“General bu sahədə monopoliya yaradır” - NARAZILIQ VAR!
Tarix: 25-01-2023, 12:54 | Çap et
Xarici ölkələrə gəmi lövbərlərinin satışı ilə məşğul olan azərbaycanlı şirkət rəhbəri Dövlət Gömrük Komitəsi tərəfindən süründürməçiliyə məruz qaldığını iddia edir.
DİA.AZ bildirir ki, “Qafqazinfo”ya daxil olan şikayət məktubunda qeyd olunub ki, “Corporation Vvide Profile Of Az Metal” şirkəti 5 ildən çoxdur misdən hazırlanan gəmi lövbərlərinin istehsalı və xaricə ixracı ilə məşğuldur.
Şirkətin rəhbəri Qamət Ağazadə bildirib ki, Komitənin sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Bakı Baş Gömrük İdarəsinə İsmayıl Hüseynovu rəis əvəzi təyin etdikdən sonra həmin qurumda süründürməçilik halları başlayıb: “Biz illərdir, bu işi görürük. Ona görə də şirkətimiz bütün sənədləri qanunauyğun şəkildə hazırlayıb, lazımi prosedurları keçib, rüsumlarını ödəyib. Ona görə də heç vaxt problem yaşamamışıq. Qısaca izah etsəm, xaricə mal ixracı üçün lazım olan gömrük bəyannaməsi, invoys, maşının sənədləri, kontrakt, məişət sertifikatı, uyğunluq sertifikatı və qalan hər bir xırda detalı peşəkar əməkdaşlarımız hazırlayıb ixracatı həyata keçiriblər. Bir sıra xarici şirkətlərlə kontraktlarımız var. Biz ölkə iqtisadiyyatına, xüsusən də qeyri-neft sektoruna töhvə veririk. Ölkəyə pul gətiririk. Amma general İsmayıl Hüseynov artıq daha bir sahibkarı küsdürüb bazardan çıxarmaq üzrədir. Bunun bir adı var: inhisarçılıq”.
Şikayətçi qeyd edir ki, ötən ilin sonlarında aldıqları sifarişləri xaricə göndərmək üçün bir neçə maşın yükü hazırlayıb sənədləşmə üçün Bakı Baş Gömrük İdarəsinə gətiriblər. Sənədlərdə heç bir problem olmadığı üçün birinci maşın buraxılıb. Lakin sonra idarədən bildiriblər ki, şirkətin uyğunluq sertifikatı qaydasında deyil: “Uyğunluq sertifikatı odur ki, yəni bizim mallarımız ekspertizadan keçib, keyfiyyətlidir. Yəni sənədlərdə göstərdiyimiz metalın növünə uyğundur. Təsəvvür edin, eyni sertifikatla bir maşını buraxırlar, sonrakı maşınları yox. Sertifikat etibarsız idisə, birinci maşını niyə buraxırdılar bəs? Bu sualı orada verəndə, nədənsə cavab verən tapılmır.
Sertifikatda saxtakarlıq varsa, versinlər prokurorluğa, araşdırılsın. Biz sertifkatı İqtisadiyyat Nazirliyi tərəfindən fəaliyyətinə rəsmi icazə verilmiş “Seltux” şirkəti tərəfindən almışıq. Yəni bu şirkətə nazirliyin nəzdində fəaliyyət göstərən Azərbaycan Akkreditasiya Mərkəzi səlahiyyət verib ki, bu sahədə uyğunluq yoxlaması apara bilərsən. Biz də bu sertifikatı almaq üçün pul ödəmişik. Nəzərə alın ki, hər gün bir maşın üçün gömrüyün həyətində dayanmağa 100 dollar haqq alınır. İki maşınımız 20 gündür ki, oradadır. Təsəvvür edin ki, DGK bir sahibkarı nə qədər ziyana salır”.
