Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı .....                     Bu universitetlərin diplomları Azərbaycanda tanınmır .....                     Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib .....                     "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, .....                     Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi .....                     “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” .....                     Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu .....                     İran müəllimləri Pezeşkiana səsləndi: .....                     “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” .....                     Ağdərədə silah-sursat aşkar edilib .....                     Tanınmış tarixçidən Əlisa Nicata: .....                     Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub .....                     Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini .....                     "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" .....                     Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: .....                     Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır .....                     Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı .....                     Tanınmış ziyalılar Prezidentə müraciət etdilər .....                     Tramp İranı çökdürmə planı: .....                     İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib .....                     Kağız reseptlərdən istifadə ləğv ediləcək .....                     Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? .....                     Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ .....                     Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb .....                     Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi .....                     Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib .....                     Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ .....                     Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır .....                     “Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” .....                     "Niyə bu gün həmin musiqilər oxunur?" .....                     Vahid Əhmədov təkzib etdi: .....                     Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib .....                     “Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” .....                     “Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub” .....                     Paşinyanın ABŞ-yə plansız səfəri... .....                     Putin üçün tribunal layihəsi təsdiq edilib .....                     "Məsul şəxslər cəzalarını alacaqlar" .....                     İki dost həbs edildi: Biri nazirlikdə, digəri İdarədə işləyirdi .....                     Ən böyük yaltaq Əlisa Nicatın özüdür, atamın ətrafında fırlanırdı .....                     Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş .....                 

Respublika Dəri-Zöhrəvi Mərkəzində KİMLƏR `AT OYNADIR`... - TƏBİB və Nazirlik HARA BAXIR?
Tarix: 30-01-2023, 08:57 | Çap et
Respublika Dəri-Zöhrəvi Mərkəzində KİMLƏR `AT OYNADIR`...
Son 2 ildə Respublika Dəri-Zöhrəvi Mərkəzinin həkimləri kimi, pasiyentləri də çətin vəziyyətlə üzləşiblər.
Həkimlərə müəyyən məhdudiyyətlər tətbiq edildiyi kimi, xəstələrə də dərman və digər tibbi peraparatların yoxluğu bildirilir, onlara əksər hallarda dərmanları özlərinin almaları diqqətə çatdırılır.Həkim bunları xəstəyə deyəndə, təbii ki, xoş qarşılanmır. Halbuki, Respublika Dəri-Zöhrəvi Mərkəzini dərman peraparatı ilə TƏBİB təmin edir.

Hazırda işdən qanunsuz çıxarıldığı bildirilən Nərmin Qəzənfərova baş həkimdən şikayətçidir. Artıq onun yazmadığı dövlət orqanı qalmayıb. Yəni, 2 il bundan əvvəl bu səhiyyə müəssisəsinə təyin olunan baş həkim tərəfindən "yeni qanunların tətbiqi"nə narazılıqlar hələ də səngimir. Prezident Administrasiyasına,TƏBİB rəhbərliyinə şikayət edilir. Şikayətlərdən sonra isə hər dəfə yoxlamanın yekunu olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-də olan adamları hesabına Müşfiq Zeynalov "sudan quru" çıxa bilir, bu dəfə görək nə olacaq.Onun ilk baş həkim işlədiyi aylarda Milli Məclisin deputatı Azay Quliyevin qohumu Səbinə xanım və digər həkimlər Müşfiq Zeynalovun "idarəçiliyinə" etiraz əlaməti olaraq,ondan şikayət etmişdilər. Bütün şikayətlər ört-basdır ediləndən sonra baş həkimin özbaşınalıqlarına dözməyənlər özləri xəstəxananı tərk etdilər. Bu da baş həkimin işinə yaradı və mərkəzə yeni həkimləri işə götürməklə maddi imkanlarını genişləndirmiş oldu.

Hətta, narazılıqlar o həddə qədər yüksəldi ki, baş həkim bir sıra həkimlərlə gizlin danışıqlara getdi. Həmin arada Müşfiq Zeynalov qohum-əqrəbaya, dost-tanışa iş yeri təklif etmək üçün köhnə, peşəkar kadrları əsassız yerə işdən çıxarmaqla bezdirirdi, 65 yaşı tamam olan bir sıra həkimlərlə əmək müqaviləsini uzatmayıb, peşəkar həkimləri oradan uzaqlaşdırırdı. Beləcə zaman ötdü və baş həkim TƏBİB-də özünə tərəfdarlar toplamağa başladı. İndi vəziyyət o həddədir ki, orada operator işləmiş Nərmin Qəzənfərovanın şikayəti baş həkim Müşfiq Zeynalovun xeyrinə həll edilir. Əlac qalır Azərbaycan Respubilkasının Maliyyə Nazirliyinə, onların nəzər yetirəcəkləri ştat vahidlərinə.Təxmin edilir ki, baş həkim Müşfiq Zeynalovdan soruşulsun: nədən il ərzində ştat vahidlərində dəyişiklik edilərək,müəyyən şəxsləri işə qəbul edib, bir o qədərdə işdən çıxartmısız? Respublika Dəri-Zöhrəvi Mərkəzində təsərrüfat işləri üzrə əlavə ştatların yaradılmasına nədən ehtiyac yaranıb, ora işçilər nə səbəbə qəbul edilib? Və yaxud Nərmin Qəzənfərova niyə operator vəzifəsindən azad edilərək, xadimə ştatına keçirilib və o da bununla razılaşmayıb, şikayət etməkdədir.

O cümlədən, Respublika Dəri-Zöhrəvi Mərkəzinin özəyini təşkil edən aptekdə vəziyyət necədir? Orada nə səbəbə ixtisaslı aptek müdiri vəzifəsindən kənarlaşdırılıb, farmatsiya üzrə işçi kimi saxlanılır, onun yerinə qeyri-rəsmi bu vəzifə Nigar Əliyeva adlı dəri-zöhrəvi həkiminə (kojviniroloq) həvalə olunub? TƏBİB-in bundan xəbəri varmı, icazə veribmi? Axı,aptek müdiri ştatında işləyən Səhiyyə Nazirliyinin keçirtdiyi sertifikasiya imtahanından keçən şəxs olmalıdır ki, o vəzifəni daşıya bilsin. Bir ildən artıqdır ki, Nigar Əliyeva adlı həkimin aptek müdirinin işini apardığına dair mərkəzdə söz-söhbətlər dolaşır. Buna kimi icazə verib, - deyə bir-birinə sual verənlər var. Çünki, mərkəzə pemfiqus dəri xəstəliyindən əziyyət çəkən pasiyentlər müraciət edir. Bu xəstəlik çox ağır dəri xəstəliyi hesab edilir. Belə xəstələrə 3-4 dəfə dərman verib, başdan eləmək həqiqətən yolverilməzdir. Hazırkı halda aptek müdirliyindən kənarlaşdırılan şəxsin, funksiyasını belə xəstələrə dərman verərkən əvəz etmək asandır ki? Təbii, bu suallar zaman keçdikcə aydınlaşacaq, sadəcə hazırkı çəkişmələr Respublika Dəri-Zöhrəvi Mərkəzinin iş ahəngini pozmaqda, xəstələrə çətinliklər yaratmaqda davam edir.

Qeyd edək ki, son vaxtlar ölkədə dəri-zöhrəvi xəstəliklərinə yoluxma halları da müəyyən qədər artıb. Halbuki, hər il dövlət büdcəsindən səhiyyə xərclərinin qarşılanması məqsədilə külli miqdarda vəsait ayrılır.Yəni, bu vəsaitlə səhiyyə sistemində mövcud olan bir çox problemləri həll etmək olar. Lakin reallıqda bunu heç də həmişə müşahidə edə bilmirik. Belə ki, bəzi vəzifə sahiblərinin işlərinə biganə münasibət sərgiləmələri, ayrılan vəsaitləri təyinatı üzrə xərcləməmələri bu sahədə ciddi geriləmələrə səbəb olur. O cümlədən, hazırda Respublika Dəri-Zöhrəvi Mərkəzinin fəaliyyəti də qətiyyən qənaətbəxş hesab edilmir.

Onu da xatırladaq ki, bir müddət əvvəl saytlarda yazılıb ki, mərkəzin baş həkimi Müşfiq Zeynalov ona tapşırılan işlərin öhdəsindən layiqincə gələ bilmir, gəlmək belə istəmir. Çünki TƏBİB-də olan himayədarlarına güvənərək, bildiyi qanun pozuntularına davamlı yer verir. Məlumatlarda bildirilir ki, bu gün dəri-zöhrəvi xəstəliklərin müalicəsində istifadə olunan dərmanlarla bağlı kifayət qədər ciddi problemlər var. O cümlədən, Respublika Dəri-Zöhrəvi Mərkəzində bu cür xəstəliklərə yoluxan şəxslərin müalicəsinə etinasız yanaşılır. Fikirləşən yoxdur ki, zöhrəvi xəstəliklərin hamısı insan həyatı üçün təhlükəlidir. Çünki bu cür xəstəliklər nəticəsində kişi və qadında sonsuzluq belə yaranır. Müşfiq Zeynalov isə ölkə üzrə cavabdeh olduğu çox vacib bir sahədə sabitlik yaratmaq istiqamətində iş aparmaqdansa, rəhbərlik etdiyi müəssisə daxilində intriqalar aparmağa üstünlük verir. Baş həkim bunu çox orijinal üsullarla edir. Məsələn, məlumdur ki, hər bir müalicə həkimi müəssisə daxilində özünə tibb bacısı seçmək hüququna malikdir. Amma bu hüquq Respublika Dəri-Zöhrəvi Mərkəzində işləmir. Burada bir sıra istisnalar olmaq şərti ilə həkimlərə tibb bacılarını baş həkim şəxsən özü təyin edir, burada da məqsəd həkimlərə “nəzarət” etməkdir. Baş həkim elə bir vəziyyət yaradılıb ki, bura müraciət edən pasiyent müayinədən və hətta həkimlə sadəcə söhbətdən sonra mütləq əlini cibinə salmalıdır. Buna görə də, Respublika Dəri-Zöhrəvi Mərkəzinə müraciət edən şəxslər çətin vəziyyətlə üzləşməli olur.

