Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı .....                     Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? .....                     Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: .....                     Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: .....                     “Casuslar” regionu xaosa sürükləyir .....                     Gömrük Komitəsində təqaüd QALMAQALI .....                     AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ .....                     “Kapital Bank” hər yerdə etimadı itirib .....                     Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir .....                     Azərbaycanda 29 illik şirkət .....                     "Fikirləşdim ki, susum, danışmayım, amma..." .....                     Təyyarə qəzası ilə bağlı ilginc məqam .....                     Əclaf Qaro Paylan bilirsinizmi kimdir? .....                     Xairə İslamdan Nicat haqda sərt ittihamlar .....                     Paşinyan Azərbaycandan “yox” cavabı alacaq .....                     "Bu müzakirələr mənə daha da stimul verdi..." .....                     Azərbaycanda bu iki nazir postu boşdur .....                     Flora Kərimovanın vəkili Sevinc Heydərovanın .....                     "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? .....                     İlkin hesabatda müəmmalı QALANLAR: .....                     "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" .....                     Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi .....                     "Toy gözləməyin" .....                     Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb .....                     “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi .....                     Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək .....                     “PashaPay”dən “FINCA Azerbaijan”a transfer .....                     AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib .....                     Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... .....                     FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. .....                     Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? .....                     Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI .....                     Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi .....                     Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib .....                     İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: .....                     Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər .....                     Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı .....                     Bu universitetlərin diplomları Azərbaycanda tanınmır .....                     Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib .....                     "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, .....                 

Onların Mixail Saakaşvilisi, bizim də Mikayıl Cabbarovumuz var... - YANA-YANA QALIN HA...
Tarix: 28-06-2022, 10:51 | Çap et
Onların Mixail Saakaşvilisi, bizim də Mikayıl Cabbarovumuz var...
Azərbaycanda ən çox vəzifələri daşıyan şəxs- Mikayıl Cabbarov ictimaiyyətə “təyyarə qalmaqalı” ilə tanınıb. Amma sonradan təhsil naziri kimi strateji bir posta təyin olunarkən o özünü reformist, Qərbpərəst, xarici dil bilən intellektual, “Çto? Qde? Koqda?” yarışmasının intellegenti, liberal düşünən biri kimi təqdim etmişdi. Misir Mərdanovun gedişindən sonra hər kəs gənc və qərbli kimi fikirləşən bir nazirə böyük ümidlər bəsləyirdi. Cəmiyyətin gözləntisi Mikayıl Cabbarovun Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili kimi reformist olacağı idi. Amma nə təhsil naziri, nə vergilər naziri, nə də iqtisadiyyat naziri kimi cənab Cabbarov bu ümidləri doğrultmadı. O, sovet sistemini tətbiq edən qaydaları dəyişmədi. Əksinə, sələflərindən qalan pis-yaxşı nümunələri də dağıtdı, yan-yörəsini dostları ilə doldurdu. Bu yazımızda bütün postlarda Mikayıl Cabbarovu kölgə kimi izləyən iki kadr haqqında bəhs edəcəyik. İlk öncə
Mikayıl Cabbarovun “psixoloji problemləri olan” Elnur Əliyev sevgisi
haqda. Söhbət İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevdən gedir. Əliyev Elnur Aydın oğlunun rəsmi tərcümeyi halını cumhuriyyet.az olaraq təqdim edirik: Elnur Əliyev ixtisasca hüquqşunasdır. BDU-nun hüquq fakültəsində bakalavriat səviyyəsi üzrə hüquqşünaslıq, magistratura səviyyəsi üzrə cinayət hüququ ixtisaslarına yiyələnib. 2008-2009-cu illərdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın London Kral Kollecində (King’s College London) beynəlxalq biznes hüququ ixtisası üzrə təhsil alaraq Azərbaycana qayıdıb. 2005-2008-ci illərdə Azərbaycan İqtisadi İnkişaf Nazirliyində Hüquq şöbəsində, Beynəlxalq əməkdaşlıq və xarici investisiyalar şöbəsində məsləhətçi vəzifəsində çalışıb. Daha əvvəl “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində işləyib. 2013-cü ilin aprel-iyun aylarında təhsil nazirinin köməkçisi, 2013-cü ilin iyulundan 2017-ci ilin dekabr ayınadək Təhsil Nazirliyində İnformasiya şöbəsinin müdiri vəzifəsində çalışıb. Bundan snra isə Vergilər Nazirliyində nazirin müşaviri olub. 2020-ci ilin may ayında iqtisadiyyat nazirinin müavini, 2022-ci ilin fevralında isə iqtisadiyyat nazirinin birinci müavini təyin olunub.
39 yaşlı Elnur Əliyev Mikayıl Cabbarova elə də yad sima deyil. Belə ki, onlar daha öncə də eyni qurumlarda birgə çalışıblar. Yuxarıda da qeyd edildiyi kimi Elnur Əliyev vaxtı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Mikayıl Cabbarovun köməkçisi kimi fəaliyyət göstərib. M.Cabbarov Təhsil naziri ikən Elnur Əliyev Nazirliyin informasiya şöbəsinin müdiri vəzifəsində gətirilib. O, eyni zamanda bir müddət Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini və müdir əvəzi olub. 2017-ci ildə M.Cabbarov Vergilər naziri təyin ediləndə, E.Əliyev onun müşaviri vəzifəsinə gətirilib.
