“Bunun adı işgəncə deyil, bəs nədir?” - Vətəndaş CANA DOYUB
Tarix: 30-06-2022, 09:19 | Çap et
Mingəçevir şəhərində yaşayan Dürdanə Mirzəyeva 2008-ci ildən əlil kimi pensiya alır.
Onun sağ ayağında – bud çanaq nahiyəsində anadangəlmə çıxıq var.
Uşaq yaşlarında 2 ilə yaxın Bakıda müxtəlif xəstəxanalarda müalicə alsa da, nəticəsi olmayıb.
“Bunun adı işgəncə deyil, bəs nədir?”
DİA.AZ-ın məlumatına görə, 55 yaşlı Dürdanə Mirzəyeva Meydan TV-yə deyir ki, yaşa dolduqca ağrıları artıb, pilləkənləri qalxıb-düşmək, piyada yerimək onun üçün çətinləşib. Bundan sonra əlillik təyin olunması üçün lazımi dövlət orqanlarına üz tutub.
Ona 2008-ci ilin oktyabrında ikinci qrup əlillik təyin edilib, buna uyğun pensiya alıb.
2015-ci ildə növbəti yoxlamadan sonra yenə ona 5 il müddətinə ikinci qrup əlillik dərəcəsi təyin edilib. 5 ilin tamamında – 2021-ci ilin oktyabrında pensiyası kəsilib.
“Növbəti dövr üçün əlillik təyinatıyla bağlı işlərə başladım. Əslində isə bu proses əlillər üçün işgəncə mexanizmidir. Təsəvvür edin, məni – gəzməkdə çətinlik çəkən adamı aylarla süründürdülər. Bir xəstəxana deyir, müayinə etmək üçün travmatoloq yoxdur, bir başqasında aparat işləmir. Ağrıya-ağrıya saatlarla növbələrdə gözləmişəm. Ayağımın ağrısı fəqərələrimə vururdu. Gah Mingəçevirdə, gah Gəncədə, gah Bakıda müayinələrdən keçdim. Axırda da dedilər ki, həkim rəyi yarımçıq verib. Bunun adı işgəncə deyil, bəs nədir?”, – Dürdanə Mirzəyeva əlilliyi olan şəxslərə qarşı etinasızlıqdan şikayətlənir.
“Həkim rəyi yarımçıq yazıb, məni əlavə zülmə salıb”
Onun sözlərinə görə, təkcə, Mingəçevirdə travmatoloqun qəbuluna düşməyə 45 gün lazım olub.
Deyir ki, dekabrın 28-də Mingəçevirdə Tibbi Sosial Ekspert Komissiyasında ondan alınmış sənədləri 2 ay yarım sonra – 5 mart 2022-ci ildə sistemə daxil ediblər.
Martın 29-da isə “Forma-88 natamam doldurulub” əsasıyla sənədləri geri qaytarılıb:
“Mingəçevir Tibbi Sosial Ekspert Komissiyasından mənə dedilər ki, Travmatologiya İnstitutundan verilən arayış yarımçıq olub. Aprelin 26-dan 28-nə qədər dəfələrlə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna getdim. Oranın bir neçə korpusu var. Biri o birinə göndərir. Həkimin yerini tapıb, 4 saat növbədə gözləmişəm. Axırda həkim əməliyyatdan çıxıb, gedirdi. Səs-küy saldım ki, insanı belə ələ salmaq olmaz. Rəyi siz yarımçıq yazmısınız, məni əlavə zülmə salmısınız. Dedi ki, yaxşı rəy istəyirsinizsə, sabah gəlin. Qayıdıb bir də ertəsi gün getdim”.
“Onu da deyim ki, Mingəçevirdə MRT-nin cavabının getməməsinə görə də məni günahkar çıxarmağa çalışırdılar. Yaxşı ki, bir az başım çıxır, savadım var, onlara dedim ki, necə olur, burada sənəddə əksini tapıb, amma kompüterlə Bakıya göndəriləndə yazılmayıb? Sonra boyunlarına aldılar ki, günah özlərində olub”, – deyə o vurğulayıb.
“Vəziyyətim ağırlaşıb, buna baxmayaraq, ikinci qrupu üç elədilər”
Son nəticədə Respublika Əlillərin Reabilitasiyası Mərkəzində Dürdanə Mirzəyevaya bildirilib ki, ona üçüncü qrup əlillik dərəcəsi təyin olunur.
O isə bunun ədalətsiz olduğunu düşünür:
“Onlara da dedim ki, mən 13 il ikinci qrup əlil kimi pensiya almışam. Qanunda da yazılıb ki, 10 il ardıcıl hansı qrupla alırsansa, o qrup olmalıdır. Məndə vəziyyət əksinə, ağırlaşıb, buna baxmayaraq, ikinci qrupu üç elədilər. Əslində, bu aylar ərzində şahidi olduqlarımdan, Respublika Əlillərin Reabilitasiyası Mərkəzində əlillərə, vəziyyəti ağır olan insanlara qarşı münasibətdən sonra onların bu hərəkətinə təəccüblənmirəm. Yarım saat ayaq üstə dura bilməyən, 10-15 addım gedib dayanan insan üçün bu süründürməçilikləri yaşamağın nə olduğunu təsəvvür etmək çətin deyil”.
“Reabilitasiya Mərkəzində vəziyyəti məndən də ağır olan xəstələr vardı, heç fikir vermirlər. Ağır vəziyyətdə olan müharibə iştirakçısı gətirmişdilər, dayana bilmirdi, heç veclərinə də olmadı”, – Dürdanə Mirzəyeva belə deyir.
“Göndəriş natamam doldurulmuşdu”
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi isə vətəndaşa qarşı əsassız süründürməçilik iddiasıyla razılaşmır.
Bu qurumdan bildirilib ki, sənədlərin geri qaytarılması əsaslı olub. Çünki Dürdanə Mirzəyeva ilə bağlı xəstəxana tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulub:
“Ekspertiza üçün əhəmiyyətli olan patofunksional dəyişikliklər dəqiqləşdirilməmişdi. Mütəxəssis həkimlərin rəyi və köməkçi-diaqnostik müayinələr yetərli deyildi”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33 |
|
|
|
• Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25 |
|
|
|
• Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22 |
|
|
|
• “Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20 |
|
|
|
• Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15 |
|
|
|
• AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11 |
|
|
|
• “Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06 |
|
|
|
• Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02 |
|
|
|
• "Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54 |
|
|
|
• Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52 |
|
|
|
• Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50 |
|
|
|
• Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00 |
|
|
|
• "Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56 |
|
|
|
• Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53 |
|
|
|
• Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51 |
|
|
|
• "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02 |
|
|
|
• İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00 |
|
|
|
• "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Dünən, 18:58 |
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Dünən, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Dünən, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Dünən, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Dünən, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Dünən, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Dünən, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Dünən, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Dünən, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Dünən, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Dünən, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Dünən, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Dünən, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Dünən, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Dünən, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Dünən, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Dünən, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Dünən, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Dünən, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Dünən, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Dünən, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Dünən, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Dünən, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Dünən, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Dünən, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Dünən, 16:04 |
|
|
|
|