə həmin vaxtdan da şəbəkədəki qanunsuzluqlar, rüşvət halları artıb:
"Mən bunların qanunsuz əməllərindən yazdıqca, bunları çağırıb sorğu-sual etməkdənsə, vəzifələri artırılır. Anar Mirzəyev əvvəllər Bakının Xətai rayonunda işləyib, qanunsuz əməllərinə görə işdən çıxarılıb, sonra nə yollasa Füzuliyə göndərilib. Orda da düzgün işləməyib, işdən çıxarılaraq bizə – Beyləqana göndərilib. Mənim qurumlara yazdığım məktublardan sonra – bu ilin martında qanunsuz əməllərini ört-basdır etmək üçün Zərdaba göndərilib”.
Füzuli Həsənovun sözlərinə görə, elə onun özü də bu ilin martından işsiz qalıb:
"Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Elnur Həsənov martın əvvəli məni yanına çağırıb dedi ki, sənin işin çətindir. Hamıyla düşmən olmusan, münasibətləri korlamısan. Biz məcburuq ki, səni maddəylə işdən çıxaraq, əmək kitabçan korlanacaq, özünə iş tapa bilməyəcəksən. Gəl özün ərizə yaz, narahat olma, işsiz qalmayacaqsan, başqa şəbəkəyə keçirərik. Mən də düşündüm ki, sonradan işsiz qalmaqdansa, ərizə yazım, bəlkə ən doğru yolu bu olar. Ərizəmi yazan kimi əmrimi verdi, özümü də qovdu”.
Füzuli Həsənov deyir, bu ilin yanvarından DTX-ya, DİN-ə, Baş Prokurorluğun Korrupsiya İdarəsinə, Müdafiə Nazirliyinə, Meliorasiya və Su Təsərrüfatı ASC-yə, "Azərişıq” ASC-yə elektron məktublar göndərib. Ancaq həmin qurumların heç biri məsələ ilə maraqlanmayıb:
"Yalnız zəng vuraraq bildiriblər ki, müraciətiniz quruma çatdı. Vəssalam. Nə bir maraqlanan var, nə də araşdıran…”.
Ancaq iş yoldaşları da Füzuli Həsənovdan qurumlara şikayətlər yazıblar:
"Mən o şəbəkədə 6 rəis, iki regional rəis dəyişmişəm, qüsursuz işləmişəm, 12 ildə bircə dəfə də töhmətim olmayıb. Mənə böhtan atırdılar ki, guya kiməsə xətt satmışam, rüşvət almışam, rəqəmləri saxtalaşdırmışam. Halbuki, bunların heç biri mənim vəzifəmə aid deyil. Mənim işim kompüter mühəndisliyidir, abonentə necə xətt sata bilərəm? Yaxud, kompüter mühəndisi hansı işə görə rüşvət ala bilər? Mənim sahəmdə rüşvət verilməsi üçün heç nə yoxdur axı…”. Füzuli Həsənov mart ayından işsiz qalıb və çətinliklərə düşdüyünü deyir:
"İki övladım var, ikisi də nitq qüsurludur, 5-6 yaşları var, danışmırlar. Onların müalicəsi üçün bankdan 8 min manat kredit götürmüşəm, işləyib kreditimi ödəyirdim, indi borcların qarşısında çarəsiz qalmışam. Uşaqların müalicəsi dayanıb. Mənim bircə yolum qalıb ki, gəlib "Azərişıq” ASC-nin qarşısında aksiya keçirim. Bir var yararsız kadr olasan, çıxarıb atalar çölə. Bir də var, dediyim kimi, 12 il qüsursuz, töhmətsiz işləmişəm. Həmişə qanuna hörmətlə yanaşmışam, özbaşınalığa etiraz etdiyim üçün məni işsiz qoyublar. Fakrlar yazıram ki, bu adamlar belə edir, baxan da yoxdur”.
Beyləqan Elektrik Şəbəkənin rəisi Zülfü Salahov Meydan TV-yə bildirib ki, Füzuli Həsənovun özünün fəaliyyətində neqativ hallar olub:
"Əslində o neqativ hallarla bağlı işdən çıxarılmalıydı. Ancaq öz ərizəsiylə işdən çıxdı. İşdən çıxandan sonra da yazdıqlarıyla bağlı araşdırma olub, izahat verib ki, əsəbləşib yazmışam”.
Füzuli Həsənovsa keçmiş rəisinin yalan danışdığını bildirib: ""Azərişıq” ASC-dən zəng vurub dedilər ki, belə bir şeylər yazmısan, əsəbi olub yazmısan, gəl bir izahat yaz ki, əsəbi olmuşam, mən dediklərini etmədim”.
Meydan TV
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:47 |
|
|
|
• "Heç bir şoudan və performansdan söhbət gedə bilməz"
Bu gün, 08:46 |
|
|
|
• Tenderlərlə bağlı SİRLİ OYUNLAR – Azərbaycan Türkiyə metoduna keçə bilər
Bu gün, 08:44 |
|
|
|
• Paşinyan Qarakilsədən dəhliz versə... - İran heç nə edə bilməyəcək
Bu gün, 08:41 |
|
|
|
• Paşinyan o sənədləri yaysa... - Sülhlə bağlı İLGİNC GƏLİŞMƏ
Bu gün, 08:35 |
|
|
|
• ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... - Təkcə bir idarədə... təkcə bir fakt...
Bu gün, 08:24 |
|
|
|
• Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? - İddialara RƏSMİ CAVAB
Bu gün, 08:16 |
|
|
|
• Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... - Ekspert danışır...
Bu gün, 08:14 |
|
|
|
• "Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:14 |
|
|
|
• Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər - İNCƏLƏMƏ
Bu gün, 07:08 |
|
|
|
• Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesi KEÇİRİLƏCƏK
Bu gün, 07:07 |
|
|
|
• USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür - deputat
Bu gün, 07:05 |
|
|
|
• Bu gün Ruben Vardanyanın məhkəməsi DAVAM EDƏCƏK
Bu gün, 07:03 |
|
|
|
• Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə - "İrəvan bundan faydalana bilər"
Bu gün, 06:35 |
|
|
|
• Ermənistan növbəti təxribata hazırlaşır - SON DURUM
Bu gün, 06:33 |
|
|
|
• Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM - VİDEO
Bu gün, 06:28 |
|
|
|
• Erməni general Bakıya görə separatçıları təhdid etdi - "Ya 8 min manat ödəyin, ya da..."
Bu gün, 06:25 |
|
|
|
• Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33 |
|
|
|
• Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25 |
|
|
|
• Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22 |
|
|
|
• “Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20 |
|
|
|
• Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15 |
|
|
|
• AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11 |
|
|
|
• “Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06 |
|
|
|
• Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02 |
|
|
|
• "Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54 |
|
|
|
• Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52 |
|
|
|
• Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50 |
|
|
|
• Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00 |
|
|
|
• "Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56 |
|
|
|
• Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53 |
|
|
|
• Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51 |
|
|
|
• "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02 |
|
|
|
• İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00 |
|
|
|
• "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Dünən, 18:58 |
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Dünən, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Dünən, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Dünən, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Dünən, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Dünən, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Dünən, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Dünən, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Dünən, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Dünən, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Dünən, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Dünən, 17:30 |
|
|
|
|