Sahibkarın sözlərinə görə, etirazlardan sonra Bakı Baş Gömrük İdarəsindən bir şəxs bildirib ki, sertifikatı Azərbaycan Standartlaşdırma İnstitutundan (Azstand) almalıdırlar. Lakin 2 dəfə “Aztsand”a müraciət etmələrinə baxmayaraq, buradan sertifikat verilməyib: “Təbii ki, burada İsmayıl Hüseynovun öz şəxsi marağı var. Qeyri-rəsmi göstəriş verib ki, bizim kimi mis katod ixracatı ilə məşğul olan şirkətlərə sertifikat verilməsin. Bununla da o qeyd etdiyim metal sahəsi üzrə monopoliya yaradır. İstəyir ki, bu sahəni öz biznesinə çevirsin. Bu metalı ondan başqası yığıb istehsal etməsin. Biz kiçik sahibkarlarıq. Malın tonunda 50 dollar qazanırıq, deyirik Allah bərəkət versin. Biz İsmayıl Hüseynov kimi milyonlar qazanmaq arzusunda deyilik.
Ay qardaş, lap mənim malım keyfiyyətsizdir. Bunun gömrüyə nə aidiyyəti var? Alan razı, satan razı. Yəni bunu mən bilərəm, alıcı bilər. Alıcı dəfələrlə bu maldan alıb. Gömrük Komitəsi niyə mənim satışıma maneə törətməkdə maraqlıdır?”
Məsələ ilə bağlı “Sertus” MMC ilə əlaqə saxladıq. Şirkətin direktoru Emil Eynullayev bildirdi ki, “Sertus” MMC Azərbaycan Akreditasiya Mərkəzinin sertifikasiyasından keçib: “Dövlət qurumu bizə rəsmi səlahiyyət verib. Biz hər 3 ildən bir bunun üçün müraciət edirik. İstehsalat prosesinə baxıb məhsula uyğunluq sertifikatı veririk. Verdiyimiz sertifikatlar bütün dövlət qurumlarında tanınır. Əgər mən dövlət akreditasiyasından keçmişəmsə, deməli, mənim verdiyim sertifikat ölkə üzrə rəsmi tanınır. Ona görə Dövlət Gömrük Komitəsinin bu barədəki göstərişləri qanunsuzdur”.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə də sorğu ünvanlamışıq.
Qeyd edək ki, İsmayıl Hüseynov 2001-ci ildən gömrük orqanlarında çalışır. Gömrük general-leytenantıdır. 2018-ci ildə Komitə sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Daha çox əvvəlki sədr Səfər Mehdiyevin kadrı kimi tanınıb. Şahin Bağırov DGK-ə sədr əvəzi təyin olunandan sonra İsmayıl Hüseynovu Bakı Baş Gömrük İdarəsinə müvəqqəti sədr göndərib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Bu gün, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Bu gün, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Bu gün, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Bu gün, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Bu gün, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Bu gün, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Bu gün, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Bu gün, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Bu gün, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Bu gün, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Bu gün, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Bu gün, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Bu gün, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Bu gün, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Bu gün, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04 |
|
|
|
• Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58 |
|
|
|
• Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57 |
|
|
|
• Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55 |
|
|
|
• Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50 |
|
|
|
• Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47 |
|
|
|
• İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45 |
|
|
|
• Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35 |
|
|
|
• Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28 |
|
|
|
• Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24 |
|
|
|
• Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23 |
|
|
|
• Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10 |
|
|
|
• Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08 |
|
|
|
• Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06 |
|
|
|
• Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04 |
|
|
|
• “Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Bu gün, 14:47 |
|
|
|
• "Niyə bu gün həmin musiqilər oxunur?" - ETİRAZ
Bu gün, 14:43 |
|
|
|
• Vahid Əhmədov təkzib etdi: - “Hazırda evimdəyəm, yalandır”
Bu gün, 14:41 |
|
|
|
• Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib
Bu gün, 14:40 |
|
|
|
• “Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” - Seyran Səxavətdən sərt sözlər
Bu gün, 14:22 |
|
|
|
• “Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub” - Şimaldan gələn təhlükə
Bu gün, 14:02 |
|
|
|
• Paşinyanın ABŞ-yə plansız səfəri... - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Putin üçün tribunal layihəsi təsdiq edilib
Bu gün, 13:58 |
|
|
|
|