Xairə İslamdan Nicat haqda sərt ittihamlar .....                     Paşinyan Azərbaycandan “yox” cavabı alacaq .....                     "Bu müzakirələr mənə daha da stimul verdi..." .....                     Azərbaycanda bu iki nazir postu boşdur .....                     Flora Kərimovanın vəkili Sevinc Heydərovanın .....                     "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? .....                     İlkin hesabatda müəmmalı QALANLAR: .....                     "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" .....                     Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi .....                     "Toy gözləməyin" .....                     Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb .....                     “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi .....                     Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək .....                     “PashaPay”dən “FINCA Azerbaijan”a transfer .....                     AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib .....                     Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... .....                     FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. .....                     Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? .....                     Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI .....                     Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi .....                     Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib .....                     İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: .....                     Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər .....                     Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı .....                     Bu universitetlərin diplomları Azərbaycanda tanınmır .....                     Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib .....                     "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, .....                     Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi .....                     “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” .....                     Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu .....                     İran müəllimləri Pezeşkiana səsləndi: .....                     “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” .....                     Ağdərədə silah-sursat aşkar edilib .....                     Tanınmış tarixçidən Əlisa Nicata: .....                     Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub .....                     Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini .....                     "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" .....                     Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: .....                     Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır .....                     Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı .....                 

Novruz Məmmədovun baldızı qızı AZƏRTAC-a necə müxbir təyin edilib? – Aslanov haqda SENSASİON İDDİALAR
Tarix: 19-12-2022, 12:42 | Çap et
Novruz Məmmədovun baldızı qızı AZƏRTAC-a necə müxbir təyin edilib?
Vəzifəsindən uzaqlaşdırılsa da, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri Aslan Aslanov haqda iddialar səngimək bilmir. Dövlət Agentliyinə rəhbərlik etdiyi illərdə onun vəzifəsindən sui-istifadə hallarına yol verdiyi, əməkdaşlar arasında ayrı-seçkilik hallarına şərait yaratdığı haqda kifayət qədər faktlar mövcuddur. Bu dəfə KONKRET.az-ın redaksiyasına anonim mənbədən daxil olan faktlar isə Aslan Aslanovun qanunsuz əməllərini ifşa etmək baxımından çox qiymətli material sayıla bilər.

Qeyd edək ki, Aslan Aslanov haqqında hələ onun vəzifədə olduğu vaxtlardan saytımızda dəfələrlə tənqidi məqalələr dərc etsək də, AZƏRTAC-ın direktoru bunlardan heç bir nəticə çıxarmayıb. Görünür, elə ona görədir ki, tutduğu vəzifədən azad edilib. Lakin hesab edirik ki, onun idarəçiliyi zamanı yol verdiyi ciddi nöqsanlar araşdırılmalı, maxinasiyalar varsa, bu zaman mənimsənilən pullar dövlət büdcəsinə qaytarılmalıdır. Biz sadəcə əlimizdə olan faktları dərc edirik, gerisi müvafiq dövlət strukturlarının işidir.

Beləliklə, anonim mənbədən daxil olan məlumata görə, Aslan Aslanovun rəhbərliyi dövründə adı işdə olan, lakin özü Dövlət Agentliyinin dəhlizlərində belə görünməyən, buna rəğmən hər ay hesabına pul yazılan şəxslərin sayı kifayət qədərdir. Məsələn, AZƏRTAC-ın keçmiş Həmkarlar Təşkilatının rəhbəri Azər Əliyevin xeyli boş çekə imza atdırması ilə bağlı tutarlı faktlar mövcuddur.

Novruz Məmmədovun baldızı qızı AZƏRTAC-a necə müxbir təyin edilib?
Azər Əliyev

KONKRET.az-a adının çəkilməsini istəməyən mənbənin verdiyi məlumata görə, Azər Əliyev öz oğlu Həsən Əliyevə ildə 500 manat yardım ayırıb. Ancaq AZƏRTAC-ın kollektivi Həsən Əliyevi heç vaxt işdə görməyib. Bundan başqa, Aslan Aslanovun rəhbərliyi dövründə özünə yaxın işçilərə əlavə saatlar yazılıb. Həmin işçilərlə sövdələşmə nəticəsində isə küllü miqdarda vəsait mənimsənilib. Mənbənin verdiyi məlumata görə, Azər Əliyev və Anar Cəlilov həftədə bir dəfə Aslan Aslanovun Şabranda yerləşən villasında təsərrüfat işləri görmək üçün rayona ezam edilib. Anar Cəlilov Aslanovun villasında aparılan təsərrüfat işlərinə rəhbərlik edib.

Digər iddialara görə, Aslanovun evində işləyən xadimələrin pulu da AZƏRTAC-ın hesabına ödənilib. Bununla bağlı ad və soyadlar, eləcə də tutarlı sənədlər mövcuddur. Anonim mənbənin redaksiyamıza göndərdiyi məlumatlara görə, Aslan Aslanovla yanaşı onun həyat yoldaşının yaxın qohumları da AZƏRTAC-da sözün əsl mənasında “at oynadıblar”. Belə ki, yaxın qohumlardan İradə Tağıyeva mühəndis, İlhamə Yusifova isə aparıcı mütəxəssis kimi idarədə ştata salınıblar. İlhamə Yusifova aparıcı mütəxəssis olsa da, nədənsə Aslanov tərəfindən ona xidməti maşın ayrılıb. Məhz Aslan Aslanovun himayəsi ilə jurnalistlər binasında həyat yoldaşının qohumuna ev verilib.

