Ədliyyə Akademiyasında QANUN TANIYAN KİMDİR... - İLGİNC FAKTLAR
Tarix: 7-11-2022, 09:17 | Çap et
Elçin Abuzər oğlu Xələfov Bakı Dövlət Universitetində 2011-ci ildən Mülki proses və Kommersiya hüququ kafedrasının tam ştatlı müdiri ola-ola, həm də Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında tam ştatlı prorektoru və rektor əvəzi vəzifələrini necə tutub???
..."Təzadlar" qəzeti və "Tezadlar TV" redaksiyasına daxil olmuş bir məlumat bizi nəinki şoka saldı, həm də ciddi araşdırma apararaq inanılmaz faktların üzə çıxarılmasına sövq etdi. Söhbət hüquqşünas, hüquq üzrə fəlsəfə doktoru olan və 2011-ci ildən Bakı Dövlət Universitetinin Mülki proses və Kommersiya hüququ kafedrasının tam ştatlı müdiri ola-ola, həm də Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının tam ştatlı prorektoru və rektor əvəzi vəzifəsini tutmuş Elçin Abuzər oğlu Xələfovun qanunsuz hərəkətindən, Azərbaycanın mövcud qanunvericiliyinə hörmətsizliyindən gedir.
Beləliklə, redaksiyaya daxil olmuş məlumatın izi ilə araşdırmalara başladıq. Məlumatda qeyd edilirdi ki, Elçin Xələfov 2011-ci ildən BDU-nun Mülki proses və Kommersiya hüququ kafedrasının tam ştatlı müdiridir. Amma o kimlərinsə sayəsində həm də Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının tam ştatlı prorektoru və rektor əvəzi vəzifəsini tutur. Faktın dəqiqliyini və mötəbər sübutlara söykəndiyini öyrənmək üçün əvvəlcə BDU-nun rəsmi saytına daxil olduq. Bəli, Elçin Xələfov yuxarıda qeyd edilən kafedranın müdiridir. O, eyni zamanda Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının 10 ildən çoxdur prorektoru və rektor əvəzi vəzifəsini tutub (Bir müddət əvvəl akademiyaya Şahin Əliyev təyin edilib, Elçin Xələfov yenə də prorektordur). Bəs bu necə mümkün ola bilər??? Axı Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi eyni vaxtda tam ştatlı bir neçə vəzifəni tutmağı qadağan edir. Üstəlik, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının prorektoru və rektor əvəzi vəzifəsi Dövlət qulluğudur. Elə isə, Prezident yanında Dövlət Qulluğu Komissiyası bu fakta, daha doğrusu, bu inanılmaz qanunsuzluğa necə göz yumub?
Axı iki müxtəlif yüksək statuslu və tam ştatlı vəzifəni tutmaq nəinki qanunveticilikdə qadağandır, həm də fiziki cəhətdən mümkünsüzdür. 8 saatlıq iş saatını BDU-da yerinə yetirən Elçin Xələfov daha 8 saatlıq iş saatını Ədliyyə Nazirliyinin Akademiyasındakı iki məsul vəzifəsində necə icra edib? Bu vəzifələrin biri, məsələn, hansısa mal fermasında gözətçi işləmək olsaydı, bəlkə də bunu bir təhər başa düşmək olardı. Amma iş saatı səhər saat 09-dan axşam saat 18:00-da tamamlanan iki yüksək statuslu iş yerində bu necə baş tuta bilib?
Araşdırmalarımız bir sensasion faktı da üzə çıxardı: Ədliyyə Nazirliyinin Akademiyasının həm prorektoru vəzifəsini tutub, həm də Akademiyanın rektoru vəzifəsini icra edən yazımızın baş qəhrəmanının vəzifə maaşı təxminən 3 min manatdır. Biz hələ bu vəzifəyə görə ayrılan xidməti avtomobilə çəkilən büdcə məsrəflərini, digər imtiyazlardan istifadəni demirik. Beləliklə, Elçin Xələfovun 10 il ərzində Ermənistanla müharibə vəziyyətində olan, 1 milyondan çox qaçqın və məcburi köçkünün problemlərinə çiyin verən Azərbaycanın Dövlət büdcəsindən nə az, nə çox, düz 360 min manat vəzifə maaşını qanunsuz olaraq alması narahatlıq doğurmaya bilməz. Digər məsrəfləri, imtiyazları və s. də üstünə gəlsək, Dövlət büdcəsinə yarım milyondan çox ziyan vurulduğu şübhə doğurmur. Bu həm də büdcə vəsaitini talamadır. Bu hələ harasıdır, Elçin Xələfov eyni müddətdə BDU-nun kafedra müdiri vəzifəsini tutmaqdan əlavə, öz kafedrasında 0,5 ştat əvəzçiliyi ilə dərs də deyib, həm də dosent kimi çalışıb. Bəs bu iki vəzifə necə icra edilib???
XXX
İndi bu suallarımıza cavab istərdik:
1. Çox hörmətli ədliyyə naziri Fikrət Məmmədov 10 il ərzində Azərbaycanın Dövlət büdcə vəsaitinin bu talama cinayətinə necə icazə verib??? Doörudanmı nazirə bu barədə məlumat verən olmayıb??.
