Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu başlı-başına qalıb... - İLGİNC İDDİALAR...
Tarix: 30-08-2022, 11:05 | Çap et
Son 5 ildə Kənd Təsərrüfatı Nazirliyindən savadlı mütəxəssislər uzaqlaşdırılıb, bölgələrdə onlarla təcrübəli işçilər sistemdən kənarlaşdırılıb. KTN-nin bütün strukturu boyunca bolşevikcəsinə bu yanaşmanın tətbiqi qeyri-ixtisas sahiblərinin kənd təsərrüfatı sektorunda yüksək vəzifə tutma axınını sürətləndirib. Nəticədə son illər kənd təsərrüfatı məhsullarının istehsalı azalıb, idxal artıb, narazılıqlar çoxalıb. Artıq saytlarda fermerlərin fikirlərinə əsasən görünür ki, Ağstafa, Tovuz, Şəmkir, Sabirabad, Saatlı, Salyan, Neftçala, Cəlilabad və s. rayonlarda indiyənə kimi kənd təsərrüfatına azalan maraq son bir ilə qədər bu tempdə olmayıb.
Son günlər isə bir sıra rayonlarda fermerlər üzüm sahələrinin xəstəliyə tutulduğunu, üzümçülükdə istifadə edilən dərmanların keyfiyyətsiz olduğunu vurğulayırlar. Bu il Rusiya bazarlarına çıxaracaqları üzümün istədikləri kimi olmadığı qənaətindədirlər.
DİA.AZ faktinfo.az saytına istinadla xəbər verir ki, bölgələrdə böyük sahələrdə üzümçülüklə məşğul olan fermerlər məhsuldar üzüm tinglərinin yetişdirilmədiyini, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun fermerlərə məsləhət vermək iqtidarında olmadığını vurğulayırlar. Qərb bölgəsindən adının çəkilməsini istəməyən bir fermer isə "adı tədqiqat İnstitutudur, orada özlərinə çalışırlar, bağlansa işimizi bilərik," - deyir. O KTN-nin sözü gedən institutunda baş alıb gedən özbaşınalıqlardan da danışıb:
"Nazir İnam Kərimov belə görünür ki, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə maraqlanmır. İnstitutun direktoru Vüqar Səlimov isə bunu fürsət bilib, üzümçülük və şərabçılığın inkişafı, elmi-tədqiqi ilə məşğul olmaq əvəzinə, özünə sərf işlərlə məşğul olur. İnstitutun Gəncə və Şamaxıda təcrübə stansiyaları var. 20 hektarlarla təcrübə stansiyalarında məhsul yetişdirilməlidir. Gedib baxasınız, oralarda məhsul, ting adında nə var. Hərçənd, təcrübə stansiyalarının işçiləri ola-ola, bəzən aparılıb orada institutun əməkdaşlarını işlədirlər. Həmçinin, İnstitutun Gəncə təcrübə stansiyasında yoxlama komissiyası tərəfindən 80 min manatlıq yeyinti faktı aşkarlanmışdı, akt tərtib olunmuşdu. Bildiyim qədər, direktor da akta qol çəkmişdi. O işin də başını buraxdılar.
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda mütəxəssis vardı, Xədicə Məmmədova. Səhv etmirəmsə o, xanım sonradan institutda müavin vəzifəsinə qədər yüksəldi. Çox savadlı insan idi. Rus, ingilis dillərini də mükəmməl bilirdi. Vüqar Səlimov onu uzun müddət sıxışdırdı, sonda ərizəsini alıb işdən azad etdi. Bu hadisəni nazirlik müşahidə etməklə, xəbərsiz kimi davrandılar. Lakin elmi dərəcəsi olmayan bir xanımı (qadın olduğuna görə adını qeyd etməyi münasib bilmirik) Vüqar Səlimov institutda şöbə müdiri təyin etdi. Ondan bir soruşan olmadı ki, nizamnamə və əsasnamədə yazılıb ki, şöbə müdiri təyin olunan şəxsin elmi dərəcəsi olmalıdır, bu xanımı o vəzifəyə nəyə əsasən təyin etmisən. Bu kimi halları saymaqla bitməz. Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə əlaqəsi olan bütün fermerlər bilir ki, nazir və müavinləri də bunları bilməmiş deyillər."- fermer qeyd edir.
Faktinfo.az onu da xatırladır ki, bir müddət əvvəl "Son illər ölkəmiz şərab satışında bazar payını digər ölkələrə uduzub" başlıqlı məqalədə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutuna dair məqamlara toxunulmuşdu. Məlum məqalədəki önəmli bir sıra əsaslandırma ilə LİNK sözünə toxunmaqla tanış ola bilərsiniz. Mövzuya münasibət öyrənmək üçün Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutun direktoru ilə əlaqə saxladıq.Vüqar Səlimov suallarımıza cavab verə bilməyəcəyini bildirərək, KTN-nin mətbuat xidməti ilə əlaqə saxlamağımızı məsləhət bildi. KTN-nin mətbuat xidmətindən isə zənglərimizə cavab verilmədi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33 |
|
|
|
• Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25 |
|
|
|
• Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22 |
|
|
|
• “Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20 |
|
|
|
• Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15 |
|
|
|
• AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11 |
|
|
|
• “Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06 |
|
|
|
• Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02 |
|
|
|
• "Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54 |
|
|
|
• Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52 |
|
|
|
• Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50 |
|
|
|
• Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00 |
|
|
|
• "Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56 |
|
|
|
• Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53 |
|
|
|
• Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51 |
|
|
|
• "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02 |
|
|
|
• İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00 |
|
|
|
• "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Dünən, 18:58 |
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Dünən, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Dünən, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Dünən, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Dünən, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Dünən, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Dünən, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Dünən, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Dünən, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Dünən, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Dünən, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Dünən, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Dünən, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Dünən, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Dünən, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Dünən, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Dünən, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Dünən, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Dünən, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Dünən, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Dünən, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Dünən, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Dünən, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Dünən, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Dünən, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Dünən, 16:04 |
|
|
|
|