Eyni zamanda cumhuriyyet.az olaraq onu da diqqətə çatdıraq ki, dövrü mətbuatda yayılan xəbərlərdə Elnur Əliyevin Mikayıl Cabbarovun yaxın qohumu (xalası oğlu) olduğu bildirilir. Mətbuatda E.Əliyevlə bağlı yayılan bir məlumat xüsusilə diqqət çəkir: “Elnur Əliyevi yaxından tanıyanlar bilirlər ki, onun psixi problemləri var və bu problem özündən tez çıxma, əxlaqsız ifadələr işlətməklə və həmsöhbətləri ilə sadə ünsiyyət bacarığını qura bilməməsi ilə müşahidə olunur”.
“Xaloğlu”nun fəaliyyəti haqda media üzərindən apardığımız araşdırmalar zamanı belə nəticəyə gəldik ki, hələ də “JEK təfəkküründən” uzaqlaşa bilməyən, idarəetdiyi sahəyə şəxsi hissləri səviyyəsində yanaşan E.Əliyevin təhsilimizə vurduğu zərbələrin yaraları hələ uzun müddət sızıldayacaq: “Dərsliklərdən gələn gəlir və dərsliklərin çapı Elnur Əliyevin nəzarətindədir. Bakı Şəhər Təhsil İdarəsi birbaşa Elnur Əliyevin nəzarəti altında qalmaqda davam edir. Ölkənin ümumtəhsil məktəbləri üzrə təhsilalanların 1/3-ni, təhsilverənlərinin 1/5-ni özündə birləşdirən Bakı Təhsilini Elnur Əliyev Rəşad Tağıyevin vasitəsi ilə idarə edir. Elnur Əliyev həmçinin, regional təhsil idarələrinin rəhbərlərinin təyinində əsas söz sahibi olub”. Bir zamanlar Mikayıl Çabbarov təhsil naziri olarkən E.Əliyev faktik olaraq alternativ nazirə çevrilib. İndi M.Cabbarov özü alternativ Baş Nazir statusundadır, E.Əliyevin indiki fəaliyyətini təsəvvür etmək çətin deyil…
Mikayıl Cabbarovun gizli “kölgəsi”: Mətin Eynullayev necə “lyubimçik” kadra çevrilib?
Mikayıl Cabbarovun heç cür ayrılmaq istəmədiyi və bütün vəzi fələrdə onu izləyən digər bir kadr Eynullayev Mətin Balasən oğludur. M.Eynullayev 1975-ci il 22 mart tarixində Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1997-ci ildə həmin universiteti hüquqşünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. “Azleks” beynəlxalq hüquq firmasında müşavir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun baş məsləhətçisi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır. 2013-2016-cı illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini və Aparat rəhbəri vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Dövlət qulluğunun kiçik müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikası təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikası vergilər nazirinin müavini vəzifəsinə təyin edilmişdir. 2021-ci ilin mayından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisidir. Bu məlumatla paralel Mikayıl Cabbarovun da həyat yoluna nəzər salsaq görərik ki, indiki nazir tələbə olandan bu yana harda olubsa M.Eynullayev də kölgə kimi onun yanında olub.
Amma M.Eynullayevlə bağlı planlar həmişə gerçəkləşməyib. Zamanında Təhsil Nazirliyi Aparatının rəhbəri olmuş M.Eynullayev indiki nazir Ceyhun Bayramovla konfliktdə olub. Bu iki şəxs arasında təhsil naziri olmaq uğrunda mübarizə gedib. Ceyhun Bayramovun da Mikayıl Cabbarovun sinif yoldaşı və yaxın dostu olduğunu vurğulayan məlumatlı şəxsin cumhuriyyet.az-a bildirdiyinə görə, onlar “Çto? Qde? Koqda?” yarışmasında bir komandada mübarizə aparıblar. Hər iki şəxs Mikayıl Cabbarova çox yaxın adamlar olsa da, nüfuz savaşında bu amil ikinci plana keçib və sonda C.Bayramov qalib gəlib (bu qələbədə C.Bayramovun qardaşı – maliyyə nazirinin müavini Azər Bayramov faktoru xüsusi rol oynayıb). Məlumatlarda o da bildirilir ki, Mikayıl Cabbarovun köməkçisi Anar Mahmudovun Mətin Eynullayevin qaynıdır.
cumhuriyyet.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33
Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28
Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25
Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22
“Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20
Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15
AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11
“Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06
Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05
Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02
"Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56
Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54
Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52
Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50
Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00
"Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56
Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53
Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51
"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02
İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00
"Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Dünən, 18:58
Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Dünən, 18:07
"Toy gözləməyin" - VİDEO
Dünən, 18:05
Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Dünən, 18:01
“Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Dünən, 17:59
Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Dünən, 17:55
“PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Dünən, 17:53
AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib - DOSYE
Dünən, 17:52
Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:48
FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Dünən, 17:40
Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Dünən, 17:35
Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Dünən, 17:33
Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Dünən, 17:30
Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 17:28
İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Dünən, 17:24
Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Dünən, 17:21
Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:01
Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Dünən, 16:59
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Dünən, 16:55
"Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Dünən, 16:53
Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Dünən, 16:51
“Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:45
Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Dünən, 16:42
İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Dünən, 16:35
“Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Dünən, 16:33
Ağdərədə silah-sursat aşkar edilib
Dünən, 16:31
Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Dünən, 16:10
Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Dünən, 16:09
Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Dünən, 16:07
"Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Dünən, 16:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru