Keçmiş icra məmuru NECƏ VƏ NEÇƏYƏ HAKİM OLDU? - İTTİHAM VAR!
Tarix: 10-03-2023, 12:40 | Çap et
Yevlax rayon məhkəməsinin hakimləri sırasında 2022-ci ildə Əliyev Kamil Çingiz oğlunun yer almasının prezident fərmanı ilə gerçəkləşdiyini biləndə eyni ad, soyad, ata adlı başqa şəxsin olduğunu güman etdim. Nə qədər bu Kamil Əliyev Çingiz oğlu haqqında bilgi toplamağa çaba göstərsəm də, e-məhkəmə portalından, Ədliyyə Nazirliyindən, Məhkəmə-Hüquq Şurasından heç bir informasiya əldə etmək mümkün olmadı. Bu həmin Ədliyyə Nazirliyinin Xətai icra şöbəsinin icra məmurudursa, bunun saxta məhkəmə qətnaməsi tərtib edib, vətəndaşların toxunulmaz əmlakına yiyələnməsi, sığorta dələduzları ilə birlikdə avtomobillərə yol polisi araçılığı ilə həbs qoydurması faktı ədliyyə nazirinə, məhkəmə hüquq şurasının sədrinə də bəllidir, hazırda onun müavini olan, Prezident Administrasiyasının keçmiş şöbə müdiri Eldar Nuriyevə də! Hələ üstəlik baş prokurorun , yanındakı korrupsiyaya qarşı mübarizə baş idarəsinin, birinci instansiyadan tutmuş ali instansiyaya kimi bütün məhkəmə-hüquq sisteminin bu mütəşəkkil cinayətdən, icra, məhkəmə, sığorta dələduzluğundan xəbəri var! Ona görə də 2022-ci ildən hakim təyin olunan Əliyev Kamil Çingiz oğlunun həmin dələduz , məhkəmənin səlahiyyətlərini mənimsəyib, saxta məhkəmə qətnaməsi ilə icraçılıq edən eyni ad, soyad, ata adlı şəxs olmadığını güman edirdim. Gümanımda yanılmışammış, e-məhkəmə portalında Yevlax rayon məhkəməsinin yeni hakimi Əliyev Kamil Çingiz oğlu haqqındakı bilgi keçmiş icra məmurunun hakim təyin edilməsini doğrulayır. İndiki hakim, keçmiş icra məmuru Kamil Çingiz oğlu Əliyevin icra dələduzluğu dosyesindən bir fakt: Azərbaycan Respublikasının vətəndaşı Bədəlov Zahid Xanmalı oğlunun “ATA sığorta” şirkətində icbari sığortası olan 90-MG-843 dövlət nömrə nişanlı “Volkswagen” avtomobili 2011-ci ilin 13 noyabrında Yasamal rayonu ərazisində yol qəzasının iştirakçısı olub və yol polisinin 100 manatlıq cəriməsi ilə başa çatıb. Bir ara sonra Xətai icra məmuru Kamil Əliyev olduğunu deyən şəxs Zahid Bədəlova zəng edərək Xətai məhkəməsinin 2012-ci il tarixli icra sənədinə əsasən digər avtomobilin Kasko sığortaçısı “Atəşgah” sığorta şirkətinə 3100 manat borclu olduğunu bildirib və məbləği azalda biləcəyini deyərək, görüşməyi təklif edib. Təbii ki, “borclu” məhkəmədən xəbərsiz olduğunu, 3100 manatlıq ziyan məbləğinin şişirdildiyini, lap olsa da, qanunvericiliyə görə ziyan məbləğinin 5000 manata qədər olan hissəsinin avtomobilini icbari sığorta etdirdiyi “ATA” sığorta şirkətinin ödəməli olduğunu bildirib. Məhkəmənin olayın baş verdiyi Yasamalda yox, Xətaidə keçirilməsini avtomobil yiyəsinin qeydiyyat ünvanı ilə “əsaslandıran” icra məmuru, gələcəyin hakimi məhkəmənin niyə cavabdehdən xəbərsiz keçirilməsinə cavab verə bilməyib. Dələduzluq faktı ilə üzləşən vətəndaş Azərbaycan Respublikasının Prezident Administrasiyasına müraciət edib, Prezident Administrasiyası Ali Məhkəməyə, Ali Məhkəmə isə Xətai rayon məhkəməsinə . Xətai rayon məhkəməsi 07.12.2012 tarixli məktubla bildirib :”..Bədəlov Zahid Xanmalı oğlu cavabdeh olmaqla ona qarşı hər hansı mülki iddia ərizəsi 2012-ci ildə Xətai rayon məhkəməsinə daxil olmamışdır.” Xətai məhkəməsinin sədrinin böyük məsləhətçisi Vaqif Xələfbəylinin imzaladığı məktubu Ombudsmana, PA -ya, NK-ya göndərib, icra məmuru Kamil Əliyevin avtomobilinə qoyduğu həbsin götürülməsini tələb edən vətəndaşın müraciətləri aidiyyatı üzrə Ədliyyə Nazirliyinə göndərilib və oradan da olmayan iddia üzrə saxta məhkəmə qətnaməsininin icrasının məcburiliyi bildirilib. PA-nın şöbə müdiri Eldar Nuriyev 28.02.2014 tarixli məktubla vətəndaşın ərizəsini ədliyyə naziri Fikrət Məmmədova baxılması üçün göndərib. 9 il keçib, hələ də nazir PA-nın şöbə müdirinin müraciətinə cavab verməyib. Hazırda ədliyyə nazirinin müavini olan Eldar Nuriyev yəqin 9 il qabaqkı məktubunu özü araşdırar. PA-dan, NK Aparatından, Ali Məhkəmədən, Ombudsmandan daxil olan müraciətlərə cavab olaraq, icra baş idarəsinin ovaxtkı rəisi Xanlar Zeynalov 11.03.2014 tarixli, icra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev 16.04.2014 tarixli Ədliyyə Nazirliyinin Xətai rayonu icra şöbəsinin rəis müavini Fuad Nəbiyev 03.03.2014 və 05.05.2014 tarixli məktublarla bildiriblər : “Xətai rayon məhkəməsinin 2 (011)-1529 saylı 08.04.2012 tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən “Atəşgah” sığorta şirkətinin hesabına 3076 manat və 20 manat dövlət rüsumu ödənilməlidir. Özbaşınalığa baxın, məhkəməyə 2012-ci ildə iddia ərizəsi daxil olmadığı halda, vətəndaşdan 08 APREL 2012 TARİXLİ QƏTNAMƏ ƏSASINDA BORC TƏLƏB EDİLİR! Bu icra, ədliyyə, məhkəmə dələduzlarının birinin də vecinə deyil və ağıllrarına gəlmir ki, birincisi, Xətai məhkəməsinin rəsmi məktubu ilə 2012-ci ildə məhkəməyə “borclu” barəsində iddia daxil olmaması bildirilib ; ikincisi, bunların birinin də “ağlına gəlməyib” təqvimə baxsınlar ki, 08 aprel 2012-ci il bazar gününə düşür. Bazar günü qətnamə qəbul oluna bilər? Heç demə, Xətai rayon məhkəməsində bazar günü də iş günü imiş! Hakim Raziya Ataşovanın bazar günü -08.04.2012 tarixli qətnamə qəbul etməkdən əmək haqqına nə qədər “paket” alması bu yazının mövzusu deyil , mövzumuz saxtalığı şübhə doğurmayan, özlərinin rəsmi məktubları, qərarları ilə doğrulanan məhkəmə aktları qəbul edən, bu saxta aktlarla əmlaka da, vətəndaşın özünə də həbs qoyan Əliyev Kamil Çingiz oğlunun necə hakim təyin olunmasındandır. Keçmiş icra məmuru onu da bilmir ki, icra məmurunun həbs seçmək hüququ yoxdur! “İcra haqqında” qanunun 50 -ci maddəsinə əsasən, əmlaka həbsi yalnız məhkəmə qoya bilər. İcra məmuru isə nəinki əmlaka, vətəndaşın özünə də həbs seçib! (?) Yaxşı ki, baş prokurorluq anında bu ikiqat həbsin yolverilməz olduğunu hazırkı hakimə və havadarlarına anlada bilib. Belə məhkəmə hüquq sistemi ilə nə insan hüquqları qorunar, nə dövlət maraqları. Qorunan yalnız dələduzluqla doldurulan ciblər olar. Bu fakt açıq – aşkar Azərbaycanda məhkəmə hakimiyyətinin icra, ədliyyə, məhkəmə məmurlarının inhisarında dələduzluq, rüşvət , korrupsiya meydanına çevrildiyini göstərir. Belə göstərici isə heç kəsə başucalığı gətirməz. Məğrur Bədəlsoy P.S. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin bu özbaşınalığa qiyməti ilgincdir. Öncə 09.12.2013 tarixli məktubla məhkəməyə iddia ərizəsinin daxil olmadığı halda, əmlakın üzərinə həbs qoyulmasının aydınlaşdırılmasını istəyən Ombudsman , aldığı cavab haqqından elə ”müdafiə qurub” ki, 30. 12.2013 tarixli məktubla barəsində məhkəməyə iddia daxil olmayan şəxsin bazar günü -08.04.2012 tarixli qətnamə ilə 3096 manat borc ödəməli olduğunu bildirib. (??)
DİA.AZ-dan: Yazıda adları çəkilən bütün qurum və şəxsləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Bu gün, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Bu gün, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Bu gün, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Bu gün, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Bu gün, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Bu gün, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Bu gün, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Bu gün, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Bu gün, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Bu gün, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Bu gün, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Bu gün, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Bu gün, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Bu gün, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04 |
|
|
|
• Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58 |
|
|
|
• Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57 |
|
|
|
• Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55 |
|
|
|
• Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50 |
|
|
|
• Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47 |
|
|
|
• İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45 |
|
|
|
• Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35 |
|
|
|
• Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28 |
|
|
|
• Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24 |
|
|
|
• Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23 |
|
|
|
• Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10 |
|
|
|
• Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08 |
|
|
|
• Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06 |
|
|
|
• Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04 |
|
|
|
• “Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Bu gün, 14:47 |
|
|
|
• "Niyə bu gün həmin musiqilər oxunur?" - ETİRAZ
Bu gün, 14:43 |
|
|
|
• Vahid Əhmədov təkzib etdi: - “Hazırda evimdəyəm, yalandır”
Bu gün, 14:41 |
|
|
|
• Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib
Bu gün, 14:40 |
|
|
|
• “Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” - Seyran Səxavətdən sərt sözlər
Bu gün, 14:22 |
|
|
|
• “Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub” - Şimaldan gələn təhlükə
Bu gün, 14:02 |
|
|
|
• Paşinyanın ABŞ-yə plansız səfəri... - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Putin üçün tribunal layihəsi təsdiq edilib
Bu gün, 13:58 |
|
|
|
• "Məsul şəxslər cəzalarını alacaqlar" - Sektor müdiri məktəbdəki biabırçılıqdan danışdı
Bu gün, 13:05 |
|
|
|
|