Neft təhlükəli həddə ucuzlaşır: .....                     Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək .....                     Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı .....                     Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI .....                     Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” .....                     Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: .....                     Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi .....                     “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” .....                     İbrahim sazişləri Cənubi Qafqazda: .....                     "Bir də ayılır ki, konsert bitib" .....                     Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib .....                     308 saylı məktəbdə BAZAR AÇIBLAR? .....                     Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? .....                     Təhsil sistemində ƏN YEMƏLİ YER... .....                     Türkiyə generalları Bakıda nəyi müzakirə edir? .....                     Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… .....                     Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur .....                     “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” .....                     Ukraynada döyüşən azərbaycanlı muzdlu .....                     Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu .....                     Məşhur milyonçunun qardaşı hakim qarşısında .....                     Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib .....                     “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib .....                     Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib .....                     “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı .....                     İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır .....                     Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi .....                     “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” .....                     Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb .....                     "Son zəng"in səsini heç kim eşitmək istəmir: .....                     PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? .....                     Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını .....                     Aysun getdiyi toylardan görün nələr tələb edir: .....                     "Meyiti palatada gizlədiblər" .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb .....                     Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə .....                     Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib .....                     “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov .....                     Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən .....                 

Daşkəsəndə yeni Zənginləşdirmə zavodu, Göygöldə Pellet və HBI zavodları inşa ediləcək
Tarix: 26-01-2024, 12:54 | Çap et
Daşkəsəndə yeni Zənginləşdirmə zavodu, Göygöldə Pellet və HBI zavodları inşa ediləcək
“AzerGold” QSC-nin törəmə şirkəti – “Daşkəsən Dəmir Filiz” MMC tərəfindən “Daşkəsən” dəmir filizi sahəsinin istismarına hazırlıq işləri uğurla davam etdirilir.

Qeyd edək ki, 1860-1870-ci illərdə kəşf olunan Cənubi Qafqazın ən böyük qara metal filizi yataqları kompleksində hasilat işlərinə SSRİ dövründə başlanılıb. Bu məqsədlə 1945-ci ildə Daşkəsən Filiz İdarəsi yaradılıb. Layihəyə uyğun olaraq 1954-cü ildən istehsal edilən dəmir konsentratı dəmiryolu vasitəsilə Gürcüstanın Rustavi şəhərində yerləşən polad istehsalı müəssisəsinə çatdırılırdı. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra vaxtilə ittifaq respublikaları arasında formalaşdırılmış istehsal zənciri qopduğu üçün dəmir filizinin hasilatında da fasilələr yaranıb. 1994-cü ildən 2017-ci ilədək sahədə istismar işləri qismən aparılıb.

“Daşkəsən” dəmir filizi yataqlarının istismarında yeni mərhələ

2020-ci ildə Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Daşkəsən” dəmir filizi sahəsinin istismara verilməsi ilə əlaqədar işlər “AzerGold” QSC-yə həvalə edilib. Layihə ilə əlaqədar törəmə şirkət qismində təsis edilən “Daşkəsən Dəmir Filiz” MMC tərəfindən istismara hazırlıq işlərinə başlanılıb. Bu məqsədlə ilkin mərhələdə “Şimal-qərb” və “Cənub-şərq” yataqları üzrə mineral ehtiyatların qiymətləndirilməsi üçün tədqiqatlar aparılıb. Nəticədə hər iki yataq üzrə yerin təkində olan resurslarda 69.7 milyon ton artım əldə edilib. Bununla, Daşkəsən dəmir filizi sahəsində bütün yataqlar üzrə filiz ehtiyatlarının ümumi kütləsi 309,16 milyon tona çatdırılıb. Sözügedən yataqlar üzrə hazırlanan 21 illik istismar planına uyğun olaraq 2022-ci ilin iyun ayında “Cənub-şərq” mədənində üstaçma və hasilat işlərinə başlanılıb. Ötən dövr ərzində Cənub-şərq mədəni üzrə 6,5 milyon ton üstaçma işi, 1,8 milyon ton filiz ehtiyatının toplanmasına nail olunub.

Bununla belə, “Cənub-şərq” və “Şimal-qərb” mədənlərində iqtisadi səmərə ilə çıxarılabilən mineral ehtiyatların yenidən artımına və istismar müddətinin 23-27 ilə çatdırılmasına nail olmaq üçün müvafiq təhlillər aparılır. Bu məqsədlə həyata keçirilmiş buruqqazma işləri nəticəsində əldə edilmiş nümunələrin geokimyəvi analizi icra edilib. Növbəti addım olaraq artıma nail olmaq məqsədi ilə mineral ehtiyatların həcminin yenidən qiymətləndirilməsi və mədənlər üzrə yeni istismar planının hazırlanması üçün beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi nəzərdə tutulur.

Yeni istehsal zəncirinin qurulması

Sözügedən mədənlərin iqtisadi səmərəli və dayanıqlı istismarının təmin edilməsi məqsədilə layihə üzrə icra strategiyanın hazırlanması beynəlxalq təcrübəli və nüfuzlu məsləhətçi “Boston Consulting Group” şirkəti tərəfindən həyata keçirilib. Aparılmış təhlillər layihə çərçivəsində mərhələli istehsal prosesinin qurulmasını optimal həll yolu olaraq müəyyən edib. Qeyd edilən həll yolu çərçivəsində son məhsul olaraq dəmir filizindən polad sənayesində istifadə olunan yüksək keyfiyyətli – 95 % dəmir tərkibli isti briketləşdirilmiş dəmirin (HBI – Hot Briquetted Iron) istehsalı qərara alınıb.

Qeyd edək ki, “Daşkəsən” dəmir filizi yataqlarında filizli süxurlarının tərkibindəki dəmirin nisbətən aşağı olması (ortalama 40 %) bu filizlərin zənginləşdirilərək minimum 67 %-ə çatdırılmasını zəruri edir. Bu məqsədlə istehsal zəncirinin ilkin mərhələsi olaraq dəmir konsentratının istehsalı məqsədilə Zənginləşdirmə zavodunun inşası nəzərdə tutulub. Növbəti mərhələdə zənginləşdirilmiş konsentratdan xammal qismində mexaniki və kimyəvi uyğunluğun təmin edilməsi üçün aralıq məhsul olan pellet istehsalı infrastrukturu – Pellet zavodu qurulacaq. Daha sonra aralıq məhsul olan pellet 95 % dəmir tərkibli HBI məhsulunun istehsalı üçün HBI zavoduna yönəldiləcək.

Layihə çərçivəsində Zənginləşdirmə zavodunun Daşkəsəndə, SSRİ dövründə mədən yaxınlığında qurulmuş, hazırda istehsal üçün yararsız olan Filizsaflaşdırma kombinatının ərazisində inşası nəzərdə tutulub. Dağlıq relyefə malik rayonda Pellet və HBI zavodlarının qurulması üçün uyğun ərazinin olmaması, həmçinin yaşayış sahələrindən kənarda müəssisənin fəaliyyəti üçün zəruri enerji mənbələri (elektrik, qaz), son məhsulun polad istehsalçılarına çatdırılması üçün logistik imkanların məhdud olması bu 2 zavodun ətraf ərazilərdə qurulmasını labüd edib. Nəticədə Pellet və HBI zavodlarının Göygöl rayonunda inşasına qərar verilib.

Ötən dövrlərdə “Daşkəsən” yataqlarında istehsal edilən konsentrat növbəti təyinat məntəqəsinə kanat və dəmir yolu vasitəsilə nəql edilsə də, müasir dövrdə iqtisadi və ekoloji baxımından bu metod bir o qədər səmərəli hesab edilmir. Bu səbəbdən Zənginləşdirmə və Pellet zavodları arasında 45 km məsafədə yükdaşıma əlaqəsinin Şlam boru xətti vasitəsilə aparılması nəzərdə tutulub.