2. Bəs Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev BDU kimi nüfuzlu elm və təhsil ocağında baş verən bu ciddi qanunsuzluğa nə deyərdi?
3. Bəs hər il büdcədən maliyyələşən dövlət qurumlarında audit aparan Auditorlar Palatasında bu maliyyə dolaşıqlığını doğrudanmı görüb bilən olmayıb? Amma redaksiyamıza bu sualla bağlı maraqlı açıqlamalar verilib...
4. Bəs BDU-nun hüquq fakültəsinin dekanı vəzifəsinə təzə təyin edilmiş Zaur Əliyev bu qanunsuz əməldən həqiqətənmi xəbərsizdir??? BDU-dan şifahi sorğumuzu cavablandıran etibarlı mənbəmiz qeyd etdi ki, Zaur Əliyev gözlənilən ümidləri doğrulda bilmir, o, bu qanunsuzluqdan məlumatlı olmaya bilməz. Çünki dekanın vəzifəsi həm də professor və müəllimlərin işdə iştirakına nəzarət etmək, qeyd jurnalında imzalarını yoxlamaq, kafedralardakı davamiyyətə nəzarət etməkdir. Zaur Əliyev kafedra müdiri Elçin Xələfovun hansı auditoriyada dərs dediyindən xəbərdar deyil ki?! Guya Zaur Əliyev bilmir ki, Elçin Xələfovun dərslərini onun əvəzindən kim deyir?! Bilmirsə, biz apardığımız müşahidələrin nəticəsini açıqlaya bilərik(Əlimizdə fakt var ki, Elçin Xələfov fərqli məkanda tədbirlərdə olub, amma həmin vaxtlarda onun auditoriyada dərs saatı var idi).
5. Yaxşı, ədliyyə naziri Fikrət Məmmədov kimlərəsə görə Elçin Xələfovun qanunsuz əməllərinə və büdcə vəsaitlərini talama cinayətlinə susub, bəs təhsil Naziri Emin Əmiruullayev doğrudanmı bu qanunsuzluqlardan, təhsilimizə baş ucalığı gətirməyən əməllərdən xəbərsizdir? Xəbərsizdirsə, artıq biz xəbərdar etdik.
6. Sonda: bəs Prezident yanında Dövlət Qulluğu Komissiyasının üzvləri necə, onlar da Elçin Xələfovun Büdcə vəsaitini talama əməllərindən xəbərdar deyillər? Niyə belə bir vəzifə qanunsuzluğuna göz yumublar???
XXX
...Biz daxil olan şikayətləri araşdırdıq, "Media haqqında" Qanunun tələblərinə uyğun olaraq şikayətin əsaslılığını yoxladıq. Qarşı tərəfin mövqeyini də dinləməyə hazırıq. Əslində, Elçin Xələfovun elektron poçtuna sorğu da göndərdik. Hələki cavab yoxdur. Bir tərəfdən də, burada nə mövqe ola bilər ki?! Elçin Xələfov BDU-dakı, Ədliyyə Nazirliyindəki vəzifələrini danacaq ki?! Bəlkə dərs deməli olduğu auditoriyalarda tələbələr qarşısına çıxardığı əvəzçisini də danacaq? Əlimizdə kifayət qədər sübutlar var, növbəti yazılarda təqdim olunacaq.
Lap sonda isə sözümüz Auditorlar Palatasının və Baş Prokurorluğun rəhbərliyinədir. İnanırıq ki, rəsmi qaydada təqdim göndərəcəyimiz sübutlar dəqiqliklə araşdırılacaq və redaksiyaya qanunvericiliyin tələbləri səviyyəsində rəsmi cavabın verilməsi təmin ediləcək. Məsələ isə ciddidir. 10 il ərzində talanan yarım milyonluq vəsaitə indi bərpa edilən Şuşada, Ağdamda, Füzulidə... böyük ehtiyac var...
Mövzuya qayıdılacaq.
"Təzadlar"ın Araşdırma Qrupu
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11 |
|
|
|
• “Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06 |
|
|
|
• Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02 |
|
|
|
• "Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54 |
|
|
|
• Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52 |
|
|
|
• Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50 |
|
|
|
• Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00 |
|
|
|
• "Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56 |
|
|
|
• Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53 |
|
|
|
• Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51 |
|
|
|
• "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02 |
|
|
|
• İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00 |
|
|
|
• "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Dünən, 18:58 |
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Dünən, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Dünən, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Dünən, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Dünən, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Dünən, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Dünən, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Dünən, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Dünən, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Dünən, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Dünən, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Dünən, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Dünən, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Dünən, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Dünən, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Dünən, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Dünən, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Dünən, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Dünən, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Dünən, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Dünən, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Dünən, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Dünən, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Dünən, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Dünən, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Dünən, 16:04 |
|
|
|
• Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Dünən, 15:58 |
|
|
|
• Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Dünən, 15:57 |
|
|
|
• Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Dünən, 15:55 |
|
|
|
• Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Dünən, 15:50 |
|
|
|
• Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Dünən, 15:47 |
|
|
|
• İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Dünən, 15:45 |
|
|
|
|