Tender bazarının yeni ulduzu Talıblı Lamiyə kimdir? - ARAŞDIRMA
Tarix: 26-09-2022, 12:16 | Çap et
Azərbaycanda tender prosedurlarının saxtalaşdırılması halları barədə kifayət qədər yazılıb. Dövrü mətbuatın demək olar ki, hər gün yaydığı yeni məlumatlara baxmayaraq bu proses hələ də davam etdirilir. Yəni, birdəfəlik şirkətlər gündəmdən düşmür. Eyni ünvanda yaradılan onlarla MMC-nin bir çox satınalmalarda qalib olmalarının çox şahidi olmuşuq. Bir nəfərin adına yaradılan bir neçə MMC-lər barədə də kifayət qədər məlumatlar var. Amma bir nəfərin adına yaradılmış 4 MMC-nin may-sentyabr aylarında 15 satınalmanın qalibi olması barədə ilk dəfə rastlaşdıq. Tender bazarının bu yeni ulduzu kimdir? Tanış olaq.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ECHO MOON LT” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 03.03.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, H.Q.MUSTAFAYEV, ev 11, qanuni təmsilçisinin isə Talıblı Lamiyə Ədixan qızı olduğu göstərilir.
Apardığımız araşdırmalar zamanı məlum oldu ki, “ECHO MOON LT” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındıqdan cəmi iki ay ay sonra Səhiyyə Nazirliyinə və Milli Elmlər Akademiyasına tabeli qurumların keçirdikləri kotirovka sorğularının qalibi olmağa başlayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Tarixi Muzeyi tərəfindən “Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında dekorativ silahlar ” adlı sərginin qurulması üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 17.05.2022-ci ildə 7 495 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən digər malların alınması üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 25.05.2022-ci ildə 23 499.5 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.
“Xəzər Tibb Mərkəzi” publik hüquqi şəxsi tərəfindən digər malların alınması üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 07.06.2022-ci ildə 3745.2 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.
Azərbaycan İstiqlal Muzeyi tərəfindən fotoşəkil və çərçivə mallarının satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 28.07.2022-ci ildə 5510 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.
Səhiyyə Nazirliyinin Tibbi Təchizat Bazası tərəfindən dəftərxana və təsərrüfat malları üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 25.08.2022-ci ildə 11 700 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu tərəfindən dəftərxana ləvazimatlarının satınalınması üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 23.09.2022-ci ildə 17 353 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.
“ECHO MOON LT” MMC bu kotirovkalardan ümumi olaraq 69 302 manatlıq dövlət sifarişi alıb.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “DELTA AS LT” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 03.03.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, H.Q.MUSTAFAYEV, ev 11, qanuni təmsilçisinin isə Talıblı Lamiyə Ədixan qızı olduğu göstərilir.
2 nömrəli Baza Tibb Kolleci tərəfindən dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 27.05.2022-ci ildə 15 199.69 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.
Sabunçu rayon Gənclər, İdman və Turizm İdarəsi tərəfindən keçiriləcək idman tədbirləri üçün hədiyyələr, və idman mallarının alınması üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 02.06.2022-ci ildə 20 975 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.
“İctimai Səhiyyə və İslahatlar Mərkəzi” publik hüquqi şəxsi tərəfindən qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair tədbirlərin təşkili üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 09.06.2022-ci ildə 39 670 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.
Azərbaycan İstiqlal Muzeyi tərəfindən müxtəlif kitabların alınması üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 28.07.2022-ci ildə 4 985 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.
“DELTA AS LT” MMC bu kotirovkalardan ümumi olaraq 80 829 manatlıq dövlət sifarişi alıb.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “QLOBAL 18 CORP” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 03.03.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, H.Q.MUSTAFAYEV, ev 11, qanuni təmsilçisinin isə Talıblı Lamiyə Ədixan qızı olduğu göstərilir.
Dövlət qeydiyyatına alındıqdan 3 ay sonra isə “QLOBAL 18 CORP” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətə başlayıb.
“İctimai Səhiyyə və İslahatlar Mərkəzi” publik hüquqi şəxsi tərəfindən Psixoloji konsultasiyaların təmin olunması üçün Videodoktor platformasının və mühasibat proqramının texniki dəstəklənməsi üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 28.06.2022-ci ildə 27 240 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.
“Bakı şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsi tərəfindən dəftərxana və təsərrüfat malları üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 23.09.2022-ci ildə 7000 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.
“QLOBAL 18 CORP” MMC bu kotirovkalardan ümumi olaraq 34 240 manatlıq dövlət sifarişi alıb.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ORLONDO 05 CORP” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 03.03.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ASİF MƏHƏRRƏMOV, ev 22A, m. 20, qanuni təmsilçisinin isə Talıblı Lamiyə Ədixan qızı olduğu göstərilir.
Dövlət qeydiyyatına alındıqdan altı at sonra Lamiyə Laıblı “fəaliyyətə” “ORLONDO 05 CORP” Məhdud Məsuliyyətli Cəmiyyətini buraxıb. Bu MMC isə təkcə sentyabr ayında bir tender və iki kotorivka sorğusunda qalib olub.
Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Qaz İnstitutu tərəfindən tikili və avadanlıqların cari təmir xərclərinin satınalınması üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 08.09.2022-ci ildə 19 755 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tələbatı üçün əşya-geyim ləvazimatının satınalınması üzrə keçirilmiş Açıq Tenderdə qalib elan olunmuş və 22.09.2022-ci ildə 56 338 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Həkim-Sanitar Xidmətinin 2 Saylı Bakı Dəmir Yolu Poliklinikası Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tikili və avadanlıqların cari təmiri üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 23.09.2022-ci ildə 13 855.31 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.
“ORLONDO 05 CORP” MMC bu kotirovkalardan ümumi olaraq 89 948 manatlıq dövlət sifarişi alıb.
Qeyd edək ki, Talıblı Lamiyə Ədixan qızının 03.03.2022-ci il tarixdə dövlət qeydiyyatına aldığı MMC-lər bunlarla bitmir. BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, H.Q.MUSTAFAYEV, ev 11 ünvanında həm də “LMY 98 CORP” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alınıb. Çox güman ki, yaxın vaxtlarda bu MMC-də “xoda” salınacaq.
Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi Talıblı Lamiyə Ədixan qızının adına bir gündə yaradılmış 4 MMC may-sentyabr aylarında 14 kotirovka sorğusunda və bir açıq tenderdə qalib gəlib ümumi olaraq 274 319 manat məbləğində dövlət sifarişi alıb. Bu sifarişlərin çoxunu isə Səhiyyə Nazirliyinə və Milli Elmlər Akademiyasına tabeli qurumlardan alıb. Bir gün ərzində 5 MMC yaradıb 4-5 ay ərzində ümumi olaraq 274 319 manat məbləğində dövlət sifarişi alıb satınalma müqaviləsi bağlamaq hər kəsin işi deyil. Kimdir Talıblı Lamiyə Ədixan qızı ki, bu qədər dövlət sifarişi ala bilir?
Axı onun qanunu təmsilçisi olduğu MMC-lərin heç biri“Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə heç çür cavab vermir. Qalibi olduğu satınalmalarda demək olar ki, müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlığı nəzərə alınmamışdır. Bəs ona bu şəraiti yaradan kimdir? Onu tapmaq lazımdır.
Aktualinfo.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33 |
|
|
|
• Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25 |
|
|
|
• Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22 |
|
|
|
• “Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20 |
|
|
|
• Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15 |
|
|
|
• AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11 |
|
|
|
• “Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06 |
|
|
|
• Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02 |
|
|
|
• "Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54 |
|
|
|
• Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52 |
|
|
|
• Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50 |
|
|
|
• Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00 |
|
|
|
• "Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56 |
|
|
|
• Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53 |
|
|
|
• Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51 |
|
|
|
• "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02 |
|
|
|
• İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00 |
|
|
|
• "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Dünən, 18:58 |
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Dünən, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Dünən, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Dünən, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Dünən, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Dünən, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Dünən, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Dünən, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Dünən, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Dünən, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Dünən, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Dünən, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Dünən, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Dünən, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Dünən, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Dünən, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Dünən, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Dünən, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Dünən, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Dünən, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Dünən, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Dünən, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Dünən, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Dünən, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Dünən, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Dünən, 16:04 |
|
|
|
|