Beləliklə, layihəyə uyğun olaraq, qarşıdakı dövrdə istehsal zəncirinin formalaşdırılması ilə illik 3-3,2 milyon ton filiz hasilatı, bu filizdən 1,3 milyon ton konsentrat və pellet, və nəhayət son məhsul olaraq ~0,9 milyon ton HBI xammalının istehsalı və satışı nəzərdə tutulub.

Hazırda layihə çərçivəsində yüksək keyfiyyətli dəmir xammalının istehsalı prosesinin laboratoriya şəraitində sınaqlaşdırılması uğurla həyata keçirilib. Sınaqlar nəticəsində 67 % dəmir tərkibli konsentratın, daha sonra konsentratdan pellet məhsulunun istehsal edilməsinə nail olunub, növbəti mərhələ üzrə sınaq işləri davam etdirilir.

Müasir ekoloji tələblərə uyğun texnologiyanın tətbiqi

Zavodların layihələndirmə mərhələsindən başlayaraq müasir ekoloji tələblərə uyğunluğunun təmin edilməsi məqsədilə qlobal tendensiyalar nəzərə alınıb. HBI texnologiyası klassik yanaşma ilə müqayisədə karbon qazı emissiyasının 60 %-dək azaldılmasına imkan yaradır. Bu texnologiya həm də gələcəkdə istehsal prosesində hidrogenə keçid etməyə, beləliklə də “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsi imkanı yaradacaq. Bununla “Daşkəsən dəmir filizi” layihəsi çərçivəsində zavodların ekoloji statusunu möhkəmləndirmək mümkün olacaq.

Layihəyə xarici investorun cəlb edilməsi

Qeyd edək ki, “Boston Consulting Group” şirkətinin hesablamalarına görə, layihənin investisiya dəyəri 1,7 milyard manat qiymətləndirilib. Dəmir filizi yataqlarının istismara verilməsi ilə 2047-ci ilədək ÜDM-ə 7,5 milyard manat dəyərində töhfə veriləcəyi proqnozlaşdırılır. Həmçinin ölkəmizin qeyri-neft-qaz sektorunun inkişafına xidmət edən layihənin icra müddətində birbaşa və dolayı effekti nəzərə alaraq, minlərlə daimi iş yerinin açılması ilə Gəncə-Daşkəsən iqtisadi rayonunun məşğulluq göstəricisinə əhəmiyyətli töhfənin verilməsi gözlənilir.

Müsbət iqtisadi və sosial təsirləri ilə yanaşı, burada hasil edilən filiz süxurlarında ortalama dəmir tərkibinin nisbətən aşağı olması, ölkəmizin okean sularına birbaşa çıxışının olmaması və digər faktorlar layihəni müəyyən qədər mürəkkəbləşdirsə də, layihəyə xarici investorlar tərəfindən kifayət qədər maraq göstərilir. Bu xüsusda “AzerGold” QSC tərəfindən layihənin yüksək investisiya dəyəri nəzərə alınaraq, maliyyələşmədə dövlət büdcəsinə əlavə yük yaratmamaq üçün prosesə investorun cəlb edilməsi ilə bağlı hazırda bir sıra iri potensial partnyor şirkətlərlə danışıqlar davam etdirilir. Bütün maraqlı tərəflərin təklif və şərtləri qiymətləndirildikdən sonra layihənin ölkəmiz və xalqımız üçün ən əlverişli formada icrası təmin ediləcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Bu gün, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Bu gün, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Bu gün, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Bu gün, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Bu gün, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Bu gün, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Bu gün, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Bu gün, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Bu gün, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Bu gün, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Bu gün, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Bu gün, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Bu gün, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Bu gün, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Bu gün, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Bu gün, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Bu gün, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40
Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32
Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27
Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22
Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20
SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17
Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15
“Tualet kağızını reklam etmək istəmirəm”
Bu gün, 12:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru