Anar Kərimov postundan niyə getdi? - Və ya nazir vəzifəsinə gəlməli idimi?
Tarix: 24-12-2022, 13:00 | Çap et
Bu yazını əslində yazıb-yazmamaq haqqında çox fikirləşdim. Tərəddüdüm də əsassız deyildi. Çünki, yıxılana “balta vurmağı” şəxsimə yaraşdırmamışam heç vaxt.
Amma həm mədəniyyətimizə vurulan balta, həm də cənab sabiq nazirin hələ vəzifədə olduğu zaman fəaliyyəti barədə açıq-aydın danışmağım, sosial şəbəkəmdə post paylaşmağım mənə bu ixtiyarı verdi.
Anar Kərimov cavan kadr idi. Üç dil bilir, iki universitet bitirib. Saya bildiyim qədəri ilə dünyanın 5 ölkəsində diplomatik kurslarda iştirak edib. Bura qədər hər şey öz qaydasındadır. Nazir olmaq üçün bütün kriteriyaları göz oxşayır. Amma di gəl dil bilmək, şərqşünaslığı bitirdikdən sonra diplomatiya üzrə magistr dərəcəsi almaq uğurlu Mədəniyyət naziri olmaq üçün kifayət etmir. Bəs nəydi Anar Kərimovu uğursuz nazir edən? Nəyə görə bu postda 1 il belə qala bilmədi? Cavablar bəsitdir. Nazirliyin “qara mühasibatlığı”na, tenderlərdə kimləri hansı göstəricilərə görə qalib elan etmələrinə toxunmayacam. Bunun üçün səlahiyyəti olan qurumlar onsuz da öz işlərini görəcək. Özü də lazımınca. Yıxılıb axı… Hərə əlində bir balta ilə hazır dayanıb. Gəlin, biz məsələnin yaradıcı tərəflərindən danışaq.
Cənab Kərimovun mədəniyyət kimi spesifik sahədən xəbərsiz olduğu gün kimi aydın idi. Ona bu postu həvalə edənlər yəqin ki, idarəçilik qabiliyyətinə önəm vermişdilər. Əgər Anar Kərimov mədəniyyət sahəsindən bixəbər idisə, onda kadr siyasətində daha diqqətli olmalı idi. Ətrafına tanışlarını, tanışlarının tanışlarını və ya tanışlarının tapşırdıqlarını yığmaq əvəzinə bu sahənin bilicilərini yığmalı idi. Heç olmasa üç-beş zövqlü mədəniyyət xadimi nazirliyin əməkdaşı olmalı idi.
Köhnə kadrları uzaqlaşdırmamalı idi. Ən azı işi öyrənənə qədər onların köməyindən yararlanmalı idi. Bunu da etmədi.
Anar Kərimovun mədəniyyət xadimlərini tanımaması artıq hər kəsin dilində dolaşırdı. Elə birinci müavini Elnur Əliyev də özündən geri qalmırdı.
Dünyasını dəyişən sənətkarlar haqqında danışılanda “ona özüm zəng edərəm” deməsi də kasanı doldura son damla olmadı. Adama deyərlər tanımırsan heç olmasa L. Robertin kəşfindən istifadə et, aç internetə bax.
Sabiq nazirin internetdən istifadəni sevməməsi bəstəkar, dövlət xadimi Rauf Hacıyevlə bağlı postunda da özünü göstərdi. Sənətkarın 100 illik yübileyi ilə bağlı paylaşdığı postunda Rauf Hacıyevi “Cazın əfsanəsi” adlandırdı.
Ətrafında olanlar da sabiq nazirə demədi ki, “Cənab nazir, Rauf Hacıyevin cazist olmaması bir yana, axı bu ölkədə cazın əfsanəsi Vaqif Mustafazadədir”. Niyə demədilər? Çünki özləri də bilmir. Niyə bilmirlər? Çünki mədəniyyət sahəsinə dəxli olmayan və ya bu sahəni səthi bilən insanlar nazirin ətrafında cəm olmuşdular.
Mədəniyyət nazirliyinin fiyasko layihələrindən biri də Cəlil Məmmədqluzadənin “Anamın kitabı” əsərinin ingilis dilində səhnələşdirilməsi idi. Təsəvvür edin nazirlik bunun üçün aktyor heyətinin bir neçə ay ingilis dilində kurs keçməsini belə təmin etmişdi. Bir neçə aya öyrənilən ingilis dilinin səviyyəsini müzakirə etməyəcəm. Dərd daha ağırdır. Mirzə Cəlil bu əsəri yazanda rus, fars, türk dillərində danışanları qınaq obyektinə çevirməyi hədəfləmişdi.
Bir ananın üç oğlunun üç fərqli dildə danışmasını tənqid edirdi. Bu əsərdə ana obrazı Vətən idi, Azərbaycan idi. Yəni Mirzə Cəlil deyirdi ki, ay mənim xalqın ana dilinizdə danışın. Üsyan edirdi. Fəqan qoparırdı. Amma çi fayda… Düz yüz il sonra “Anamın kitabı” əsəri Azərbaycan tamaşaçısına ingilis dilində təqdim olundu.
Mirzə Cəlil bəlkə də həmin gün öldü. Deyək yenilik etmək istəyirsiz. Bu təcrübənizi başqa əsər üzərində keçərdiniz. Axı “Anamın kitabı”nın məqsədi, məramı başqa idi…
Bu layihənin müəllifi təkcə Anar Kərimova yox, elə Azərbaycana, Mirzə Cəlilə də qənim kəsilib. Mədəniyyət nazirliyinin tənqid siyahısını daha da uzatmaq olar.
Amma biz ümid etmək istəyirik ki, bundan sonra nazir vəzifəsinə kim gələcəksə ya özü bu sahənin bilicisi olarn, ya da ən azı ətrafına mədəniyyəti anlayan insanları toplayar. Yoxsa Corci Zeydanın “Bir millətin həqiqi tarixi həmin millətin mədəniyyət tarixidi” sözləri iflasa uğrayar.
Əfsanə Uğur Gununsesi.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11 |
|
|
|
• “Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06 |
|
|
|
• Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02 |
|
|
|
• "Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54 |
|
|
|
• Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52 |
|
|
|
• Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50 |
|
|
|
• Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00 |
|
|
|
• "Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56 |
|
|
|
• Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53 |
|
|
|
• Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51 |
|
|
|
• "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02 |
|
|
|
• İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00 |
|
|
|
• "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Dünən, 18:58 |
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Dünən, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Dünən, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Dünən, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Dünən, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Dünən, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Dünən, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Dünən, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Dünən, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Dünən, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Dünən, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Dünən, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Dünən, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Dünən, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Dünən, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Dünən, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Dünən, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Dünən, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Dünən, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Dünən, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Dünən, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Dünən, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Dünən, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Dünən, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Dünən, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Dünən, 16:04 |
|
|
|
• Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Dünən, 15:58 |
|
|
|
• Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Dünən, 15:57 |
|
|
|
• Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Dünən, 15:55 |
|
|
|
• Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Dünən, 15:50 |
|
|
|
• Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Dünən, 15:47 |
|
|
|
• İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Dünən, 15:45 |
|
|
|
|