Digər texniki işçi Nərgiz Həsənovanın isə adına kart açılıb. Bu, həmin Həsənovadır ki, Aslanovun evindəki işlərinə də cəlb edilib. İddiaya görə Nərgiz Həsənova ilin bütün bazar günlərini işə çıxarılıb və ona əlavə pul yazılıb. Digər iddiaya görə, Aslan Aslanovun dövründə heç bir dili səlis bilməyən yaxınları tərcüməçi ştatında işə cəlb olunub. Sadəcə olaraq 44 günlük müharibədə qazi olan qardaşını işə götürdüyünə görə həmin faktın üzərinə çox getməyi məqbul saymırıq.

Bundan başqa AZƏRTAC-da adı işdə gedən, lakin üzü görünməyən əməkdaşlardan biri də Aqil Mirzəyev adlı sürücü olub. O, idarə etdiyi “Kia Karnival” markalı avtomobillə yalnız Aslan Aslanovun nəvələrini çox bahalı məktəb sayılan “Landau”ya aparıb. Ümumiyyətlə, idarəyə alınan xidməti maşınlar yalnız Aslanovun ailəsinə və yaxınlarına xidmət edib.

Apardığımız bəzi araşdırmalara görə, Aslan Aslanovun səhhətində yaranan problemlərə görə təyin edilən dərmənlar da AZƏRTAC-ın hesabına ödənilib. Yəqin ki, ölkənin hüquq-mühafizə orqanları bu faktları ciddi araşdıracaq. Ən gülməli və bəlkə də acınacaqlı məqam ondan ibarətdir ki, ildə bir dəfə müalicə masajistinə verilən pul da AZƏRTAC-ın hesabına ödənilib. Apardığımız araşdırmalar zamanı təxmini rəqəmlər də üzə çıxıb. Belə ki, AZƏRTAC-da işə götürülən əməkdaşların 50 faizi Aslanovun öz qohumları, digər yerdə qalan faiz göstəriciləri isə həyat yoldaşının və oğlunun yaxın adamları olub.

Mətbuatda gedən məlumatlardan da məlum olduğu kimi, AZƏRTACA-a məxsus pay torpaqları öz işçilərinə 2000 manata satılıb. Aslanovun qohumlarına bu torpaqlar pay verilsə də, işçilərin pulunu Azər Əliyev yığıb. 40 sot torpaq isə Aslan Aslanovun oğlunun adına rəsmiləşdirilib.

Digər əldə etdiyimiz məlumatlara görə, yeni rəhbərlik AZƏRTAC-ın xarici bürolarında çalışan müxbirləri rotasiya edəcək. Qeyd edək ki, London müxbiri Ramiz Mehdiyevin yaxını Aynurə Tağıyeva, İstanbul müxbiri isə sabiq baş nazir Novruz Məmmədovun baldızı qızı Günel Məlikovadır. Ümumiyyətlə, Aslan Aslanovun Günel Məlikovanı təyin etməsi ilə bağlı təfərrüatlar məmur özbaşınalığının ən bariz nümunəsi kimi dəyərləndirilə bilər.

İddialara görə, Novruz Məmmədovun ciddi tapşırıqlarından sonra təcili olaraq baldızının qızı İstanbula müxbir təyin edilib. Amma əlavə ştat vahidi açılmadığından Günel Məlikovanın pulu idarə daxilində yığılaraq ödənilib. Mənbənin iddiasına görə, işçilərə ayrılan əlavə saatlardan və digər mənbələrdən əldə edilən pulların hesabına Günel Məlikovaya maaş təyin edilib. Sonradan Novruz Məmmədov öz baldızı qızının xatirinə Türkiyə üzrə yeni ştat vahidinin açılmasını məsləhət bilib.

Ümumiyyətlə, son dövrlər AZƏRTAC-da intriqalar son həddə çatıbmış. İddialara görə, həmin intriqaları Aslanovun həyat yoldaşının yaxın qohumları yaradırmış. Yeri gəlmişkən, dövlət başçısı tərəfindən yeni təyin olunan sədr haqqında hələ ki, müsbət fikirlər formalaşıb. Onun bir neçə dildə səlis danışdığı, vicdanlı və əxlaqlı şəxs olduğu haqda kollektivdə çox müsbət rəy mövcuddur.

HAZIRLADI: KONKRET.az-ın Araşdırma Qrupu

P.S. Yazıda adları çəkilən şəxslərin mövqelərini dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Bu gün, 23:50
Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Bu gün, 20:00
"Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Bu gün, 19:56
Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Bu gün, 19:53
Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Bu gün, 19:51
"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Bu gün, 19:02
İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Bu gün, 19:00
"Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Bu gün, 18:58
Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Bu gün, 18:07
"Toy gözləməyin" - VİDEO
Bu gün, 18:05
Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Bu gün, 18:01
“Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Bu gün, 17:59
Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Bu gün, 17:55
“PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Bu gün, 17:53
AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib - DOSYE
Bu gün, 17:52
Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:48
FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Bu gün, 17:40
Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Bu gün, 17:35
Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Bu gün, 17:33
Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Bu gün, 17:30
Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 17:28
İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Bu gün, 17:24
Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Bu gün, 17:21
Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 17:01
Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Bu gün, 16:59
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Bu gün, 16:55
"Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Bu gün, 16:53
Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51
“Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45
Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42
İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35
“Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33
Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31
Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10
Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09
Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07
"Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04
Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58
Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57
Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55
Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50
Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47
İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45
Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35
Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28
Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24
Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23
Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10
Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08
Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru