Kadrlar şöbəsi ilə Xüsusi şöbə qohumluq prinsipi ilə fəaliyyət göstərir... - AMEA-da MÜƏMMA... davam edir!
Tarix: 6-09-2022, 11:41 | Çap et
AMEA-dakı özbaşınalıqlar dayanmadan həddi-hüdudunu aşır. Təəssüf ki, hörmətli akademik Arif Həşimovun azad jurnalist səsini “məhkəməyə veririk” hədə-qorxusu ilə susdurmaq çəhdi heç bir nəticə verməyəcək. Azad və demokratik Azərbaycanda Möhtərəm cənab Prezident İlham Əliyevin sayəsində hər bir jurnalistın cəmiyyətə həqiqətləri söyləmək hüququ var.
O həqiqətləri ki, əsaslı dəlillər və sənədlərdə öz təsdiqini tapır.
Bu günə qədər AMEA haqqında yazılan bütün məqalələrdə ictimaiyyətə çatdırdığımız məlumatların doğruluğu dəlil və sübutlarla təsdiqlənmişdir. AMEA-nı Ramiz Mehdiyevə ibadət ocağına çevirən Arif Həşimov günü bu gün Möhtərəm cənab Prezident İlham Əliyevə və Ulu Öndər Heydər Əliyevə həsr edilmiş kiçik bir lövhə belə qurmayıb, lakin Ramiz Mehdiyevə ibadət üçün divardakı xatirə lövhələri yadigar olaraq qalır və hamıya xatırladır ki, keçmiş rəhbərlikdən qalan komanda de-yuro olmasa da, de-fakto Arif Həşimovun əvəzinə AMEA-ya rəhbərliyi davam etdirir.
Növbəti biabırçı bir faktı araşdırdıq.
19 avqust 2022-ci il tarixində AMEA Rəyasət Heyətinin növbədənkənar iclası keçirilmişdir. Qapalı, hamıdan gizli saxlanılan bir iclas. Niyə? Məgər AMEA məxfi sirlərə malik bir təşkilatdır?! Ya bu o dərəcədə məxfi bir məsələdir ki, heç idarə və şöbə müdirləri də iclasa dəvət olunmamışlar.
Müəyyən olunduğu kimi, həmin iclasda AMEA-da qalan struktur vahidlərinin müzakirəsi aparılmışdır və yekunda nəhayət, 15/1 saylı qərar verilmişdir. Oxucu kütləsinə həmin sənədi təqdim edirik. Amma təəssüf ki, hansı səbəbdənsə bu qərar artıq bir aya yaxındır ki, hamıdan gizli saxlanılır, hətta AMEA İşlər idarəsinin müdirinə belə təqdim olunmayıb. Bu hal qərəzli deyilsə, bəs nədir?
Bu saymamazlığa səbəb bəlkə Elton Məmmədovun məhkəməyə müraciət edərək qanunsuz çıxarıldığı vəzifəsinə qayıtmasıdır?! Məlumdur ki, bu faktı Ramiz Mehdiyev-Arif Həşimov cütlüyü heç cür həzm edə bilmirlər.
Onu da qeyd edək ki, AMEA bir təşkilat kimi öz uğursuz fəaliyyəti nəticəsində son iki il ərzində bütün məhkəmələri uduza-uduza cəmiyyətdə onsuz da ləkələnmiş nüfuzunu tamam itirir. Amma buna baxmayaraq, eyni səhvlərə yol verməklə sanki bilərəkdən işçiləri narazı salaraq tək özlərinə deyil, dövlətə qarşı da qaldırırlar. Nəyə görə AMEA Kadrlar şöbəsinin müdiri Natiq Mehdiyev öz bacısının həyat yoldaşı İqbal Qəhrəmanovu Xüsusi şöbəyə müdir təyin elətdirə bilir, İşlər idarəsində ixtisara düşən və əyani magistraturada təhsil alan qardaşı oğlu Anar Mehdiyevi həmin Xüsusi şöbəyə baş mütəxəssis vəzifəsinə götürə bilir? AMEA Xüsusi şöbəsi necə vardısa, bu gün də Natiq Mehdiyevin ailə podratı kimi fəaliyyətdədir. Buradan səslənirik, hörmətli DTX rəhbərliyi, bu biabırçılığa nə üçün son qoyulmur? Harada görünüb ki, eyni təşkilatda Kadrlar şöbəsi ilə Xüsusi şöbə qohumluq prinsipi ilə fəaliyyət göstərsin? Bu halda hüquqları pozulan işçilər kimdən kimə şikayət etsin?
Amma siravi, rəhbərliklə əlaqəsi olmayan, 10-20-30 il AMEA-nın Rəyasət Heyətində çalışan işçilər xəbərdarlıq alaraq yola salınır. Kimdə qüsur tapa bilmirlərsə, işlənmiş sxem üzrə şər-böhtanla ləkələyərək işdən uzaqlaşdırırlar.
Qayıdaq həmin qərara. Onun tamamilə təzə strukturla əlavəsini görən olmayıb. Əlavə böyük bir dövlət sirri kimi saxlanılır və gizlədilir. Yəqin ki, yerdə qalan vəzifələr kimlərinsə yaxınları və qohumlarına paylanılıb müəyyən edilməyənədək də üzə çıxmayacaq. Məlum olduğu kimi, tək bu qərarın əlavəsi deyil, heç qərarın özü belə AMEA-nın vitse-prezidentlərinin xidmətlərinə, idarə və şöbələrinə təqdim olunmayıb. Kadrlar şöbəsinin məşhur müdiri Natiq Mehdiyev isə xəbərdarlıq verilən işçilərə işdən çıxarılmaları üçün əsas olan qərarı göstərmir, şifahi bilgi verir. Arif müəllim, niyə gizlədirsiniz bu qərarın 1-ci və 2-ci bəndlərində göstərilən əlavələri?
Yeni struktur təsdiqlənməmiş köhnə struktur qüvvədə qalırsa, niyə indidən insanlara xəbərdarlıqlar paylanılır, ya o xəbərdarlığı arxa-dayağı, qohumu-əzizi olmayanlar alır? Onların taleyi-aqibəti artıq kiminsə tərəfindən həll olunub?!
Ədalət naminədirsə, hamı alsın o xəbərdarlığı bir nəfər kimi, amma az qala unutmuşduq axı, hər zaman olduğu kimi, AMEA Arif Həşimov üçün və keçmiş rəhbərin vaxtından qalan komandanın şəxsi obyekti kimi idarə olunur. Xoşuma gəlirsən – qal, gəlmirsən – get. Xoşuma gəlməyənlə dostsan – get… başqa hansı kriteriyalar əsas götürülür?
Qərarın 5-ci bəndinə əsasən, ştatların ixtisarları ilə əlaqədar işdən azad edilmış işçilər tabelikdə olan müəssisələrdə işlə təmin olunacaq. Yəqin qərarın icrasını üzərinə götürən Arif Həşimov unudub ki, AMEA-nın 28 institutu artıq onun tabeliyində deyil. Və ya 6-ci bənddə göstərilir ki, AMEA “Elm və Texnologiya Parkı” MMC ləğv olunur və onun balansında olan bina və tikililər “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-yə verilir.
Yəqin yaddaş zəifləyib. “AMEA Yüksək Texnologiyalar Parkı” MMC artıq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə verilib. Bu ciddi və kobud prosessual pozuntudur. Amma niyə təəccüblənirik ki? Bu artıq neçənci qanun pozuntusudur?
Xatırladaq ki, keçən il Arif Həşimov DİM-dən qeydiyyət keçməyən şəxsi rəhbərlik etdiyi Fizika İnstitutunda qanunsuz olaraq doktoranturaya qəbul edib. Bu haqda ətraflı yazmışdıq. Onu da xatırladaq ki, sabahdan başlayaraq 6-8 sentyabr 2022-ci il tarixlərində AMEA-nın doktoranturasına “Fəlsəfə” və ixtisas fənlərindən imtahanlar keçiriləcək. Biz azad pressa kimi bu prosesi müşahidə edəcəyik və ictimaiyyət əmin olsun ki, heç bir qanun pozuntusu gizli qalmayacaq.
Qərarın 7-ci bəndində artıq AMEA-nın əksər elmi tədqiqat müəssisələrinin Nazirliyə verilməsini yada salan Arif müəllim AMEA-nın yataqxanasının da Bakı Şəhər İcra Hakimiyyətinin balansına keçməsini elan edib. Əslində bu xoş xəbərdir, nəhayət ki, orada yaşayan insanlar üçün qayda-qanun olar. Amma görəsən onların özünün bundan xəbərləri var? Qərarın gizlədilməsini nəzərə alsaq, bu insanların da taleləri ilə oynayan Arif Həşimov öz hegemonluğundan əl çəkmir, yenə də vəzifəsindən sui-istifadə edir. AMEA-da baş verən çoxsaylı qanun pozuntuları barədə həm bizim sayt, həm də digər saytlar silsilə məlumatlar verib.
Amma nə səbəbdənsə, AMEA-nın heç bir rəsmi nümayəndəsi tərəfindən bu məlumatlar bu günə qədər təkzib olunmayıb. Təvazökarlıqdan uzaq olsa da, aydındır ki, dəlil və sənədlərlə təsdiqlənən özbaşınalıq və qanunsuzluqlar necə təkzib olunsun axı?
Biz hələ də AMEA-nın mövqeyini dərc etməyə hazırıq, amma xatırladaq ki, bizi məhkəmə ilə qorxutmağa çalışmayın, bizim azad səsimizi susdura bilməzsiniz.
dosye.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33 |
|
|
|
• Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25 |
|
|
|
• Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22 |
|
|
|
• “Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20 |
|
|
|
• Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15 |
|
|
|
• AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11 |
|
|
|
• “Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06 |
|
|
|
• Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02 |
|
|
|
• "Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54 |
|
|
|
• Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52 |
|
|
|
• Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50 |
|
|
|
• Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00 |
|
|
|
• "Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56 |
|
|
|
• Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53 |
|
|
|
• Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51 |
|
|
|
• "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02 |
|
|
|
• İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00 |
|
|
|
• "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Dünən, 18:58 |
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Dünən, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Dünən, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Dünən, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Dünən, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Dünən, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Dünən, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Dünən, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Dünən, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Dünən, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Dünən, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Dünən, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Dünən, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Dünən, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Dünən, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Dünən, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Dünən, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Dünən, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Dünən, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Dünən, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Dünən, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Dünən, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Dünən, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Dünən, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Dünən, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Dünən, 16:04 |
|
|
|
|