O da bildirilir ki, çoxsaylı şikayətlər baş həkim Müşfiq Zeynalovun aqressiv fəaliyyətini bir qədər səngidib. Amma indi də baş həkimin “funksiyalarını” Təsərrüfat İşləri üzrə müavin Rasim Quliyev, Baş həkimin müavini Sevil Yusifova, onlardan da ötsə kadrlar şöbəsinin işçisi Nuridə Almazova (Yeri gəlmişkən Nuridə Almazova baş həkimin əsas işlərini aparmasına dair məlumatlar dolaşır) icra edir - deyə saytlar yazıb.

Mətbuat onu da vurğulayıb ki, Respublika Dəri-Zöhrəvi Mərkəzində hər ayın axırında bir sıra həkimlər "sıxma-boğmaya" salınarkən, nə səbəbə ər-arvad, bacı-qardaş, ana-bala olan həkimlərə rahat “nəfəslik” verilir. Yəni, daxili nizamnamə yol verirmi ki, bu kateqoriyadan olan həkimlər orada cüt-cüt işləsin?!

Dərmanlar xəstəxananın aptek müdiri tərəfindən qəbul edilir. Orada vəziyyət necədir, aptek müdiri kimdir, işindən razıdırmı, ixtisas sahibidirmi, bu tip suallara TƏBİB rəhbərliyi tərəfindən aydınlıq gətirilməsi başqa mövzudur, vurğulanıb.Bu tip suallar bitəsi deyil, o vaxta kimi ki, TƏBİB rəhbərliyi tərəf tutmayıb, tərəfsiz qalacaq...

Belə görünür ki, Respublika Dəri-Zöhrəvi Mərkəzinə hansısa bir irəliləyişə nail olmaq hələ bir müddət də mümkün olmayacaq. Bu səbəbdən də ölkədə dəri-zöhrəvi xəstəliklərindən əziyyət çəkənlər, yaxşısı budur ki, bir müddət türkəçarə mütəxəssisslərinə müraciət etsinlər, fikirləri də mətbuatda yer alıb.

Faktinfo.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 17:01
Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Bu gün, 16:59
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Bu gün, 16:55
"Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Bu gün, 16:53
Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51
“Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45
Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42
İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35
“Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33
Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31
Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10
Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09
Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07
"Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04
Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58
Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57
Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55
Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50
Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47
İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45
Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35
Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28
Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24
Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23
Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10
Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08
Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06
Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Bu gün, 14:47
"Niyə bu gün həmin musiqilər oxunur?" - ETİRAZ
Bu gün, 14:43
Vahid Əhmədov təkzib etdi: - “Hazırda evimdəyəm, yalandır”
Bu gün, 14:41
Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib
Bu gün, 14:40
“Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” - Seyran Səxavətdən sərt sözlər
Bu gün, 14:22
“Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub” - Şimaldan gələn təhlükə
Bu gün, 14:02
Paşinyanın ABŞ-yə plansız səfəri... - AKTUAL
Bu gün, 14:00
Putin üçün tribunal layihəsi təsdiq edilib
Bu gün, 13:58
"Məsul şəxslər cəzalarını alacaqlar" - Sektor müdiri məktəbdəki biabırçılıqdan danışdı
Bu gün, 13:05
İki dost həbs edildi: Biri nazirlikdə, digəri İdarədə işləyirdi - TƏFƏRRÜAT
Bu gün, 13:02
Ən böyük yaltaq Əlisa Nicatın özüdür, atamın ətrafında fırlanırdı – Anar SƏRT DANIŞDI
Bu gün, 13:00
Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş – Xəstəxanadakı rüşvət sxeminin TƏFƏRRÜATI
Bu gün, 12:59
Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: - "Şoumenin verilişində oturub..."
Bu gün, 12:56
USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI – “Ermənistanda hakimiyyət çevrilişi...”
Bu gün, 12:54
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində QALMAQAL
Bu gün, 12:46
USAID rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlər yenidən qurula bilər
Bu gün, 12:38
Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: - “Pulumu qaytarın”
Bu gün, 12:34
Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... - ÖZBAŞINA QALIB...
Bu gün, 12:30
Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:26
Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası LƏĞV OLUNDU
Bu gün, 12:20
Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu
Bu gün, 12:18
Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! - ETİRAF
Bu gün, 12:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru